Ağ Baş
Tarixi Azərbaycan əraziləri | |
Ağ Baş | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Ermənistan |
Bölgə | Gərnibasar mahalı |
İndiki adı | Arevşat |
Adının dəyişdirilmə tarixi | 1945 |
Ağ Baş — Gərnibasar mahalında kənd.
Tarixi
[redaktə | mənbəni redaktə et]Tarixi Qərbi Azərbaycan torpaqları olan, müasir Ermənistan ərazisində bir neçə kənd olmuşdur: Yuxarı Ağ Baş Qəmərli rayonunda (İndi Artaşat r.) kənd. Kəndin digər adı Xaraba Ağ Baş idi. Digər Ağ Baş kəndi (qışlağı) Allahverdi rayonunda (indi: Tumanyan r.) yerləşirdi. Aşağı Ağbaş kəndi də Qəmərli (Artaşat) rayonunda kənd adı olmuşdur. Kəndin indiki adı 1945-ci ildən Arevşatdır.
Ağ Baş və qədim türk tayfaları
[redaktə | mənbəni redaktə et]Məlum olduğu kimi qədim türk tayfaları üçün fərqləndirici əlamətlərdən biri onların geyimi olmuşdur. Odur ki, müxtəlif nəsil, soy, tayfa həmin bu geyimin bəzi səciyyəvi əlamətlərinə görə adlandırılmışdır. Yurdumuzun yer adları işərisində belə adlar xüsusi qat təşkil edir. Müqayisə üçün: Ağ Köynək, Sarı Baş, Şişpapaqlı, Qara Donlu, Qara Dolaq, Yekəqurşaqlı, Alabaşlı və s.
Qədim türk yazılı abidələrinin dilində, Ak Baş şəxsiyyət adı kimi də rast gəlinir. Böyük türk ellərinin coğrafiyası üzrə müşahidələrimizə əsasən deyə bilərik ki, Kırımda dəyişdirilərək itirilmiş türk yer adlarından biri də Ak Baş (indiki adı Vyaçeslavovka) adıdır. Bundan əlavəAk Baş (Türkiyədə Van bölgəsi) və Çelyabinsk vilayətində də (Rusiya) kənd adlarıdır. Neyva çayının (Yekaterinburq vilayəti) sol qolu Ak Baş (ka) çayı adlanır. Şəmkir rayonunda da (Azərb.) 1936-cı ilədək Ağ Başlı kəndi olub.
Müasir Moldovanın paytaxtı Kişinev şəhərinin adı 1436-cı ilədək mənbələrdə Ak Baş Keşenev kimi qeyd olunmuşdur. 2. "Ağ Baş" adının məna dairəsi genişdir; Radlovun lüğətində (1,93) "Ağ Baş" həm də "qırxq, təmiz (pak) baş, tatarların (müsəlmanların təmiz qırxılmış başlarına işarədir" deyə adın etnoqrafik təbiətinin daha bir maraqlı cəhəti açılır.
Əlbəttə belə xarakterik və dolğun nümunələri qorumaq lazım idi; qədim ad xalqın yaddaşı, onun tarixinin, mədəniyyətinin vacib eleməntlərindən biridir. Xalqın yaşayış məntəqəsinin — yurdunun adına müdaxilə olunması onun tarixinə olan təcavüz kimi mənalandırılmalıdır.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Bayramov İbrahim. Qərbi Azərbaycanın türk mənşəli toponimləri, Bakı, Elm, 2002, s. 30, 355
- Дрон И.В. Является ли Кишинеу латинизмом или тюркизмом? — Советская тюркология, 1989, № 1, с 85.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Minaxanım Təkləli, Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009, səh.15–16