Avtandil Talıbov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Avtandil Talıbov
Avtandil Hüseynəli oğlu Talıbov
Doğum tarixi 26 dekabr 1946(1946-12-26) (77 yaş)
Doğum yeri
Dəfn yeri Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı Dosent
İş yeri
Təhsili V.İ.Lenin adına (Hal-hazırda, N.Tusi adına) Azərbaycan Dövlət Pedoqoji İnstitunun kimya-biologiya fakultəsi

Avtandil Hüseynəli oğlu Talıbov (26 dekabr 1946, Siyaqut, Noraşen rayonu) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Korroziya inhibitorları və konservasiya materialları” laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru, dossent. [1] [2]

Ümumi məlumatlar

[redaktə | mənbəni redaktə et]

Avtandil Hüseynəli oğlu Talıbov 26 dekabr 1946-cı ildə Naxçıvan MR Şərur rayonu Siyagut kəndində qulluqçu ailəsində anadan olmuşdur. Onbirillik təhsilini 1964-cü ildə Şərur rayonu Siyaqut kəndində başa çatdırdıqdan sonra həmin il V.İ.Lenin adına (Hal-hazırda, N.Tusi adına) Azərbaycan Dövlət Pedoqoji İnstitunun kimya-biologiya fakultəsinə daxil olmuş və ali təhsilini 1969-cu ildə bitirərək orta məktəbdə kimya-biologiya müəllimi ixtisasına yiyələnmişdir. О, 1982-ci ildə Azərbaycan Neft və Kimya (İndiki Azərbaycan Dövlət Neft Akademiyası) insititunda «Оlefinlərin tetraflüorborat nitroniumla nitrolaşması» namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsini almışdır.

A.H.Talıbov 1986-cı ildən АМЕА NKPİ-də işləyir. Elə həmin ildə SSRİ Elmlər Akademiyasının Prezidiumunun qərarı ilə A.H.Talıbova “Üzvi kimya” ixtisası üzrə baş elmi işçi (indiki dosent) və «böyük elmi işçi » elmi rütbəsinə layiq görülmüşdür.

2013-ci ildə Neft-Kimya Prosesləri İnstitunun nəzdindəki Dissertasiya Şurasında “Bəzi nitro-,və amin tərkibli birləşmələrin sintezi və onların istifadə yolları” mövzusunda “Üzvi kimya” və “Neft Kimyası” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək, kimya elmləri doktoru alimlik dərəcəsini almışdır.

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Olefinlərin, doymamış mürəkkəb efirlərinin tetraflüor-borat nitroniumla (ion birləşməsi) nitrolaşması ilə tsiklik nitro, nitro flüor və nitro spirt saxlayan mürəkkəb efirlərin, nitro qrupuna malik olana ltıhalqalı 1.3-dioksalan, beşhalqalı dioksan tetraflüor boratların sintez edilmiş, antimikrob xassələrinin təqiqi, bitki yağı və naften tərki-bli neft turşulardan onların amidlərinin, imidazolin birləş-mələrinin sintezi, sintez edilmiş birləşmələrin konservasiya mayesi, korroziya inhibitorları reagentləri kimi tədqiqilir, həmçinin yağ turşularının triqliseridlərindən hidroliz prosesi ilə bioyanacağın, sellülozadan isə 5-hidroksimetil furanalın sintezi sahəsində geniş elmi tədqi-qat işləri aparılmışdır.

Elmi tədqiqatları

[redaktə | mənbəni redaktə et]

İşlədiyi dövrdə 172-dən çox elmi əsərləri dərc olunmuşdur. Bunlardan 35-i müəlliflik şəhadətnaməsi, 79-u məqalə və 75-i məruzələrin tezisləridir. 60-dan çox məqaləsi Rusiya Federasiyasının və Avropanın nüfuzlu jurnallarında (Tetrahedron Letter, Green chemistry, American Journal of organic chemistry, Acta Cryst, Изв. АН СССР, сер. хим, ЖОрХ, ЖОХ, Коррозия: материалы, защита, Практика противокоррозионной защиты, Журнал орг. химии, Журнал прикл. химии, Журнал общей химии, Нефтехимия) dərc olunmuşdur. Onun rəhbərliyi altında 4 namizədlik dissertasiya işi müdafiə edilmişdir.

Elmi əsərlərinin adları

[redaktə | mənbəni redaktə et]
  1. В.М. Аббасов, Л.А. Махмудова, Л.И. Алиева. Маслорастворимые ингибиторы коррозии – амиды нефтяных кислот и продукты нитрования олигомеров этилена Практика противокоррозионной защиты. 2010. № 3. с. 44-47.
  2. В.А. Аббасов, Э.Г. Мамедбейли, К.А. Кочетков. Региоселективное раскрытие эпоксидов аминами в водной среде ЖОХ, 2010, в. 9, с. 1051-1056
  3. N.K. Andryshenko, E.N. Askerova, X.R. Veliyev, Z.M. Aliyeva, T.A. Mamedova, A.H.Talybov. Amine containing compounds as catalyst for producing of biodiesel fuels International conference «Catalysis for renewable sources: fuel, energy, chemicals» St. Peterburg, Tsars Village, june 28 – july 2, 2010 P.123
  4. V.M. Abbasov, A.A. Marzouk, A.H.Talybov, S.Z. Kazimova Acidic Ionic Liquids as a Catalyst for the Synthesis of 2.4.5-Triphenyl Imidazole The 1st Conference on Science Diplomacy and Developments in Chemistry (Alexandria, 2012) p.187.
  5. Т.А. Мамедова, Х.Р. Велиев, А.Г. Талыбов, Н.Р. Абдуллаева, Э.Н. Аскерова, В.М. Аббасов Синтез этиленгликолевых эфиров нефтяных кислот и использование их в качестве добавок к дизельным топливам Нефтехимия, том 51, № 3, 2011, с. 233
  6. A.A. Marzouk, A.H.Talybov, V.M. Abbasov. Short Time One-Spot Synthesis of 2, 4, 5-Trisubstituted-Imidazoles Using Morpholinium Hydrogen Sulphate as Green and Reusable Catalysts. Chemistry Journal, 2012, Vol. 02, Issue 05, p. 179-184.
  7. A.A. Marzouk, A.H.Talybov, V.M. Abba-sov, S.K. Mohamed. “Synthesis and Biological Evaluation of Some Novel Allyl Imidazole Derivatives”. Аccepted at International Porous and Powder Materials Symposium and Exhibi-tion September 3-6, 2013, İZMİR
  8. A.H.Talybov, А. А. Марзоук, В. М. Абба-сов Синтез тризамещенных имидазолов, катализируемого ионной жидкостью. Процессы нефтехимии и нефтепереработки, 2013, т.14, № 5 (53), С.58-64
  9. Jim Simpson, S.K. Mohamed, A.A. Marzouk, A.A. Abdelhamid, A.H.Talybov. 2-(4-Methoxy-phenyl)-1-pentyl-4,5-diphenyl-1H-imidazole. Acta Cryst. (2013). E69, o5 – o6.
  10. A.H.Talybov, A.A. Marzouk, V.M. Abbasov, S.K. Mohamed Synthesis of 2,4,5-Triphenyl Imidazole Derivatives Using Diethyl Ammonium Hydrogen Phosphate as Green, Fast and Reusable Catalyst. World Journal of Organic Chemistry, 2013, Vol. 1, No. 1, p.6-10
  1. "Talıbov Avtandil Hüseynalı oğlu". science.gov.az. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sen 2022.
  2. "Arxivlənmiş surət". 2019-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.