Əbdüləziz Buteflika

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əbdüləziz Buteflika
ərəb. عبد العزيز بوتفليقة
27 aprel 1999 – 2 aprel 2019
Afrika Birliyi Təşkilatının sədri[d]
12 iyul 1999 – 10 iyul 2000
ƏvvəlkiBlayis Kompaore
SonrakıQnassingbe Eyadema
17 sentyabr 1974 – 15 sentyabr 1975
Əlcəzairin xarici işlər naziri[d]
4 sentyabr 1963 – 8 mart 1979
Şəxsi məlumatlar
Doğum tarixi 2 mart 1937(1937-03-02)[1][2][…]
Doğum yeri
  • Ucda, Mərakeşdəki Fransa protektoratı[d]
Vəfat tarixi 17 sentyabr 2021(2021-09-17)[3] (84 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması[d][4]
Dəfn yeri
  • Əl-Aliyə qəbiristanlığı[d]
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat, inqilabçı
Dini islam, sufilik
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[5]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbdüləziz Buteflika (2 mart 1937[1][2][…], Ucda, Mərakeşdəki Fransa protektoratı[d]17 sentyabr 2021[3], Zeralda[d], Əlcəzair vilayəti[d]) – Əlcəzair siyasi və dövlət xadimi, Əlcəzair prezidenti (28 aprel 1999 – 2 aprel 2019).

1956-cı ildən Əlcəzair Milli Azadlıq Cəbhəsinin (1964–1981 və 1989-cu il-dən onun Mərkəzi komitəsinin üzvü) fəal iştirakçısı idi. Müstəqil Əlcəzairin ilk hökumətində turizmidman naziri, (1962–1963), xarici işlər naziri (1963–79), Əlcəzair prezidenti H. Bumedyenin ardıcıl tərəfdarı, BMT Baş Assambleyası sessiyasının sədri (1974–1975) olmuşdur.Qoşulmamaq hərəkatında AsiyaAfrikanın ən radikal əhvali-ruhiyyəli xadimlərindən biri kimi nüfuza malik olan Buteflika sənaye cəhətdən inkişaf etmiş dövlətlər və "üçüncü dünya" ölkələri arasında iqtisadi əlaqələrin yenidən qurulmasının tərəfdarı idi. 1980-ci ildə siyasi fəaliyyətdən uzaqlaşmış və ona qarşı irəli sürülən korrupsiya ittihamları ilə əlaqədar olaraq mühacirət etmişdir (BƏƏ, Fransaİsveçrədə yaşamışdır). Əlcəzairə qayıtdıqdan (1989) sonra bəraət almışdır.

1994-cü ildə vətəndaş müharibəsinin qızğın vaxtında hərbi dairələrin seçkilərə getmədən dövlətə başçılıq etmək təklifini rədd etmişdir. 1999-cu ilin aprel ayında Əlcəzair prezidenti seçilmişdir. Əlcəzairdə vətəndaş müharibəsinin faktiki dayandırılmasına nail olmuşdur. 2004-cü ilin aprelində yenidən prezident seçilmişdir.2009-cu ilin sentyabrında keçirilən prezident seçkilərində seçicilərin 90,2%-inin səsini toplayaraq növbəti 5 il müddətinə Əlcəzairin prezidenti olmuşdur. 2014-cü ilin fevralında yenidən namizədliyini irəli sürmüş və aprel ayında keçirilən seçkilər də ilk turda 81,5% səs toplayaraq dördüncü dəfə prezident seçilmişdir.

  • Buteflika // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 130–131. ISBN 978-9952-441-10-9.