5°37′00″ şm. e. 130°13′05″ ş. u.HGYO

Karolin adaları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Karolin adaları
ing. Caroline Islands, isp. Carolinas Islas
Ümumi məlumatlar
Ümumi sahəsi
  • 1.160 km²
Hündür nöqtəsi 791 m
Əhalisi 125 000 nəfər (2010-cu il)
Yerləşməsi
5°37′00″ şm. e. 130°13′05″ ş. u.HGYO
Ölkələr
Akvatoriya
Karolin adaları xəritədə
Karolin adaları
Karolin adaları
Karolin adaları (Sakit okean)
Karolin adaları
Karolin adaları, Sakit okean
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karolin adaları (ing. Caroline Islands, isp. Carolinas Islas; adaların adı İspaniya kralı II Karlın şərəfinə adlandırılmışdır) — Sakit okeanın qərbində, Mikroneziya ərazisində yerləşir. Amerika Birləşmiş Ştatlarından müstəqillik əldə etdikdən sonra ərazisində iki dövlət qurulmuşdur: Mikroneziya Federativ ŞtatlarıPalau.

Kolonizasiyaya qədər adaların yerli əhalisi ibtidai-icma quruluşunda yaşayırdılar. İri birliklər olmasına baxmayaraq hələ də dövlət quruluşu yox idi.

Karolin adaları ilk dəfə 1567-ci ildə ispan dənizçi Alvaro de Saavedra tərəfindən (digər məlumata görə 1526[1]-ci ildə Alonsa de Salasar) kəşf edilir. Adaların bir qismi rus dənizçisi Fyodor Petroviç Litke tərəfindən 1828-ci ildə araşdırılmışdır.

XVII əsrdə İspaniya adaları öz ərazisi elan etmişdir. Bununla belə faktiki adalar nəzarətsiz olaraq qalırdı. 1885-ci ildə Almaniya imperiyası adalardan birinə bayrağını sançaraq öz ərazisi elan edir. İspaniya beynəlxalq arbitraj məhkəməsinə müraciət edir. Nəticədə papa XIII Levin hakimliyi ilə İspaniyanın lehinə qərar çıxarılır. 1899-ci ildə İspaniya adaları Almaniyaya satır. Birinci Dünya müharibəsinin əvvəllərində 1914-ci ildə adalar Yaponiya imperiyası tərəfindən ələ keçirilir. Versal anlaşmasına görə adalar üzərində Yaponiya mandatlığı verilir. Yaponlar orada iri şəkər qamışı plantasiyaları yaradırlar. Sonradan adaya çoxlu sayda yapon köçürülür. Yerlilər asimiliasiya olunur. İkinci Dünya müharibəsindən sonra ABŞ adaları öz mandatlığına alır. 1978-ci ildə isə adalar ABŞ ərariləri ilə azad şəkildə assosasiyaya daxil edilmişdir. 1982-ci ildə anlaşma rəsmi şəkildə imzalanmışdır.

Arxipelaqın tərkibinə 936 ayrı və ya qruplardan ibarət olan vulkan-atol məşəlli adalardan ibarətdir. 1-10° ş. e və 131-163° ş. u arasında yerləşir. Sahəsi 1160 km² təşkil edir. Adalar qrupuna daxil iri adalar: Palau (Babetuap, 391 km²), Yap adaları (105 km²) — qərb qrupu; Senyavin adaları (Ponape, 334 km²), Truk (100 km²), Kusaie adası (110 km²) — şərq qrupu.

Adalar vulkanik məşəllidir. Ən hündür nöqtəsi 791 metr təşkil edir. Fosfat yatağları ilə zəngindir. Ekvatorial və subekvatorial iqlimə malikdir. İl ərzində 2250 - 3000 - 4500 və 6000 mm arasında yağıntı düşür. Tayfunlar müşahidə edilir. Şimalında Bambuk meşələri vardır. Savannalar dağ ətəyi yerlərdə ərazilərdə yerləşir.

Karolin adalarının ümumi əhalisi 125 000 nəfər təşkil edir(2010 il).

Bayraq Gerb Ölkə Sahəsi,
km²
Əhali,
nəf.
Nisbət,
nəf./km²
Adaların sayı Xəritə
Mikroneziya Federativ Ştatları 702 102 843 (2010 г.) 146,50 608
Palau 458 19 907 (2005 г.) 40,79 328
Bütünlüklə 1160 936

Etnik tərkibi, din və dil

[redaktə | mənbəni redaktə et]

Adaların yerli əhalisi əsasən Mikroneziyalılardan ibarətdir. Ümumi sayları 67 000 nəfər təşkil edir. Ən böyük etnik qrup Truklar 15 000, ponapeanlar 12 000 nəfər təşkil edmişdir. Dini baxımından adaların böyük qismində insanlar xristian dininə etiqat edir. Rəsmi dil ingilis dilidir. İnsanlar əsasən kokos palması, dərman şəkərqamışı, taro, batat əkirlər. Heyvandarlıq və balıçılıqla məşğul olurlar.

  1. Galvano, Antonio. The Discoveries of the World from Their First Original Unto the Year of Our Lord 1555 (2004). Kessinger Publishing, issued by the Hakluyt Society. 1563. səh. 168. ISBN 0-7661-9022-6.