Boliviya-Peru Konfederasiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qismən tanınmış
Boliviya-Peru Konfederasiyası
(isp. Confederación Perú-Bolivián)
Bayraq Gerb
Bayraq Gerb
 
 
 
 
1836 — 1839

Paytaxt Takna
Ən böyük şəhər Lima
La Pas
Rəsmi dilləri ispanca
Dövlət dini Katolik
Ərazisi 3 500 000 km²
İdarəetmə forması Konfederativ Respublika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boliviya-Peru Konfederasiya Peru və Boliviya arasında 1836–1839 cu illərdə Cənubi Amerikada yaradılmış konfederasiya. Həmin vaxt Peru iki dövlətə Şimali və Cənubi Peruya bölünmüşdü. Bu dövlətin əsas fiquru Boliviya prezidenti Andres Santa Krus idi. Dövlətin paytaxtı Perunun şəhəri olan Takna idi.

Yaradılmadan öncə

[redaktə | mənbəni redaktə et]

Konfederasiyanın yaradılması fikri Peru dövlət başçılarının təşəbüsü olsa da , Boliviya liderləri bu fikri dəstəkləmirdilər. Peruda qeyri-sabitlik höküm sürürdü. Boliviyada isə Santa Krusun diktatorluğu altında daha da güclənmişdi. Bu vəziyyətdə Konfederasiyanın yaradılması Boliviyanın bu birlikdə dominantlığına gətirib cıxarırdı.

Konfederasiyanın yaradılması

[redaktə | mənbəni redaktə et]
Marşal Andres de Santa Krus

Məqsədinə catmaq üçün Santa Krus Peruda olan qeyri-sabitlikdən istifadə edərək orada bir necə üsyan təşkil edir. Ən əlverişli vaxt Peru prezidenti Luis Xose de Orberosonun ona müraciyyəti olur. Santa Krus Avqustin Qamarronu 13 avqust 1835-ci ildə məğlub edir. 4 fevralda isə Filipe Santyaqo Salaverri məğlub olur və öldürülür. Santa Krusun təsiri ilə Cənub və Şimali Peru dövlətlərinə bölünür. O Boliviyada olduğu kimi Peruda da öz diktator rejimini tətbiq etmək istəyir. 1 may 1837-ci ildə yeni konstitusiya yaradılır. Santa Krus 10 il müddətinə ölkənin başçısı seçilir. Bir necə qanunlar toplusu yaradılır ('Mülki məcəlləsi, Cinayət məcəlləsi'). Verginin toplanma qaydasına dəyişiklik, dövlət xərclərinin azaldılması, cəmiyyət və dövlətin inşafına töhfələr verilməsi kimi addımlar atılır. Ancaq sadə əhali konfederasiyanı dəstəkləmirdi və milli ədavət güclənirdi.

Konfederasiyanın sonu

[redaktə | mənbəni redaktə et]

Konfederasiya əlehdarları Çiliyə qaçmalı olurlar. Çili dövlətinin üsyançılara dəstəyi konfederasiyanın 1839-cu ilin 20 yanvarında Yunqay şəhərində məğlub olması ilə faktiki bu dövlət öz mövcudluğunu itirir. 25 avqust 1939-cu ildə dövlət ləğv edilir.