Danimarka
Danimarka | |||||
---|---|---|---|---|---|
Kongeriget Danmark | |||||
| |||||
Guds hjælp, Folkets kærlighed, Danmarks styrke (Allahın köməyi, Xalqların sevgisi, Danimarkanın qüdrəti) |
|||||
Himn: Der er et yndigt land ("Sevilən torpaq var") |
|||||
Tarixi | |||||
• Dövlətin formalaşması | VIII əsr | ||||
• Aİ-yə qəbul | 1 yanvar 1973 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Kopenhagen | ||||
İdarəetmə forması | Konstitutsiyalı monarxiya | ||||
Kraliça | Frederik X[ 14.I.2024 ~] | ||||
Baş nazir | Mette Frederiksen[ 27.VI.2019 ~] | ||||
Sahəsi | Dünyada 134-cü | ||||
• Ümumi | 42931 km² | ||||
• Su sahəsi (%) | 1,6% | ||||
Əhalisi | |||||
• Əhali | 5 600 min [1] nəfər (113-cü) | ||||
• Siyahıyaalma (1.1.2001) | 5 349 212 nəf. | ||||
• Sıxlıq | 129 nəf./km² (78-ci) | ||||
• Ümumi | 398.303.272.764 $[3], 395.403.906.582 $[3] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 249,5 milyard [2] dollar (58-ci) | ||||
• Adambaşına | 44 300 dollar (30-cu) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2010) | 313,825 milyard dollar (31-ci) | ||||
• Adambaşına | 56.790 dollar (5-ci) | ||||
İİİ (2013) | 0.901 | ||||
Valyuta | Danimarka kronu | ||||
İnternet domeni | .dk | ||||
ISO kodu | DK | ||||
BOK kodu | DEN | ||||
Telefon kodu | +45 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Danimarka (dan. Danmark) — Avropada dövlət. Danimarkada yerli idarəetmələr iki səviyyəli sistemə əsaslanmaqdadır. Üst səviyyədə kontluklar (amtskommuner) və alt səviyyədə isə bələdiyyələr (kommuner) vardır. Bununla bərabər Kopenhagen və Frederiksberq həm kontluk, həm də eyni zamanda bələdiyyədir.
Ölkə 14 kontluk və 275 bələdiyyədən ibarətdir. Buna Kopenhagen və Frederiksberq şəhərləri də daxildir.
Ərazi
[redaktə | mənbəni redaktə et]Danimarka Krallığı Şimali Avropada yerləşir. Ölkə qərbdən Şimal dənizi, şərqdən Baltik dənizi, cənubdan Almaniya ilə həmsərhəddir. Ölkənin əsas hissəsi yarımadada yerləşir. Paytaxt Kopenhagen Zelandiya və Amager adalarında yerləşir. Bu adalar ölkənin nisbətən böyük adalarıdır (Qrenlandiya istisna olmaqla). Bu ada rəsmi olaraq Danimarkanın mülküdür. Ölkə ərazisi düzənliklərdən ibarətdir. Yalnız Bornholm adaları qayalı relyefə malikdir. Düzənlik relyefin səbəbi qədim Buz dövrüdür. Ən yüksək nöqtəsi Eyer Bavnxoy (173 m) yüksəkliyidir. Ölkə 17 amtoma (vilayət) bölünmüşdür. Kopenhagen və Ferederiksberq müstəqil inzibati ərazi vahidləridir. Ərazisindən 158 km uzunluğu olan Qudeno çayı keçir.
Əhali
[redaktə | mənbəni redaktə et]Danimarkanın əhalisini 5.415.978 nəfər təşkil edir. Əhalinin 96%-ni danimarkalılar, 2%-ni almanlar, farerlər, isveçlər, qalanlarını isə Qrenlandiyada yaşayan eksimoslar təşkil edir. Əhalinin 97%-i protestanlığın lüteran qrupuna daxildir..
Tarixi
[redaktə | mənbəni redaktə et]X əsrdə Vahid Danimarka Krallığı yaradılır. 1397-ci ildə Kalmar uniyası bağlanır. 1538-ci ildə Lüteranlıq əsas din kimi möhkəmlənir. 1849-cu ildə Danimarka konstitusiyalı monarxiya elan olunur. 1940-cı ildə İkinci dünya müharibəsinin gedişində Faşist Almaniyası tərəfindən işğal olunur. 1945-ci il işğaldan azad edilir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Danimarkanın ümumi ərazisi 42,931 km2-dır. Danimarka 56° şimal enliyində və 10º şərq uzunluğunda yerləşir. Danimarka, İsveçin cənub-qərbində, Norveçin cənubunda və Almaniyanın şimalında yerləşir. Danimarka həm Baltik həm də Şimal dənizi ilə 7,500 kilometrlik sahil xətti vasitəsilə sərhəddir. Danimarkanın tək quru sərhədi, Almaniyanın Şlezviq-Holşteyn vilayətindədir. Bu sərhədin uzunluğu 68 kilometrdir. Danimarka, Baltik dənizini Şimal dənizi ilə birləşdirən Skagerrak və Kattegat boğazlarına nəzarət edir. Ölkənin ərazisində yerləşən ən köhnə torpaqlar Mezozoy dövründən qalmışdır. O dövrlərdə, Cənubi Skandinaviya masifini əhatə edən geniş bir dəniz var idi. Bu səbəbdən Danimarka, Skandinaviya ölkələrindən geoloji olaraq fərqli bir ölkədir. Danimarkanın çayları qısadır. Onlardan ən uzunu Quden çayıdır (149 kilometr). Buna görə Danimarka çaylarında su elektrik stansiyası qurmaq olmaz. Danimarka relyefinin əksəriyyəti düz ərazidən ibarət olduğuna görə, çoxlu sayda göl yaranmışdır. Kiçik Kəmər boğazı, Yutlandiya yarımadasının Fyon adasından ayırır. Boğazın cənub-şərqində, Lanqeland Adası yerləşir. Danimarkadakı Böyük Kəmərin şərqində, paytaxt Kopenhageni ehtiva edən Zelandiya adası yerləşir. Yutlandiya yarımadasının şimalında bir neçə dərin boğazlar mövcuddur. Bunların ən uzunu Limford və Mariyager Fyord boğazlarıdır. Danimarkanın şərq sahilində, Baltik dənizində ölkəyə aid olan 443 ada yerləşir.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Danimarka Statistikası". 2012-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-08.
- ↑ "Beynəlxalq Valyuta Fondunun Danimarka Hesabatı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-08.
- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ ""Europe :: Denmark" ([[Azərbaycan dili|azərb]]. "Avropa :: Danimarka")" (ingilis). CIA. 2017-07-11. 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-14.