Rəsul Quliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rəsul Quliyev
12 noyabr 1995 – 11 sentyabr 1996
Əvvəlkivəzifə təsis edilib
SonrakıMurtuz Ələsgərov
5 noyabr 1993 – 12 noyabr 1995
ƏvvəlkiHeydər Əliyev
Sonrakıvəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 10 dekabr 1947(1947-12-10) (76 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi
Dini islam

İmzanın şəkli
rasulguliyev.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəsul Bayram oğlu Quliyev (10 dekabr 1947, Qazançı, Culfa rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, Gələcək Azərbaycan Partiyasının (GAP-ın) fəxri üzvü.

Rəsul Quliyev 10 dekabr 1947-ci ildə Culfa rayonunun Qazançı kəndində anadan olub.

Atası Bayram Quliyev hesabdar vəzifəsində işləmiş, anası Münnəvvər xanım isə evdar qadın olaraq, çoxuşaqlı ailənin qayğısı ilə məşğul olmuşdur. 9 yaşında atası vəfat etmişdir.

1965-ci ildə orta məktəbi bitirərək Azərbaycan Neft ve Kimya İnstitutunadaxil olur.

1970-ci ildə institutu neft kimyası və üzvi kimya mühəndisi (texnoloq-mühəndis) ixtisası üzrə bitirir. Həmin ildən Azərbaycanın Sumqayıt şəhərində kimya kombinatında işçi olaraq ilk əmək fəaliyyətinə başlayır.

1971-ci ilin aprelindən Bakı Neftayırma zavodunda işçi olaraq fəaliyyətini davam etdirir. 1972-ci ildə qurğu rəisi təyin edilir.1974-cü ildə baş mühəndisin müavini, 1980-ci ildə baş mühəndis, 1981-ci ildə isə direktor vəzifəsinə yüksəlir.

İctimai-siyasi fəaliyyətini tələbəlik illərində də davam etdirir, buna görə də 1968-ci ildə bir qrup tələbə ilə birgə həbs edilir. Komsomolun şəxsi vərəqəsində ona şiddətli töhmət vurulur və bir neçə günlük həbsdən sonra 3 ay oxuduğu instituta buraxılmır.

Ailəlidir. 3 övladı var.[1]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1985-ci ildə Bakı şəhər xalq deputatları sovetinə deputat seçilir. 1988-ci ildə SSRİ-də başlayan yenidənqurma və aşkarlıq siyasətinin müdafiəçilərindən olub.

1989-cu ildə Sovet İttifaqında ilk dəfə olaraq, rəhbərlik etdiyi Baki Neftayırma zavodunda alternativ əsasla seçki təşkil edir.

1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilir.

1992-ci il dekabrın 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti-Neft və qaz emalı üzrə Baş İdarənin rəisi təyin edilir.

11 may 1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdir[2] və 9 noyabr 1993-cü ilədək bu vəzifədə çalışmışdır[3][4].

29 iyul 1993-cü ildə Azərbaycan Respublikasının xalq deputatı olan Rəsul Quliyev Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilmişdir[5]. 5 noyabr 1993-cü ildə isə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir[6] və 1995-ci ilin noyabrınadək həmin vəzifədə işləmişdir.

1995-ci ildə yenidən Milli Məclisin üzvü və Azərbaycan Parlamentinin sədri seçilib.

1996-cı il sentyabrın 11-də Milli Məclisin sədri postundan istefa verib. Həmin ildən bu günə kimi ABŞ-də siyasi mühacir həyatı yaşayır.[1]

16 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi onun deputatının səlahiyyətlərini itirməsi haqqında Qərar qəbul etmişdir[7].

2005-ci ildə Azərbaycanda parlament seçkilərinə qatılmaq məqsədilə vətənə qayıdarkən, Azərbaycanın Heydər Əliyev adına Beynəlxalq Hava Limanı Rəsul Quliyevin mindiyi təyyarəni qəbul etməkdən imtina edir. Buna görə də, təyyarə məcburi olaraq Ukraynanın Simferopol şəhərinə enir. Orada Rəsul Quliyev həbs edilir. ABŞ və nüfuzlu beynəlxalq təşkilatların təzyiqi nəticəsində 3 gündən sonra azadlığa buraxılır.

Partiya fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi Əli Orucovun Rəsul Quliyevin 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olduğunu iddia etmişdir.[8] Rəsul Quliyev isə bu iddianı təkzib etmişdir.[9]

Rəsul Quliyev 1995-ci ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur.[10]

1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü.[11] 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir.[12][13] Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.[12]

Azərbaycan Demokrat Partiyası 2003-cü il prezident seçkilərində Rəsul Quliyevin namizədliyini irəli sürmüşdür. Onun namizədi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmamışdır.[14] Bundan sonra partiya sədri Rəsul Quliyev Bizim Azərbaycan Blokunun prezidentliyə vahid namizədi İsa Qəmbərə dəstək verməyə səslədi.[15] Seçki nəticəsində İsa Qəmbər 338 145 səs (13.97%) toplayaraq seçkiləri Yeni Azərbaycan Partiyası namizədi İlham Əliyevin ardınca 2-ci sırada tamamladı.[16]

2005-ci il parlament seçkiləri ərəfəsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (islahatçılar), Azərbaycan Demokrat Partiyası və Müsavat Partiyası seçkilərə vahid siyahı ilə getmək barəsində razılaşdılar.[17][18] 10 iyun 2005-ci ildə bu 3 partiya Azadlıq Blokunu təsis etmiş, blokun rəngini narıncı inqilab səbəbi ilə narıncı, simvolunu isə narıncı qızılgül seçmişdir.[19] 7 iyul 2005-ci ildə blokun rəsmi təsisi ilə bağlı saziş imzalandı.[20] 21 iyulda blok qeydiyyatdan keçdi.[21] Azadlıq Bloku vahid namizədlər siyahısı təşkil etdi.[22] Seçkilərdə ABŞ-də yaşayan partiya sədri Rəsul Quliyev 36 saylı Xətai 4-cü seçki dairəsindən deputatlığa namizəd olsa da, Azərbaycan Respublikasının Baş Prokurorluğu Rəsul Quliyevin namizədlərə şamil olunan toxunulmazlığının qaldırılması ilə bağlı qərar çıxarmışdır. Azərbaycana qayıtdığı təqdirdə o, həbs ediləcəkdi və onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Daxili İşlər Nazirliyinə tapşırıq verilmişdi. Baş Prokurorluğun yaydığı məlumatda Rəsul Quliyevin 1990–1995-ci illərdə "Azərneftyağ" zavodunun direktoru işlədiyi dövrdə 107 milyon ABŞ dolları məbləğində dövlət əmlakını mənimsədiyi və bu səbəbdən 10 oktyabr 2000-ci ildə Rəsul Quliyev haqqında axtarış elan edildiyi açıqlanmışdır.[23][24] Sentyabrda Rəsul Quliyev oktyabrın 15-dək Azərbaycana dönəcəyini açıqladı.[25][26] Rəsul Quliyev daha sonra oktyabrın 17-i yerli vaxtla saat 16:00-da xüsusi reyslə Londondan Bakıya gələcəyini açıqlamışdır.[27] 17 oktyabrda Rəsul Quliyevin təyyarəsi Binə Hava Limanının ərazisinə daxil oldmuş, ancaq onun yerə enməsinə icazə verilməmişdir.[28] "AZAL" Dövlət Konserninin prezidenti Cahangir Əsgərov Simferopol aeroportundan Rəsul Quliyevi gətirən Böyük Britaniyanın çarter təyyarəsinin Bakıda enməsi üçün icazə istənildiyini, sorğuya müsbət cavab verildiyini, lakin bir qədər keçdikdən sonra Simferopoldan faks daxil olduqdan sonra ADP sədrinin Bakıya uçmaqdan imtina etdiyini açıqlamışdır.[29] Simferopol Nəqliyyat Polisinin hava limanı bölməsinin rəisi Andrey İvantsov isə Rəsul Quliyevə Ukrayna ərazisində bir qədər məhdudiyyət qoyulmasının səbəbini Azərbaycanın təklifi ilə onun İnterpolun axtarışında olması ilə əlaqələndirmişdir.[29] Ardınca partiya üzvləri bununla bağlı aksiya keçirmiş və bu səbəbdən saxlanılmışdır.[30] Onlardan 40-ı deputatlığa namizəd olmuşdur.[29] 18 oktyabrda Rəsul Quliyev Ukraynada saxlanılmışdı.[31] 19 oktyabrda Azərbaycan iqtidarı bu hadisələri dövlət çevrilişinə cəhd olaraq qiymətləndirdi və bu hadisələrlə əlaqəli olan iqtisadi inkişaf naziri Fərhad Əliyev,[32] səhiyyə naziri Əli İnsanov[33] və Prezidentin İşlər İdarəsinin rəhbəri Akif Muradverdiyev və deputat Fikrət Sadıqov da həbs edildi.[34][35] Hadisələrlə bağlı sabiq maliyyə naziri Fikrət Yusifov da saxlanıldı.[36] Rəsul Quliyev çevriliş iddialarını qəbul etməmişdir.[37] 20 oktyabrda Jeleznedorojnı Rayon Məhkəməsinin qərarı ilə Rəsul Quliyev sərbəst buraxıldı.[38] Bundan sonra Quliyev ölkəyə qayıtmaq istəsə də, qayıda bilmədi.

Parlament seçkilərinin nəticəsində Azadlıq Bloku 5 mandat qazansa da Azərbaycan Demokrat Partiyası mandat qazana bilmədi.[39] Azadlıq Bloku seçki nəticələrini tanımadı.[40] 9 noyabrda YeS Bloku və Milli Birlik Hərəkatının üzvlərinin iştirakı ilə Azadlıq Bloku etiraz mitinqi keçirdi.[41] Daha sonra arıdıcıl bir neçə mitinq keçirən Azadlıq Blokuna üzv partiyaların rəhbərləri şikayətlərini və etirazlarını ABŞ və Avropa Birliyinə üzv digər dövlətlərinin nümayəndələrinə də çatdırdılar.[42] Seçkilərin ardınca Azərbaycan Demokrat Partiyasında istefalar başladı.[43] Daha sonralar Zəminə Dünyamalıyeva Rəsul Quliyevin gəlişindəki uğursuzluğu Sərdar Cəlaloğlu ilə əlaqələndirmişdir. O, Cəlaloğlunun hakimiyyətlə oyuna gedərək planı hakimiyyətə satmaqla günahlanmışdır. Dünyamalıyeva Quliyevin Cəlaloğlununa əvvəlcə inandığını, daha sonra Cəlaloğlunun planı satdığına inandığı üçün partiyadan ayrılmışdır.[12] Cəlaloğlu isə belə açıqlama vermişdir:[12]

" Mən Rəsul Quliyevə demişdim ki, Ukraynaya get? Özü uçdu ora, sonra da qayıdıb getdi Amerikaya. Hamı yaxşı bilir ki, onun qayıtması üçün burada hansı hazırlıq işləri görülmüşdü. Sərdar Cəlaloğlu satmışdısa, Zəminə Dünyamalıyeva qabağa düşüb onu gətirəydi. Boş və mənasız sözlər danışırlar. Bunların məqsədi Rəsul Quliyevin qorxaqlığını pərdələmək, günahı başqalarının üzərinə atmaqdır. Bu adam ADP-dən ayrılandan sonra öz bacısı uşaqlarını belə tutdurdu. "

20 avqust 2006-cı ildə İsveçrədə Azərbaycanın Demokratiya Uğrunda təşkilatı yaranmış və Rəsul Quliyev rəhbərlik etməyə başlamışdır.[44][45]

27 yanvar 2007-ci ildə Azərbaycan Demokrat Partiyası Təşkilat Komitəsi partiyanın Ali Məclisinin iclasını keçirərək radikal müxalifət partiyası kimi yox, konstruktiv və siyasi dialoq yönümlü siyasi partiya kimi çıxış etməyə başlayacaqlarını aşıqlamışdır. 2007-ci ilin əvvəlində Rəsul Quliyev Ali Məclisin iclasını çağırdı. Bu səbəbdən qərara etiraz olaraq ADP Ali Məclisinin 59 üzvü bəyanatla çıxış etdi.[12] Sədr müavini Sərdar Cəlaloğlu Rəsul Quliyevin bu qərardan xəbərdar olduğunu, bu qərarla razılaşmayacağı təqdirdə Rəsul Quliyevin partiya sədrliyindən istefa verəcəyini açıqlamışdır.[46] 10 fevral 2007-ci ildə Rəsul Quliyev Sərdar Cəlaloğlunu sədr müavinliyindən azad etdi və Təşkilat Komitəsinin fəaliyyətini dayandırdı,[47] lakin Cəlaloğlu 27 yanvarda partiyanın bütün strukturlarını buraxdığını açıqladı.[48] Quliyev Akif Şahbazovu Azadlıq Blokunda patiyanı təmsil etməklə bağlı vəzifələndirsə də, blok partiya təmsilçi olaraq Cəlaloğlunu tanımışdır.[49] 19 fevral 2007-ci ildə isə Rəsul Quliyev partiya sıralarından xaric edildi.[50]

14 aprel 2007-ci ildə Rəsul Quliyev və tərəfdarları qurultay keçirdi. Qurultayda Azərbaycan Demokrat Partiyası adından imtina edilərək Açıq Cəmiyyət Partiyasının yaradıldığı elan olundu. Zəminə Dünyamalıyeva, Akif ŞahbazovMahir Əsədov da bu partiyaya qatıldı. Yeni yaranan partiyanın sədri Akif Şahbazov seçildi.[51][52]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

2024 ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.[53]

  • "Neft və Siyasət". ABŞ, 1997.
  • "Demokratiyaya gedən yol".
  • "Mübarizəmizin məqsədi".
  • "Diktatorla üz-üzə".
  • "Axına qarşı". 2010.
  • "Həqiqətin qiyməti". 2011.
  • "Qarabağ: Müqavimətsizlikdən doğan faciə". 2011.
  • "Disidentin taleyi". 2012.
  1. 1 2 "Rəsul Quliyevin oğlu: "Atamın Azərbaycana qayıtmasını istəmirəm" - MÜSAHİBƏ". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-17.
  2. "E-QANUN". e-qanun.az. 2012-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  3. "E-QANUN". e-qanun.az. 2012-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  4. "E-QANUN". e-qanun.az. 2012-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  5. "E-QANUN". e-qanun.az.
  6. "E-QANUN". e-qanun.az. 2023-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  7. "E-QANUN". e-qanun.az. 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  8. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  9. "Arxivlənmiş surət". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  10. "Arxivlənmiş surət". 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-19.
  11. Crocusoft. "Azərbaycan Respublikası Milli Məclisinin sədri R.Quliyevin istefası haqqında". e-qanun.az (ingilis). 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  12. 1 2 3 4 5 modern.az. "ADP-yə gəlib-getmiş tanınmışlar - Keçmiş nazir, eks-spiker, general, polis rəisi və digərləri - ARAŞDIRMA". modern.az (az.). 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  13. modern.az. "27 naxçıvanlı demokratın yaratdığı ADP- "PARTİYAMIZDIR"". modern.az (az.). 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  14. Crocusoft. "2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası prezidentinin seçkilərində Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Rəsul Bayram oğlu Quliyevin Azərbaycan Respublikası prezidentliyinə namizəd kimi təsdiq olunmaması haqqında". e-qanun.az (ingilis). 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  15. "Rəsul Quliyev seçiciləri İsa Qəmbərə səs verməyə çağırıb - 2003-10-09". Voice of America (az.). 2003-10-09. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  16. "Azərbaycan Respublikası adından 2003-cü il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARI". e-qanun.az (ingilis). 2024-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-09.
  17. AzadlıqRadiosu. "Müxalifət seçkiyə vahid siyahıyla gedə biləcəkmi?". Azadlıq Radiosu (az.). 2006-04-24. 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  18. Məmmədov, İlkin. "Üç müxalifət partiyası seçkiyə birgə gatılmaq üçün danışıqlar aparır". Azadlıq Radiosu (az.). 2006-04-24. 2023-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  19. AzadlıqRadiosu. "«Üçlər» blokun adını, rəngini və rəmzini müəyyənləşdirdi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  20. AzadlıqRadiosu. "«Azadlıq» seçki bloku rəsmən təsis olundu". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  21. AzadlıqRadiosu. "Üç seçki bloku qeydiyyatdan keçdi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  22. "Isa Qemberin sehifesi". web.archive.org. 2014-02-25. 2014-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  23. AzadlıqRadiosu. "Rəsul Quliyev haqqında həbs qərarı qüvvədə qaldı". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  24. AzadlıqRadiosu. "Baş Prokurorluq Rəsul Quliyevin toxunulmazlığını ləğv edib". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  25. AzadlıqRadiosu. "Rəsul Quliyevin dönüş günü müəyyənləşdi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  26. "ADP sədri Rəsul Quliyev Azərbaycana qayıdır". Voice of America (az.). 2005-09-28. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  27. AzadlıqRadiosu. "Rəsul Quliyev oktyabrın 17-də Bakıya gəlməyi planlaşdırır". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  28. Kazımoğlu, Kənan. "Rəsul Quliyevi gətirən aviaşirkət Bakıdan eniş izni ala bilmədiyini deyir". Azadlıq Radiosu (az.). 2006-04-24. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  29. 1 2 3 AzadlıqRadiosu. "Rəsul Quliyevi «İnterpol» Ukraynada saxladı". Azadlıq Radiosu (az.). 2006-04-24. 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  30. "ADP-nin tərəfdarları həbs edilib". Voice of America (az.). 2005-10-17. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  31. "Azərbaycan Demokrat partiyasının sədri Ukraynada saxlanıb". Voice of America (az.). 2005-10-18. 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  32. AzadlıqRadiosu. "Fərhad Əliyev həbs edildi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  33. AzadlıqRadiosu. "Keçmiş Səhiyyə nazirinin həbs xəbəri təsdiqləndi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  34. AzadlıqRadiosu. "Daha bir neçə məmur həbs edildi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  35. AzadlıqRadiosu. "Parlament Fikrət Sadıqovun həbsinə razılıq verdi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2023-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  36. "Azərbaycanda müxalifəti maliyyələşdirdiyinə görə iki nazir həbs edilib". Voice of America (az.). 2005-10-21. 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  37. "Azərbaycanın sabiq səhiyyə naziri müxalifət düşərgəsinə keçdiyini elan edib". Voice of America (az.). 2007-02-28. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  38. AzadlıqRadiosu. "Rəsul Quliyev sərbəst buraxıldı". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  39. AzadlıqRadiosu. "Müxalifət «Qələbə»siz qaldı". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  40. AzadlıqRadiosu. "Qalib kim olacaq?". Azadlıq Radiosu (az.). 2006-04-24. İstifadə tarixi: 2024-08-12.
  41. AzadlıqRadiosu. "«Azadlıq» bloku yürüş-mitinq keçirdi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  42. AzadlıqRadiosu. "Müxalifət rəhbərləri Bakıdakı səfirlərlə görüşdülər". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  43. AzadlıqRadiosu. "Müsavat və ADP-dəki istefalar…". Azadlıq Radiosu (az.). 2006-08-09. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  44. AzadlıqRadiosu. "Xaricdəki Azərbaycan müxalifəti". Azadlıq Radiosu (az.). 2006-09-01. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  45. "Rəsul Quliyevin "Azərbaycanda Demokratiya Uğurunda" Beynəlxalq Cəmiyyətinin təsis konfransı təxirə salınıb". Trend.Az (az.). 2007-03-13. 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  46. AzadlıqRadiosu. "ADP siyasi yönümünü dəyişdi". Azadlıq Radiosu (az.). 2007-01-27. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  47. "Azərbaycan Demokrat partiyasında qarşıdurma". Voice of America (az.). 2007-02-19. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  48. AzadlıqRadiosu. "Rəsul Quliyev Sərdar Cəlaloğlunu özünün müavini vəzifəsindən azad etdi". Azadlıq Radiosu (az.). 2007-02-11. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  49. AzadlıqRadiosu. "«Azadlıq» bloku ADP-nin təmsilçisi kimi Sərdar Cəlaloğlunu tanıdı". Azadlıq Radiosu (az.). 2007-02-14. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  50. "Rəsul Quliyev ADP sıralarından xaric olunub". Trend.Az (az.). 2007-02-19. 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  51. modern.az. "ADP-yə gəlib-getmiş tanınmışlar - Keçmiş nazir, eks-spiker, general, polis rəisi və digərləri - ARAŞDIRMA". modern.az (az.). 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  52. AzadlıqRadiosu. "Rəsul Quliyev «Açıq Cəmiyyət» Partiyasının lideri seçilib". Azadlıq Radiosu (az.). 2007-04-14. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  53. "Rəsul Quliyev də İlham Əliyevi dəstəklədi". Qafqazinfo. 25 dek 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]