Vikipediya:Bilirsinizmi bölməsi/avqust, 2014-cü il
Naviqasiyaya keç
Axtarışa keç
28 iyul - 3 avqust 2014-cü il
[mənbəni redaktə et]- İnsan meymun, şimpanze, qorilla ve oranqutan ilə birlikdə, Hominioidea üstqrupunda yerləşən cüt ayaqlı primatdır.
- Hazırda dünyada 350-dən artıq müxtəlif əlifbadan istifadə olunur.
- Riyaziyyatda mənfi rəqəmlər anlayışı borcları hesablamaq üçün orta əsrlərdə yaranıb.
- Ən qədim qayçı (şəkildə) Qədim Roma ərazisində arxeoloqlar tərəfindən tapılıb. Onun 3-4 min il hazırlandığı müəyyən edilib.
- Çətirdən ilk dəfə e.ə. 1200-cü illərdə Misirdə dini anlamda istifadə edilib.
- Şimali Afrika və Ərəbistan səhralarında bir neçə il ərzində yağış düşməyən yerlər vardır.
- "Qəzet" adı italyan xırda pul vahidi qaseta ilə bağlıdır.
- Körpü bəşəriyyətin ən qədim ixtiralarından biridir.
- Materiklərin dəniz səviyyəsindən orta hündürlüyü 860 metrdir.
4 - 10 avqust 2014-cü il
[mənbəni redaktə et]- Şah İsmayıl Xətai (şəkildə ordendə təsviri) on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi.
- Nobel mükafatı laureatlığına namizəd barəsində sorğu hər nominasiya üzrə həmin sahənin təqribən üç min nəfər tanınmış mütəxəssisinə göndərilir.
- Antarktidaya hər il 6 minə qədər turist gəlir. Onların əksəriyyəti turist bazası və aerodrom olan Antarktik yarımadasına səfər edirlər. Turistlərin əksəriyyəti gəmilərdə kruiz edirlər.
- Argentinanın La Plata Milli Universitetinin nəzdindəki Beynəlxalq Münasibətlər İnstitutunun Avrasiya fakültəsində azərbaycanşünaslıq kafedrası fəaliyyət göstərir.
- Torpağın dağ süxuru, qum və gildən fərqi onun tərkibində bioloji çürüntünün olmasıdır.
- İnsanın xörək duzuna olan gündəlik tələbatı cəmi 5 qramdır.
- Günəşin səthində hərarət selsi ilə 6 000 dərəcə, nüvəsində isə hərarət 16 milyon dərəcədir.
- İlk səsli film 1927-ci ildə Amerika Birləşmiş Ştatlarında ekranlara çıxan "Caz müğənnisi" filmidir.
- İnsan 16 hersdən 20 kilohersə qədər diapazonda eşidir.
- XIX əsrdə müəssisənin fabrik hesab edilməsi üçün Fransada, Avstriyada, Saksoniyada 21, Rusiyada 17 işçisi olmalı idi.
11 - 17 avqust 2014-cü il
[mənbəni redaktə et]- "Avropa" sözü ( qitə şəkildə dünyanın siyasi xəritəsində yaşıl rəngdə göstərilib) sami dillərində Erep (yaxud İrib), "günəşin batdığı tərəf" mənasını verir.
- Rus-Yapon müharibəsi dövründə yapon əsgərləri çantalarında içərisində Azərbaycanın indiki Naftalan şəhərində çıxarılan neftdən hazırlanmış naftalan məlhəmi olan kiçik qablar gəzdirib. Həmin qabların üzərində qısa, lakin çox ümidverici bir yazı olub: "Kimdə bu məlhəm varsa, o heç bir yaradan qorxmasın".
- Ağ ayıların hamısı solaxaydır.
- İndoneziyada 17 508 ada var.
- 1950-ci ildə Çində orta insan ömrü 35 il olduğu halda, 2000-ci ildə bu rəqəm 70-ə çatıb.
- Avstraliyanın kənd yerlərində bina nömrələnməsi küçə başlanğıcından metr ilə məsafəyə görə verilir. Məsələn, əgər ferma küçə başlanğıcından 1500 metr uzaqlıqdadırsa, onun nömrəsi 150 olur.
- Dünyada ən populyar ad –Annadır, bu adı 100 milyona yaxın insan daşıyır.
- Həftənin astronomik əsası yoxdur. Qədim Misirdə on günlük həftədən (dekada) istifadə edirdilər. Mayya mədəniyyətində isə həftə 13 gündən ibarət idi, onlarda 20 günlük təqvim də var idi.
- Titanik gəmisi batarkən SS Kaliforniya adlı gəmi cəmi 31 kilometr məsafə yerləşmiş, lakin sos siqnallarına bilərəkdən cavab verməmişdir.
18 - 24 avqust 2014-cü il
[mənbəni redaktə et]- Yer kürəsinin üç ən dərin mağaraları (şəkildə) Abxaziyada yerləşir.
- Avstraliyada ən böyük iki şəhərin, Sidney və Melburnun hansının paytaxt olması haqqında yekun qərara gələ bilmədikləri üçün, dövlət tərəfindən paytaxt kimi orta məsafədə yerləşən Kanberra şəhəri salındı.
- Nepal dövlət bayrağı düzbucaqlı şəklində olmayan yeganə ölkədir.
- Təmiz su −33 °C-dək donmur, +200 °C-dək isə qaynamır.
- Riyaziyyatda minilliyin məsələləri siyahısına salınan hər bir problemin həllinə Kley riyaziyyat institutu tərəfindən bir milyon ABŞ dolları həcmində mükafat vəd edilir.
- 1856-cı ildə düzəldilən ilk kompressorlu soyuducu pivələrin sərinləşdirilməsi üçün istifadə edilirdi.
- Nəyin incəsənət adlandırılması cəmiyyətin inkişafı dövründə malik olduğu dəyərləndirmə dərəcəsindən asılıdr.
- Buzun əriməsi üçün 330 coul/kq, dəmirin əriməsi üçün 270 coul/kq istilik həcmi tələb olunur.
- Quşların bədən temperaturu insanın bədən temperaturundan 7-8 dərəcə çox olur.
25 - 31 avqust 2014-cü il
[mənbəni redaktə et]- Azərbaycanda açılmış ilk yerli səhmdar kommersiya bankı Bakı Tacir Bankı olmuşdur.
- Heçi Hava Limanı dünyadakı digər aeroportlardan fərqli olaraq yüksək dağ zirvəsində, buludlardan da hündürdə yerləşir.
- SSRİ-də yaradılmış ilk rəsmi bayker klubu "Gecə qurdları" motoklubudur (şəkildə).
- Azərbaycana düşdüyü bilinən ilk dəmir meteorit olan Yardımlı meteoriti keçmiş SSRİ ərazisinə düşən 3-cü böyük meteorit sayılır.
- Avropada mühəndislik üzrə yaradılmış ilk ali məktəb Paris Yol və Körpü Milli Məktəbidir.
- Vyetnamın Hanoy şəhərindəki Ədəbiyyat Məbədi qədim dövr Çin filosofu və mütəfəkkiri Konfutsiyə həsr edilmişdir.
- Amerikada doğulan ilk ingilis Virciniya Deyrdir.
- Anabaptist cərəyanlardan biri olan Qutterit təəssübkeşləri fotoşəkil çəkdirməyin günah olduğuna inanırlar.
- Yaponiyada Şikoku və Honşu adalarını birləşdirən Akaşi Kaikyo körpüsü dünyanın ən uzun asma körpüsüdür.
- Mozambik gerbi dünyada yeganə gerbdir ki, onun üzərində "Kalaşnikov" avtomatının şəkli var.