Robert Putnam
Robert Putnam | |
---|---|
ing. Robert D. Putnam | |
Doğum tarixi | 9 yanvar 1941[1] (83 yaş) |
Doğum yeri |
|
Elm sahəsi | politologiya |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Robert David Putnam— Amerikalı siyasi alim. O, Harvard Universitetinin Con F. Kennedi adına Hökumət Şöbəsində İctimai Siyasət üzrə Piter və İzabel Malkin Professorudur. Putnam beynəlxalq müqavilələrin ölkə daxilində də faydalı olarsa, uğurlu olduğunu fərz edən iki səviyyəli oyun nəzəriyyəsini inkişaf etdirmişdir. Onun ən məşhur, eyni zamanda da mübahisə doğuran işlərindən biri olan Tək Boulinq əsərində müzakirə olunan əsas məsələ 1960-cı illərdən bəri ABŞ ciddi mənfi nəticələr yaradan mülki, sosial, birlik və siyasi həyatda (sosial kapital) bağlı görülməmiş tənəzzülə məruz qalmışdır.[2] 2010-cu ildə o, birgə nəşr etdirdiyi məqaləsində, trendin başqa istiqamətə doğru dəyişdiyini vurğulamışdır; belə ki, sosial kapitala təkan verilməsini dəstəkləsə də, əvvəlki tezisinin ("Amerikalılar indi tək boulinq oynayır") artıq doğru olmadığını da hiss edirdi.[3] O, 2015-ci ilin martında ABŞ-də imkanların bərabərsizliyi məsələlərindən bəhs edən Uşaqlarımız: Amerika xəyalları böhran içində adlı kitabını çap etdirmişdir.[4]
Həyatı
[redaktə | mənbəni redaktə et]Robert David Putnam 9 yanvar 1941-ci ildə Roçester, Nyu Yorkda anadan olmuş [5] və bir gənc kimi boulinq yarışlarında iştirak etdiyi Ohayo, Port Klintonda böyümüşdür.[6][7] Putnam 1963-cü ildə Suartmor Kollecindən məzun olmuşdur, burada o Fi Siqma Kappa qardaşlığının da üzvü olmuşdur. Görkəmli tələbə kimi o, Oksford Universitetinin Balliol Kollecində təhsil almaq üçün Fulbrayt təqaüdü qazanmış, daha sonralar isə 1970-ci ildə magistr və doktor dərəcəsi almaq üçün Yel Universitetinə yollanmışdır. 1979-cu ildə Harvard fakültəsinə qoşulana qədər Miçiqan Universitetində dərs demişdir. Burada Kennedi Şöbəsinin dekanı və hal-hazırda isə İctimai Siyasət üzrə Malkin Professoru olmaqla yanaşı müxtəlif vəzifələrdə çalışmışdır. Putnam dindar müşahidəçi Metodist olaraq yetişdirimişdir. 1963-cü ildə Putnam xüsusi təhsil peşəkarı və valtorn ifaçısı olan həyat yoldaşı Rozmeriylə ailə həyatı qurmuşdur.[7] Evliliyi vaxtı o, həyat yoldaşının dini İudaizmə keçmişdir.[8]
İşləyən Demokratiya
[redaktə | mənbəni redaktə et]Sosial kapital sahəsində onun ilk işi İşləyən Demokratiya: Müasir İtaliyada Vətəndaşlıq Ənənələri olmuşdur. Belə ki, Putnam burada demokratiyanın uğurunun sosial kapitalın əsasını təşkil edən horizontal əlaqələrdən asılılığını təsvir edərək İtaliyada regional hökumətlərin müqayisəli tədqiqatını əhatə edən iddiasına böyük elmi diqqət gətirmişdir.[9] Putnam yazır ki, şimali İtaliyanın cəmiyyət, gildiya, klub və ümumi fəaliyyətlərlə bağlı tarixi burada daha çox vətəndaş iştirakına və daha böyük iqtisadi rifaha gətirib çıxarmışdır.[10] Bununla yanaşı cənubi İtaliyanın aqrar cəmiyyətində isə daha az sosial kapital cəlbedilməsi səbəbindən iqtisadi və demokratik rifahın göstəriciləri olduqca aşağıdır. Putnam sosial kapitalı bir cəmiyyətin üzvlərinin bir-birinə güvəndiyi "şəbəkələr və vətəndaş cəmiyyətinin normaları" olaraq təsvir edir.[10] O halda ticarət, borc vermə və demokratiya çiçəklənir ki, cəmiyyət üzvləri arasında bir-birinə qarşı inam və güvən hissi var.
Sosial kapital
[redaktə | mənbəni redaktə et]Putnam cəmiyyətdəki mənfi trendlər arasındakı əlaqəni nəzəri baxımdan izah edir. O, sosial kapital adlı ümumi bir faktor barədə düşünür; ilkin olaraq sosial nəzəriyyəçi Alexis deTokevil tərəfindən cəmiyyətin yaxınlığından, demokratikliyin "daha geniş bir cəmiyyətin iştirakı tendensiyaları"nda inkişaf etməsinə imkan verən Amerikada bir güc olaraq işlənmişdir.[11] Putnam 1960-cı illərdən bəri sosial kapitalda azalan bir tendensiya müşahidə edir. Sosial kapitaldakı bu azalma bədbəxtliyin artması və eyni zamanda siyasi apatiya ilə əlaqəlidir. Aşağı səviyyədə sosial kapital, cəmiyyət içərisindəki təcridolunma hissi aşağıdakı nəticələrlə bağlıdır:
- Yerli hökumətə, liderlərə və mediaya qarşı inamın az olması.
- Aşağı siyasi effektivlik, yəni öz təsirinə olan inam.
- Səs vermək üçün qeydiyyatdan keçmənin tezliyinin aşağı olması, lakin siyasət haqqında daha çox maraqlı və məlumatlı olmaq, etiraz mitinqlərində və sosial islahatlar qruplarında daha çox iştirak etmək.
- Yüksək siyasi təbliğat, lakin hər hansı arzuolunan nəticəyə nail olunmasına dair gözləntilərin az olması.
- Kollektiv fəaliyyət dilemmalarını (məsələn, su və ya enerji çatışmazlığını azaltmaq üçün könüllü mühafizə) həll etmək üçün başqalarının əməkdaşlıq edəcəyinə dair gözləntilərin aşağı olması.
- İcma layihəsi üzərində işləmək ehtimalının az olması.
- Xeyriyyəçilik və ya könüllülüklə az məşğulluq.
- Daha az yaxın dostlar.
- Az xoşbəxtlik və aşağı səviyyəli yaşayış keyfiyyəti.
- Daha çox televiziya izləməklə vaxtın keçirilməsi və "televiziya ən vacib əyləncə formasıdır" fikri ilə razılaşma.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Siyasətçilərin inamları: Britaniya və İtaliyada ideologiya, münaqişə və demokratiya (The Beliefs of Politicians: Ideology, Conflict, and Democracy in Britain and Italy New Haven: Yale University Press, 1973)
- Siyasi elitlərin müqayisəli öyrənilməsi (The Comparative Study of Political Elites Englewood Cliffs, New Jersey: Prentice-Hall, 1976)
- Qərb demokratiyalarında bürokratlar və siyasətçilər (Bureaucrats and Politicians in Western Democracies (with Joel D. Aberbach and Bert A. Rockman, 1981)
- Birlikdə: Böyük Yeddilikdən ibarət olan sammitlərdə əməkdaşlıq və qarşıdurma (Hanging Together: Cooperation and Conflict in the Seven-Power Summits (with Nicholas Bayne, 1984; revised 1987))
- Birlikdə qalmaq: G8 sammiti 21-ci əsrə qarşı çıxır (Staying together: the G8 summit confronts the 21st century. (2005, Aldershot, Hampshire, England: Ashgate Publishing. ISBN 978-0-7546-4267-1; OCLC 217979297)
- "Diplomatiya və Daxili siyasət: İki səviyyəli oyun məntiqi (Diplomacy and Domestic Politics: The Logic of Two-Level Games". International Organization. 42 (Summer 1988): 427-460.)
- İşləyən demokratiya: Müasir İtaliyada vətəndaş ənənələri (Making Democracy Work: Civic Traditions in Modern Italy (with Robert Leonardi and Raffaella Nanetti, 1993))
- Tək başına boulinq: Amerikan cəmiyyətinin süqutu və dirçəlişi (Bowling Alone: The Collapse and Revival of American Community (2000) ISBN 9780743203043)
- Axındakı demokratiyalar: Müasir cəmiyyətdə sosial kapitalın təkamülü (Democracies in Flux: The Evolution of Social Capital in Contemporary Society (Edited by Robert D. Putnam), Oxford University Press, 2002)
- Birlikdə daha yaxşıdır: Amerikan cəmiyyətini yenidən bərpa etmək (Better Together: Restoring the American Community (with Lewis M. Feldstein, 2003) ISBN 9781439106884)
- Putnam, Robert D. "E Pluribus Unum: 21-ci əsrdə müxtəliflik və icma (E Pluribus Unum: Diversity and community in the twenty-first century)". Scandinavian Political Studies. Wiley. 30 (2). June 2007: 137–174. doi:10.1111/j.1467-9477.2007.00176.x. The 2006 Johan Skytte Prize Lecture.
- Obama dövrü (Age of Obama (co-written with Tom Clark and Edward Fieldhouse), Manchester University Press (2010)
- w/ David E. Campbell (co-author). Amerikan lütfü: Din bizi necə bölür və birləşdirir (American Grace: How Religion Divides and Unites Us). Simon and Schuster. February 21, 2012. ISBN 978-1-4165-6673-1.)
- Övladlarımız: Amerika xəyalları böhran içində (Our Kids: The American Dream in Crisis). Simon & Schuster. March 10, 2015. ISBN 978-1-4767-6991-2. [12][13]
Qeydlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Munro A. Robert D. Putnam // Encyclopædia Britannica (ing.).
- ↑ Marc Parry, "Can Robert Putnam Save the American Dream" Chronicle of Higher Education, March 12, 2015 Chronicle Review Arxivləşdirilib 2015-03-14 at the Wayback Machine
- ↑ "Still Bowling Alone? The Post-9/11 Split" (PDF). April 8, 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: April 1, 2015.
- ↑ "Press release on book release". robertdputnam.com. March 31, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2015.
- ↑ "Robert D. Putnam Curriculum Vitae" (PDF). The Finnish Children and Youth Foundation. March 2006. October 19, 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: August 22, 2012.
- ↑ "Robert D. Putnam on Conversations with Bill Kristol". 2018-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-05.
- ↑ 1 2 Louis Uchitelle. "Lonely Bowlers, Unite: Mend the Social Fabric; A Political Scientist Renews His Alarm At the Erosion of Community Ties" (Book review). The New York Times. May 6, 2000. August 21, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 22, 2012.
- ↑ The Forward, Robert Putnam Assays Religious Tolerance From a Unique Angle Arxivləşdirilib 2012-02-02 at the Wayback Machine, Retrieved November 26, 2010
- ↑ Putnam, Robert D. Making Democracy Work: Civic Traditions in Modern Italy. 1994. ISBN 978-0-691-03738-7.
- ↑ 1 2 Putnam, Robert D. "What Makes Democracy Work?". National Civic Review. 82 (2). 1993: 101–107. doi:10.1002/ncr.4100820204.
- ↑ Putnam, Robert D. "Bowling Alone: America's Declining Social Capital". Journal of Democracy. 6. 1995.
- ↑ Aronowitz, Nona Willis. "Our Kids by Robert Putnam review – stark portrait of trials facing millenials". The Guardian. March 11, 2015. April 12, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 6, 2015.
- ↑ David Hugh Smith. "'Our Kids' suggests an American dream out of reach for many". The Christian Science Monitor. March 12, 2015. October 13, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 5, 2018.
With regard to schools, he recommends recruiting better teachers and extending school hours to offer more enriching activities. Furthermore, he argues for strengthening vocational and apprenticeship training for non-college-bound young people.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Harvard Kennedy School homepage
- Bio page at the Saguaro Seminar
- Saguaro Seminar
- Official website for Bowling Alone
- C-SPAN-da göstərilənlər
- Better Together, an initiative of the Saguaro Seminar
- Subdivided: Isolation and Community in America Documentary Film featuring Robert Putnam Arxivləşdirilib 2021-02-25 at the Wayback Machine Official website
- "Bowling together", Interview with Robert Putnam by Rory Clarke in the OECD Observer, March 2004
- 9 yanvarda doğulanlar
- 1941-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Roçesterdə doğulanlar (Nyu-York)
- Harvard Universitetinin müəllimləri
- Mançester Universitetinin müəllimləri
- Miçiqan Universitetinin müəllimləri
- Yel Universitetinin məzunları
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə alimlər