Ukrayna qadın milli voleybol komandası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ukrayna
Reytinqdə sırası 46 (2014 yanvar ayı üçün)[1]
Konfederasiya CEV
Federasiya UVF
Məşqçi Ukrayna Volodimir Buzaiev
İnternet Saytı Ukrayna Voleybol Federasiyası
Olimpiya oyunları
İştirakı 1 dəfə (1996-cı il)
Ən yaxşı nəticəsi 11-ci yer
Dünya çempionatı
İştirakı 1 dəfə (1994-cü il)
Ən yaxşı nəticəsi 11-ci yer
Avropa çempionatı
İştirakı 5 dəfə (debütü 1993-cü il)
Ən yaxşı nəticəsi 3-cü yer : 1993

Ukrayna qadın milli voleybol komandasıUkraynanın ən yaxşı voleybolçularını özündə cəmləyən milli komanda. Bu komanda Ukrayna voleybolunun son illərdəki enişi səbəbindən önəmli beynəlxalq turnirlərin heç birinə qatıla bilmir. Bu üzdən də Avropada elə də tanınmır.

Ukrayna qadın milli voleybol komandası SSRİ-nin dağılmasından sonra (Ukrayna müstəqil olduqdan sonra) yaranmış və 1992-ci ildən beynəlxalq yarışlarda iştirak etmişdi. Beş qat dünya çempionu SSRİ-nin voleybol mədəniyyətini özündə toplaya bilən Ukrayna 1993-cü ildə Avropa qadınlar voleybol çempionatının final mərhələsinə vəsiqə qazana bilmişdi. Həmin millidən əslən ukraynalı voleybolçuları heyətinə cəlb edən komanda heyətini Avropanın əsas liqalarında çıxış edən oyunçulardan təşkil etmişdi. Bunun məntiqi nəticəsi kimi həmin Avropa çempionatının bürünc medalına da yiyələnmişdi.[2]

Ukrayna 1994-cü ildə tarixində ilk dəfə olaraq Dünya Çempionatına vəsiqə qazana bilmişdi. Turnirdə 11-ci yeri tutan komanda bir daha bu mötəbər turnirdə iştirak edə bilməmişdi.

XX əsrin sonlarından etibarən Ukraynada dünya səviyyəli voleybolçularının yaşlanması, əvəzində isə gözlənilən gənc oyunçuların gəlməməsi böyük enişə səbəb olmuşdu. Avropa çempionatında üçüncülük yaşayan komandadan demək olar ki, əsər-əlamət qalmamışdı. Milli yığma uzun illər heç bir beynəlxalq turnirə vəsiqə qazana bilmirdi. Bunun əsas səbəblərindən biri də Ukrayna vətəndaşı olan voleybolçuların öz milli komandalarını seçməmələri idi. Belə ki, bir çox voleybolçu bu ölkənin vətəndaşı olmasına baxmayaraq ayrı-ayrı güclü milli komandaları seçirdi. Bu oyunçuların ən başında Azərbaycan milli komandasında oynayan əslən ukraynalı olan dünyaca məşhur voleybolçu Natalya Məmmədova gəlir.

2011-ci ildə səkkiz illik fasilədən sonra Avropa çempionatında iştirak etməsinə baxmayaraq qrupunda sonuncu yeri tutmuş və turnirlə ərkən vidalaşmışdı.

2014-cü ildə dünya çempionatının seçmə mərhələsində Türkiyə, RumıniyaKipr milliləri ilə eyni qrupa düşən komanda qrupda üçüncü yeri tutaraq final mərhələsinin biletini ala bilməmişdi. Həmin vaxt komandanın heyətində aşağıdakı oyunçular yer alırdı: Novgorodçenko, Kodola, Truşkina, Zakhozha, Savençuk, Pervukhina, Delros, Stepançuk, Lisienkova[3]

2014-cü il üçün əsas heyəti

  • Baş məşqçi : Ukrayna Volodimir Buzaiev
Nömrə Oyunçunun adı Mövqeyi Çıxış etdiyi klub
1 Yekaterina Kalçenko Blokçu Ukrayna Ximki
2 Маrinа Zaxojaya Hücumçu Ukrayna Ximki
3 İrina Truşkina Blokçu Ukrayna Ximki
5 Yuliya Pervuxina Blokçu Ukrayna Ximki
6 Anna Burbelyuk Hücumçu Ukrayna Severodonçanka
9 Tatyana Xilyuk Toppaylayıcı Ukrayna Ximki
10 Anna Lisenkova Hücumçu Ukrayna Severodonçanka
11 Alina Stepançuk Libero Ukrayna Ximki
12 Viktoriya Delros Libero Ukrayna Qalçanka TNZU
13 Yelena Novqorodçenko Toppaylayıcı Ukrayna Ximki
15 Olqa Savençuk Hücumçu Ukrayna Ximki
16 Nadejda Kodola Hücumçu Ukrayna Ximki

Əsas turnirlərdə qazandığı nəticələr

[redaktə | mənbəni redaktə et]
İl Təşkilatçı şəhər Nəticəsi
1996 ABŞ Atlanta 11-ci
yer
2000 Avstraliya Sidney təsnifat keçilmədi
2004 Yunanıstan Afina təsnifat keçilmədi
2008 Çin Pekin təsnifat keçilmədi
2012 Böyük Britaniya London təsnifat keçilmədi
2016 Braziliya Rio de Janeiro ?
İl Təşkilatçı ölkə Nəticəsi
1994 Braziliya Braziliya 11-ci
yer
1998 Yaponiya Yaponiya təsnifat keçilmədi
2002 Almaniya Almaniya təsnifat keçilmədi
2006 Yaponiya Yaponiya təsnifat keçilmədi
2010 Yaponiya Yaponiya təsnifat keçilmədi
2014 İtaliya İtaliya təsnifat keçilmədi
İl Təşkilatçı ölkə Nəticəsi
1993 Çexiya Çexiya
Bürünc medal
1995 Niderland Niderland 7-ci
yer
1997 Çexiya Çexiya 7-ci
yer
1999 İtaliya İtaliya təsnifat keçilmədi
2001 Bolqarıstan Bolqarıstan 4-cü
yer
2003 Türkiyə Türkiyə 9-cu
yer
2005 Xorvatiya Xorvatiya təsnifat keçilmədi
2007 Belçika Belçika/Lüksemburq Lüksemburq təsnifat keçilmədi
2009 Polşa Polşa təsnifat keçilmədi
2011 Serbiya Serbiya/İtaliya İtaliya 15-ci
yer
2013 Almaniya Almaniya/İsveçrə İsveçrə təsnifat keçilmədi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]