Arkada
Naviqasiyaya keç
Axtarışa keç
Arkada — tağla örtülən, təkrarlanan eyni oyuqların sırasıdır. Arkadanın qurulması üçün bir sıra ölçülər – oyuqların eni və hündürlüyü, divarın pəncərə və qapılar arasındakı hissəsi, o cümlədən divarın qalınlığı müəyyənləşdirilməlidir. Bütün deyilən ölçülər bir-birindən qarşılıqlı asılıdır.
Roma memarlığının öyrənilməsi göstərir ki, Roma memarları müəyyənləşmiş münasibətlər hazırlamışlar. Oyuqların eni onun hündürlüyündən iki dəfə azdır, aralıq divarın eni oyuqların enindən iki dəfə azdır, divarın qalınlığı isə aralıq divarın enindən iki dəfə azdır. Başqa sözlə, oyuğun forması özünü düzbucaqlı kimi göstərir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]
Vikianbarda Arkada ilə əlaqəli mediafayllar var.