Əzvay

Vikipediya, azad ensiklopediya
(Aloe səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Əzvay
Elmi təsnifat
Beynəlxalq elmi adı

Əzvay (lat. Aloe) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinə aid bitki cinsi.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Quşqonmazçiçəklilər sırasının dərman əhəmiyyətli növlərindən biri də aloe (əzvay) bitkisidir. O, isti ölkələrdə geniş yayılmışdır. Ən çox becərilən növü ağacşəkilli aloyadır. Aloe uzun, yaşıl, lətli-şirəli, kənarları tikanlı yarpaqlara malik çoxillik sukkent bitkidir. Təbii halda ən çox Afrikanın cənub-şərq hissəsində, yarımsəhra yerlərdə yayılmışdır. Azərbaycanda Abşeron istixanalarında becərilir. Aloenin yarpaqlarından alınan dərmanlar dəri, mədə-bağırsaq, sümük-oynaq və göz xəstəliklərinin müalicəsində istifadə olunur. Xalq təbabətində aloe şirəsini bal ilə qatıştırıb ciyər və mədə-bağırsaq xəstəliklərinin müalicəısində istifadə edirlər. Aloe toxum və qələm vasitəsi ilə çoxalır. Onun qırmızı və sarı rəngdə gözəl çiçəkləri olur.

Əzvay toxum və qələm vasitəsilə çoxalır. Onun qırmızı və sarı rəngdə gözəl çiçəkləri olur.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda qədimlərdə əzvayın səbur adlı qəliz şirəsi dərman və ətriyyat kimi gеniş istifadə еdilirdi. Əzvayla maska qurumuş və bozarmış saçlar üçün məsləhət görülür. O, həmçinin saçların tökülməsinin qarşısını alır. Tətbiqi sadədir: ½ xorək qaşığı əzvay şirəsi, 2 çay qaşığı bal və ½ xorək qaşığı gənəgərçək yağını başı yumazdan 30 dəqiqə qabaq saçların köklərinə sürtürlər. Sonra başı yuyurlar və çobanyastığı çiçəyi və gicitkan otunun dəmi və ya həlimi ilə yaxalayırlar. Sonda başınızı təmiz su ilə yuyun. Bu prosеduranı hər 4-7 gündən bir təkrar еdin.

Bundan başqa xalq təbabətində əzvay şirəsini bal ilə qarışdırıb ciyər və mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edirlər.

Amerikalı alimlərin apardığı (laboratoriya siçanları üzərində) araşdırmalar nəticəsındə böyük dozalarda əzvayın qəbulu konserogen təsırə malikdir və gələcəkdə xərçəng xəstəliyinə gətirib çıxara bilər.

Xalq təbabətində əzvay (aloe) istifadəsi

[redaktə | mənbəni redaktə et]

Əzvay şirəsi xaricə istifadə olunduqda antiseptik, iltihab əlehinə, yaranı sağaltmaq təsirinə malik olur. Yaraları, sıyrıntıları, zədələnmiş dərini müalicədə yaxşı təsirə malikdir.[3]

  • Dərinin cırıqlarını, irinli və göbələkli zədələnmələrini, xoranı müalicə etmək üçün yara üzərinə təzə əzvay yarpağı qoymaq lazımdır. Bunun üçün əvvəlcə yarpağın dişli kənarları kəsilir və yarpağın üst hissəsi kəsilərək atılır. Yarpaq quruduqda sarğı açılaraq yenisi ilə əvəz olunur. Bu üsul uşaqlar üçün daha yaxşıdır, çünki, onlar yaranı yod və ya spirt ilə yandırmanı sevmirlər, əzvay isə ağrı hissi yaratmır.

Əzvay həmçinin yanıqları və onkoloji xəstələrin şüa prosedurlarından sonra əmələ gələn dəri zədələnmələrini müalicə edə bilir. Müalicə üçün təzə əzvay şirəsi istifadə olunur və sutkada bir neçə dəfə dəriyə sürtülür. Hətta stimullaşmamış bitki də yaxşı kömək edir: yanıqdan zədələnmiş dəri tezliklə bərpa olunur.

  • İtdirsəyini müalicə etmək üçün əzvay yarpaqlarının şirəsini qaynanmış su ilə 1:10 nisbətində qarışdırıb islatma dərmanı kimi istifadə etmək lazımdır.
  • Vanqa resepti ilə baş ağrısının müalicəsi: 1-2 əzvay yarpağı 2-3 litr suda bişirilir. Bir neçə axşam başa və bədənə bu həlim tökülür.

Əzvay şirəsi daxilə qəbul olunduqda iltihabi xəstəlikləri, mədə-bağırsaq traktının xəstəliklərini müalicə edir. Əgər siz burnunuza əzvay şirəsi damızdırsanız, xüsusən də ictimai yerlərdə olduqdan sonra, onda özünüzü qripdən və kəskin respirator xəstəliklərindən qoruyarsınız.

  • Angina, soyuqlama xəstəliklərini, qulaq xəstəliklərini, göz xəstəliklərini müalicə etmək üçün əzvay şirəsi qaynanmış su ilə 1:1 nisbətində qarışdırılır. Alınan qarışıq ilə boğaz yaxalanır və ya göz yuyulur.
  • Zökəmin müalicəsi və ya qripin profilaktikası aşağıdakı kimi həyata keçirilir: üç gün müddətində, hər 2-3 saatdan bir hər bir burun dəliyinə 5 damcı damızdırılır.
  • Uşaqlarda xroniki tonzilliti müalicə etmək olar, bunun üçün əzvay şirəsi bal ilə 1:3 nisbətində qarışdırılır və hər gün uşağın badamcıqları həmin qarışıq ilə silinir. Kurs 2 həftə davam edir, sonra 7 gün fasilə verilir və kurs təkrar olunur.
  • İnfeksiyalı xəstəliklərin, dizenteriya və difteriyanın müalicəsi: əzvay şirəsini gündə 1-2 dəfə, yeməkdən 30 dəqiqə əvvəl, hər dəfə 1 çay qaşığı əzvay şirəsi qəbul olunur.

Əzvay şirəsi daxilə qəbul olunduqda həmçinin iltihab əlehinə, ağrıkəsici təsirə malik olur.

  • Ağ ciyərlərin iltihabının Vanqa resepti ilə müalicəsi: bir stəkan əzvay şirəsi götürülür, 1 çay qaşığı duz əlavə olunur və gündə 3 dəfə, hər dəfə yeməkdən bir saat əvvəl 1 yemək qaşığı qəbul olunur.
  • Damaqların iltihabının, paradontozun, diş ağrısının müalicəsi: əzvay yarpaqlarından applikasiya istifadə olunur. Paralel olaraq effekti gücləndirmək üçün əzvay şirəsini daxilə qəbul etmək olar: gündə 2-3 dəfə, hər dəfə 1 çay qaşığı. Applikasiyanı gecə və uzun müddətdə istifadə etmək lazımdır. Başlıcası odur ki, müalicə ləngiməsin, elə ilk əlamətlər üzə çıxdıqda müalicəvi başlamaq lazımdır, onda sağalma prosesi tez gedir. Bu üsul ilə dişləri çöküntülərdən təmizləmək və diş emalına parıltını qaytarmaq olar.
  • Yumurtalığın, uşaqlıq yolunun, uşaqlığın iltihabının, uşaqlıq boyuncuğunun erroziyasının müalicəsi üçün əzvay şirəsi ilə isladılmış tampon gecə istifadə olunur.
  • Mentrual siklin pozulması zamanı əzvay şirəsi daxilə, gündə 3 dəfə, hər dəfə yeməkdən 30 dəqiqə əvvəl, hər dəfə 10 damcı qəbul olunur.
  • Kolit, xroniki qəbizlik və azalmış turşuluqlu qastritlərin müalicəsi üçün gündə 3 dəfə, hər dəfə yeməkdən 30 dəqiqə əvvəl hər dəfə 1 çay qaşığı qəbul olunur. Həmçinin cövhər də hazırlamaq olar: 80 ml stimullaşdırılmış əzvay şirəsi üzərinə 20 ml 96%-li spirt əlavə olunur. Gündə 2-3 dəfə, hər dəfə 1-2 çay qaşığı qəbul olunur.

Əzvayı digər dərman inqredientləri və bal ilə birgə istifadə etmək olar. Vərəmin, pnevmoniyanın, öskürəyin müalicəsi üçün yoxlanılmış bir neçə resepti aşağıda veririk.

  • Ağ ciyər vərəmi, bronxit, pnevmoniya, göy öskürək, öskürək müalicəsi üçün, həmçinin bədən zəiflədikdə bərabər miqdarda bal, təzə əzvay şirəsi və kaqor qarışdırılır. Qarışıq qaynayana qədər qızdırılır, amma qaynadılmır. Cövhər gündə 3 dəfə, yeməkdən 30 dəqiqə əvvəl isti-isti 1-2 yemək qaşığı (uşaqlar üçün hər dəfə 1 çay qaşığı) qəbul olunur. Qarışıq soyuducuda saxlanılır.

Bu dərman infeksiyalı xəstəlikdən sonra zəifləmiş insanlara yaxşı kömək edir. Vərəm olduqda qarışığı uzun müddət, fasiləsiz istifadə etmək olar.

  • Vərəmi konyakın, limonun və əzvayın qarışığı ilə müalicə etmək olar, bu üsulun köməyi ilə hətta açıq formalı vərəm də müalicə olunur: 20 limon sürtkəcdən keçirilir. 10 ədəd təzə (yaxşı olar ki, ev yumurtası olsun) yumurta yaxşı yuyulur, (bütöv, qabıqlı) minalı, saxsı və ya şüşə qabın dibinə qoyulur və üzərinə sürtkəcdən keçirilmiş limon tökülür. İsti, qaranlıq yerdə 2 sutka saxlanılır. Sonra ayrı qaba 0,5l konyak, 200 qram əzvay şirəsi, 2 yemək qaşığı kakao, 1,2 kq bal tökülür və bu qarışıq azca qızdırılır və içərisində yumurta və limon olan bankaya tökülür (qarışdırmaq lazım deyil). Qarışıq olan qab qaranlıq isti yerdə 2 həftə saxlanılır. Sonra ehtiyatla yumurtalar çıxarılır, qalan kütlə süzülərək bankalara tökülərək soyuducuda saxlanılır. İki ay müddətində, gündə 3 dəfə, hər dəfə yeməkdən 30 dəqiqə əvvəl, hər dəfə 1 yemək qaşığı qəbul olunur. Müalicə müddətində alkohol istifadə etmək və siqaret çəkmək məsləhət görülmür.
  • Pnevmoniyanı, vərəmi, həmçinin uzun müddət keçməyən öskürəyi müalicə etmək olar: 20 hissə cökə balı, 4 hissə zeytun yağı, 3 hissə tozağacı tumurcuqları, 1 hissə cökə çiçəyi, 4 hissə xırda doğranmış əzvay yarpağı götürülür. Toz ağacı tumurcuqları və tozağacı çiçəyi ayrıca 0,5 suda dəmlənir və 1-2 dəqiqə müddətində qaynadılır. Həlim süzülür və balın əzvay ilə qarışığı üzərinə tökülür, sonra zeytun yağı əlavə edilərək qarışdırılır. Qarışıq soyuducuda saxlanılır və istifadədən əvvəl çalxalanır. Gündə 3 dəfə, hər dəfə 1 yemək qaşığı qəbul olunur.

Mədə-bağırsaq traktının xəstəlikləri, hətta xora kimi ciddi xəstəlik də əzvay şirəsinə malik preparatlarla müalicə oluna bilir.

  • Mədə və onikibarmaq bağırsağın xorası olduqda müalicə üçün hazırlanan tərkib: Stəkanın yarısı qədər xırdalanmış əzvay yarpaqları bir stəkan şəkər tozu ilə qarışdırılır. Qarışıq qaranlıq yerdə üç gün saxlanılır, sonra bir stəkan təbii qırmızı çaxır əlavə olunur və daha bir sutka saxlanılır. Bir-iki ay müddətində gündə 2-3 dəfə, yeməkdən əvvəl hər dəfə 1 yemək qaşığı qəbul olunur.
  • Mədə xorası, anemiyalarda, xroniki qastritlərdə (qəbizliklə müşayiət olunan), şüa zədələnmələrində, proqressivləşən yaxşı görməmə, göz qapaqlarının iltihabı, bronxial astma, fazingitlərdə, lazingitlərdə, həmçinin immuniteti artırmaq üçün və ümumi möhkəmləndirici vasitə kimi aşağıdakı tərkibin istifadəsi təklif olunur: əzvay şirəsi eyni miqdarda bal ilə qarışdırılır və gündə 3 dəfə, yeməkdən 30 dəqiqə öncə, hər dəfə çay qaşığının ⅓-i qədər, isti süd ilə birlikdə içilir. Müalicə kursu 3 həftədir, fasilə 10 gün, sonra kurs təkrar olunur.

Əzvay təkcə müalicə etmir, həm də gözəlləşdirir: Qədim Misirdə hesab olunurdu ki, barbados əzvayı qadına xüsusi gözəllik verir. Qədim əfsanəyə görə çariça Kleopatra gözəlliyini və cavanlığını məhz əzvaydan hazırlanmış dərmanlarla saxlamışdır. Qədim traktatlarda dəriyə və saçlara qulluq üçün əzvay istifadəsi haqqında məlumatlar var. Sizə də bu qədim reseptlərdən istifadə etməyi məsləhət görürük.

  • Cavanlaşdırıcı krem: bir yemək qaşığı əzvay şirəsi 1 yemək qaşığı distillə suyu, ½ yemək qaşığı qızıl gül suyu (və ya qızıl gül çiçəkləri cövhəri) və ½ çay qaşığı bal ilə qarışdırılır. Qarışıq su hamamı üzərinə qoyulur və üzərinə yavaş-yavaş 50 qram ərimiş donuz piyi əlavə olunur. Hazır krem bankaya keçirilir, ağzı kip bağlanır və soyuducuda saxlanır. Gündə bir dəfə nazik təbəqə kimi qoyulur.
  • Əzvaydan hazırlanan lason ilə gündə çox dəfələrlə yuyunma dərini yağsızlaşdırmağa kömək edir, o, həmçinin dərini sızanaqlar əmələ gəlməkdən qoruyur. Böyük əzvay yarpağı kəsilir, sonra prostimullaşdırılır. Sonra yarpaq xırdalanır və ondan şirə çəkilir. 100 qram şirəyə 50 qram qaynadılmış su və ½ yemək qaşığı spirt əlavə olunur.
  • Kimyəvi burulma ilə zədələnmiş və ya zəifləmiş saçları balzam ilə müalicə etmək olar: 100 qram əzvay şirəsi 500 qram quru üzüm çaxırı ilə qarışdırılır. 2-3 gün saxlanılır. Bir ay müddətində müntəzəm olaraq müalicəvi kütlə başın dərisinə sürtülür. Nəticə əla olur.

Əzvay şirəsi xaricə istifadə olunduqda antiseptik, iltihab əlehinə, yaranı sağaltmaq təsirinə malik olur. Yaraları, sıyrıntıları, zədələnmiş dərini müalicədə yaxşı təsirə malikdir.

  • Dərinin cırıqlarını, irinli və göbələkli zədələnmələrini, xoranı müalicə etmək üçün yara üzərinə təzə əzvay yarpağı qoymaq lazımdır. Bunun üçün əvvəlcə yarpağın dişli kənarları kəsilir və yarpağın üst hissəsi kəsilərək atılır. Yarpaq quruduqda sarğı açılaraq yenisi ilə əvəz olunur. Bu üsul uşaqlar üçün daha yaxşıdır, çünki, onlar yaranı yod və ya spirt ilə yandırmanı sevmirlər, əzvay isə ağrı hissi yaratmır.

Əzvay həmçinin yanıqları və onkoloji xəstələrin şüa prosedurlarından sonra əmələ gələn dəri zədələnmələrini müalicə edə bilir. Müalicə üçün təzə əzvay şirəsi istifadə olunur və sutkada bir neçə dəfə dəriyə sürtülür. Hətta stimullaşmamış bitki də yaxşı kömək edir: yanıqdan zədələnmiş dəri tezliklə bərpa olunur.

  • İtdirsəyini müalicə etmək üçün əzvay yarpaqlarının şirəsini qaynanmış su ilə 1:10 nisbətində qarışdırıb islatma dərmanı kimi istifadə etmək lazımdır.
  • Vanqa resepti ilə baş ağrısının müalicəsi: 1-2 əzvay yarpağı 2-3 litr suda bişirilir. Bir neçə axşam başa və bədənə bu həlim tökülür.