Elektrokonvulsiv terapiya
Naviqasiyaya keç
Axtarışa keç
Elektrokonvulsiv terapiya — baş beyinə elektrik cərəyanın təsiri zamanı süni qıcolmaların törədilməsidir. Depressiyalar zamanı bu müalicəyə göstərişlərə xəstənin somatik vəziyyətini pisləşdirən (qidadan imtina) yüksək intihar təhlükəsi, psixotik depressiya, pis həssaslıq və ya antidepressant qəbulunun çətin keçirilməsi, pasiyentin şəxsi istəyi aiddir.
ET-nin əlavə təsirlərinə hiposteziya, ürəkbulanması, baş və əzələ ağrıları aiddir. Sümük-əzələ travmaları, dişlərin zədələnməsi, mialgiya, ürək-damar pozuntuları, koqnitiv funksiyaların qısamüddətli pozuntusu kimi hallar daha az qeydə alınır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "DEPRESSİYANIN DİAQNOSTİKA VƏ MÜALİCƏSİ ÜZRƏ KLİNİK PROTOKOL,Bakı - 2009" (PDF). 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-10-08.