Fərhad Əliyev
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Fərhad Əliyev | |
---|---|
30 aprel 2001 – 19 oktyabr 2005 | |
Əvvəlki | nazirlik yaradılıb |
Sonrakı | Heydər Babayev |
24 dekabr 1999 – 30 aprel 2001 | |
Əvvəlki | nazirlik yaradılıb |
Sonrakı | nazirlik ləğv edilib |
6 dekabr 1999 – 24 dekabr 1999 | |
Əvvəlki | Nadir Nəsibov |
Sonrakı | komitə ləğv edilib |
12 fevral 1999 – 6 dekabr 1999 | |
Əvvəlki | Miri Qənbərov |
Sonrakı | Hüseynqulu Bağırov |
7 iyul 1997[1] – 12 fevral 1999 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 aprel 1963 (61 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Fərhad Şövlət oğlu Əliyev (1 aprel 1963, Alar, Astraxanbazar rayonu) — Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri (2001–2005), dövlət əmlakı naziri (1999–2001), ticarət naziri (1999).
Həyatı
[redaktə | mənbəni redaktə et]Fərhad Şövlət oğlu Əliyev 1963-cü ildə Cəlilabad rayonunda anadan olub. 7 yaşında ikən atası Əliyev Şövlət xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olub. Bundan sonra ailənin bütün yükü anası Şövkət Əliyevanın üzərinə düşüb və o, himayəsindəki 8 uşağı təkbaşına böyüdüb.
Fərhad Əliyev 1970–1980-ci illərdə Cəlilabadın Alar kəndindəki orta məktəbdə təhsil alıb. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra o, 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (AzİMİ) daxil olub və 1985-ci ildə ali məktəbi bitirib. Həm in ildə Cəlilabad rayonunda əmək fəaliyyətinə başlayıb. 1985–1987-ci illərdə sovet ordusunda müddətli hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra yenidən əmək fəaliyyətini davam etdirib.
Fərhad Əliyev ali məktəbdə oxuduğu və orduda xidmət etdiyi zamanlarda ictimai işlərdə fəal iştirak edib. O, ADİMİ-nin Tələbə Həmkarlar Təşkilatının sədr müavini seçilib, orduda nümunəvi xidmətinə görə dəfələrlə mükafatlandırılıb.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]F. Əliyev 1985–1990-cı illərdə ictimai fəaliyyətlə yanaşı müxtəlif dövlət işlərində çalışıb. O zaman Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayan Azərbaycan Komsomol Təşkilatı Mərkəzi Komitəsinin təşkilat şöbəsində sektor müdiri vəzifəsinə qədər yüksəlib. Beynəlxalq turizm "Sputnik" Səhmdar Cəmiyyətinin prezidenti olub.
1990–1997-ci illərdə turizm, ticarət, inşaat, istehsalat sahəsində işləyən özəl şirkətlərə başçılıq edib.
Fərhad Əliyev 1999-cu ildə Yeni Azərbaycan Partiyasına üzv olmuşdur.[2] Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.
O, 1997-ci ildən əmək fəaliyyətini dövlət aparatında ticarət nazirinin birinci müavini vəzifəsində davam etdirməyə başlayıb. Bir qədər sonra isə Fərhad Əliyev Azərbaycan Respublikasının ticarət naziri vəzifəsinə təyin olunub. 1999–2001-ci illərdə dövlət əmlak naziri vəzifəsində işləyib.
2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin qərarı ilə İqtisadiyyat, Ticarət və Dövlət Əmlakı nazirlikləri, Antiinhisar və Sahibkarlığa Yardım Komitəsi, Xarici İnvestisiyalar üzrə Dövlət Agentliyi birləşdirilərək İqtisadi İnkişaf Nazirliyi yaradılıb və Fərhad Əliyev nazirliyin başçısı təyin olunub.
2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. 14 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir[3].
Ailəsi
[redaktə | mənbəni redaktə et]Ailəlidir. İki övladı var. Həyat yoldaşı Səbinə Əliyeva Azərbaycan Tibb Universitetinin məzunudur.
1969-cu il təvəllüdlü qardaşı Sudeyif Əliyev Beynəlxalq Bankın Cəlilabad rayon şöbəsinin sədri vəzifəsində çalışmış, 19 yanvar 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir.[4] 1994 təvəllüdlü oğlu Yusif Əliyev, İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "F.Ş. Əliyev haqqında". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
- ↑ "Siyavuş Novruzov: "Əli İnsanov siyasi riyakarlıqla məşğuldur"". Trend.Az (az.). 2007-03-02. 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-11.
- ↑ Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Arxivləşdirilib 2017-07-02 at the Wayback Machine (az.)
- ↑ Nigar İxtiyarqızı. "Fərhad Əliyevin ailəsində faciə" (az.). axar.az. 20 Yanvar 2015. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-20.