Boris Livanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Boris Livanov
Doğum tarixi 25 aprel (8 may) 1904[1]
Doğum yeri
Vəfat tarixi 22 sentyabr 1972(1972-09-22)[2][1] (68 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti aktyor, teatr rejissoru
Fəaliyyət illəri 1924-cü ildən
Teatr
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
SSRİ xalq artisti RSFSR xalq artisti RSFSR əməkdar artisti SSRİ Dövlət mükafatı "Stalin" mükafatı "Stalin" mükafatı "Stalin" mükafatı "Stalin" mükafatı "Stalin" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boris Nikolayeviç Livanov (rus. Бори́с Никола́евич Лива́нов; 25 aprel (8 may) 1904[1], Moskva[2]22 sentyabr 1972[2][1], Moskva[2]) — sovet aktyoru, teatr rejissoru, SSRİ xalq artisti (1948), Stalin mükafatı (1941, 1942, 1947, 1949, 1950) və SSRİ Dövlət mükafatı (1970) laureatı, Vasili Livanovun atası.

Boris Livanov 1924-cü ildən Moskva Bədaye Teatrının aktyoru, 50-ci illərdən eyni zamanda rejissoru olmuşdur. Ən yaxşı rolları Şvandiya ("Lyubov Yarovaya", K.Trenyov), Nozdryov ("Ölü canlar", N.Qoqolun eyniadlı əsəri üzrə), Solyonı ("Üç bacı", A.Çexov), Rıbakov ("Kreml saatı", N.Poqodin), Yeqor Bulıçov ("Yeqor Bulıçov və başqaları", M.Qorki), Dmitri Karamazov ("Karamazov qardaşları", F.Dostoyevskinin eyniadlı əsəri üzrə) və b. olmuşdur. 1924-cü ildən kinoda çəkilmişdir. "Dubrovski" (1936), "Baltik deputatı" (1937), "Minin və Pojarski" (1939), ""Varyaq" kreyseri" (1947), "Admiral Uşakov" (1953), "Dəniz haqqında poema" (1958) və. Lenin ordeni, 5 başqa orden və medallarla təltif edilmişdir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 5 6 Ливанов Борис Николаевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.