≛

Qaraqoyunlu hökmdarlarının siyahısı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qaraqoyunlu hökmdarları
Keçmiş monarxiya
Bayraq
Qara Yusif dövründə Qaraqoyunlular Teymurilər, Cəlairilər, AğqoyunlularŞirvanşahlar üzərində qələbə çalaraq keçmiş qüdrətlərini bərpa etdilər.
İlk hökmdar Bayram xoca
Son hökmdar Həsənəli mirzə
Rəsmi məkan Təbriz
İdarəetmə forması Mütləq monarxiya
Yaranması 1375
Süqutu 1469
İddiaçı Yusif mirzə

Qaraqoyunlu hökmdarlarının siyahısıQaraqoyunlu tayfa ittifaqını idarə edən hakim sülalə Baranlı sülaləsi olmuşdur.[1] Baranlı sülaləsi mənşəcə oğuzların Yıva boyuna aid edilir.[2] Qaraqoyunlular 11 hökmdar tərəfindən idarə edilmişlər. Ən çox hakimiyyətdə olan hökmdar Cahan şah olmuşdur. Onun hakimiyyəti dövrü 1436–1467-ci illəri əhatə edir və ümumilikdə 31 il təşkil edir.

Qaraqoyunlular qüdrətli dövrlərində hazırkı Şərqi Anadolu, Azərbaycan, Suriya, İraq, İran, RusiyaGürcüstan ərazilərində hökm sürmüşlər. Ölkənin rəsmi məkanı əvvəlcə Ərciş, sonra isə Təbriz şəhəri olmuşdur.[3]

Qaraqoyunlu hakimiyyətinin əsası Bayram xoca tərəfindən qoyulmuşdur. Cahan şahın 1467-ci ildə Səncəq döyüşündə Uzun Həsən tərəfindən öldürülməsindən sonra Qaraqoyunlular dağılma dövrünə qədəm qoydular. Ardınca HəsənəlininYusif mirzənin öldürülməsi ilə Qaraqoyunlular süquta uğradılar və yerində Ağqoyunlular imperiyası yarandı.

Qaraqoyunlularda hökmdar

[redaktə | mənbəni redaktə et]
Qaraqoyunlular Qara Yusif dövründə

Qaraqoyunlularda saray, divan, qoşun təşkilatı, ayrı-ayrı əyalətlərin və şəhərlərin idarə quruluşu Elxanilər dövründə mövcud olmuş siyasi strukturun inkişaf etmiş forması idi. Qaraqoyunlularda hökmdar qeyri-məhdud hakimiyyətə malik idi. Rəsmi sənədlərdən, fərmanlardan və zərb edilmiş sikkələrin oxunuşundan məlum olur ki, Qaraqoyunlu hökmdarları "sultan" və ya "padşah" titulu daşımışlar.[4] Vilayət hakimlərinin və divan üzvlərinin təyin edilməsi birbaşa hökmdarın əmri ilə həyata keçirilirdi. Hökmdarların verdikləri fərmanın və ya hökmün sərlövhəsində sultanın adı və ləqəbi, sonunda isə möhürləri vurulurdu. Qaraqoyunlu hökmdarı Cahan şahın 1458-cü ildə verdiyi bir hökmün sərlövhəsində "məğlubedilməz Cahan şah hökmümüz" sözləri yazılmış möhür vardı.[5]

Hökmdarların siyahısı

[redaktə | mənbəni redaktə et]
  •     Qaraqoyunlu xanədanlığının əsasını qoyan hökmdarlar.
  •      — müstəqilliyini hərhansı bir vilayətdə elan edib, bütün ölkə ərazisində hökmdar deyil.

Quruluş və bəylik dövrü

[redaktə | mənbəni redaktə et]
Titul Ad Hakimiyyət illəri Qeydlər
Bəy Bayram xoca
بیرم خواجہ
1374–1378
Bəy Qara Məhəmməd
قرا محمد ترمش
1378–1388
  • Bayram Xocanın qardaşı Qara Dursunun oğlu.
  • 1382-ci ildə Sultan Əhməd Cəlairə qarşı qalxmış üsyanı yatırmağa kömək etdiyi üçün Əhməd Cəlair Qara Məhəmmədin hakimiyyətini tanıdı. Həmçinin Qara Məhəmməd Əhməd Cəlairin qızıyla evlənərək Cəlairilər ilə siyasi əlaqələrini möhkəmləndirdi.[10][11]
  • 1387-ci ildə Çapaqçur döyüşündə Əmir Teymurun qüvvələrini sıxışdıraraq geri çəkilməyə məcbur etdi.[12][13][14]
  • 1388-ci ildə Əmir Teymurun İrana qayıtmasından və Cəlairi əyanları arasındakı qarışıqlıqdan istifadə edərək Təbrizi ələ keçirdi.[15]
  • 1389-cu ildə Pir Həsən tərəfindən öldürüldü.[16]
Bəy Pir Həsən
پير حسن
1389–1391
  • Hüseyn bəyin oğlu.[17]
  • 1389-cu ildə Qara Məhəmməd üzərində qələbə çalsa da Qaraqoyunlu əmirləri onun yox, Qara Məhəmmədin oğlu Misir xocanın ətrafında toplaşdılar.[17]
  • Daha sonra hakimiyyətə gələn Qara Yusif Pir Həsənə qarşı Mardin hakimindən və digər qonşu ölkələrin hökmdarlarından kömək istədi. Lakin Cəbər hakimi Döyər Salim bəyin müdaxiləsi ilə tərəflər arasındakı münaqişə sona çatdı.[17]
  • 1391-ci ildə Pir Həsən bəy vəfat etdi.[17]
Bəy Qara Yusif
قرا یوسف نوین بن محمد
Əbu Nəsr
ابو النصر
1389–1405
Əmir Teymurun Qaraqoyunlu ərazilərini ələ keçirməsi(1400–1405)

İmperiya dövrü

[redaktə | mənbəni redaktə et]
Titul Ad Hakimiyyət illəri Qeydlər
Bəy
padşah
sultan
Qara Yusif
قرا یوسف نوین بن محمد
Əbu Nəsr
ابو النصر
1405–1420
  • 1402-ci ildə İldırım Bəyazid və Əmir Teymur arasında baş vermiş Ankara döyüşündən sonra Qara Yusif Osmanlı topraqlarını tərk edərək yenidən Suriyaya qayıtmağa qərar verdi. Həmin ildə Qara Yusif və müttəfiqi Əhməd Cəlair Məmlük sultanı Fərəcin əmri ilə həbs edildilər.[23]
  • Əmir Teymurun ölümündən sonra Məmlüklərin Suriya valisi Şeyx əl-Mahmudi Qara Yusifi azad etdi.
  • 1406-cı ildə Qara Yusif və Əhməd Cəlair Bağdadı ələ keçirdilər.[18]
  • Qara Yusifi qarşılamaq üçün Teymuri Əbu Bəkr 23 avqust 1406-cı Təbrizə daxil oldu. Oradan isə Naxçıvana yollandı. Həmin ildə baş vermiş Naxçıvan döyüşündə Qara Yusif Əbu Bəkri məğlub etdi və irəliləyərək Təbrizə daxil oldu.[24]
  • Qara Yusif 1408-ci ilin 21 aprelində Sərdrud döyüşündə Teymuri Miranşahı da məğlub edərək Azərbaycanı ələ keçirdi.[18]
  • 1409-cu ilin 18 dekabrında Sultan Əhməd Təbrizə elçi göndərərək Həmədan yaylağının ona verilməsini tələb etmişdi. Lakin Qara Yusif bu istəyi rədd etdi. Bu isə keçmiş müttəfiqlər arasında münasibətlərin pozulmasına gətirib çıxardı.[25]
  • 1410-cu ilin 30 avqustunda Təbriz yaxınlığında baş vermiş döyüşdə Əhməd Cəlair məğlub edildi. Beləliklə Bağdad mərkəz olmaqla İraq Qaraqoyunlular tərəfindən ələ keçirildi.[25]
  • 1412-ci ildə Şirvanşah Şeyx İbrahim, müttəfiqi olan Şəki hakimi Seydi Əhməd və Gürcü çarı Konstantin Kür sahilində baş tutmuş döyüşdə Qara Yusifin qüvvələri tərəfindən məğlubiyyətə uğradıldı.[26] Nəticədə Şirvan Qaraqoyunlulardan asılı vəziyyətə düşdü.[27]
  • Qara Yusif 1420-ci ildə Ucanda vəfat etdi.[28][29] Dəfn olunduğu yer məlum deyil.[30][31]
Bəy
padşah
sultan
Pirbudaq
پیر بوداق بن یوسف
1410–1413
  • Qara Yusifin oğlu.[32]
  • Qara Yusif hakimiyyətini qanuniləşdirmək üçün vaxtilə Əhməd Cəlairin oğulluğuna verdiyi oğlu Pirbudağı hökmdar elan etdi.[32][33]
  • Pirbudaq 1413-cü ildə vəfat etdi. Bundan sonra Qara Yusif xütbəni öz adına oxutdurub, Qaraqoyunlu səltənət taxtına əyləşdi.[32]
Bəy
padşah
sultan
Qara İsgəndər
قرا اسکندر بن یوسف
1420–1429
  • Qara Yusifin oğlu.
  • Qara İsgəndər 1421-ci ildə baş tutmuş Sincar döyüşündə Qara Yusifin ölümündən istifadə edərək fəallaşan Ağqoyunlu Qara Yuluq Osmanı məğlubiyyətə uğratdı.[34]
  • 1421-ci ilin avqustunda Teymuri Sultan Şahruxla Qara İsgəndər arasında baş vermiş Alaşkerd döyüşündə Qaraqoyunlular məğlub oldular.[35] Lakin döyüşdən sonra Şimali İraqa çəkilən Qara İsgəndər, Şahruxun Xorasana dönməsindən istifadə edərək Azərbaycanı yenidən ələ keçirdi.[36][37]
  • Qara İsgəndər 1422–1423-cü illərdə ona itaətsizlik edərək Sultan Şahruxa tabe olan əmirləri cəzalandırmaq üçün yürüşlər etdi.[38] Yürüşlər nəticəsində Bitlis hakimi Şərəfoğlu Şəmsəddin və yaxın adamı öldürüldü,[39][40] Van hakimi Məlik Əhməd isə həbs edildi. Beləliklə, Van gölünün ətafı yenidən Qaraqoyunlu hakimiyyətinə tabe edildi.[41]
  • 1427–1428-ci illərdə Şirvana yürüş təşkil edildi. İsgəndər Şamaxını qarət etdikdən sonra Təbrizə çəkildi.[41][42]
  • 1429-cu ildə Qaraqoyunlular Əbhər, QəzvinZəncana yürüşlər təşkil etdilər.[41]
  • Qaraqoyunlular üzərinə 2-ci yürüşə çıxan Sultan Şahrux 1429-cu ildə Təbriz və Urmiya yaxınlığında baş tutmuş Səlmas döyüşündə İsgəndərin qüvvələrini məğlub etdi. Qara İsgəndər Ərzuruma çəkildi.
Bəy
padşah
sultan
Əbu Səid
ابوسعید
1429–1431
  • Qara Yusifin oğlu.
  • Sultan Şahrux geri qayıdarkən Qara İsgəndərin qardaşı Əbu Səidi özündən asılı şəkildə Qaraqoyunlu hökmdarı elan edərək taxta oturdu. 1431-ci ildə Qara İsgəndər geri döndü, Əbu Səidi öldürdü və Təbrizi yenidən ələ keçirdi.[43]
Bəy
padşah
sultan
Qara İsgəndər
قرا اسکندر بن یوسف
1431–1436
  • 1435-ci ildə Sultan Şahrux Azərbaycana 3-cü yürüşə başladı. O, 1436-cı ildə Qara İsgəndərin digər qardaşı Cahan şahı Qaraqoyunlu hökmdarı elan etdi və Herata döndü.[44][45]
  • Geri qayıdan Qara İsgəndər taxtını yenidən geri almağa çalışsa da Muğan valisi və Şirvan əmirləri ilə ittifaqa girən Cahan şah tərəfindən məğlub edildi və Əlincə qalasına çəkildi.[46]
  • Qara İsgəndər 1436-cı ildə Əlincədə oğlu Şahqubadın xəyanəti nəticəsində öldürüldü.[46]
Bəy
padşah
sultan
Əmir İsfahan
اسپند بن یوسف
1421–1445
  • Qara Yusifin oğlu.[47]
  • Əmir İsfahan 1410-cu ildə Sultan Əhməd Cəlairə qarşı Qaraqoyunlu ordusunun sol cinahına başçılıq etmişdir.[48]
  • Qara Yusifin ölümündən sonra Səəd tayfası tərəfindən Qaraqoyunlu taxtına namizəd kimi irəli sürülmüşdür. Bu əsnada Qaraqoyunlulara qarşı yürüşdə olan Sultan Şahrux onun üzərinə qoşun göndərdi. Əmir İsfahan Şahruxa tabe olduğunu bildirdikdən sonra Teymuri qoşunu geri çəkildi.
  • Qardaşı Qara İsgəndərin Azərbaycanda Qaraqoyunlu hakimiyyətini yenidən bərpa etməsindən sonra Sultan Şahrux yenidən Azərbaycana yürüşə başladı. Teymurilər və Qaraqoyunlular arasında baş tutmuş Alaşkerd döyüşündə Qaraqoyunlu ordusunun sol cihanına başçılıq edirdi.[49] Döyüşdə Qaraqoyunlular məğlub edildilər. Bundan sonra qardaşından ayrılan Əmir İsfahan Sultan Şahruxun Xorasana qayıtmasından istifadə edərək Naxçıvan ilə Təbrizi tutdu və müstəqil hakimiyyətə başladı. Ancaq Qara İsgəndərin üzərinə hərəkət etdiyi haqqında məlumat aldıqdan sonra Ərzuruma doğru geri çəkildi.
  • 1433-cü ildə Hillə ilə Bağdadı[50] ələ keçirdi və yenidən müstəqil hakimiyyətinə davam etdi.
  • Əmir İsfahan təsir dairəsini genişləndirmək üçün Aqoyunlulara qarşı yürüş təşkil etsə də 1437-ci ilin yazında Həmzə bəy Bayandur tərəfindən məğlub edildi.
  • O, 1445-ci ildə vəfat etdi. Ölümündən sonra tabeliyində olan ərazilər Cahan şah tərəfindən ələ keçirildi.[50]
Bəy
padşah
sultan
Cahan şah
جہاں شاہ ابن یوسف
1436–1467
  • Qara Yusifin oğlu.
  • Cahan şah 1440–1444-cü illərdə Gürcüstana yürüş təşkil edərək Tiflisi tutdu.
  • Mərkəzi hakimiyyətə tabe olmayan qardaşı Bağdad hakimi Əmir İsfahanın ölümündən sonra 1446-cı ildə Bağdadı özünə tabe etdi.[50]
  • 1460-cı ildə Cahan şah Səfəvi şeyxi Cüneydin üzərinə hücuma hazırlaşan Şirvanşah I Xəlilullaha hərbi dəstək verdi. Həmin ildə baş tutmuş döyüşdə qızılbaşlar məğlub edildilər. Şeyx Cüneyd həlak oldu.[51][52]
  • 1447-ci ildə Sultan Şahruxun ölümündən sonra Cahan şah Teymurilərin vassallığından imtina etdi. Həmin ildə Teymurilər üzərinə hücuma keçərək Sultaniyyəni, Qəzviniİsfahanı ələ keçirdi.[53]
  • 1452-ci ildə Teymurilərin müttəfiqi Ağqoyunluların üzərinə yürüş etdi. Nəticədə Ağqoyunlu Cahangir mirzə Qaraqoyunlu hakimiyyətini tanıdı və sülh müqaviləsi imzalandı.[54]
  • 1450-ci illərdə şərqi İrana yürüşlər edərək FarsKirman vilayətlərini tutdu.[55]
  • 1453-cü ildə Ağqoyunlu taxtını ələ keçirən Uzun Həsən qardaşı Cahangir mirzənin 1452-ci ildə Qaraqoyunlular ilə imzaladığı sülh sazişini qəbul etmədi. 1457-ci ildə Cahan şah Uzun Həsənin üzərinə Rüstəm bəyin başçılığı ilə qoşun göndərsə də, döyüşdə Qaraqoyunlular məğlub edildilər. Rüstəm bəy öldürüldü.[56]
  • Cahan şah 1458-ci ildə Cürcan, Xarəzm, Manqışlaq, Məşhəd, NişapurQərbi Xorasanı ələ keçirdi. Həmin ildə Teymurilərin paytaxtı Herata daxil oldu. Lakin Qaraqoyunlu şahzadələrinin Azərbaycanİraqda üsyan qaldırmaları səbəbindən Xorasanı Teymurilərə güzəştə gedərək Təbrizə qayıtdı. Üsyançı şahzadələrdən Həsənəli həbs olundu, Pirbudaq isə edam edildi.[57][58]
  • 1466-cı ildə Ağqoyunluları tabe etmək üçün hərəkətə keçdi. Ordusu ilə Vanda düşərgə saldı. Lakin qış fəsli olması səbəbindən çox itki verməmək üçün ordunu yaylağa göndərdi. Özü isə Muşda, Səncəq adlı yerdə yeni düşərgə saldı. Bu məlumatı aldıqdan sonra Uzun Həsən 1467-ci ilin noyabrında Cahan şahın düşərgəsinə hücuma keçdi. Hücum zamanı Cahan şah həlak oldu.[59][60][61]
Bəy
padşah
sultan
Həsənəli
حسن علی ابن جہاں شاہ
1467–1468
  • Cahan şahın oğlu.
  • Atasının ölümündən sonra həbsdən çıxarılmış və rəqibi Hüseynəlini məğlub edərək 1468-ci ildə Qaraqoyunlu taxtına oturmuşdur.[62]
  • Həsənəli tezliklə Uzun Həsənə qarşı ordu yığmağa başladı və böyük ordu topladı. 1469-cu ildə tərəflər arasında baş tutmuş hərbi toqquşma Həsənəlinin məğlubiyyəti ilə başa çatdı.[62][63]
  • O, 1469-cu ildə Həmədanda öldürüldü.[64]
Bəy
padşah
sultan
Yusif mirzə
میرزا یوسف
1468–1469
  • Cahan şahın oğlu.[65]
  • 1464-cü ildə Cahan şah tərəfindən Fars vilayətinə hakim təyin edilmişdir.
  • 1467-ci ildə Səncəq döyüşündə Uzun Həsən tərəfindən tutularaq kor edilib.
  • 1468-ci ildə Cahan şahın əmir əl-ümərası Pirəli bəy Baharlı tərəfindən Fars vilayətində hökmdar elan edilmişdir.[66] Bir müddət sonra Həsənəlinin oğlu Sultanəli və Uzun Həsənə qarşı çıxan Ağqoyunlu şahzadəsi Mahmud bəy də onunla müttəfiq oldu.[65]
  • Müttəfiqlər Luristanda bir sıra hərbi uğurlar əldə etəsələr də, sonda Uzun Həsən tərəfindən məğlub edildilər.[66]
  • Mirzə Yusif 1469-cu ildə Şiraz şəhərində Uzun Həsənin oğlu Uğurlu Məhəmməd tərəfindən öldürüldü.[66]
Ağqoyunlular tərəfindən hakimiyyətlərinə son qoyuldu
  1. Neşri, 1987. səh. 821
  2. Fisher, Jackson və Lockhart, 1986. səh. 153
  3. Nəcəfli, 2000. səh. 39
  4. Nəcəfli, 2000. səh. 31
  5. Nəcəfli, 2000. səh. 32
  6. Sümer, 1992. səh. 40
  7. Nəcəfli, 2000. səh. 37
  8. Sümer, 1992. səh. 43
  9. Ebru, 1938. səh. 203-204
  10. 1 2 Fərzəlibəyli, 1995. səh. 6
  11. Nuriyeva, 2015. səh. 99
  12. Tovına, 1987. səh. 6 vd.
  13. Şamî, 1987. səh. 49-50
  14. Sümer, 1992. səh. 49-50
  15. 1 2 Nəcəfli, 2000. səh. 38
  16. Sümer, 1992. səh. 53
  17. 1 2 3 4 islamansiklopedisi.org.tr. "Karakoyunlular" (türk). Faruk Sümer. 2001. 2018-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2021.
  18. 1 2 3 Nuriyeva, 2015. səh. 100
  19. Onullahi, 1982. səh. 62
  20. Fərzəlibəyli, 1995. səh. 5
  21. Sümer, 1992. səh. 59
  22. Sümer, 1992. səh. 60
  23. Rumlu, 2006. səh. 53-54
  24. Sümer, 1992. səh. 72-73
  25. 1 2 Nəcəfli, 2000. səh. 24
  26. Nəcəfli, 2000. səh. 25
  27. Nuriyeva, 2015. səh. 101
  28. Rumlu, 2006. səh. 122-128
  29. Aka, 2001. səh. 14-15
  30. Sümer, 1992. səh. 112
  31. Aka, 2001. səh. 15
  32. 1 2 3 Fərzəliyev, 1983. səh. 62
  33. Qızılbaşlar tarixi, 1993. səh. 10
  34. Rumlu, 2006. səh. 134
  35. Aka, 2001. səh. 17-18
  36. Rumlu, 2006. səh. 145-146
  37. Sümer, 1992. səh. 124
  38. Tihranî, 2001. səh. 68-69
  39. Sümer, 1992. səh. 125-126
  40. Rumlu, 2006. səh. 146
  41. 1 2 3 Sümer, 1992. səh. 127
  42. Rumlu, 2006. səh. 196
  43. Azərbaycan tarixi, 2007. səh. 74
  44. Aka, 1994. səh. 152
  45. Aka, 2001. səh. 22
  46. 1 2 Fərzəliyev, 1983. səh. 67
  47. Qızılbaşlar tarixi, 1993. səh. 16
  48. Sümer, 1992. səh. 83-84
  49. Sümer, 1992. səh. 123
  50. 1 2 3 Qızılbaşlar tarixi, 1993. səh. 10-11
  51. Azərbaycan tarixi, 2007. səh. 90
  52. İsgəndər bəy, 2010. səh. 68-69
  53. Nəcəfli, 2000. səh. 27
  54. Nəcəfli, 2000. səh. 40
  55. Azərbaycan tarixi, 2007. səh. 76
  56. Nəcəfli, 2000. səh. 28
  57. Qızılbaşlar tarixi, 1993. səh. 11
  58. Nuriyeva, 2015. səh. 103
  59. Tihranî, 2001. səh. 252-253
  60. Rumlu, 2006. səh. 435-442
  61. Aka, 2001. səh. 70-71
  62. 1 2 Fərzəliyev, 1983. səh. 70
  63. Fərzəlibəyli, 1995. səh. 18
  64. Fərzəlibəyli, 1995. səh. 27
  65. 1 2 Minorsky, 1955. səh. 17 (1): 50–73
  66. 1 2 3 Muhaddis, 1982. səh. 18

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]