Pavel Nedved
Pavel Nedved | |
---|---|
məsri. Pavel Nedvěd | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 30 avqust 1972[1][2][…] (52 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Boyu | 177 sm |
Çəkisi | 70 kq |
Mövqeyi | yarımmüdafiəçi |
Vikianbarda əlaqəli mediafayllar |
Pavil Nedved (30 avqust 1972[1][2][…], Xeb[3][4]) — Çexiyalı keçmiş futbolçu. Yarımüdafiəçi kimi çıxış edib. O, Çexiyadan çıxan ən uğurlu oyunçulardan biri kimi qəbul edilir.[5] O, daha çox İtaliya çempionatında "Latsio" və "Yuventus" klublarında çıxış edib və onlarla birlikdə bir sıra kuboklar qazanıb.
Dövrünün ən güclü yarımmüdafiəçilərindən biri hesab edilən o, 2003-cü ildə göstərdiyi gözəl oyuna görə mövsümün ən yaxşı oyunçusu kimi Qızıl topa layiq görülüb.[6] İtaliyanın "Latsio" klubuyla UEFA Kuboklar Kubokunu qazanıb.
O, dözümlülüyü və uğurlu cinah ötürmələri ilə tanınırdı. "Yuventus"da oynadığı zaman "Yuventus" azarkeşləri ona "Çex qəzəbi" ləqəbini verirlər.[7]
Nedved peşəkar futbolda 19 mövsüm keçirdikdən sonra 2009-cu ildə fubolçu karyerasını bitirir.
Həyatı
[redaktə | mənbəni redaktə et]30 avqust 1972-ci ildə Çexoslovakiyanın Almaniya sərhədində yerləşən Xeb şəhərində anadan olub və yaxınlıqdakı Skalnada kəndində böyüyüb.[8]
Karyerası
[redaktə | mənbəni redaktə et]Nedved futbolçu karyerasına doğma Çexoslovakiyada başlayıb. Kiçik yaşlarından futbol azarkeşi olan o, 1977-ci ildə 5 yaşında Skalnanı təmsil edən "Tatran" klubunda oynamağa başlayıb.[9] Nedved 1985-ci ildə Xeb şəhərini təmsil edən "Rudá Hvězda Cheb" klubuna keçir. Burda göstərdiyi istedadı ilə digər klubların marağını çəkən Pavel Nedved, Pilzeni təmsil edən "Şkoda Plzen" klubuna dəvət edilir.[9]
1990-cı ildə Nedved hərbi xidmətinin bir hissəsi olaraq Çexiya ordusunun idarə etdiyi "Dukla Praqa" klubuna icarəyə verildi.[10] 28 oktyabr 1991-ci ildə Nedved "Dukla Praqa"nın heyətində ilk oyununa çıxır. Hərbi xidməti bitirdikdən sonra 1992-ci ildə "Sparta Praqa" klubuna transfer oldu. Pilzen klubuyla Praqa klubunun arasında olan müqaviləyə görə Nedved xarici kluba keçərsə, Pilzen transfer haqqının 30%-ni almalı idi.[11][12]
Nedved "Sparta"da 4 il keçirir və meydana çıxdığı 97 oyunda 23 dəfə fərqlənir.
1996-cı ildə təşkil olunmuş Avropa Çempionatındakı gözəl oyunundan sonra İtaliyanın "Latsio" klubuna transfer edilir. Nedved İtaliya klubu ilə 1,2 milyon lirə müqabilində dörd illik müqavilə imzaladı.[13] 7 sentyabr 1996-cı ildə Bolonya ilə matçda "Latsio"nun heyətində A Seriyasında debüt etdii.[14] Oktyabrın 20-də İtaliyada ilk qolunu "Kalyari"yə vurdu. Həmin mövsüm Nedved liqada "Latsio"nun heyətində yeddi dəfə qol vurdu.[15]
Nedved "Latsio"nun heyətində liqada 137 oyunda meydana çıxaraq 33 qol vurur.
2001-ci ilin yayında Nedved 38,7 milyon avroya Turin "Yuventus"una keçir.[16][17][18] Karyerasının sonuna kimi "Yuventus"un formasını geyinən futbolçu, burada meyda çxdığı 247 oyunda 51 qol vurur.
Uğurları
[redaktə | mənbəni redaktə et]Komanda
[redaktə | mənbəni redaktə et]"Sparta Praqa"
[redaktə | mənbəni redaktə et]- Çexoslovakiya çempionu: 1992/93
- Çexiya çempionu (2): 1993/94, 1994/95
- Çexiya Kubokunun qalibi: 1996
"Latsio"
[redaktə | mənbəni redaktə et]- İtaliya çempionu: 1999/00
- İtaliya kubokunun qalibi (2): 1997/98, 1999/00
- İtaliya Superkubokunun qalibi (2): 1998, 2000
- Kuboklar Kubokunun qalibi: 1998/99
- UEFA Super Kubokunun qalibi: 1999
"Yuventus"
[redaktə | mənbəni redaktə et]- İtaliya çempionu (2): 2001/02, 2002/03, 2004/05, 2005/06 (son 2 titul ləğv edildi)
- İtaliya Superkubokunun qalibi (2): 2002, 2003
- UEFA Çempionlar Liqasının finalçısı: 2003
"Çexiya milli komandası"
[redaktə | mənbəni redaktə et]- Vitse Avropa Çempionu 1996
- 2004-cü il Avropa çempionatının bürünc mükafatçısı
Fərdi
[redaktə | mənbəni redaktə et]- Qızıl topun qalibi (Fransa Futbol): 2003
- Çexiyada ilin futbolçusu (4): 1998, 2000, 2003, 2004
- Çex "Qızıl Topu" (6): 1998, 2000, 2001, 2003, 2004, 2009
- İtaliyada ilin futbolçusu: 2003
- 2004 "Qızıl Ayaq" Mükafatı Qalibi
- UEFA İlin Yarımmüdafiəçisi: 2003
- UEFA-ya görə Avropanın simvolik komandasına daxil edilib (3): 2003, 2004, 2005
- ESM üzrə 2 dəfə Avropanın simvolik komandasına daxildir: 2001, 2003
- "World Soccer"ə görə Dünyanın ən yaxşı futbolçusu: 2003
- "Guerin Sportivo"ya görə İtaliyada ilin futbolçusu: 2003
- İtaliyada ilin ən yaxşı əcnəbi futbolçusu: 2003
- 2004-cü il Avropa çempionatının nəticələrinə görə simvolik komandaya daxil edilib (UEFA-nın məlumatına görə)
- FIFA 100 siyahısındadır
Oyun statistikası
[redaktə | mənbəni redaktə et]Klub
[redaktə | mənbəni redaktə et]Klub | Sezon | Liqa | Kubok | Avropa | Digər | Toplam | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Dvizion | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Dukla Praqa | 1991–92 | Çexoslovakiya birinci liqası | 19 | 3 | — | — | 19 | 3 | ||||
Sparta Praqa | 1992–93 | Çexoslovakiya birinci liqası | 17 | 0 | 5[a] | 0 | — | 22 | 0 | |||
1993–94 | Çexiya birinci liqası | 23 | 3 | 4[b] | 0 | — | 27 | 3 | ||||
1994–95 | Çexiya birinci liqası | 27 | 6 | 2[b] | 0 | — | 29 | 6 | ||||
1995–96 | Çexiya birinci liqası | 30 | 14 | 8[c] | 4 | — | 38 | 19 | ||||
Total | 97 | 23 | 19 | 5 | 0 | 0 | 116 | 28 | ||||
Latsio | 1996–97 | A Seriyası | 32 | 7 | 3 | 1 | 3[c] | 2 | — | 38 | 10 | |
1997–98 | A Seriyası | 26 | 11 | 6 | 2 | 11[c] | 2 | — | 43 | 15 | ||
1998–99 | A Seriyası | 21 | 1 | 4 | 0 | 8[a] | 4 | 1[d] | 1 | 34 | 6 | |
1999–2000 | A Seriyası | 28 | 5 | 6 | 1 | 12[b] | 1 | 1[e] | 0 | 47 | 7 | |
2000–01 | A Seriyası | 31 | 9 | 3 | 1 | 10[b] | 3 | 1[d] | 0 | 45 | 13 | |
Total | 138 | 33 | 22 | 5 | 44 | 12 | 3 | 1 | 207 | 51 | ||
Yuventus | 2001–02 | A Seriyası | 32 | 4 | 4 | 0 | 7[b] | 0 | — | 38 | 10 | |
2002–03 | A Seriyası | 29 | 9 | 1 | 0 | 15[b] | 5 | 1[d] | 0 | 43 | 15 | |
2003–04 | A Seriyası | 30 | 6 | 4 | 0 | 6[b] | 2 | 1[d] | 0 | 34 | 6 | |
2004–05 | A Seriyası | 27 | 7 | 1 | 0 | 10[b] | 3 | — | 47 | 7 | ||
2005–06 | A Seriyası | 33 | 5 | 4 | 0 | 8[b] | 2 | 1[d] | 0 | 45 | 13 | |
2006–07 | B Seriyası | 33 | 11 | 3 | 1 | — | — | 36 | 12 | |||
2007–08 | A Seriyası | 31 | 2 | 2 | 1 | — | — | 33 | 3 | |||
2008–09 | A Seriyası | 32 | 7 | 3 | 0 | 9[b] | 0 | — | 44 | 7 | ||
Total | 247 | 51 | 22 | 2 | 55 | 12 | 3 | 0 | 327 | 65 | ||
Career total | 501 | 110 | 44 | 7 | 118 | 29 | 6 | 1 | 669 | 147 |
Milli komanda
[redaktə | mənbəni redaktə et]Milli komanda | İl | Oyun | Qol |
---|---|---|---|
Çexiya | 1994 | 1 | 0 |
1995 | 4 | 0 | |
1996 | 12 | 2 | |
1997 | 10 | 2 | |
1998 | 3 | 1 | |
1999 | 9 | 2 | |
2000 | 10 | 4 | |
2001 | 11 | 4 | |
2002 | 6 | 0 | |
2003 | 8 | 2 | |
2004 | 9 | 0 | |
2005 | 2 | 0 | |
2006 | 6 | 1 | |
Total | 91 | 18 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 http://www.imdb.com/name/nm1833348/bio.
- ↑ 1 2 Pavel Nedved // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 The Fine Art Archive. 2003.
- ↑ 1 2 Nedvěd, Pavel, 1972- // regional database of the Pilsen City Library (çeş.).
- ↑ "Pavel Nedved". 6 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2014.
- ↑ "Павел Недвед удостоен «Золотого мяча»". sovsport.ru. 2011-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-22.
- ↑ "Чешская фурия решила уйти". 2009-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-22.
- ↑ "Pavel Nedvěd: biography" (çex). 20 December 2008 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Pavel Nedved" (çex). 2 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 June 2011.
- ↑ "Síň slávy Dukla Praha 1948 - 2009: Pavel Nedvěd" (çex). FK Dukla Praha. 29 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2015.
- ↑ Kellner, Tomáš. "Plzen battles Sparta Praha off the pitch". The Prague Post. 17 July 1996. 8 December 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 October 2015.
- ↑ Bouc, František. "Soccer club incensed over CMFS ruling". The Prague Post. 30 April 1997. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 October 2015.
- ↑ Giancarla, Ghisi. "Nedved alla Lazio, Bierhoff viaggia verso Torino". Corriere della Sera (italyan). 1996-07-11. 2015-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-17.
- ↑ "Taking balls: The numbers game". Sunday Mail. The Free Library. 2004-08-01. 2019-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-17.
- ↑ "Italy Championship 1996/97". Rec.Sport.Soccer Statistics Foundation. 2017-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-20.
- ↑ "Nedved: la Juve l'ho scelta io". Rai Sport (Italian). Rai. 2001-07-05. 2017-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-24.
- ↑ "Ciao Juve: Nedved resta alla Lazio". La Gazzetta dello Sport (Italian). Milan: RCS MediaGroup. 2001-06-14. 2019-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-24.
- ↑ "Depositati i contratti di cessione di Nedved e Veron" (Press-reliz) (Italian). Rome: S.S. Lazio. 18 iyul 2001. 21 iyul 2001 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2017.
- ↑ www.national-football-teams.com/. "General Information about the player Pavel Nedvěd". www.national-football-teams.com/ (ingilis). 2022-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2022.
- ↑ "Pavel Nedvěd". myjuve.it. n.d. 18 May 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 June 2013.
- ↑ Haisma, Marcel. "Pavel Nedved – Matches in European Cups". Rec.Sport.Soccer Statistics Foundation. 22 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 June 2013.
- ↑ "Pavel Nedved – International Appearances". Rec.Sport.Soccer Statistics Foundation. 9 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 March 2013.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 30 avqustda doğulanlar
- 1972-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Çexiyada doğulanlar
- Əlifba sırasına görə futbolçular
- Çexoslovakiya futbolçuları
- Çexiya futbolçuları
- Futbol yarımmüdafiəçiləri
- Sparta Praqa FK oyunçuları
- Yuventus FK oyunçuları
- Latsio FK oyunçuları
- İtaliya A Seriyası oyunçuları
- İtaliya B Seriyası oyunçuları
- Qızıl Top alanlar
- FİFA 100
- UEFA Avro 1996 oyunçuları
- UEFA Avro 2000 oyunçuları
- UEFA Avro 2004 oyunçuları
- 2006 FİFA Dünya Kuboku oyunçuları
- İtaliyada legioner futbolçular
- Çexiyanın kişi futbolçuları