Alister Krouli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Alister Krouli
ing. Edward Alexander Crowley
Doğum adı Edward Alexander Crowley[1]
Təxəllüsü "Heyvan 666"
Doğum tarixi
Doğum yeri Liminqton-Spa, Böyük Britaniya
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri Qastinqs, Böyük Britaniya
Vəfat səbəbi bronxit
Uşağı 5
Təhsili
Fəaliyyəti dramaturq, romançı, avtobioqraf[d], yazıçı, alpinist, astroloq, şahmatçı, təşkilati təsisçisi[d], şahmat bəstəkarı[d]
Əsərlərinin dili ingilis dili
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alister Krouli (ing. Aleister Crowley; doğum adı Edvard Aleksandr Krouli (ing. Edward Alexander Crowley); 12 oktyabr 1875[2][3][…]1 dekabr 1947[2][4][…], Hastinqs[d], Şərqi Susseks qraflığı[d]) — ən tanınmış okkultistlərdən kabbalaçılardan biri. Telema təliminin banisi, bir çox okkult əsərin o cümlədən "Qanun kitabı"nın müəllifi.

Alister Krouli 12 oktyabr 1875-ci ildə İngiltərənin Uorikşir qraflığının Liminqton-Spa şəhərində anadan olmuşdur. Atası Edvard Krouli əvvəllər pivə fabriki işlətmiş, Alister doğulandan sonra isə təqaüdə çıxmışdır. Kökləri Devon və Somerset ailələrinə qədər gedib çıxan anası Emili Bert Bişop və atası protestantlığın ən uc qanadı olan və Exclusive Brethren olaraq bilinən Darbyte`nin üzvləri idilər.

Alisterin atası gündəlik işlərini bitirəndən sonra xütbələr deyərdi. Aleister üçünsə müqəddəs kitabı öyrənməsi üçün müəllim tutmuşdu. Atasının ölümündən sonra anasının Aleister üzərindəki diqqəti isə onun xristianlığa olan şübhəsini artırmaqdan başqa bir işə yaramamışdı. Öz oğlunu "The Beast" (canavar) deyə çağırmağa başlamışdı. Crowley isə anasının İncildəki Vəhy bölməsindən aldığı bu ləqəbi daha sonralar sevərək işlədəcək və başqalarının günah olaraq adlandırdığı şeylərə əyləncə kimi baxacaqdı.

Aleister 1895-ci ildə Trinity kollecinə qəbul oldu. Orda fəlsəfə, psixologiya və iqtisadiyyatı öyrəndi. Həmin illərdə cinsi fəal həyat yaşamağa başlamışdı. 1986-cı ildən isə məlum olmayan bir səbəbdən mistizimlə maraqlanmağa başladı. Sonrakı illərdə mistiklərin əsərlərini və sehri öyrənməyə başladı. 1897-ci ildə ilk şeir kitabını (Aceldama) çap etdi. Sonra isə onu Qızıl şəfəq (Golden dawn) təriqəti və Samuel Liddell MacGregor`la tanış edəcək Julian L. Baker ilə tanış oldu.

Aleister Crowley insanların spiritual adlandırdığı şeylərin elmlə sübuta yetirilməsinin tərəfdarı idi. Özünün yayımladığı "The Equinox" jurnalının devizi isə "Elmin metodu, Dinin hədəfi" (The method of science, the aim of religion) idi. Bununla Aleister dini və magik ritualların dəyərsiz hesab edilməsinin şüursuzluq olduğunu sübut etməyə çalışırdı. Bu yönüylə Aleister sanki uyuşdurucu maddələrlə təcrübə aparan Dr. Timothy Learydən xəbər verirdi. Ancaq Learydən fərqli olaraq Aleister elm sahəsində daha az diqqət çəkə bilmişdi.

Aleister Crowleyin ən çox anıldığı məqamlardan biri II dünya müharibəsində Nazilərə qarşı etdiyi magik rituallardır. Deyilənə görə, Aleisterin bakirələri və uşaqları qurban edərək gerşəkləşdirdiyi bu rituallar Naziləri Britaniya adalarından uzaq tuturdu. Bunun ilginc tərəfi isə bütün bunları ingilislərin və Aleister aşiqlərinin yox, Nazilərin iddia etməsidir.

Şübhəsiz, əsrin ən maraqlı və müxalif insanlarından olan Aleister Crowley, nədənsə, müxtəlif insanlar tərəfindən qəbul olunmurdu. Kimi onu böyük ustad, cadugər olaraq qəbul edərkən, onu qara sehrbaz və İsaya qarşı çıxan kafir kimi xatırlayanlar da az deyil. Bəs onda şahmat ustası, şair, cadugər, din qurucusu və.s. olaraq bilinən bu adam kim idi?

Crowleyin ailəsi Darbyte məzhəbinə bağlı idi. Bu məzhəb katolik, protestant, metodist, ya da anglikan olmasından asılı olmayaraq özləri xaric hər kəsin cəhənnəmlik olduğunu qəbul edirdi. Crowley incili, tövratı və qədim dini kitabları demək olar ki, əzbər bilirdi. Atasının ölümündən sonra Aleister Darbyte məktəbinə göndərilmişdi. Köhnə anglikan olan məktəb müdiri D`Arcy Champneyin Aleisterə qarşı olan sadist rəftarı qısa zamanda Darbyte məzhəbinə qarşı onun nifrətinin artmasına səbəb olmuşdu. Səbəbsiz yerə cəzalandırılan Aleister uzun bir müddət su və çörəklə yaşayırdı və çeşidli işgəncələrə məruz qalırdı. Bundan gec də olsa xəbər tutan əmisi isə Aleisteri məktəbdən xilas edə bilmişdi. Bir müddət özəl müəllimlərdən dərs aldıqdan sonra 1892-ci ildə Malvern oğlan liseyine göndərilir. Homoseksuallığın qanun olduğu bu məktəbə Aleister nifrət edirdi. Vəziyyəti ailəsinə bildirdikdən sonra bu məktəbdən də ayrıldı. Bütün bu başına gələnlər Aleisterin üzərində dərin bir iz qoymuşdu. O artıq heç bir qaydanı tanımırdı. Qısa bir vaxt sonra da anasının ona vermiş olduğu canavar (dəccal, 666) ləqəbi ilə xristianlığa qarşı çıxacaqdı.

Anasının ölümündən sonra Crowleyə böyük miras qalmışdı. Şair olmağa qərar verən Aleister Cambridgedə incəsənət oxumağa başlayır. Bu arada biseksual olaraq aktiv bir cinsi həyat yaşayır. 1888-ci il Qızıl Şəfəq cəmiyyətində magiya, astral səyahət, astrologiya, teurji, kabala, hermitizm kimi elmlərə yiyələnir və bütün bunları sirr kimi ölümünə qədər heç kəsə öyrətməyəcəyinə söz verir.

Bu illərdə cəmiyyətinin ustadlarından sayılan Allan Bennetti tanımışdı. Aleister maddi vəziyyəti yaxşı olmayan Benneti dərs qarşılığında evində qalmasına razı sala bilmişdi. Aleister Crowley artıq magik rituallar yerinə yetirirdi. Boş vaxtlarında İsa Mathersin tərcümə etdiyi Goetia və Abramelinin müqəddəs magiyası kimi kitablar oxuyurdu.

1900–1903-cü illərdə Aleister Crowley dünya səyahətinə çıxdı. Mathers ilə düşmənçilik edən Aleisterin hətta ona zərər verməsi üçün Süleymana aid olduğu iddia edilən "Goetia" kitabı ilə çağırdığı ifriti ona göndərdiyi yazılmaqdadır. 1904-cü ildə Rose Kelley ilə evlənən Crowley, bal ayına getdiyi Qahirədə Aiwaz adlı bir bədənsiz varlıqdan Qanun kitabı aldı. Şeirlə yazılmış bu kitab çox güclü bir təsirə malik idi. İnsanı şok vəziyyətində saxlayan cümlələr isə insanlığın artıq yeni bir dövrə girdiyini və Aleisterin də həmin dövrün peyğəmbəri olduğundan xəbər verirdi. Bu hadisədən sonra Aleister Mathersə yazaraq, gizli rəhbərlərin onu Qızıl Şəfəqdən kənarlaşdırdığını, özünün isə onun yerinə təyin edildiyini bildirir. 1905-ci il Mathers adına qara yaxdığı və təriqəti təhlükəyə atması iddiası ilə Aleister Crowleyi rəsmi olaraq Qızıl Şəfəq cəmiyyətindən qovdu. Crowley bundan dərhal sonra bu cəmiyyətin sirrlərini insanlara açıqladı. Məhkəməyə müraciət edən Mathers isə heç nəyə nail ola bilmədi. Crowley Qızıl Şəfəqin təliminə bənzər Gümüş Ulduz təriqətini də yaratdı. Sonralar O. T. O (Ordo Templi Orientis) və Cinsi magiya kimi cəmiyyətlərdə məşhurlaşmışdı.

Crowleyin Qanun kitabı Osiris dövrünün bitdiyindən xəbər verirdi. Misir tanrılarından Osiris ata, İsis ana, Horus isə uşaqdır. İlk olaraq İsis dövrü, sonra Osiris dövrü, ən son olaraq isə Horus dövrü vəd olunmaqda idi. Maraqlıdır ki, Crowley "İki budaq" kitabını J. G. Frazerin 12 cildlik "Qızıl Budaq" kitabından təsirlənərək qələmə almış və buna bənzər bir hekayəyə yer vermişdi. İbtidai və antik inancları olduqca diqqətli şəkildə araşdıran Frazerin aldığı nəticələr çox maraqlı idi. Crowley yazdığı ilk hekayədə Korunun kralı Nemidəki ilahə Diananın rahibi ilə döyüşən və öldürən kəs olur. Köhnə Roma adətlərindən bəhs olunan bu hekayədə psixoloq Freudun "Odepus kompleksi" aydın olur. Köhnə Yunan mifologiyasında Odepus kralı öldürür və yerinə keçir, köhnə kraliça isə arvadı olur. Sonradan köhnə kralın onun öz atası olduğunu öyrənir və öz gözlərini çıxarır. Bəs sizcə Crowleyin Mathersi devirib yerinə keçməsində bir Odepus hadisəsi də təkrarlandımı?

1947-ci ildə ölən Crowley çoxlu sayda əsər yazmışdır. Bu əsərlər arasında hekayələr və iki roman da var. Romanları "Ay uşaq" (Moon Child) və "Bir uyuşdurucu mübtəlasının gündəliyi"dir. "Ay uşaq" 1972-ci ildə çap edilmişdi. Satışda çətin tapılan bu kitabın ön sözü keçmiş O. T. O rəhbərlərindən Kenneth Granta aiddir: "Moon child", daha öncəki adı "Kəpənək toru" idi. Çinlilər üçün kəpənək ruhun simvoludur. Torun isə məqsədi insan olmayan bir varlığı tutmaqdır. "Ay uşağ"ın mənası budur.

Crowley "Etiraflar" adlı bioqrafiyasında deyir: bu kitabda müasir magik rituallar haqqında bildiyim hər şeyi yazdım. Adı keçən bütün insanları tanıyırdım və bir çox hadisələri də həyatımdan yazdım.

Aleister Crowley xristianlığa qarşı yazmasına baxmayaraq, islamı tərifləyərdi. Şimali Afrikada uzun bir müddət yaşamış və ərəb dilini öyrənmişdi. Oğluna Atatürk adını qoymuşdu.

  • The book of the law – Qanun kitabı
  • Magick (book 4) – Sehr (4 cild)
  • The book of lies – Yalanlar kitabı
  • The vision and the voice – Görünüş və səs
  • 777 and other quabalastic writings – 777 və digər kabalistik yazılar
  • The confessions of Aleister Crowley – Aleister Crowleyin etirafları
  • Magick without tears – Gözyaşsız sehr
  • Little essays toward truth – Həqiqət üçün kiçik cəhdlər
  • The Goetia – Goetia
  • Diary of a drug friend – Uyuşdurucu mübtəlasının gündəliyi
  • The holy books of thelema – Thelemanın müqəddəs kitabları
  1. Aleister Crowley // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Delarge J. Aleister ( Edward Alexander Crowley, dit ) CROWLEY // Le Delarge (fr.). Paris: Gründ, Jean-Pierre Delarge, 2001. ISBN 978-2-7000-3055-6
  4. Aleister Crowley // Internet Speculative Fiction Database (ing.). 1995.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]