Internet Explorer

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Internet Explorer
Loqonun şəkli
Tipi brauzer, özəl proqram təminatı
Tərtibatçı Microsoft
Proqramlaşdırma dili C++
Əməliyyat sistemi Microsoft Windows, macOS, Windows Phone, Windows Mobile, UNIX
İnterfeysin dili çoxdilli[d], ingilis dili, yunan dili, fransız dili
Yayımlanma tarixi 16 avqust 1995[1]
Platforma x86, x86_64[d], ARM[d], PowerPC[d], Microsoft Windows
Sonuncu versiya
Sayt support.microsoft.com/pr…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Windows Internet Explorer ya da köhnə adıyla Microsoft Internet ExplorerMicrosoft tərəfindən inkişaf etdirilən bir veb-brauzer. Microsoft WindowsMac OS distributivləri vardır, digər tərəfdən Mac OS versiyası artıq inkişaf etdirilməkdədir. Microsoft Windows ilə birlikdə ön qurğulu olaraq gələn İnternet Explorerin Windowsa bütün gəlməsindən dolayı skaner bazarının böyük bir hissəsini (təxminən% 60) əlində tutduğu təxmin edilməkdədir. Windows Vista ilə birlikdə adı Windows İnternet Explorer olaraq dəyişdirildi.

İnternet Explorerin yaşadığı ən böyük problem internet dünyası tərəfindən qoyulan standartlara uyğun gəlməməsi və öz standartlarını saxlamasıdır. Internet Explorer 7-də də bu problem davam etməkdədir. Ancaq Internet Explorer 9 üçün işlər zamanı Microsoft W3C-ə uyğun etməkdədir və standartlara uyğunlaşma probleminin böyük ölçüdə aradan qaldırılması gözlənilir.

İnternet Explorerə bu qədər çox texnologiyanın bu qədər sürətli əlavə olunması, təhlükəsizlik ilə əlaqədar problemlər yaratdı. Porno və hack saytları başda olmaqla bir çox sayt İnternet Explorerin köhnə versiyalarındakı açıqları istifadə edərək kompüterlərə öz-özünə proqramlar yükləyə bilirdi. Təhlükəsizlik problemləri hələ də tam olaraq həll edilə bilmədi.

Buna əlavə olaraq, Internet Explorer ilə Windowsu inteqrasiya etmə fikri məhkəmələr tərəfindən də qanuni tapılmadı. Microsoft, təkləndiyi ilə əlaqədar ABŞ və ardından AB tərəfindən iddia edildi. Microsoft, iki iddiadan ancaq Windowsa bir "standart proqram seç" düyməsi qoyaraq bəraət qazana bildi.

21 yanvar 2015-ci ildə rəsmi olaraq təqdim edilən Microsoft Edge Windows 10-da standart brauzer kimi Internet Explorer-i əvəz etdi. ActiveX və digər köhnə Microsoft veb texnologiyalarını tələb edən köhnə veb-saytlar və intranet saytları ilə uyğunluğu qorumaq üçün Internet Explorer Windows 10 və 11-də mövcudluğuna davam etdi.[6][7][8] Internet Explorer Windows 11-də Başlat menyusundan silindi, lakin hələ də İdarəetmə Panelinin İnternet Seçimlərindəki Yardım düyməsi və PowerShell kimi digər vasitələrlə işə salına bilər.[9]

"Microsoft" şirkətinin məlumatına görə, "Internet Explorer" üçün yeni funksiyaların hazırlanması dayandırılıb. Bununla belə, o, daxil olduğu Windows versiyaları üçün dəstək prinsipinin bir hissəsi kimi saxlanılmağa davam edəcək.[10]

1 iyun 2020-ci ildə Internet Archive, Microsoft-un Təhlükəsizlik Müdiri Kris Ceksonun istifadəçilərin Interner Exploreri standart brauzer olaraq istifadə etməmələrini, yalnız lazım olan veb saytlar üçün istifadə etmələrini önərdikdən sonra, köhnə infrastrukturunun işləməyi çətinləşdirdiyini əsas gətirərək Internet Explorerin ən son versiyasını dəstəklənən brauzerlər siyahısından çıxardı.[11][12]

Internet Explorer 11 30 noyabr 2020-ci il tarixindən etibarən Microsoft Teams-in veb versiyasında, 17 avqust 2021-ci il tarixindən etibarən isə digər Microsoft 365 proqramlarında istifadəsində əlçatan olmadı.[13][14]

15 iyun 2022-ci ildə Internet Explorer 11-in masaüstü proqramı Windows 10-un istehlakçı versiyaları üçün dəstəyini bitirdi və artıq Microsoft Edge-yə yönləndirərək varlığının sonuna çatdı.[15] Microsoft Internet Explorer istifadəçilərinin Edge-yə keçmələrini və köhnə internet tətbiqlərinə dəstək verən daxili "Internet Explorer rejimi"-ndən istifadə etmələrini tövsiyə edir.[16]

  1. Web-Browser von Microsoft – Der Internet Explorer geht in Rente.
  2. Mactopia: Download: Internet Explorer 5.2.3 for Mac OS X.
  3. Microsoft Update-Katalog.
  4. Microsoft Update-Katalog.
  5. KB5019958: Kumulatives Sicherheitsupdate für Internet Explorer: 8. November 2022. 2022.
  6. Weber, Jason. "Spartan and the Windows 10 January Preview Build". IEBlog. Microsoft. January 21, 2015. January 22, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 16, 2022.
  7. Rossi, Jacob. "Living on the Edge – our next step in helping the web just work". IEBlog. Microsoft. November 11, 2014. January 11, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 16, 2022.
  8. Warren, Tom. "Microsoft reveals its Internet Explorer successor will support extensions". The Verge. Vox Media. January 27, 2015. July 8, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 16, 2022.
  9. "How is an old executable still able to open Internet Explorer in Windows 11?". Reddit. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  10. "Frequently Asked Questions". Microsoft Edge Development. Microsoft. July 16, 2016 tarixində orijinalından arxivləşdirilib. The latest features and platform updates will only be available in Microsoft Edge. We will continue to deliver security updates to Internet Explorer 11 through its supported lifespan. To ensure consistent behavior across Windows versions, we will evaluate Internet Explorer 11 bugs for servicing on a case by case basis.
  11. "Farewell to IE11". Internet Archive Blogs (ingilis). Internet Archive. May 1, 2020. İstifadə tarixi: May 14, 2020.
  12. Jackson, Chris. "The perils of using Internet Explorer as your default browser". Windows IT Pro Blog (ingilis). Microsoft. February 6, 2019. September 17, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 14, 2020.
  13. "Microsoft Internet Explorer is finally dead". The Independent (ingilis). 2020-08-20. 2021-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
  14. "Microsoft 365 apps say farewell to Internet Explorer 11 and Windows 10 sunsets Microsoft Edge Legacy". January 5, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 18, 2020.
  15. "Internet Explorer 11 desktop app retirement FAQ". TECHCOMMUNITY.MICROSOFT.COM (ingilis). 2021-05-19. 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-15.
  16. Blog, Windows Experience. "The future of Internet Explorer on Windows 10 is in Microsoft Edge". Windows Experience Blog (ingilis). 2021-05-19. 2021-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-20.