Uzay Heparı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Uzay Heparı
Ümumi məlumatlar
Doğum tarixi 24 iyul 1969(1969-07-24)
Doğum yeri
Vəfat tarixi 31 may 1994(1994-05-31) (24 yaşında)
Vəfat yeri
Dəfn yeri
Uşağı 1
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, mahnı yazarı[d], aktyor, musiqi prodüseri
Fəaliyyət illəri 1989–1994
Janr pop musiqisi
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uzay Heparı (24 iyul 1969, İstanbul31 may 1994, İstanbul) — Türkiyə bəstəkarı.

Yayla və Eti Heparının oğludur. Müqəddəs Benua Fransız Liseyinin və İstanbul Universiteti Dövlət Konsevatoriyasının piano sinfinin məzunudur.

1993-cü ilin dekabrında modelyer Zeynəb Tunuslu ilə evlənib. 5 yanvar 1995-ci ildə oğulları Uzay Kanat Heparı dünyaya gəlib.

İlk vaxtlar Zuhal Olcayın "Küçük Bir Öykü Bu" musiqi albomunda piano çalmaqla fəaliyyətə başlayır. 1990-cı ildə Avroviziya Türkiyə seçim mərhələsində orkestrda çıxış edir. Həmin il yenidən Zuhal OLcayın "İki Çift Laf" adlı musiqi albomunda piano çalır. Erol Evginin "Erol Evgin İle Yeniden" albomunda isə Sezən Aksunun iki mahnısını aranjiman edir.

1991-ci ildən bəstəkarlıq fəaliyyətinə başlayır. Aşkın Nur Yenginin ikinci albomu olan "Hesap Ver"-də "Serserim Benim" və "Karanfil" adlı mahnıları bəstələyir. Bu mahnıların sözlərini isə Sezən Aksu yazmışdı. Uzayın Sezən ilə birgə musiqi fəaliyyəti sonralar da davam edir. 1992-ci ildə Sərtab Ərənərin ilk albomu "Sakin Ol!"-da əksər mahnıları aranjiman edən Uzay Heparı albomdakı üç mahnını Sezən ilə birlikdə yazır. Daha sonra 1993-cü ildə onlar Levent Yükselin "Med Cezir" adlı ilk albomundakı musiqiləri ərsəyə gətirirlər.

1993-cü ildə Uzay Heparı Sezən Aksunun "Deli Kızın Türküsü" albomundakı məşhur "Masum Değiliz" mahnısını bəstələyir. 1994-cü ildə Nükhet Durunun öz adını əks etdirən albomunda bəzi mahnıları aranjiman edib. Ölməzdən əvvəl Sərtab Ərənərin "Lal" və Demet Sağıroğlunun ilk albomu "Kınalı Bebek"-dəki mahnıların üzərində işləyirdi. Hər iki albom Uzayın ölümündən sonra ictimaiyyətə təqdim olunub.

Uzay Heparı 1992-ci ildə Sərtab Ərənərin "Sakin Ol!" və 1993-cü ildə Orhan Atasoyun "Gemiler" kliplərində rol alıb. 1993-cü ildə "Gece, Melek ve Bizim Çocuklar" adlı filmdə baş rolda çıxış edib.

20 may 1994-cü ildə yenicə aldığı motosikl ilə Etiler Koç körpüsü üzərində gedərkən Demet Akbağın park edilmiş avtomobili ilə toqquşmuş, 11 gündən sonra 31 may 1994-cü ildə saat 10:50-də vəfat etmişdir.

Ölümündən sonra

[redaktə | mənbəni redaktə et]

1995-ci ildə Candan Erçetinin ilk albomundakı "Daha", 1996-cı ildə isə Levent Yükselin ikinci albomundakı "Yas" mahnısı Uzay Heparıya həsr olunmuşdur.

1996-cı ildə isə Zeynəb Tunuslu Uzay Heparı ilə tanış olması, evliliyi, xəstəxanada keçirdiyi günləri, həyat yoldaşının ölümündən sonra yaşadıqlarını və oğlu Uzay Kanat Heparının doğumuna qədər olan müddəti özündə əks etdirən "Mavi..., Melekler ve Sen" adlı kitabı dərc etdirmişdi.

2008-ci ildə buraxılmış "Uzay Heparı - Sonsuza" adlı albom onun xatirəsinə həsr olunmuşdur.

  • Gece, Melek ve Bizim Çocuklar (1992)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]