Cəfərli (Qazax)
Naviqasiyaya keç
Axtarışa keç
Kənd | |
Cəfərli | |
---|---|
41°02′01″ şm. e. 45°14′31″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qazax rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi | 19.5[1] |
Mərkəzin hündürlüyü | 508 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 1,200[1] nəfər |
Milli tərkibi | azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Cəfərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi
[redaktə | mənbəni redaktə et]Kənd 1999-cu ildə yaradılmışdır. Cəfərli kəndi Ağstafa çayının sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Yaşayış məntəqəsi sarıxanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır.[2]
Toponimikası
[redaktə | mənbəni redaktə et]- Cəfərli oyk, sadə.
- Ağsu r-nunun Kəndoba i.ə.v.-də kənd. Şirvan düzündədir;
- Cəlilabad r-nunun Astanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri muğanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır;
- İmişli r-nunun eyniadlı i.ə.v.-də kənd. Mil düzündədir. Yaşayış məntəqəsi sarıxanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır;
- Gədəbəy r-nunun Əliismayıllı i.ə.v.də kənd. Şahdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Mollacəfərlidir. Yaşayış məntəqəsinin XIX ərin sonlarında Kiçik Qaramurad kəndindən köçüb gəlmiş Molla Cəfər adlı şəxs tərəfindən salındığı haqqında məlumat verilir;
- Qazax rnunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi qazaxların qafarlı tayfasının bir qolu olan cəfərli elinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir.[3]
Əhalisi
[redaktə | mənbəni redaktə et]- 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 1133 nəfər əhali yaşayır. Əhalinin 562 nəfəri kişilərdən, 571 nəfəri qadınlardan ibarətdir.[4]
Görkəmli şəxsləri
[redaktə | mənbəni redaktə et]- İsə Almazov (1977-2014) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
- Arif Mustafayev (d.1938) — Azərbaycan etnoqrafı, tarix elmləri doktoru, professor. BDU Tarix fakültəsi nəzdində “Azərbaycanın Maddi-Mədəniyyət tarixi” ETL-in müdiri (1989-2001), 2001-ci ildən hal-hazıradək «Azərbaycanşünaslıq» ETM-in Arxeoloji və Etnoqrafik tədqiqatlar bölməsinin müdiri vəzifəsində çalışır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Qazax rayonunda hərbi təcavüzün nəticələri barədə MƏLUMAT". Qazax Rayon İcra Hakimiyyəti. 2019-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət". 2015-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Qazax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |