Sariya Mirjanova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sariya Mirjanova
başq. Сәриә Фазула ҡыҙы Мирйәнова
Doğum tarixi 24 dekabr 1924(1924-12-24)
Doğum yeri
Vəfat tarixi 25 noyabr 2000(2000-11-25) (75 yaşında)
Vəfat yeri
Elmi dərəcəsi
İş yerləri SSRİ Elmlər Akademiyasının Başqırd filialının Tarix, Dil və Ədəbiyyat İnstitutu
Alma-mater Maqnitoqorsk Müəllimlər İnstitutu (1948)
K.A.Timiryazev adına Başqırdıstan Dövlət Pedaqoji İnstitutu (1956)
Təhsili

Sariya Fazullovna Mirjanova (başq. Сәриә Фазула ҡыҙы Мирйәнова, rus. Сария Фазулловна Миржанова; 24 dekabr 1924, Tal Kuskarı, Başqırd MSSR25 noyabr 2000, Ufa) — məşhur başqırd dilşunası, türkoloq, filologiya elmləri doktoru (1985), BMSSR-nin əməkdar mədəniyyət işçisi (1985).[1]

Sariya Fazullovna Mirjanova 24 dekabr 1924-cü ildə BMSSR-nin Tamyan-Katay kantonunun Kuskarovo kəndində anadan olmuşdur (indiki Başqırdıstan Respublikasının Əbyəli rayonunun eyniadlı kəndi).

Temyasov Başqırd Pedaqoji Məktəbini bitirdikdən sonra Əsgərov adına orta məktəbdə rus dili və ədəbiyyat müəllimi işləmişdir. 1948-ci ildən Maqnitoqorsk Müəllimlər İnstitutunu bitirdikdən sonra 1955-ci ilə qədər Sibay şəhərinin orta məktəbi və Xabarovsk şəhəri 14 nömrəli məktəbində rus dili və ədəbiyyat müəllimi işləmişdir.

1955-ci ildən SSRİ Elmlər Akademiyasının Başqırd filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunda baş laborant işləmiş, eyni zamanda 1956-cı ildə K.A.Timiryazev adına Başqırdıstan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.

Sariya Mirjanova "Kubair" folklor ansamblının solisti, bir çox həvəskar sənət müsabiqələri və nümayişlərinin iştirakçısı və qalibi olmuşdur. 1970-80-ci illərdə Melodiya qrammofon yazılma şirkəti Sariya Mirjanovanın ifasında başqırd xalq mahnıları olan qrammofon plastinkasını buraxdı.

Sariya Fazullovna Mirjanova uzun sürən xəstəlikdən sonra 25 noyabr 2000-ci ildə Ufada vəfat etdi. Ufanın Timaşevski qəbiristanlığında dəfn edildi.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1967-ci ildə "Başqırd dilinin Kubələk ləhcəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
  • 1979-cu ildə doktorluq dissertasiyasının əsasını təşkil edən "Başqırd dilinin cənub dialekti" monoqrafiyası çap olundu.
  • 1984-cü ildə "Cənubi Başqırd ləhcəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi.
  • 1991-ci ildə "Başqırd dilinin şimal-qərb ləhcəsi" monoqrafiyası çap olunmuşdur.

Sariya Mirjanova türk və başqırd dialektologiyası və leksikoqrafiya sahələrinin mütəxəssisi kimi tanınır. Onun 40-dan çox elmi məqaləsi dərc olunmuşdur. Sariya Mirjanova 3 cildlik “Başqırd ləhcələri lüğəti”, başqırd-rus, rus-başqırd və digər lüğətlərin tərtibində də iştirak etmişdir. Hələ dialektoloq olduğu zamanı dillərin danışıq nitqi, ədəbi dil və ləhcələr səviyyəsində qarşılıqlı əlaqəsini tədqiq edirdi. Bundan əlavə, Sariya Mirjanova folklorşünas idi, o, başqırd xalq sənət əsərlərini toplayırdı.

Əbyəli rayonunun rayon mərkəzində yerləşən Askar kəndində onun xatirəsinə küçə adlandırılmışdır.

  1. "24 декабря". 2020-01-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]