Fuad Əmircan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fuad Əmircan
Doğum tarixi 1911
Doğum yeri
Vəfat tarixi 8 may 1995(1995-05-08)
Vəfat yeri
Dəfn yeri
Atası Əbdüləli bəy Əmircanov
Təhsili
  • Qalatasaray liseyi[d]
Fəaliyyəti diplomat

Fuad Əmircan (1911, Nuxa8 may 1995, Bonn, Şimali Reyn-Vestfaliya) — Azərbaycan legionerlərindən biri.

Əmircan ailəsinin Feriköy qəbiristanlığındakı ailə məzarı

Fuad Əmircan 1911-ci ildə Şəkidə anadan olub.[1] 1921-ci ildə Türkiyəyə mühacirət etdikdən sonra 1922-ci ildə İstanbulda, Qalatasaray Liseyinə daxil olub. Liseyi bitirdikdən sonra isə Parisdə Siyasi Elmlər İnstitutunu bitirib. Almaniyada hüquq təhsili aldıqdan sonra Türkiyəyə qayıdıb, bir neçə türk qəzetlərində icmalçı jurnalist kimi işləyib.

İlk dəfə 1934-cü ildə Vəlid Əbüziyanın “Zaman” qəzetində işləməyə başlayıb. Daha sonra Səlim Emeçin “Son Posta”, Ethem İzzət Benicenin “Gecə Postası”, Asım Usun “Haber”, Yunus Nadinin “Cümhuriyyət” qəzetində fəaliyyət göstərib. 1939-cu ildə Ziyad Əbüziyanın “Təsviri-Əfkar” qəzetində Salim Sabit imzası ilə sosial, siyasi yazılar qələmə alıb.[2]



Prof. Dr Belma Emircanla ailə həyatı qurmuşdur. Bonnda vəfat etmişdir. Cənazəsi İstanbula gətirilib ailə qəbirstanlığına bastırılmışdır.

İstanbulda Qalatasaray məktəbini bitirdikdən sonra əvvəl Parisdə, sonra da Almaniyada təhsil alan F. Əmircan 1941-ci ildə "Təsviri Əfkar" qəzetinin müxbiri olaraq Almaniyada çalışır və elə burada Azərbaycan legionerləri ilə əlaqə saxlayır. F. Əmircanın fəallığı ilə Azərbaycan legionerlərinin "Azərbaycan", "Hücum" qəzetləri və "Milli Birlik" jurnalı nəşr edilir. F. Əmircan 1943-cü ildə Azərbaycan Milli Birlik Məclisi sədrinin müavini seçilir. 1943-cü ilin noyabr ayında Milli Azərbaycan Komitəsinin birinci qurultayında F. Əmircana böyük etimad göstərilir və o, Azərbaycan Milli Komitəsinə Başqan yardımçısı seçilir. İkinci Dünya hərbindən sonra Fuad Əmircan müxtəlif mətbu orqanlarda "Dəryal" təxəllüsü ilə məqalələrlə çıxış edir.

O, 1955–1961-ci illərdə Türkiyənin Almaniya səfirliyində mətbuat attaşesi, sonradan isə Ankarada Mətbuat İşləri Komitəsinin direktoru olaraq çalışıb. O, 1961–1974-cü illərdə "Amerikanın səsi" Radiosunun Türkiyə şöbəsinin direktoru işləyib. 1974-cü ildə Verner Hoferlə birgə onun "Dünyaya iki baxış" kitabı nəşr edilib. Onun yazılarında Azərbaycanı işğalda saxlayan Sovet rejimi kəskinliklə tənqid edilir. [3]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Aprel işğalından sonra Zaqatalada işğala qarşı başlamış üsyan haqqında "İntiqam alan kölgə" hekayəsini yazıb[4].

  1. Əhməd, Dilqəm. Əski müsavatçılar nəsli: Bir cəmiyyətin tarixçəsi (az.). Bakı: Çapar nəşriyyatı. 2024. 51. ISBN 978-9952-5579-1-6.
  2. Əhməd, Dilqəm. Əski müsavatçılar nəsli: Bir cəmiyyətin tarixçəsi (az.). Bakı: Çapar nəşriyyatı. 2024. 52. ISBN 978-9952-5579-1-6.
  3. "Arxivlənmiş surət". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-14.
  4. Nikpur Cabbarlı. Azərbaycan mühacirət nəsri (PDF). Bakı: Elm və təhsil nəşriyyatı. 2011. səh. 49. ISBN 978-9952-8142-4-8. 2021-04-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-08.