Maykl Kollins (irland lider)

Vikipediya, azad ensiklopediya
(Maykl Kollins (İrland lider) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Maykl Kollins
irl. Mícheál Seán Ó Coileáin
ing. Michael John Collins
Müvəqqəti hökumətin sədri
Əvvəlkivəzifə təsis edilib
SonrakıV.T Kosqreyv
Maliyə Naziri [1]
2 aprel 1919 – 22 avqust 1922
ƏvvəlkiMakneyl Ouen
SonrakıV.T Kosqreyv
Daxili İşlər Naziri
22 yanvar 1919 – 1 aprel 1919
Əvvəlkivəzifə təsis edilib
SonrakıArtur Qriffit
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sems Kross, Kounti Kork, İrlandiya
Vəfat tarixi (31 yaşında)
Vəfat yeri Bealnabla, Kounti Kork, İrlandiya
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri Qlasnevin məzarlığı, Dublin
Partiya Şinn Feyn
Təhsili London Kral Kolleci
Fəaliyyəti siyasətçi, zabit, dövlət xadimi
Atası Maykl Con Kollins
Anası Meri Anna Obrayn
Hərbi xidmət
Xidmət illəri 1909–22
Mənsubiyyəti Azad İrland dövləti
Rəhbərlik edib

İnqilabçı İrlandiya Respublikası

İrlandiya Respublikaçı Birliyi

İrlandiya Könüllüləri

İrlandiya Respublika Ordusu

İrlandiya Milli Ordusu

Döyüşlər

Pasxa üsyanı

İrlandiya İstiqlal müharibəsi

İrlandiya vətəndaş müharibəsi

Rütbəsi Baş komandir

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maykl Kolins (irl. Míceál Ó Coileáin; 16 oktyabr 1890[2][3]22 avqust 1922[4][2][…]) — XX əsrdəki İrlandiya İstiqlal müharibəsinin önəmli siması olmuş İrlandiyalı inqilabçı, əsgər, siyasətçi.

İrlandiyanın Kork əyalətində doğulan Maykl ibtidai təhsilini tamamladıqdan sonra Londona yollanaraq burada poçtalyon, katib kimi peşələrə yiyələnir. Londonda olarkən İrlandiyanın müstəqilliyi üçün çalışan dərnək və təşkilatlara qoşulur. 1916-da İrlandiyaya qayıdan Kollins Şinn Feyn (İrlandiya Milliyətçiləri) hərəkatının aktiv bir üzvünə çevrildi. Eyni ildə baş verən Pasxa üsyanında həbs edilsə də, çox keçmədən sərbəst qaldı və İrlandiyaya qayıdaraq hərəkatda önəmli yer tutmağa başladı.

1918 dekabrında ümumi seçkilərdə böyük nailiyyət əldə edən Respublikaçılar İrlandiya Məclisini (Deyl Eyran) təsis edirlər. Mayklın Kork şəhərindən üzv olduğu məclis 1 ay sonra İrlandiyanın müstəqilliyini elan edir. O, burada Maliyə naziri, Müvəqqəti hökumətin sədri, Daxili İşlər naziri olaraq vəzifə tutur[5]. İrlandiyanın müstəqilliyinə qarşı göndərilən İngiltərə ordusu, İRO (İrlandiya Respublikaçı Ordusu) nun müqaviməti ilə qarşılaşır. Qarşıdurma 1921-ə qədər dəvam edir. İyul ayında elan edilən atəşkəsdən sonra danışıqlar başlayır. Maykl və yoldaşları bundan sonra İngiltərəyə qarşı vuruşmağın mənasız olduğunu düşünərək 6 dekabr 1921-ci ildə İngiltərə ilə müqavilə imzalayırlar. Mayklın bu qərarı digər respublikaçılar tərəfindən nifrətlə qarşılandı və ölkədə vətəndaş müharibəsi başladı. Ordu komandirliyinə qədər yüksələn Kollins 22 avqust 1922-ci ildə hərbi təftişdən qayıdarkən pusquya düşürülərək öldürülür.

Gənclik illəri

[redaktə | mənbəni redaktə et]
Maykl Kollins 9 yaşında

Maykl Kollins 1890-cı ilin 16 oktyabrında Kork əyalətinin Klonakilti şəhərində 8 uşaqlı bir ailədə dünya gəlmişdir[6]. Evin ən balacası olan Mayklın atası fermer Maykl Con Kollins Meri Anna Obraynla evlənəndə 60, Maykl dünyaya gələndə isə 74 yaşı var idi. Kollinslər sülaləsinin respublikaçılıq düşüncələrinin qədimliyi özünü 1798 İrlandiya üsyanında göstərmişdir[7]. Məhz, ata Maykl Con Kollins də İrlandiya Respublikaçı Birliyi hərəkatının fəal üzvü olmuşdur. Atası 1897-ci ilin mart ayında ölüm yatağında olarkən oğluna "Bir gün o çox böyük biri olacaq. İrlandiya üçün çox böyük işlər görəcək" demişdir.[8]

Uşaqlığını fermada keçirən Maykl ibtidai təhsilini Lizavardda Dövlət Məktəbində alarkən burada tanıdığı müəllimi Deniz Lyons, şəhərin dəmircisi Ceyms Santrio milliyətçilik fikirlərinə təkan verən ilk insanlar olmuşdur. Müəllim Lyons da İRB-nin üzvü idi.

Kollins 13 yaşında Lizavardda ibtidai təhsilini aldıqdan sonra orta məktəb üçün Klonakilti Dövlət Məktəbinə yollanmış, Kork şəhərinin yerli qəzeti olan "The West Cork News"-da işləmiş və 2 il ərzində yazı makinasında yazmağı öyrənmişdir. 15 yaşında İngilis Dövlət Xidmətinin imtahanına girmiş və katib olaraq Londona yollanmışdır.

1906-cı ildə o, Vest Kensington Post Ofis Seyvings Bankda katib olaraq işləyir, 1910-da London firması olan Horn and Company-də birjaçı olaraq fəalliyət göstərir. Sonralar Ticarət Şurasında, Dublinə dönmədən öncə isə The Guaranty Trust Co-da çalışır. Londondakı son illərində London Kral Kollecinin Hüquq fakültəsinə daxil olur[9][10] və burada təhsil alır. Londonda keçirdiyi 9 il onun siyasi fikirlərinin formalaşmasında böyük əhəmiyyət kəsb edir . İlk olaraq həvəskarı olduğu İrland Atletik Birliyinə qoşulur. Buradan tanıdığı Sem Maquir onu 19 yaşında İRB ilə tanış edir. 1914-cü ildə İrlandiya Könüllülərinə üzv olur. Az sonra İRB-nin Cənubi İngiltərədəki xəzinədarı olaraq təyinat alan Maykl daha sonra burda sədir vəzifəsinə qədər yüksəlmişdir.

İrlandiya Homrul hərəkatı 1913-cü ildə 2 yarımhərbi qüvvənin meydana çıxmasına səbəb oldu: Ceyms Konnolli tərəfindən yaradılan İrlandiya Vətəndaş Ordusu və İrlandiya Nəqliyyat və Ümumi İşçilər Birliyi. İrlandiya Könüllüləri də eyni ildə milliyətçilər tərəfindən yaradıldı.

Kollinsin rəhbərlik etdiyi bir sıra vacib kəşfiyyatlar ona İRB-də böyük nüfuz qazandırmışdı. Bu ona Pasxa üsyanının rəhbərlərindən biri olan Cozef Planketin atası Kount Planketin maliyə məsləhətçisi olmasına yol açır. Kollins üsyanda silah hazırlığı və birliklərə yolun açılması vəzifəsini icra edir.

Pasxa üsyanı Maykl Kollinsin aktiv olaraq iştirak edəcəyi ilk milli hərəkat idi. O,24 apreldə üsyan başlayarkən, üsyanın Dublindəki Mərkəzi Poçtdakı cəbhəsində Cozef Planketə kömək edir, daha sonra Tom Pears və Ceyms Konnolliylə birlikdə vuruşmağa başlayır. Üsyan böyük bir uğursuzluqla nəticələnsə də, üsyan özünü beynəlxalq şərtlərə uyğunlaşdıra bildiyini sübut etmişdi[11]

Pasxa üsyanından sonra həbs edilən üsyançılar. Kollins sağdan beşinci yerdə,"x" işarəsinin altında dayanıb

Tarixçi Tim Pet Kugan həbs edilən üsyançıların durumunu belə nəql edir:

" Fronqox konslagerinə göndərilmək üçün Rixmonda gətirilən üsyançılar İngilis Kəşfiyyat Xidmətinin ağır cəzalarının tətbiqi üçün hazırladığı sıralamaya tabe edildilər. Kollins anidən öz adını eşitdi. Çağırışçı onu bir adım irəli çıxardı və yüngül cəzaların tətbiq ediləcəyi kameraya yerləşdirdi. Bu, yəqin onun həyatıdankı ən uğurlu addım idi.[12]" "

Üsyanda əsas liderlərin güllələnərək öldürülməsi Kollinsi üsyanın qabaqcıl başçılarıdan birinə çevirdi. O, onları Fronqoxa gətirən gəmilər hələ qayıtmamışkən yeni üsyanın planını hazırlamağa başladı.[13] Konslager şəbəkə yaratmaq üçün gözəl fürsət olaraq düşünülürdü və o bu fürsətdən yararlanaraq kəşfiyatın təşkilatçısı ola bilmişdi.[14]

Hərəkat üzvlərinin bir qismi Pearsın "qan qurbanı" nəzəriyəsinə (hərəkat liderlərinin Pasxa üsyanında öldürülməsinin digər üzvlərə ruh yüksəkliyi verməsi) inanaraq üsyanın qələbə ilə nəticələndiyini düşünürdü. Buna baxmayaraq Kollins müdafiəsiz və ələ keçirilməsi asan olan məntəqələrin diqqətdən kənar qoyulduğunu düşünərək mərkəzi şiddətli şəkildə tənqid edirdi.İctimaiyyətin təzyiqləri nəticəsində üsyançılar 1916-cı ildə sərbəst buraxıldılar

1918 ümumi seçkilərində Şinn Feyn ölkənin əsas nöqtələrindəki çoxluğu əldə etdi. Bir çox nüfuzlu Şinn Feyn üzvü kimi Kollins də Böyük Britaniya İcmalar palatası Cənubi Korkun təmsilçisi olaraq öz yerini aldı. Rəqibləri olan İrlandiya Parlament Partiyasının əksinə, Şinn Feyn Vestminsterdə təmsil edilməyi rədd edir, bunun yerinə Dublində İrland Parlamentini təsis edəcəklərini elan edirlər[15].

Parlamentin ilk toplantısından əvvəl Kollinsin güclü əlaqələrinin olduğu kəşfiyat xidməti ona o gecə məclisin bütün üzvlərinin həbs ediləcəyinin xəbərini verdi. Eymon de Valera və digərləri bunun bir növ çevriliş təbliğatı olduğunu düşünərək gələn xəbərə etimad göstərmədilər. Kəşfiyyatın doğru çıxmasıyla o gecə Eymon de Valera və onun yaxın həmkarları həbs edildi, Kollins isə qaçmağı bacardı.

Yeni parlament olan Deyl Eyran (irl. Dáil Éireann) 1919-cu ilin yanvarında Dublində toplanır. Valeranın yoxluğunda keçirilən ilk görüşdə Kathal Bruqha parlamentin sədri (Príomh Aire) seçilir. Aprel ayında Kollinsin köməyiylə Linkoln həbsxanasından qaçan Valera parlamentin yeni sədri seçilir.

Valera və digər Amerikalı irlandların Vaşinqtondakı lobbiçilik fəaliyətlərinə və Paris Sülh Konfransındakı səylərinə baxmayaraq, heç bir dövlət 1919-cu ildə qurulan respublikanı tanımadı. 1919-cu ilin yanvarında parlament, İrlandiya Respublikaçı Ordusunu(İRO) İrlandiya Respublikasının ordusu olduğunu elan etdi.

İrlandiya İstiqlal müharibəsində

[redaktə | mənbəni redaktə et]

Şinn Feyn partiyası təmsil üçün Londona getməyi rədd edir. Əksinə, Dublində İrlandiya Parlamenti olan Dáil Éireann təsis edilir. Böyük Britaniya hökuməti bu andan etibarən onları "vətən xaini" eland edir. İlk iclas 21 yanvar 1919-cu ildə keçirilir. Həmin gün İrlandiya Könüllülərindən ibarət qrup Solohedbegdəki polis birliyinə hücum edir. İki polis işçisi öldürülür. Bu hadisə İrlandiya İstiqlal müharibəsinə başladan ilk hadisə olaraq qəbul edilir[16]. Hücum yeni hökumətin ön nəzarəti olmadan həyata keçirilsə də, qısa zaman sonra mübarizəyə silahlı dəstəyin veriləcəyi elan olundu[17]. Bu zaman İrlandiya Könülləri adını İrlandiya Respublikaçı Ordusu olaraq dəyişdirir. Kollins İrlandiya Parlamentinin Maliyə naziri olur. Ancaq o, bu zaman de Valeranı Linkoln həbsxanasından qaçırmağa çalışdığından ilk toplantıda iştirak edə bilmir. Qaçış əməliyatı fevralın 3-də uğurla həyata keçirilir. Bundan sonra da hərəkatın önəmli üzvlərindən 20-i daha buradan xilas edilir.

Kollins hərbi geyimdə.

Anqlo-İrland sülh müqaviləsi

[redaktə | mənbəni redaktə et]

Müvəqqəti hökumət

[redaktə | mənbəni redaktə et]

Vətəndaş müharibəsi

[redaktə | mənbəni redaktə et]

Günümüzdəki xatirəsi

[redaktə | mənbəni redaktə et]
Doğulduğu Vildfilddəki Collins büstü
Adına qoyulmuş xatirə lövhəsi

Pasxa üsyanı

İrlandiya İstiqlal müharibəsi

Müstəqillik müharibələri siyahısı (milli azadlıq)

Şinn Feyn

  1. "Mr. Michael Collins". Oireachtas Members Database. 26 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 June 2009.
  2. 1 2 Michael Collins // Encyclopædia Britannica (ing.).
  3. Michael Collins // Brockhauz Ensiklopediyası (alm.).
  4. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. Ryan, Meda. Michael Collins and the Women Who Spied for Ireland (2nd). Cork: Mercier Press. 2006. səh. 71. ISBN 978-1856355131. 26 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2018.
  6. "16th October 1890 – Birth of Michael Collins" (PDF). Civil Records on Irish Genealogy Site. 23 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2017.
  7. Coogan, TP "Michael Collins" London; Arrow Books, 1991
  8. memoires of Mary Collins-Powell and of Sister Celestine (Helena Collins)
  9. "King's College London's list of notable alumni". 2013-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-12.
  10. Mackay, James. Michael Collins: A Life. Random House. 21 December 2012. ISBN 1780575025.
  11. Clarke, Kathleen, Kathleen Clarke: Revolutionary Woman Dublin: O'Brien Press Ltd 2008
  12. Coogan, "Michael Collins: A Biography" pg 50
  13. Nancy O'Brien, cousin of Michael Collins, quoted in Forester, Margery, "The Lost Leader" London: Sidgwick & Jackson, 1971
  14. Teiliflís Gaeltachta / Radio Teiliflía Éireann "An gCoilaiste Réabhloid" 2010
  15. "Michael Collins". ElectionsIreland.org. 21 February 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 June 2009.
  16. Breen, Dan "My Fight For Irish Freedom" Dublin, Talbot Press 1924
  17. Sigerson, SM. The Assassination of Michael Collins: What Happened at Béal na mBláth?, Kindle Direct Publishing 2013

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]