Vaginizm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Vaginizm — səbəbləri 90% ehtimalla psixoloji təlaşla bağlıdır. 10% isə orqanik (yəni quruluşla bağlı) səbəblər rol oynayır.

Orqanik (quruluşla bağlı) vaginizm səbəblərinə daha çox qızlıq pərdəsinin qalın və ya yüksək kənarlı olması, qızlıq pərdəsinin digər anormallıqları (ara bölməli və ya ələk şəklində qızlıq pərdəsi quruluşu), vagina içindəki ara bölmələr, bartolin absesi, vulvar vestibulit sindromu, PID və vaginitlər daxildir.

Bütün bu səbəblərlə doğru müalicəyə başlamazdan əvvəl ginekoloji müayinənin böyük əhəmiyyəti vardır. Vaginizm çox geniş yayılmış şüuraltı problemdir. Ümumiyyətlə vaginizmə səbəb olan keçmişdə baş vermiş mənfi cinsi təcrübələr və ya şüuraltına yerləşmiş şişirdilmiş qorxular vardır.

Vaginizmin psixoloji səbəbləri

[redaktə | mənbəni redaktə et]

Vaginizm problemini həll etmək üçün altında yatan səbəb və ya səbəbləri tapmaq şərt deyildir. Əsas məsələ “əzələ yaddaşının yenidən təşkil olunmasını” bacarmaqdır.

  • Qızlıq pərdəsinin qorunması ilə bağlı uşaqlıqdan qalan mesajlar və qorxular
  • Həddindən çox daxili intizam, qoruma xarakterli ailə nizamı
  • Cinsi travmalar (sataşma, təcavüz, insest, fiziki şiddət, cinsi istismar, pornoqrafik filmə baxıb iyrənmə, ana-atanın cinsi əlaqəsinin şahidi olma kimi)
  • Hamilə qalma qorxusu yaşayanlar (abort və ya doğum onlar üçün demək olar ki, dəhşətli bir şeydir)
  • Hədsiz sərt bir cəmiyyət içində yaşama, sərt əxlaq qaydaları və qadağalar
  • Cinsəlliyin günah, ayıb kimi anlayışlarla bərabər tutulması, ənənələrə əsaslanan ailə quruluşu
  • Valideynlərdən birinin tələbkarlığı (avtoriteti)
  • İlk gecə ilə bağlı yanlış, şişirdilmiş və yarımçıq məlumatlar və mənfi rəylər (ilk gecədə ağrı və ya qanamanın çox olacağı ilə bağlı düşüncələr)
  • Cinsi əlaqə zamanı sıxılma və rüsvay olma qorxusu
  • Vaginanın normaldan dar və kiçik olması, penisin girməsinin qeyri-mümkün olması düşüncəsi

Xüsusilə bizim kimi cəmiyyətlərdə gənc qızlara kiçik yaşlarından şişirdilmiş şəkildə “qızlıq pərdəsinin cəvahirat kimi çox dəyərli olması” düşüncəsi ilə bu mövzuda sərt rəftara məruz qalan qadınlar risk altındadırlar. Bundan başqa, uşaqlıq dövründə mənfi təcrübə və xatirələr də (sataşma və ya təcavüzlər, ev içində şiddət, sərt valideyn rəftarı) vaginizmə yol aça bilər. Daha əvvəl heç vaginizm problemi olmayanların da yaşadığı mənfi təcrübələr (doğum, uşaq salma, abort, kobud şəkildə yerinə yetirilmiş ginekoloji müayinə kimi hallar) nəticəsində də vaginizm yarana bilər.

Bəzən də cütlüklərin cinsəlliklə bağlı məlumat əskikliyi, cinsi əlaqə ilə bağlı yanlış mövhumatlar və mənfi rəylər də qorxu və təlaşa yol açaraq vaginizm yaradır.

Bəzən əvvəlcədən müalicə olunmuş qadınlarda problem təkrarlana bilər.

Daha əvvəl də göstərildiyi kimi, çox zaman dərinlərdə (şüur altında) cinsəllik və cinsi əlaqəylə bağlı qayğı-qorxular vardır və PC əzələlərinin yığılması qadını bu qorxduğu vəziyyətdən qoruyan bir müdafiə sistemi kimidir.

Şüur altındakı lazımsız qorxuları aradan qaldırmaq üçün qadının və kişinin rahat olması, həyəcan və qorxuları rəf edəcək psixoloji mühit yaratmaq üçün müvafiq psixoloji dəstək təmin olunmalıdır. Bəzi qadınlarda bu yuxarıda sadalanan səbəblərin heç biri də olmaya bilər. (“Səbəbi bilinməyən və ya təyin oluna bilməyən vaginizm”)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]