Tippi Hedren

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tippi Hedren
ing. Tippi Hedren
Tippi Hedren, may, 2006-cı il
Tippi Hedren, may, 2006-cı il
Doğum adı Natali Key Hedren
Doğum tarixi (94 yaş)
Doğum yeri Nyu-Ulm, Minnesota, ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Həyat yoldaşı Piter Qriffit (1952-1961)
Noel Marşall (1964-1982)
Luis Barreneçi (1985-1995)
Martin Dinnes (2002-2008)
Uşağı Melani Qriffit
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1950 — bugünədək
İstiqamət kino
televiziya
Boyu 1,65 m[1]
IMDb ID0001335
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tippi Hedren (ing. Tippi Hedren, 19 yanvar 1930, Minnesota, ABŞ) — ABŞ aktrisası, daha çox "Quşlar" və "Marni" filmlərindəki rolları ilə tanınır. Aktrisa Melani Qriffitin anası, Dakota Consonun nənəsidir.

Tippi Hedren "Quşlar" filminin nümayişində; oktyabr, 2015-ci il.

Tippi Hedren (Natali Key Hedren) 19 yanvar 1930-cu ildə Minnesotanın Nyu-Ulm şəhərində anadan olmuşdur. Onun ata tərəfdən babası İsveçdən ABŞ-yə immiqrant kimi gəlmişdir. Anasının kökləri isə AlmaniyaNorveçə gedib çıxır[2]. O, öz sonrakı adı olacaq "Tippi"ni isə hələ uşaq ikən atasından almışdı. Gələcək aktrisanın atası elə hesab edirdi ki, Natali adı uşağa yox böyüklərə yaraşır.

Yeniyetmə yaşlarında Tippi geyim mağazalarında moda nümayişlərində iştirak etmişdir. Tippi orta məktəbdə oxuyarkən onun ailəsi Kaliforniyaya gəlir. Tippinin 18 yaşı olanda o, Nyu-Yorka gələrək bir model kimi öz karyerasını başlayır. 1950-ci ildə Tippi kinoda öz debütünü edir. Bu debüt "Balaca qız" musiqili komediyasındakı çox da böyük olmayan roldan ibarət idi. Lakin 1950–1960-cı illər arası Tippi Hedren özünün aktrisalıq fəaliyyətini davam etdirmir və yalnız bir model kimi işləyir.

1963-cü ildə ustad rejissor Alfred Hiçkok onu televiziya verilişlərinin birində görür və Tippi Hedreni yaxında çəkəcəyi "Quşlar" filmindəki Melani Deniels roluna dəvət edir.[3] Rolu ifa etməyə razılıq verən Tippi sonradan bu obraza görə "Qızıl qlobus" (ən yaxşı aktrisa debütü) mükafatına layiq görülür.[4] Daha sonra isə onun ifa etdiyi Melani rolu "Premiere" jurnalında dərc edilmiş bütün zamanların 100 ən möhtəşəm obrazını əks etdirən siyahıya düşmüşdür. Bu filmin uğurunun ardınca Tippi Hedren Hiçkokun daha bir filmində çəkilir. Bu, "Marni" adlanan psixoloji triller idi.[5] Həmin filmdə Tippi Hedrenin tərəf-müqabili məşhur aktyor Şon Konneri idi.

Hiçkok Tippinin bənzərsiz ifasından sonradan çəkdiyi filmlərində də istifadə etməyi qərara aldı. Lakin Tippi Hedren artıq Hiçkokla işləməkdən imtina etdi. Bu qəfil imtina ona gətirib çıxardı ki, növbəti illərdə o, heç bir filmdə görünmədi. Səbəb isə ondan ibarət idi ki, Hiçkok onun rol təklifini rədd etdiyi üçün Tippi Hedrenə qarşı qəzəbli idi. Alfred Hiçkokun bütün bu illər ərzində kinematoqrafda tutduğu yer o qədər yüksəkdə idi ki, bütün rejissorlar onun fikrilə razılaşmış və Tippini heç bir filmə çəkməmişdilər. Yalnız 3 illik fasilədən sonra Çarli Çaplinin "Honq Konqdan olan qrafinya" filmində Marta roluna çəkilir.

1970-ci illərdə Hedren demək olar ki, filmlərdə heç çəkilməmişdi. Ancaq 1980-ci illərin əvvəllərində tez-tez televiziya ekranlarında və "Otel", "4400", "O qadın qətli yazıb", "Qaranlıq yerin nağılları" kimi bir çox seriallarda görünməyə başlayır.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Tippi 1952-ci ildə aktyor və prodüser Piter Qriffitlə ailə həyatı qurmuşdur. 1957-ci ildə onların ailəsində sonradan tanınmış aktrisa olmuş Melani Qriffit dünyaya gəlmişdir. 1961-ci ildə isə onların nikahı boşanma ilə sona çatdı. 1964-cü ildə Hedren öz agenti və çəkildiyi üç filmin prodüseri olan Noel Marşalla ərə gedir. 1982-ci ildə bu cütlük də boşanır. Onun üçüncü əri sahibkar Luis Barreneçi olmuşdur. Bu ailə 1985–1995-ci illərdə mövcud olmuşdur. 1995-ci ildə Luisdən boşanan Tippi 2002-ci ildə baytar həkim Martin Dinnesə ərə getmişdir.

İl Azərbaycanca adı Orijinal adı Rol
1950 Balaca qız ing. The Petty Girl Ays Boks
1963 Quşlar ing. The Birds Melani Deniels
1964 Marni ing. Marnie Marni Edqar
1967 Honkonqlu qrafinya ing. A Countess from Hong Kong Marta
1970 Pələng quyruğu ing. Tiger by the Tail Rita Armstronq
1970 İblisin məhsulu ing. Satan's Harvest Marla Oaks
1971 Cənab Kinqstritin müharibəsi ing. Mister Kingstreet's War Meri Kinqstrit
1973 Harrad təcrübəsi ing. The Harrad Experiment Marqaret Tenhauzen
1981 Nərilti ing. Roar Medelin
1982 Fosfor işığı ing. Foxfire Light Elizabet Morqan
1989 Ölümcül casus oyunları ing. Deadly Spygames Çestiti
1990 Gecənin soyuğunda ing. In the Cold of the Night Klara
1990 Pasifik-Hayts rayonu ing. Pacific Heights Florens Piters
1994 Terezanın tatuajı ing. Teresa's Tattoo Evelin Hill
1994 Qaçılmaz gözəl ing. Inevitable Grace Marsiya Stivens
1996 Vətəndaş Rut ing. Citizen Ruth Cessika Ueys
1997 Malliqanlar ing. Mulligans! Dotti
1998 Ayrılma ing. Break Up ana
1998 Öldüyüm gün tez ayıldım ing. I Woke Up Early the Day I Died Meylinda Osted
1999 Nağıl danışanlar ing. The Storytellers Lilian Qlosner
2001 Nənəmlə çay dəstgahı ing. Tea with Grandma Rae
2001 Meyvəli dondurma ing. Ice Cream Sundae xanım
2003 Heysmanın axtarışı ing. Searching for Haizmann Mişel Labner
2003 Qara canavar ing. Dark Wolf Meri
2003 Rouzun bağçası ing. Rose's Garden Rouz
2003 Culi və Cek ing. Julie and Jack Culi Maknil
2004 Dahinin oyanışı ing. Raising Genius Beyb
2004 Qəzəb fikri ing. Mind Rage Uilma Rendolf
2004 Ürək oğruları ing. I Heart Huckabees Meri Ceyn Hatçinson
2005 Sıfır brilyantı ing. Diamond Zero Eleanor Kelli
2007 Sonuncu müttəfiq: Robert Adamsın hekayəsi ing. The Last Confederate: The Story of Robert Adams xanım Adams
2007 Ölü yazısı ing. Dead Write Minni
2008 Onun xəstə arzusu ing. Her Morbid Desires Qloriya
2012 Ceyn Mensfildin maşını ing. Jayne Mansfield's Car Naomi Kolduell
2012 Pulsuz nümunələr ing. Free Samples Betti
2013 Babilə qayıdış ing. Return to Babylon xanım Pibodi
2015 Kabus və balina ing. The Ghost and the Whale Tippi
  1. https://vos-celebrites.fr/taille-celebrites.php?star=Tippi-Hedren.
  2. "Tippi Hedren Biography (1935-)". 2018-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-09.
  3. Nepales, Ruben V. "Tippi Hedren reveals real horror of working with Hitchcock". Inquirer Entertainment. 11.08.2012. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-02.
  4. op cit, page A1 and A6.
  5. John Hunt. "Official list of Winston Graham novels at". Cartog.co.uk. 26.03.2012. 2012-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]