Mineralogiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mineralogiya kimya, materialşünaslıq, fizika və geologiya elmlərinin qarışığıdır.
Mineralogiya kimya, materialşünaslıq, fizika və geologiya elmlərinin əsaslarını mineralların öyrənilməsinə tətbiq edir.

Mineralogiya — təbii şəraitdə yer qabığında yaranan müxtəlif mineralların fiziki-kimyəvi xassələrini, tərkibini, mənşəyini və əmələgəlmə qanunauyğunluqlarını öyrənən elm. Minerallar, onların tərkibi, quruluşu, xassələri, mineral maddələrin Yer qabığı şəraitində əmələgəlmə prosesləri və transformasiyası, habelə xalq təsərrüfatında tətbiqi haqqında elm; geoloji biliklərin ən qədim bölmələrindən biri.

Mineraloji tədqiqatlar

[redaktə | mənbəni redaktə et]

Mineraloji tədqiqatlar kimya, fizika, kristalloqrafiyageologiyaya əsaslanır. Mineralogiyanın əsas məqsədi faydalı qazıntı yataqlarının axtarışı və kəşfinin, onların istifadə üçün zənginləşdirilməsinin elmi əsasını yaratmaqdır.[1] Mineralın təsnifatını vermək cəhdləri Ərəstuna (Aristotel), Əbureyhan Əl Biruni (X əsr) və Nəsirəddin Tusiyə (XII əsr) məxsusdur. Sonuncu iki alim bir çox mineralların təsvirini və təsnifatını vermişlər. Respublikamızda mineralogiyanın inkişafında Ç. Ə. Qaşqay, S. Ə. Əzizbəyov, A. Z. Vəzirzadə, H. H. Kərimov, S. M. Süleymanov və b.-nın mühüm xidməti olmuşdur. Rusiyada mineralların paragenetik assosiasiyası nailiyyətləri Lomonosov, Severgin, Fyodorov, Vernadski, Fersman, Smirnov, Zavaritski, Belyankin, Betextin, və b. adları ilə bağlıdır. XVIII–XIX əsrlərdə Çermak, Qrot, Dana və b. əcnəbi alimlərin minerallarin paragenetik assosiasiyası inkişafında böyük xidmətləri olmuşdur. Müasir minerallarin paragenetik assosiasiyası əsas müddəaları XIX əsrin sonu — XX əsrin əvvəllərində formalaşmışdır. 

  • Georg Agricola's "Textbook on Mineralogy" sobre Mineralogía y gemmas Arxivləşdirilib 2014-08-09 at the Wayback Machine
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
  1. Məmmədov Q. Ş., Xəlilov M. Y. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.