Murtuza Axundzadə
Murtuza Axundzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1877 |
Doğum yeri | |
Vəfat tarixi | 21 avqust 1920 |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Partiya |
Murtuza Axundzadə (1877, Quba – 21 avqust 1920, Nargin adası, Abşeron rayonu) — Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.
Həyatı və ailəsi
[redaktə | mənbəni redaktə et]Murtuza Axundzadə 1877-ci ildə Quba qəzasında tacir ailəsində anadan olub. O, Qubada seçilən, fəallığı ilə diqqətçəkən ziyalılardan idi. Buna görə, 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulanda, Quba sakinləri onu parlament üzvlüyünə layiq bilmişdilər. Murtuza bəy "Müsavat" fraksiyasına daxil olmuş və parlamentin 96 üzvündən birinə çevrilmişdi. Bu zaman onun 41 yaşı vardı. Murtuza Axundzadə və xanımı Nəcimə Axundzadənin 9 övladı olub: Məmmədağa, Ələkbər, Xanım, Mina, Ağaəli, Yusif, Dürsədəf (ikisi körpə ikən vəfat etmişdi).
Parlamentdəki çxışları
[redaktə | mənbəni redaktə et]Quba məsələsi ilə bağlı parlamentdə 1919-cu il fevralın 5-dəki çıxışında bildirirdi:
Qubada kasıb, dövlətli - hər kəsin ipək parçadan tikilmiş üçrəngli bayrağı var[1]. |
Sonrakı çıxışlarının birində isə qeyd edir ki:
Qubada gördüyüm mənzərədən ürəyim fərəhlə doldu. Bütün evlərin üstündə üçrəngli bayrağımız dalğalanırdı. Amma bunu Bakıda görmürəm. |
Ailə üzvlərinin xatirələri
[redaktə | mənbəni redaktə et]Oğlu Yusifin xatirələri:
Böyük qardaşım Məmmədağa deyirdi ki, atamın dostları onunla vaxtaşırı əlaqə saxlayır, onu Tükiyəyə keçirmək üçün dönə-dönə dilə tuturdular. Amma atam qəti etiraz edir. Deyir ki, mən qaçsam, ailəmi, uşaqlarımı incidəcəklər. Qoy məni tutsunlar, bəlkə uşaqlarla işləri olmaz[2] |
Atamı az-az görərdik. Gecə-gündüz işləyirdi. Qapıda bütün gün növbə ilə gözətçilər dayanırdı. 1920-ci ilin fevralında bizi Fətəli xan Xoyskinin vaqonunda Xaçmaza yola saldı. Atamın yanında böyük qardaşımla bacım qaldı. Novruz bayramında atam gəldi. Mənə bayram paltarı da almışdı. Bir gün qalıb qayıtdı. Bir daha atamı görmədim. |
1918-ci ilin iyunun 15-də Murtuza bəy həbs olunur həmin günlə bağlı qızı Minanın xatirəsi:
10 yaşındaydım. Buruq-buruq saçlarım vardı. Atamı aparmağa gələnlər saçlarımı sığalladılar, sonra birlikdə evdən çıxdılar. Sonuncu dəfə atamı onda gördüm. |
Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Murtuza Axundzadəni Azərbaycanın istiqlal şəhidi adlandırıb[3].
Ölümü
[redaktə | mənbəni redaktə et]1920-ci ilin aprelin 28-də Cümhuriyyət Parlamenti müəyyən şərtlərlə hökuməti bolşeviklərə verdi. Ancaq az sonra məlum oldu ki, onlar heç bir şərtə əməl etməyəcəklər. Artıq hakimiyyət tamam bolşeviklərin əlində idi. Belə olunca, yeni hakimiyyət əvvəlki iqtidarın izlərini silməyə başlayır. Cümhuriyyətlə bağlı hər kəs ya yenidən qayıdıb nəyisə dəyişə bilmək üçün gizli yolla Türkiyəyə keçir, ya da Nargin adasında "xalq düşməni" damğası ilə güllələnərək Xəzər sularına qərq olurdu. 1920-ci ildə Murtuza Axundov "xalq düşməni" kimi güllələnmiş və yalnız 72 il sonra bəraət almışdı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 160
- ↑ "Daha bir faciəli cümhuriyyətçi həyatı".[ölü keçid]
- ↑ Rəsulzadə, Məhəmməd Əmin. Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1990. 79. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2023-11-07.
- 1877-ci ildə doğulanlar
- Qubada doğulanlar
- 21 avqustda vəfat edənlər
- 1920-ci ildə vəfat edənlər
- Böyük Zirədə vəfat edənlər
- Müsavat Partiyasının üzvləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Nargin adasında güllələnənlər
- Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri
- Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri