Mixail Tal
Mixail Tal | |
---|---|
latış. Mihails Tāls rus. Михаил Нехемьевич Таль | |
| |
Ölkə | SSRİ Latviya SSR |
Doğum tarixi | |
Doğum yeri | Riqa, Latviya |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | Moskva,Rusiya |
Təhsili |
|
Titulu | Qrosmeyster (1957) |
Son reytinqi |
|
Dünya çempionluğu | 1960-61 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Mixail Tal (latış. Mihails Tāls; rus. Михаил Нехемьевич Таль; 9 noyabr 1936[2][3][…], Riqa[2] – 27 iyun 1992[4] və ya 28 iyun 1992[5], Moskva[6]) — SSRİ və Latviyalı qrosmeyster, şahmat üzrə səkkizinci dünya çempionu.
Şahmat karyerası və dünya çempionluğu
[redaktə | mənbəni redaktə et]Mixail Tal 1936-cı il noyabrın 9-da Riqada anadan olmuşdur. Uşaq yaşlarından bacarığı, fenomenal yaddaşı ilə hamıdan fərqlənirdi. Artıq 3 yaşında ikən o, oxumağı bacarırdı. Birinci sinfə gəldikdən iki gün sonra onu üçüncü sinfə keçirirlər. 1952-ci ildə Latviya universitetinə daxil olmaq üçün ərizə verəndə, Talı qəbul etmirlər, çünki hələ 16 yaşı tamam olmamışdı.
Uşaq yaşlarında o, musiqiyə, riyaziyyata və futbola daha çox maraq göstərirdi. Bu yaşlarında atası onu şahmatla tanış edir. Bu oyun onda xüsusi maraq oyadır. 17 yaşında şahmat dərnəyinə üzv yazıldı, 18 yaşında isə usta normasını yerinə yetirdi. Gənc ustaya ölkə çempionu və qrosmeyster adını almaq üçün cəmi 3 il vaxt lazım oldu.
1958-ci ildə keçirilən SSRİ çempionatında da birinci olur. 1958-ci ilin avqustunda Yuqoslaviyada keçirilən dünya birinciliyi uğrunda seçmə yarışların mərhələlərindən biri-beynəlxalq turnir keçirilirdi. Tal,Smıslov və Fişer kimi qrosmeysterləri arxada qoyaraq, qalib adına layiq görülür.
İki il sonra 24 yaşlı Riqalı qrosmeyster şahmat tacı uğrunda mübarizədə Botvinniklə görüşürdü. Rəqiblərinin hamısına qalib gələn dünya çempionu bu dəfə gənc qrosmeysterin hücumlarına davam gətirə bilmədi. Bu görüşdə qalib gələn Mixail Tal səkkizinci dünya çempionu oldu.
Bir il sonra Botvinniklə təkrar matçda görüşərkən o, keçmiş dünya çempionunun az bir vaxt ərzində hazırlaşacağını ağlına belə gətirmirdi. Yarış qabağı böyrəklərində dözülməz ağrılar baş qaldıran Tal bir neçə günlüyə Praqaya yola düşür. Praqadan həkimin müşayiəti ilə qayıdarkən şahmat federasiyası matçın vaxtını dəyişməyi təklif edir. Lakin dünya çempionu buna etiraz etdi. Yeni oyun sistemi hazırlayan Botvinnik 13:8 hesabı ilə qələbə qazanır.
Matçda məğlub olması Talın şahmat yaradıcılığına mənfi təsir göstərmir. Artıq 3 aydan sonra o, “əsrin turniri” adlandırılan beynəlxalq Bled turnirində birinci yeri tutur.[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ OlimpBase (ing.).
- ↑ 1 2 Таль Михаил Нехемьевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Mikhail Nekhemyevich Tal // Encyclopædia Britannica (ing.).
- ↑ qəbir.
- ↑ Felice G. D., Felice G. D. Chess International Titleholders, 1950–2016 (ing.). McFarland & Company, 2017. 369 p. ISBN 978-1-4766-7132-1
- ↑ Fransa milli kitabxanası. 1537.
- ↑ Azər Zeynallı , Pərviz Əliyev, Şahmat aləminə səyahət. səh. 67
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 9 noyabrda doğulanlar
- 1936-cı ildə doğulanlar
- 55 yaşında vəfat edənlər
- 28 iyunda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- Latviya Universitetinin məzunları
- "Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə şahmatçılar
- Riqada doğulanlar
- 27 iyunda vəfat edənlər
- Moskvada vəfat edənlər
- SSRİ şahmatçıları
- Latviya şahmatçıları
- SSRİ jurnalistləri
- Şahmat üzrə dünya çempionları
- Şahmatın blits növü üzrə dünya çempionları