III Uğurlu xan Ziyadoğlu-Qacar
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
III Uğurlu xan Ziyadoğlu-Qacar | |
---|---|
Uğurlu xan Cavad xan oğlu Ziyadoğlu-Qacar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə |
Vəfat tarixi | XIX əsr |
Atası | Cavad xan |
Uğurlu xan Ziyadoğlu-Qacar — Gəncənin sonuncu xanı Cavad xanın oğlu.
Həyatı
[redaktə | mənbəni redaktə et]Uğurlu xan Cavad xan oğlu 1781-ci ildə Gəncə şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. O, 1804-cü ilin yayında Gəncəbasarda işğalçılara qarşı üsyan qaldırsa da, məğlub olub İrana getməyə məcbur oldu. O, 1826-cı ildə Abbas Mirzənin və yerli əhalinin köməkliyi ilə İkinci Rus-İran müharibəsi zamanı yenidən Gəncəyə qayıtsa da, 40 gündən sonra yenidən şəhəri tərk etməli oldu. 1826-cı il sentyabrın 13-də baş vermiş Gəncə döyüşündə əsir düşən Uğurlu xan bir müddət ruslar tərəfindən Stavropolda sürgündə saxlanıldı. Yalnız Türkmənçay müqaviləsindən sonra o, İrana qayıda bildi.[1]
Şamxor döyüşündən sonra Uğurlu xan bacısı Püstə bəyimi özü ilə İrana apardı. 1826-ci ilin 26 iyulunda Cavad xanın oğlu Uğurlu xan Gəncəni yenidən ələ almış və qısa bir müddətdə də olsa, xanlığı bərpa edə bilmişdi.
Uğurlu xan qeyri-adi cəsarəti və sərkərdəlik bacarığı ilə fərqlənirdi. O, sonradan da özünün kiçik dəstəsi ilə iki dəfə Azərbaycanın içərilərinə doğru irəliləmiş, hətta yenidən Gəncəni ələ keçirməyə də cəhd göstərmişdi.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Uğurlu xan 1801-ci ildə qohumu Məhəmməd xanın qızı Şərəfcahan bəyimlə ailə qurmuşdu. Məmmədqulu xan, Cavad xan adlı oğlu, Bədircahan bəyim, Böyük bəyim, Nazənin bəyim, Telli bəyim adlı qızları vardı.
- Xurşidbanu Natəvanın ana babasıdır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: "Şuşa", 2008, 334 səh.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- ↑ Süleyman Əliyarlı. Azərbaycan tarixi.