Alp rozaliyası
Alp rozaliyası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstə: ???: Alp rozaliyası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Alp rozaliyası (lat. Rosalia longicorn / Rosalia alpina) — sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid növ. Təbii şəraitdə sayı azalır.[1]
Təsviri
[redaktə | mənbəni redaktə et]Bədənin uzunluğu 15 – 28 mm-dir. Ön döş bozumtul – mavidir, ön tərəfdə iri qara ləkəlidir. Bədən boz və ya göyümtül – bozdur, qanadüstlükləri bozumtul – mavi olub, qara ləkəlidir, ləkələrin kənarları açıq rənglidir. İri qara ləkələr qanadüstlüklərin ortasında, kiçik qara ləkələr isə arxasında yerləşir. Ləkələrin şəkli müxtəlif fərdlərdə dəyişkən ola bilər.[2] Bığcıqlar 11 buğumludur, mavidir. Hər buğumun qalın hissəsi qara rəngli olub, tükcüklüdür. Bığcıqlar dişilərdə bədən uzunluğunda, erkək fərdlərdə isə bədəndən 1,5 – 2 dəfə uzundur.
Yayılması
[redaktə | mənbəni redaktə et]Azərbaycanda Böyük Qafqaz və Kiçik Qafqazda hündürlüyü 1500 m-ə qədər yüksəklikdə enliyarpaqlı meşələrdə rast gəlinir. Bundan əlavə onlara Qərbi Avropa, Cənubi – Qərbi Ukrayna, Kırım, Qafqaz, Suriya və Fələstin ərazilərində rast gəlinir.
Həyat tərzi
[redaktə | mənbəni redaktə et]Yarpaqlı meşələrin rütubətli yerlərində, yıxılmış ağacların gövdələri üzərində yaşayır. Fıstıq ağacına üstünlük verirlər. Yaşlı böcəklər iyulda görünür və avqust ayının sonuna qeder yaşayır. Sürfəsi qışlayır. Generasiya 3 illikdir. Gündüzlər daha fəaldırlar. Növün bioloji xüsusiyyətləri öyrənilməmişdir.
Sayı
[redaktə | mənbəni redaktə et]2002-ci ildə İ.Q.Kərimova tərəfindən Şabran rayonunun Zeyvə kəndində 3 fərd, 2011-ci ildə Ş.M.Məhərrəmova tərəfindən Qax rayonunda 2 fərd qeydə alınmışdır.[3]
Məhdudlaşdırıcı amillər
[redaktə | mənbəni redaktə et]Meşələrin qırılması, çürüməkdə olan fıstıq ağacı kötüklərinin kökündən çıxarılıb böcəklərin yaşayış yerlərindən ərazidən uzaqlaşdırılması.
Qorunması üçün qəbul edilmiş tədbirlər
[redaktə | mənbəni redaktə et]Beynəlxalq Təbiəti mühafizə Cəmiyyətinin Qırmızı Siyahısına, Avropa Qırmızı Siyaısına, Bern Konvensiyasının II Əlavəsinə salınmışdır. Çexiya, Polşa, Rusiya Federasiyasının Qırmızı kitabına və Azərbaycanın Qırmızı kitabıbnın I nəşrinə daxil edilmişdir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
[redaktə | mənbəni redaktə et]Meşə təsərrüfatı tədbirlərini nizamlamaq, köhnə ağacların kəsilməsini məhdudlaşdırmaq, ağac (xüsusilə də fıstıq ağacının) kötüklərini meşədən kənarlaşdırmamaq, böcəyin yayıldığı ərazilərdə qoruq təşkil etmək lazımdır. Onun sayi və yayılma arealı barədə yeni məlumatların əldə edilməsi üçün hər il yasayis ərazilərinə monitorinqlər təşkil edilməlidir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Qırmızı Kitabı, II cild, Bakı, 2013
- ↑ Плавильщиков Н.Н. Жуки-дровосеки \\ Фауна СССР. Насекомые – жесткокрылые, т. XXI, ч. 2, М.-Л., 1940, 781 с.;
- ↑ Kərimova İ.Q., Hüseynova E.A., Məhərrəmova Ş.M. Azərbaycanın neftlə çirklənməyə məruz qalmış şimal-şərq meşələrində nadir böcək növləri \\ Az.MEA, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm mərkəzi \\ Az.elmi tədqiqat Bitki Mühafizəsi institutu, Görkəmli alim – entomoloq S.R.Məmmədovanın 80-illik yubileyinə həsr olunmuş elmi sessiyanın materialları, Gəncə, 2005, с. 103 – 107.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Qırmızı Kitabı, II cild, Bakı, 2013
- Kərimova İ.Q., Hüseynova E.A., Məhərrəmova Ş.M. Azərbaycanın neftlə çirklənməyə məruz qalmış şimal-şərq meşələrində nadir böcək növləri \\ Az.MEA, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm mərkəzi \\ Az.elmi tədqiqat Bitki Mühafizəsi institutu, Görkəmli alim – entomoloq S.R.Məmmədovanın 80-illik yubileyinə həsr olunmuş elmi sessiyanın materialları, Gəncə, 2005, с. 103 – 107.
- Плавильщиков Н.Н. Жуки-дровосеки \\ Фауна СССР. Насекомые – жесткокрылые, т. XXI, ч. 2, М.-Л., 1940, 781 с.;
- Гусейнова Э.А, Керимова И.Г., Магеррамова Ш.М., Тозлу Г. Некоторые краснокнижные виды жуков Северо-Восточного Азербайджана сегодня \\ Конференция посвещенной году гор, Грузия, 2002, c. 80 - 81;