Lüksemburq böhranı
Lüksemburq böhranı(alm. Luxemburgkrise, nid. Luxemburgse kwestie) — 1866-1867-ci illərdə Fransa ilə Prussiya krallığı arasındakı Lüksemburq Böyük Hersoqluğunun statusunun təyin olunması üstündə münaqişə. Lüksemburq şəxsi miras olaraq Niderland kralı, Оran-Nassaus sülalə evinin nümayəndəsi III Vilhelmə məxsus idi. Eyni zamanda, 1866-cı ilin iyununa qədər Lüksemburq Limburq ilə birlikdə Almaniya ittifaqının üzvü sayılırdı(17 iyun 1866-cı ildə Avstriya-Prussiya müharibəsinin başlanmasına qədər). Burada Prussiya qarnizonu yerləşir və o federal qala olaraq tanınırdı.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Planını məşhur mühəndis Sebastyen Vaubanın hazırladığı Lüksemburq şəhəri Avropada ən qüdrətli müdafiə istehkamına malik idi. Bu güclü istehkamlar səbəbbindən onu "Şimalın Cəbəlütarixi" adlandırırdılar. 1815-ci ildə Vyana konqresi Lüksemburq Böyük Hersoqluğunun Hollandiya Krallığı ilə fərdi birlikdə olmasına qərar verdi. Prussiyaya güzəştə gedən konqres Lüksemburqun Alman ittifaqına daxil edilməsinə və burada bir neçə min Prussiya əsgərinin yerləşməsinə dair qərar da qəbul etdi. Belçika inqilabı Lüksemburqun Belçika və Hollandiya hissələrinə bölünməsinə səbəb oldu. Bununla belə Lüksemburqun qalan hissəsində belə Hollandiya hökmranlığı üçün bir təhlükə var idi. Bölgəyə Belçika və Fransa təsirini tarazlaşdırmaq üçün I Vilhelm Lüksemburqun Alman gömrük ittifaqına üzv olmasına qərar verdi.
Lüksemburqun satılma səbəbləri
[redaktə | mənbəni redaktə et]1866-cı ilin yayında kral III Vilhelm hesab edirdi ki, ona Limburqa tam hüquqlu sahib olmasına zəmanət verəcək bir böyük dövlətin xeyrinə Lüksemburqdan yaxa qurtarmaq lazımdı. Çünki Limburq ona daha çox lazım idi. Burada 1870-ci ildə böyük kömür yataqları kəşf edilmişdi və hökumət xarici şirkətlərə onun hasilatı üçün konsensiyalar paylamışdı.[1] Tarixçi L.M.Şneersonun fikrincə Lüksemburqa sahib olmaq birincisi Hollandiya kralı üçün iqtisadi cəhətdən sərfəli deyildi(halbu ki,1850-ci ildə Lüksemburqda kiçik, lakin Hollandiyada olmayan iqtisadi cəhətdən səmərəli dəmir filizi yataqları aşkar edilmişdi.İkicisi bölgə kralı xarici siyasətdə böyük çətinliklər ilə üz-üzə qoya bilərdi. Tarixçinin fikrincə üçüncü səbəb isə hersoqluq dəişətli dərəcə də "fransızlaşmışdı". Prussiya və Fransa da bu kiçik əraziyə iddia edirdi. Böyük Britaniya isə onun ilhaq edilməsini Belçika üçün təhlükə yaradacağından ehtiyat edirdi.[2]
Onu da qeyd vetmək lazımdır ki, III Vilhelm daim pula ehtiyacı olan, çox israfçı monarx idi. Ukrayna tarixcisı Q.E.Afanasyevə görə III Vilhelm tərəfindən Lüksemburqun satılması kralın hədiyyə olaraq bir milyon vəd etdiyi məşuqəsi xanım Müzar tərəfindən təşviq edilmişdi.[3]
III Vilhelm əvvəlcə Lüksemburqu qardaşı Henriyə təhvil vermək planına sahib idi. Bu sövdələşmə Hollandiya ilə hersoqluq arasındakı fərdi birliyin mövcudluğunu dayandıracaqdı. Lakin görünür ki, pul təzminatı almaq istəyi güclü olduğundan III Vilhelm onu Fransaya satmağa qarşı deyildi.
1866-cı ildə Fransanın beynəlxalq vəziyyəti
[redaktə | mənbəni redaktə et]III Napoleonun bonapartist rejiminin daim xarici siyasət uğurları sayəsində hakimiyyətini qanuniləşdirilməsi zərurəti əsas xüsusiyyəti idi. Ancaq o dövrdə Fransa üçün həm daxili, həm də xarici siyasət şərtləri olduqca əlverişsiz şəraitdə inkişaf edirdi.
Birincisi, 1866-cı ildə ölkə getdikcə dərinləşən ağır iqtisadi böhran dövrünə qədəm qoymuşdu.[4] İkincisi İkinci imperiya III Napoleonun düşünülməmiş siyasəti səbəbindən demək olar ki, tam beynəlxalq təcridlə üzləşmişdi. Avropada fransız imperatoruna yanaşma bir mənalı deyildi, ona həddən atrıq təkəbbürünə görə münasibət pis idi. O, isə öz böyüklüyünü sübut etməyə çalışaraq, daima digər Avropa ölkələri arasındakı münasibətlərə müdaxilələr edir, hər şeydə iştirak etməyə çalışırdi. Bəzən bu müdaxilələr zamanı demək olar ki, o, çox vaxt yöndəmsiz hərəkətlər edirdi.
Məsələn Rusiya ilə münasibətlər Polşa məsələsini 1863-cü il üsyanından sonra gərginləşən çar hökumətinə təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri səbəbindən pisləşdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Дебидур А. Дипломатическая история Европы : в 2 т. Т. 2. Революция. М., 1947. С. 316
- ↑ Шнеерсон Л. М. В преддверии франко-прусской войны. Минск, 1969. С. 45.
- ↑ Афанасьев Г. Е. Внешняя политика Наполеона III. Одесса, 1885. С. 44 — 45.
- ↑ Шнеерсон Л. М. В преддверии франко-прусской войны. Минск, 1969. С. 26.