Aqota Kristof

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aqota Kristof
mac. Ágota Kristóf
Doğum tarixi
Doğum yeri Çikvand, Macarıstan krallığı
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Nevşatel, İsveçrə
Vətəndaşlığı  Macarıstan  İsveçrə
Milliyyəti Macar
Fəaliyyəti Yazıçı
Fəaliyyət illəri 1959-2011
Əsərlərinin dili Macar dili Fransız dili
Janr Roman
İlk əsəri “John et Joe”
Tanınmış əsərləri “Qeyd dəftəri”
“Sübut”
“Üçüncü yalan”
Mükafatları Avropa mükafatı
Qottfrayd Keller mükafatı
Avstriya Dövlət mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aqota Kristof (mac. Ágota Kristóf; 30 oktyabr 1935[1][2][…]27 iyul 2011[1][2][…], Nevşatel[d][3]) — İsveçrədə yaşamış və fransızca əsərlər yazmış Macarıstan yazıçısı. 1986-cı ildə yazdığı "Qeyd dəftər"i romanına görə fransız dilli ədəbiyyat nümunələrinə verilən Avropa mükafatına layiq görülmüşdür.[4]

Aqota Kristof Macarıstan krallığının Çikvand şəhərində 1935-ci ilin 30 oktyabrında anadan olmuşdur. 1956-cı il Macar inqilabı zamanı 21 yaşında olan Aqota ərinin anti-sovet fəaliyyətinə görə 4 aylıq uşağı ilə Macarıstanı tərk etməyə məcbur olmuşdur. Macarıstan mühacirətə gedən ailə İsveçrənin Nevşatel şəhərinə yerləşmişdi. Burada 5 il əziyyətlə yaşadıqdan sonra Aqota həyat yoldaşından ayrılmış və fransız dilini öyrənməyə başlamışdır. Elə bu illərdə də fransızca romanlar yazmağa başlamışdır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Aqota bədii yaradıcılıqla məşğul olduğu ilk illərdə şerlər yazmışdır (John et Joe, Un rat qui passe).[5] Lakin onun heç bir əsəri trilogiyası qədər səs-səda salmamışdır. Trilogiyasının birinci hissəsi 1986-cı ildə nəşr edilmişdir. Əsərin adı "Qeyd dəftəri" adıanır İkinci hissəsi "Sübut" (1988), üçüncü hissə isə "Üçüncü yalan" (1991) adları ilə nəşr edilmişdir.

1995-ci ildə o, yeni romanını - "Dünən"i nəşr etdirdi. 2004-cü ildə özünün bioqrafiyasından bəhs edən "L'analphabète" əsərini nəşr etdirmişdir.

Onun əsərlərinin əksəriyyəti Parisdəki Seuil in Paris tərəfindən nəşr edilmişdir. Lakin son iki qısa hekayələr kitabı Mini Zoedə "Ou es-tu Mathias""Line, le temps" adları ilə nəşr edilmişdir. Kitablar adlarını müəllifin son iki romanından götürülmüşdür.

"Qeyd dəftəri" romanı 40 dan çox dilə tərcümə edilmişdir.[6]

Video-oyun olan "Mother 3" Aqotanın romanı olan "Qeyd dəftəri"ndən təsirlənmişdir.

Şimaili Amerikalı roman yazıçısı olan Stefan Beachi Aqotadan təsirlənməsini özünün "Boneyard" romanında qeyd etmişdir.

"Brucio nel vento" (Mən küləydə yanıram, 2002) filmi Aqotanın "Dünən" romanı əsasında rejissor Silvio Soldini tərəfindən çəkilmişdir.

Erik Berqkraut Aqota Kristof haqqında "Le Continent K." (1998) və "Agota Kristof, 9 ans plus tard ..."(2006) sənədli filmlərini çəkmişdir.

"Qeyd dəftər"i romanı əsasında 2013-cü ildə film çəkilmişdir. Bu film xeyli uğurlu alınmışdır.[6]

  • 1986: Le grand cahier / The Notebook
  • 1988: La preuve / The Proof
  • 1991: Le troisième mensonge / The Third Lie
  • 1998: L'Heure grise et autres pièces
  • 1995: Hier / Yesterday
  • 2004: L'analphabète / The Illiterate
  • 2005: C'est égal
  • 2005: Où es-tu Mathias?
  • 2007: Le Monstre et autres pièces

1986-cı ildə yazdığı "Qeyd dəftər"i romanına görə fransız dilli ədəbiyyat nümunələrinə verilən Avropa mükafatına layiq görülmüşdür. 2001-ci ildə İsveçrəQottfrayd Keller mükafatını, 2008-ci ildə isə Avropa ədəbiyyatına görə Avstriya Dövlət mükafatını qazanmışdır.[4]

27 iyul 2011-ci ildə Nevşateldəki evində vəfat etmişdir.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Agota Kristof // filmportal.de. 2005.
  3. Deutsche Nationalbibliothek Record #119263793 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 1 2 "Meghalt Agota Kristof írónő" (Macarca). origo.hu. 2011-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
  5. "Agota Kristof" (İngiliscə). europeanliteraryimmigration.com. 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
  6. 1 2 Slavoj Žižek. "Ágota Kristóf's The Notebook awoke in me a cold and cruel passion" (İngilis dili). theguardian.com. 2013-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.