Sergey Biryuzov
Sergey Semyonoviç Biryuzov | |
---|---|
Серге́й Семёнович Бирюзо́в | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Skopin, Rusiya imperiyası |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Belqrad, Yuqoslaviya Sosialist Federativ Respublikası |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | rus |
Qoşun növü | Qızıl Ordu, Strateji Raket Qoşunları[d], piyada |
Hərbi hissə | 37-ci ordu |
Xidmət illəri | 1922-1964 |
Rütbəsi | Marşal |
Komandanlıq edib |
|
Döyüşlər | İkinci dünya müharibəsi |
Təltifləri | mərkəz |
Vikianbarda əlaqəli mediafayllar |
Sergey Biryuzov (rus. Серге́й Семёнович Бирюзо́в; 21 avqust 1904[1] – 19 oktyabr 1964[1][2], Belqrad) — İkinci dünya müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı və Sovet İttifaqı Marşalı.
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Sergey Biryuzov 1904-cü ildə Ryazan rayonun Skopin şəhərində anadan olmuşdur. 1926-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 1922-ci ildə Qırmızı Orduya qatılaraq Frunze Hərbi Akademiyasına 1934-cü ildə gedənə qədər batolyon komandiri olmuşdur. 1937-ci ildə məzun olduqdan sonra silah diviziyasının rəisi olmuşdur. 1939-cu ildə Xarkov Hərbi Bölgəsində vəzifələndirilmişdir. Həmin ilin avqustunda 1932-ci Diviziyanın komandiri olmuşdur. Cənub-qərb və Bryansk cəbhələrində komandanlıq etmişdir. Döyüşlərdə özü diviziyaya əmrlər vermişdir. Barbarossa əməliyyatı zamanı 5 dəfə yaralanmışdır. Bunlardan ikisi çox ciddi yaralanmalardır.
1942-ci ilin aprelindən noyabrından 48-ci Ordu qərargah başçısı olmuşdur. 1943-cü ilin aprel ayına qədər isə 2-ci Mühafizə Ordusu qərargah başçısı vəzifəsini yerinə yetirmişdir. Bu ordu Saturn əməliyyatı zamanı vacib rol oynamışdır. 1943-cü ilin aprel ayında Fedor Tolbuhin komandanlığındakı Cənub Cəbhəsində vəzifələndirilmişdir.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- Sovet İttifaqı Qəhrəmanı (no 10828; 1 fevral 1958)
- Yuqoslaviya Xalq Qəhrəmanı (1964)
- Beş Lenin ordeni (27 mart 1942, 6 noyabr 1947, 20 avqust 1954, 1 fevral 1958, 20 avqust 1964)
- Üç Qırmızı Bayraq ordeni (13 sentyabr 1944, 3 noyabr 1944, 20 aprel 1953)
- Suvorov ordeni 1-ci dərəcə (16 may 1944) və ikinci dərəcə (31 mart 1943)
- Kutuzov ordeni, 1-ci dərəcə (17 sentyabr 1943)
- Boqdan Xmelnitski ordeni, 1-ci dərəcə (19 mart 1944)
Medallar
[redaktə | mənbəni redaktə et]- "Stalinqradın müdafiəsinə görə" medalı
- "Sovet Ordusu və Donanmasının 30 illiyi" Yubiley medalı
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
- "Belqradın azadlığına görə" medalı
- "Sovet Ordusu və Donanmasının 40 illiyi" Yubiley medalı
Mənbə
[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 Sergei Semyonovich Biryuzov // TracesOfWar.
- ↑ Sergej S. Birjusow // Munzinger Personen (alm.).
- 21 avqustda doğulanlar
- 1904-cü ildə doğulanlar
- 60 yaşında vəfat edənlər
- 19 oktyabrda vəfat edənlər
- 1964-cü ildə vəfat edənlər
- Kreml divarı yaxınlığındakı nekropolda dəfn olunanlar
- M. V. Frunze adına Hərbi Akademiyanın məzunları
- Əlifba sırasına görə hərbi xadimlər
- Belqradda vəfat edənlər
- Marşallar
- İkinci Dünya müharibəsində SSRİ hərbçiləri