Brezovisa xizək kurortu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Brezovisa xizək kurortu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Brezovisa xizək kurortu və ya Brezovisa xizək mərkəzi — dağ kurortu və Şar dağlarının yamaclarında yerləşən Kosovonun ən böyük qış turizm mərkəzi.

Xizəksürmə və snoubord üçün nəzərdə tutulmuşdur.

Yay aylarında ekoturizm imkanlarına yürüyüş, dağ velosipedi, golf və digər açıq havada istirahət fəaliyyətləri daxildir. Gəzinti yolları yaxınlıqdakı Livad gölünə aparır.

Brezovisa xizək kurortu 1954-cü ildə yaradılıb.

Xizək kurortu Şar dağları Milli Parkının şimal və şimal-qərb yamaclarında yerləşir.

Kurortun beş kanadından birincisi 1979-cu ildə quraşdırılıb. Kurortun şimal və şimal-şərq yamaclarında yerləşən 16 kilometr uzunluğunda xizək enişləri var. Kurort 1980 və 1990-cı illərdə bir sıra beynəlxalq xizək yarışlarına ev sahibliyi edib, o vaxtdan bəri turizm məkanına çevrilmişdi.

Brezovica 1984-cü ildə Sarayevoda keçirilən Qış Olimpiya Oyunları üçün alternativ xizək meydançası kimi xidmət göstərib, 1980-1990-cı illərdə Beynəlxalq Xizək Federasiyasının bir sıra tədbirlərinə ev sahibliyi etsə də, kurort iyirmi ildən artıqdır ki, əhəmiyyətli infrastruktur sərmayəsi almayıb.[1]

Brezovisa xizək kurortunun hüquqi statusu 1999-cu il Kosovo müharibəsindən bəri mübahisəlidir, çünki həm Serbiya, həm də Kosova hökumətləri onun mülkiyyət hüquqlarına malik olduqlarını iddia edirlər.[2] Bu məsələ, iyirmi ildən artıqdır ki, heç bir investisiya ilə nəticələnmir.

2014-cü ilin noyabrında Kosovo hökuməti növbəti iyirmi il ərzində Brezovica xizək kurortunun inkişafı üçün Compagnie des Alpes-in rəhbərlik etdiyi Fransız konsorsiumu ilə 410 milyon avro dəyərində müqavilə imzaladı.[3] Lakin 2016-cı ilin iyununda Fransa konsorsiumu investisiya üçün bank zəmanəti verə bilmədiyi üçün müqavilə ləğv edildi.[4]

2018-ci ilə qədər buraya gələn turistlərin əksəriyyəti Kosovo və qonşu Albaniyadan gələn turistlərdir.[5]

İnfrastrukturu

[redaktə | mənbəni redaktə et]
Brezovisa xizək kurortunun mənzərəsi

Silsilə uzunluğu 39 min hektar olan yüksək alp relyefidir, çox müxtəlif və zəngin flora və faunaya malik meşələri vardır. İki beynəlxalq hava limanına (Priştina Beynəlxalq Hava LimanıSkopye Beynəlxalq Hava Limanına) 90 dəqiqəlik məsafədə yerləşir.

Brezovisa kurort zonası Cənub-Şərqi Avropada kifayət qədər inkişaf etməmiş xizək kurortlarından biridir. Bu ərazinin içərisində orta uzunluğu təxminən 4 kilometr (2 mil) olan xizək yamacları var. Kanat yolu ilə çıxışı olan stansiya dəniz səviyyəsindən 2212 metr yüksəklikdə yerləşir.

Brezovisa xizək mərkəzi mövsümdə xizək sürmək üçün açıq olur.

2008-ci ildə üç yeni kanat açılıb. Brezovisa FIS slalom, nəhəng slalom, eniş və Super G yamacları eyni vaxtda 50.000 xizəkçini qəbul edə bilir.

Kurortda bir sıra uğurlu milli və beynəlxalq yarışlar keçirilir.[1] Kurortda həmçinin Kosovo qış idman komandası da məşq edir. MDP Consulting Compagnie des Alpes tərəfindən böyük investisiyanın bu sahədə ekoloji problemlərin həllinə kömək edəcəyi gözlənilir.

Xizək yamaclarının orta uzunluğu 4 kilometrdir və xizək sürmək üçün ildə orta hesabla 128 gün var.

Xizək mərkəzində dörd oteldə təxminən 700 çarpayı vardır ki, seçilmiş mehmanxana və özəl obyektlərdə əlavə yerləşdirmə də mövcuddur. Lakin bu otellər ya minimum tutumla işləyir, ya da Serbiya hökuməti ilə Kosovo hökuməti arasında hüquqi mübahisələrə görə bağlanıb.[2] Otel pulsuz nəqliyyat və xizək kanadlarına pulsuz giriş təklif edir. Təbiət parkı olsa da, ərazidə fərdi yaşayış evlərinin tikintisi sürətlə genişlənir.[6]

Velika livadanın görünüşü
  1. 1 2 Neville, Tim. "Skiing Kosovo, Abandoned Lifts and All". nytimes.com (ingilis). 2016-02-24. 2021-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-23.
  2. 1 2 "Čiji je ski centar Brezovica?". b92.net (serb). Danas. 2013-05-08. 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-23.
  3. "Kosovo appoints French consortium to develop ski resort". reuters.com (ingilis). 2014-11-17. 2021-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-23.
  4. "Koha: Propao projekat "Brezovica"". blic.rs (serb). 2016-06-17. 2021-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-23.
  5. Džodan, N. "PUTEVIMA CRVENIH BOŽURA, SKIJANJE I VIA FERATA Kako izgleda turistička ponuda Kosova i ko tamo najčešće putuje". blic.rs (serb). 2018-03-06. 2021-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-23.
  6. "Brezovica Ski Resort" (ingilis). viewkosova.com. 2014-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]