Gavalı turşusu
Hazırlanma qaydası 1
[redaktə | mənbəni redaktə et]1 balon gavalı turşusunun hazırlanma qaydası:
Tərkibi
[redaktə | mənbəni redaktə et]- 2 kq gavalı
- 2x.q.duz
- 2x.q. üzüm sirkəsi
- 1ç.q. tünd sirkə (esensiya)
- 3 diş sarımsaq
- 1/2 ç.q. nanə qurusu
- 3 yarpaq dəfnə yarpağı
- 1 orta böyüklükdə acı bibər
- 5-6 ədəd qara istiot
Hazırlanma qaydası
[redaktə | mənbəni redaktə et]Sterilləşdirilmiş 3 litrlik balona sarımsaq, nanə qurusu, acı bibər, qara istiot və dəfnə yarpağı yığılır.Üzərinə yuyulmuş və çəngəllə deşilmiş gavalılar yığılır. Duz, esensiya və üzüm sirkəsi əlavə edilir və qaynar su tökülür. Ağzı ehmalca bağlanılır və soyumasını gözləyirik. Soyumuş məhlul ehmalca boşaldılır və yenidən qaynadılır. Gavalılar təkrar balona tökülərək germetik yolla qapaqla bağlanılır. Bağlanmış balon ağzı üstə çevrilir və soyuyana qədər saxlanılır.
Hazırlanma qaydası 2
[redaktə | mənbəni redaktə et]Tərkibi
[redaktə | mənbəni redaktə et]Hazırlanma qaydası
[redaktə | mənbəni redaktə et]Gavalını yuyub çəngəllə deşin, sarımsağı təmizləyin dilimlərə, istiotu və dəfnə yarpağını yuyun. Sterilləşdirilmiş bankaya yığıb üstünə duz tökün (1 x.q. 1 litr suya). 1 x.q. 1 litr suya esensiya töküb qaynar su əlavə edin və bankanı qapaqla bağlayın.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Sirkəyə qoyulmuş gavalı Arxivləşdirilib 2008-12-04 at the Wayback Machine