Əhməd ibn Məcid
Əhməd ibn Məcid (tam adı:Əhməd ibn Məcid ibn Muhammed ibn Amr, ləqəbi Şihabuddin) Məşhur coğrafiyaşünas, naviqator, kartoqraf və dəniz səyyahı Əhməd ibn Məcid 1421-ci ildə indiki Omanın Julfan şəhərində anadan olub. 1501-ci ildə vəfat etmişdir.[1] O, xəritəçiliyi ilə geniş şöhrət qazanmışdır. İbn Məcid, Vasko da Qamaya Hindistan səfərində yol göstərmiş, kompası Avropaya tanıdan islam alimləri arasında yer tutmuşdur.[2][3]
Əhməd ibn Məcidin ən böyük uğurlarından biri də məşhur dəniz səyyahı, Hindistana dənizdən yol axtaran Vasko da Qamanın gəmilərinə bələdçilik edərək, onları sağ-salamat mənzilbaşına çatdırması oldu. Əhməd ibn Məcid dənizçilik elmi, gəmilərin hərəkəti, onların dəniz marşrutları, Hindistan və Şərqi Avropa sahillərinə çatması yolları barədə bu gün belə əhəmiyyətini itirməyən əsərlər yazıb.[1]
Onun yazdığı və dənizçiliyə həsr edilən elmi əsərləri arasında okeanoqrafiyaya həsr edilən məşhur gəmilərin hərəkət və onların idarəedilmə prinsipləri (Fava'dh fi-usl İlm əl -Bahrva-əl-Qavaidah) kitabı var.[4] Bu kitab təxminən 300 il ərzində Avropa coğrafiyaşünasları üçün dərslik rolunu oynadı. Bundan əlavə, məşhur dəniz səyyahı "Kitab-əl Favaid" (Dənizçilik fondu və gəmiçilik) adlı məşhur elmi əsərini yazıb. Bu əsərdə dənizçilik elmi, onun inkişaf etdirilməsi, dənizdə istiqamətlərin müəyyən olunması, naviqasiyanın əsas prinsipləri, dəniz sahilləri arasındakı fərqlər, Şərqi Afrika və İndoneziyanın dəniz limanları, ulduzların vəziyyətinə görə istiqamətin müəyyən edilməsi, mussonların, mövsümü, küləklərin başlama vaxtı, dənizdəki təhlükəli yerlər və onlardan qorunma yolları barədə ensiklopedik məlumatlar verilib.[1]
Ən önəmlisi məşhur coğrafiyaşünas alim və dəniz səyyahı əsərlərində özündən əvvəlki alimlərin bu sahədə yazdıqlarına istinad edərək, onlar barədə də geniş məlumat verməsidir. Qeyd edək ki, Vasko da Qamaya Əhməd ibn Məcidin kömək etməsi və onun gəmilərini sağ-salamat Hindistana çatdırması alimin şöhrətini daha da artırdı. Alimin dənizçiliklə bağlı yazdığı məşhur iki kitabın əlyazması hazırda Parisdəki Milli Kitabxanada qorunub saxlanılır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Dünyanın məşhur müsəlman alimlərindən biri. "news.milli.az" (az.). Zaman Azərbaycan. 12-19-2015 22:45. 10-11-2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-11.
- ↑ anl.az. "Müsəlman alimlərinin elmə xidməti" (az.). 2010-10-09. 2017-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-11.
- ↑ حسن صالح شهاب، "أضواء على تاريخ اليمن البحري" وذكر حوراني «كان دي غاما يبحث بشرق إفريقية عن دليل يحمله إلى الهند، فلم يجد إلا أحمد بن ماجد. فكان من سخرية التاريخ أن ملاحاً عربياً كبيراً ساعد على القضاء على الملاحة العربية»
- ↑ Ibn Majid // Medieval Science, Technology, and Medicine: An Encyclopedia. Routledge. 2005. ISBN 978-1-135-45932-1. 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-12.