Sədəqəçi ordenlər (Katolik kilsəsində)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Domeniko di Quzmán, Dominikan ordeninin yaradıcısı
Assisili Fransisk, Fransisklilər ordeninin yaradıcısı

Sədəqəçi və ya dilənçi ordenlər, Katolik kilsəsi daxilində XII-XIII -cü əsrlər arasında yaranan və öz üzərlərində ilkin olaraq yoxsulluq andının verilməsini tətbiq edirdilər. Özü də bu, təkcə ordenin ayrı-ayrı üzvlərinin şəxsi vəsaitinin deyil, həm də bütün ordenin özünün və bütün üzvlərinin sahib olduqları bütün əmlaklarından imtina etməsini nəzərdə tuturdu. Ordenin və onun üzvlərinin nə pulu, nə də əmlakı ola bilməzdi. Onlar, bütün vaxt və enerjilərini ancaq Allaha ibadətə sərf etmək üçün ruzilərini ancaq sədəqə toplamaqla əldə edirdilər. Bu ordenlərin üzvləri şəhərləri gəzir, xristian dinini yayır, vaizlər oxuyur, monastrlarda gecələyir, sədəqə ilə qidalanırdılar. Orden üzvləri rahib yox qardaş (frer və ya freder) adlanırlar.

Xristianlıqda sədəqəçi (dilənçi) ordenlər

[redaktə | mənbəni redaktə et]

Fəaliyyət göstərən ordenlər

[redaktə | mənbəni redaktə et]

İkinci Lion məclisi (1274-cü il) XIII əsrin birinci yarısında yaranan dörd əsas ordeni qəbul etmişdir.

  • Karmelitlilər (Karmelo dağı Müqəddəs Bakirə Məryəm qardaşları ordeni)[1], tarixi mənbələrdə ilk dəfə 1155-ci ildə adı çəkilmişdir və onların islahatçı qanadı olan Ayaqyalın karmelitlər (XVI əsrdə yaradılmışdır);
  • Fransiskanlılar (Kiçik qardaşlar ordeni), 1209-cu ildə yaradılıb[2];
  • Dominikanlılar (Vaizlər ordeni), 1216-cı ildə yaradılıb[3];
  • Avqustinlilər (Müqəddəs Avqustin təkliyə çəkilənlər), 1244-cu ildə yaradılmışdır[4].

Keçmişdə olan ordenlər

[redaktə | mənbəni redaktə et]

Olub dağılanlar

[redaktə | mənbəni redaktə et]
  • Ambrozianlılar və ya Fratres Şanti Ambrosii ad Nemus, 1378-ci ilədək fəaliyyət göstərmislər, lakin 1650-ci ildə Papa X İnnokenti tərəfindən yetirilmişdir;
  • Monte Malbeli Fratiçell ordeni, Peruca yaxınlığındakı Monte Malbedə XlV əsrdə yaradılmış, lakin əsrin sonunda dağılmışdır;
  • San İppolito hospitalyerlər və ya San İppolito mərhəmət qardaşları ordeni, 1700-cu ildə Meksikada yaradılmış, Roma tərəfindən sədəqəçi orden kimi qəbul olunmuşdur. XVlll əsrdə başqa ordenə birləşmişdir;
  • Jesuati və ya Clerici apostolici Sancti Hieronymim (Müqəddəs İeronim) ordeni, 1360-cı ildə yaradılıb, 1688-ci ildə Papa Klement tərəfindən ləğv olunub;
  • Sakkati və ya "Kisə qardaşları" (Fratres Saccati) ordeninin tarixi məlum deyil[5];
  • Səlibçi qardaşlar (Crutted Friars) və ya səlibçilər (Fratres Cruciferi) ordeni - çarmıxa cəkilmiş xaç təfsiri olan əsa gəzdirdiklərinə görə belə adlandırılmışlar, 1100-cu ilə qədər mövcud olmuş, 1656-cı ildə Papa Aleksandr tərəfindən ləğv edilmişdir[6].

Artıq sədəqəçilik etməyənlər

[redaktə | mənbəni redaktə et]
  • İezuitlər və ya İsa Cəmiyyəti 1540-cı ildə yaradılıb, müəyyən müddət, Requlyar din xadimləri ordeni kimi səciyyəndirilənə kimi sədəqəçi orden sayilib.

Katolik kilsə tərəfindən kafir (heretik) sayilanlar

[redaktə | mənbəni redaktə et]
  • Dulçinianlar (Dulcinians)

Ədəbiyyat, istinadlar

[redaktə | mənbəni redaktə et]
  1. "Karmelitlər ordeni". 2024-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.
  2. "Mendicant_orders". 2024-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.
  3. "https://en.m.wikipedia.org/wiki/Mendicant_orders#cite_ref-OP_History_3-0". 2024-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.
  4. "https://en.m.wikipedia.org/wiki/Mendicant_orders#cite_ref-Foundation_APTV_4-0". 2024-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.
  5. [Giancarlo Rocca (dir.), Dizionario degli Istituti di Perfezione, Edizioni Paoline, Roma, vol. V, 1978, col. 1185. "Giancarlo Rocca (dir.), Dizionario degli Istituti di Perfezione, Edizioni Paoline, Roma, vol. V, 1978, col. 1185"] (#bad_url).
  6. "https://en.m.wikipedia.org/wiki/Mendicant_orders#cite_ref-Giancarlo_Rocca_1978_6-2". 2024-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.