Moruxlu
Moruxlu | |
---|---|
40°44′ şm. e. 45°48′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Moruxlu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Moruxlu kənd inzibati ərazi dairəsində kənd.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Kənd 1961-ci ildə inzibati ərazi vahidi statusu alıb.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Zada çayının (Zəyəm çayının qolu) sahilində, dağlıq ərazidədir. Yaşayış məntəqəsini XIX əsrin ikinci yarısında buraya Tovuz r-nundan köçüb gəlmiş ağcaqalalı, kəlbəəhmədli, çənlər, Goranboy r-nundan köçüb gəlmiş qılıclı və Qazax r-nundan köçüb gəlmiş kəsəmənli nəsillərinə mənsub ailələr Moruqlu dərəsi adlanan ərazidə salmışlar. Kənd həmin ərazinin adını daşıyır. Oykonim Moruğlu, Moruxlu variantlarında da qeydə alınmışdır.[2]
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]İqlimi soyuqdur. Ən yüksək nöqtəsi 1295 m.-dir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 902 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629