Qud bay, Lenin!
Qud bay, Lenin! Good bye, Lenin! | |
---|---|
ing. Good bye, Lenin! | |
Janr | faciəvi komediya |
Əsas mövzu | yalan[1], Sosial dəyişiklik[1], Almaniya Demokratik Respublikası[1] |
Rejissor | de:Wolfgang Becker |
Baş rollarda |
Daniel Brül Katrin Sass Çulpan Xamatova Maria Simon |
Operator | de:Martin Kukula |
Bəstəkarlar |
Yan Tyersen de:Antonello Marafioti |
Distribütor | Warner Bros. Pictures[d] |
İlk baxış tarixi | 9 fevral 2003[2][3], 13 fevral 2003, 10 sentyabr 2003, 14 may 2004[3], 25 dekabr 2003[4], 2003 |
Filmin növü | bədii film |
Müddət | 121 dəq. |
Büdcə | 4,8 mln € |
Ölkə | Almaniya |
Dil | almanca |
İl | 2003 |
Rəng | rəngli |
Çəkiliş yeri | Berlin |
IMDb | ID0301357 |
Qud bay, Lenin! (ing. Good bye, Lenin!) — tragikomediya janrında çəkilmiş alman filmi. Film ADR-in ləğvi və Almaniyanın birləşməsi haqqdadır.
Filmin baş rolunda cavan gənclər oynayır, onlar infarkt keçirmiş və komadan çıxmış ağır xəstə ananın sağlamlığını qorumaq üçün ADR-in hələ də mövcud olmasını imitasiya edirlər.
Məzmun
[redaktə | mənbəni redaktə et]ADR-də dost və xoşbəxt 4 nəfərdən ibarət ailə — ər, arvad və 2 körpə uşaq yaşayır. Bir gün ailənin başçısı xaricə ezamiyyətə çıxır və o zamanki "dəmir pərdə" dönəmində tez-tez baş verən hadisə oldu — ata Qaçaq oldu və Qərbdə qaldı. Christiane Kerner'in yanına Mülki qeyimli insanlar gəlir və ona ərinin qərb ölkəsinə qetməsi barədə bəzi suallar verirlər. Sosializm ideallarına təmamilə inanan Christiane depressiyaya düşür, heç kimnən danışmır və onu xəstəxanaya yerləşdirirlər. Uşaqlar onu müntəzəm baş çəkirlər və bir neçə vaxtdan sonra o xəstəxanadan yazılır. İllər keçdikcə o nomenklaturaçı profsoyuz işçisinə çevrilir və coşğuyla pionerlərlə məşğul olur. Onun uşaqları öz ataları haqqında məlumatsızdırlar, Christiane onları sosializm ruhunda tərbiyə verir. Atalarının Qərbi Almaniyadan göndərən məktublarını isə onlardan gizlədir.
1989-cu ilin payız ayları yaxınlaşır. Berlin küçələrinə daha çox azadlıqlar tələb edən gənclər çıxırlar. Demonstrantlar arasında Christiane'nin oğlu Alexander Kerner də qoşulub. O təsadüfən etirazçılar və izdiham arasında rus qız Lara (Chulpan Khamatova) ilə tanış olur. Hüquq-mühafizə orqanları etirazçıları saxlanıyırlar və onların içində Alexander'i də. Ana təsadüfən oğlunun həbs edilməsinə şahid olur və küçədə özündən gedərək yıxılır. Bir az sonra, Alexander'in anası kommunist işçisi ağır vəziyyətdə olduğundan onu azadlığa buraxırlar. Xəstəxanada ona onun anasının koma halına düşdüyünü xəbər verirlər.
Alexander ilə demonstrasiyada tanı olan Lara həmin xəstəxanada işləyir. O, təcrübə keçmək məqsədi ilə SSRİ-dən gəlmişdi. Alexander onunla daha yaxından tanış olur və onlar dostlaşırlar. Bax beləcə aylar keçir, ölkənin görkəmi təmamilə dəyişir. Şərqi Almaniya vətəndaşları kütləvi olaraq Qərbi Avropa ölkələrinə qedirlər, mənzillərini isə boş qoyurlar. Qərbi almanlar isə əksinə Berlinə köçürlər, çünki burada boş mənzillərin sayı çoxdur, həm də qiymətlər daha ucuzdur. Şəhərdə gecə klubları və supermarketlər açılır. Şəhər xarici kompaniyaların reklam lövhələri ilə örtülür.
8 aydan sonra ana komadan ayılır, ancaq hələ ki, yataq xəstəsi olaraq qalır. Həkimin etirazlarına baxmayaraq, oğlu anasını evə aparmağı qərar alır. Ana elə düşünür ki, o yenədə Sosialist Almaniyasında, Erik Xonekkerin rəhbərlik etdiyi rejimdə yaşayır, baxmayaraq ki, o, artıq çoxdan təqaüddədir. Oğlu anasının xəstəxanada olarkən baş verən hadisələri danışmaqdan qorxur, çünki sosializmin artıq olmaması anasını yenidən depressiya halına salar və o komaya düşə bilərdi. Bunun üçün o anasının yanlış fikirlərini saxlanılmasına qərar verir. O şəhərdə «Globus» noxudlarının və şprevald xiyarlarının bankalarını axtararaq, onun içinə supermarketdən olan məhsulları doldurur. Özünü rejissor hesab edən dostu ilə o sosializm ruhunda "Xəbərlər" proqramını çəkirlər.
Lakin bir sıra çətinliklər də baş verir. Məsələn, film boyunca Alexander qonşu binanın divarında asılan Coca-Cola reklam lövhəsinə, küçələrdə çox sayda xarici avtomobillərin olmasına bir izahat tapmağa çalışır.
Anası getdikcə özünü daha yaxşı hiss edir, o, hətta küçəyə də çıxır və şəhərkənarı bağ evinə də qedir. Ona yavaş-yavaş unudulmuş xatirələr yada düşür. O, uşaqlarına, onların atalarının Qərbi Almaniyada olduğunu, onun burada normal işləməyə imkan vermədiklərinə ehtiraf edir. O, həmçinin atalarının onlara yazdığı çoxsaylı məktublardan da danışır. Sonradan bilinir ki, ata öz yeni ailəsi ilə yenidən Berlinə qayıdıb, onun qızı isə yeni açılmış "fastfood"da işləyir.
Alex atası ilə görüşmək istəyir, o, taksiyə minərək onun yaşadığı evə qedir. Taksi sürücüsü Almaniyanın ilk kosmonaftı olan Ziqmund Yenə çox bənzəyir. Taksi sürücüsü Aleksin maraqlı baxışlarından anlayaraq, onun kosmonaft olmadığını deyir. Lakin Alex taksi sürücüsünü istifadə edərək Xəbərlər haqqında proqramının final çəkilişlərində istifadə etməyi qərar alır. O, dostu ilə birqə sonuncu xəbərlər proqramını çəkir və burada ADR-ilə AFR-nin birləşməsindən qedir. Lara ancaq Christiane'ya bütün həqiqəti danışır. Ana onun oğlunun ona sevqisi namində bütün həqiqəti gizlədiyindən kiçik bir sarsıntı keçirir. 3 gün sonra o ölür.
Aleks əmindir ki, o, anasını bütöv Almaniyanın bir sosialist ölkəsi olduğuna əmin edə bildi.
Rollarda
[redaktə | mənbəni redaktə et]- Daniel Brül – Alexander Kerner
- de:Katrin Saß – Christiane Kerner
- de:Chulpan Khamatova – Lara
- de:Maria Simon – Ariane Kerner
- de:Florian Lukas – Denis Domaschke
- de:Alexander Beyer – Rainer
- de:Burghart Klaußner – Alex'in atası
- de:Michael Gwisdek – Klapprath
- de:Christine Schorn – Frau Schäfer
- de:Jürgen Holtz – Herr Ganske
- de:Jochen Stern – Herr Mehlert
- de:Stefan Walz, de:Sigmund Jähna oxşayan taksi sürücüsü
- de:Eberhard Kirchberg – Dr. Wagner
- de:Hans-Uwe Bauer – Dr. Mewes
- de:Nico Ledermüller – Alexander Kerner (11 yaşında)
Mükafatlar və nominasiyalar
[redaktə | mənbəni redaktə et]- İngilis dilində olmayan ən yaxşı film
- Ən yaxşı aktyor (Brül, Qalib)
- Ən yaxşı aktrisa (Saß, noninasiya – lost to en:Charlotte Rampling, Swimming Pool)
- Ən yaxşı rejissor (Becker, nominasiya – lost to Lars fon Trir, Doqvill)
- Ən yaxşı film (Qalib)
- Ən yaxşı ssenariçi (Lichtenberg, Qalib)
- Görkəmli Aktyor (Brühl, Qalib)
- Görkəmli Aktrisa (Saß, nominated – lost to Hannelore Elsner, Mein letzter Film)
- Görkəmli İstiqamət (Becker, Qalib)
- Görkəmli Ssenarist (Lichtenberg,Qalib)
- Görkəmli Redaktə (Adam, Qalib)
- Görkəmli Film (Qalib)
- Görkəmli Musiqi (Tiersen, Qalib)
- Görkəmli İstehsal Dizaynı (Holler, Qalib)
- Görkəmli Köməkçi kişi oyunçu (Lukas, Qalib)
- Görkəmli Köməkçi qadın oyunçu (Simon, nominasiya – en:Corinna Harfouch, Bibi Blocksberg)
- Best Foreign Language Film (nominated – lost to Osama)
- Ən yaxşı avropa filmi (Becker, Qalib)
- Xarici dildə olan ən yaxşı film (Qalib)
- Ranked #91
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 europeanfilmawards.eu.
- ↑ Freebase Data Dumps. Google.
- ↑ 1 2 IMDb (ing.). 1990.
- ↑ https://www.imdb.com/title/tt0301357/releaseinfo?ref_=tt_ov_rdat.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- good-bye-lenin.de — Rəsmi saytı (Germany)
- sonyclassics.com/goodbye/ — Rəsmi saytı (US)
- Good Bye, Lenin! — Internet Movie Database saytında