Salam İsmayıl
Naviqasiyaya keç
Axtarışa keç
Salam İsmayıl | |
---|---|
Salam Xeyrulla oğlu İsmayılov | |
Digər adı | Salamula İsmayılov |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktyor |
Mükafatları |
Salam Xeyrulla oğlu İsmayıl — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015).
Həyatı
[redaktə | mənbəni redaktə et]Salam İsmayıl 23 aprel 1951-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitunun aktyorluq fakültəsini bitirmişdir. 1974–1976-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi vəzifəsində işləmiş, 1977-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. Kino sahəsində bir neçə irili və xırdalı rollarda çəkilmişdir.
Teatr xadimlər ittifaqının üzvü, ""Qızıl Dərviş" mükafatı" mükafatı laureatıdır. 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]
Əsas rolları
[redaktə | mənbəni redaktə et]- Solğun çiçəklər (C. Cabbarlı) — Bəhram,
- Aydın (C. Cabbarlı) — Novruz bəy
- Oqtay Eloğlu (C. Cabbarlı) — Mazadaranski
- Maral (H. Cavid) — Cəmil
- Atabəylər (N. Həsənzadə) — Abubəkir
- Sənsiz (S. Qurbanov) — Tərlan
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Bizim küçənin oğlanları (film, 1973)
- Qocalar, qocalar... (film, 1982)
- Yük (film, 1995)
- Bir anın həqiqəti (film, 2003)
- Koroğlu (film, 2003)
- Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film) — rol: Qəzənfər
- Cavad xan (film, 2009)
- Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: bağban Kərim Həsənov
- Çölçü (film, 2012)
- Tək olanda qorxma... (teleserial, 2013)
- Qırmızı bağ (film, 2016)
- Yuxu kimi (teleserial, 2019)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ President. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 30 dekabr 2015. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.