Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (kitablar)

Vikipediya, azad ensiklopediya
(Vikipediya:KİTAB səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Qısa keçid yönləndirmə

Qayda səsvermə nəticəsində qəbul edilmişdir.

Bu təlimatda Vikipediyada kitablar haqqında məqalələrin ensiklopedik əhəmiyyətliliyi kriteriyaları öz əksini tapmışdır. Burada qeyd olunmuş kriteriyalara cavab verən kitablar haqqında məqalələr yaradıla bilər.

Ümumi ensiklopedik əhəmiyyətlilik, bu və ya digər xüsusi mövzularla bağlı əhəmiyyətliklik qaydalarının birinə cavab verən, Vikipediya nə deyil? prinsipinə uyğun kitablar da məqalə mövzusu ola bilər.

Bu təlimat kitabın ayrıca məqalə və ya bir məqalənin tərkibinə birləşdirilməsini müəyyən etmir. Redaktorlar özləri bunun haqqında mülahizə irəli sürməlidirlər.

Məqalənin bu (və ya digər) ensiklopedik əhəmiyyətlilik qaydasına cavab verməməsi onun sürətli silmə kriteriyalarına uyğun olması mənasına gəlmir.

Bu təlimatdakı kriteriyalar ilkin formadadırlar və tam deyildirlər. Buna görə, bu (və ya digər) ensiklopedik əhəmiyyətlilik qaydasına cavab verməyən kitablar haqqında da məqalələr mövcud ola bilər.

Əhəmiyyətlilik iddiaları Vikipediyanın yoxlanabilərlik prinsipinə uyğun olmalıdır. Kitabın kriteriyaya cavab verdiyini sübut etmək o qədər də asan deyil. Yoxlanılabilən etibarlı mənbələrin olması iddianın doğruluğu üçün əsasdır.

Buradakı "əhəmiyyətlilik" kitabın əsl dəyərini əks etdirmir. Kitab çox gözəl, maraqlı və aktual yazıla bilər, amma haqqında ensiklopedik məqalə yaratmağa kifayət qədər yoxlanılabilən mənbələrin olması vacibdir.

Əhatə dairəsi haqqında qeydlər

Kitab anlayışı çox geniş bir məfhum olsa da, bu təlimatdakı kriteriyalar digər nəşr növləri (məsələn, komiks-kitablar, qrafik romanlar və (manqalara şamil edilmir, baxın: manqalar üçün stil kitabçası), jurnallar, lüğətlər, tezauruslar, ensiklopediyalar, atlaslar, almanaxlar, not kitabları, libretto, metodik vəsaitlər, imtahan hazırlıq kitabları) üçün xüsusi əhəmiyyətlilik kriteriyalarını müəyyənləşdirmir. Xüsusi təlimatları hazırlana və o vaxta qədər bu təlimat nümunə olaraq istifadə edilə bilər.

Aşağıda göstərilən kriteriyalar elektron kitablara da tətbiq edilir. Əgər elektron kitab Veb mövzusundakı əhəmiyyətlilik kriteriyalarına düz gəlirsə, bu təlimata cavab verməsə belə, onun əhəmiyyətliliyi qəbul edilir.

Meyar

Qısa keçid yönləndirmə

Kitab yoxlanılabilən etibarlı mənbələrə malikdirsə və aşağıdakı kriteriyaların ən az birinə cavab verərsə əhəmiyyətli sayılır :

  1. Kitab özündən azad[1] olan iki və daha artıq əhəmiyyətli[2] nəşrin mövzusu[3] olmalıdır. Bu nəşrlərə qəzet məqalələri, digər kitablar, sənədli filmlər, ən çox satanlar siyahısı[4] və rəylər aiddir. Lakin kitabın müəllifi, nəşriyyatı, kitab mağazası və şəxsi marağı olan digərləri tərəfindən edilən nəşrlər, press-relizlər və onların təkrar nəşrləri bura daxil deyildir.[5]
  2. Kitab əsas ədəbiyyat mükafatlarından birini qazanmalıdır.
  3. Kitab etibarlı mənbələrlə sübut olunmaqla əhəmiyyətli və görkəmli hər hansı bir film və ya digər sənət formasına, hadisəyə, siyasi və dini hərəkata güclü dərəcədə təsir etməlidir.
  4. Kitab hər hansı bir ölkədə iki və daha çox məktəb,[6] texnikum, universitet və ya magistr proqramında dərslik[7] kimi istifadə olunur və ya olunub.
  5. Kitabın müəllifinin nəşrlərindən biri əhəmiyyətli olduğu üçün müəllif tarixi baxımdan əhəmiyyətli sayılır. Bu sadəcə kitabın müəllifinin Vikipediya qaydalarına əsasən əhəmiyyətli olması demək deyil; əksinə, kitabın müəllifi müstəsna əhəmiyyət kəsb etməli və müəllifin nəşrləri və həyatı elmi tədqiqat mövzusu olmalıdır.

Yuxarıdakı beş kriteriya minimum standartlara cavab verən kitablara və hələ nəşr edilməmiş kitablara şamil edilmir.

Digər mülahizələr

Minimum standartlar

Qısa keçid yönləndirmə

Kitab heç olmasa ISBN koduna malik olmalı (1975-ci ildən sonra ISBN istifadə edilən ölkələrdə nəşr edilmiş kitablar üçün) və nəşr edildiyi ölkənin rəsmi və ya de-fakto milli kitabxanası (əgər varsa) tərəfindən kataloqlaşdırılmış olmalıdır. Məsələn, Azərbaycanda Azərbaycan Milli Kitabxanası, ABŞ-da Konqres Kitabxanası, İngiltərədə Britaniya Milli Kitabxanası, Avstraliyada Avstraliya Milli Kitabxanası, Fransada Fransa Milli Kitabxanası, Braziliyada Braziliya Milli Kitabxanası tərəfindən kataloqlaşdırılmış kitablar. Tam siyahı üçün Milli kitabxanaların siyahısına baxın.

Bu kriteriyaya cavab verməsi kitabın əhəmiyyətli olduğunu göstərmədiyi kimi, bu kriteriyalara cavab verməyən kitab da əhəmiyyətli ola bilər. İstisinalar ola bilər - kitab buradakı minimum standartlara cavab verməsə belə, əhəmiyyətli sayılması üçün digər sanballı səbəblər ortaya çıxa bilər.

Süjet xülasəsi hesab olunan məqalələr

Vikipediya məqalələri yalnız işlərin xülasələrinin təsviri olmamalıdır. Buna görə də orijinal tədqiqatməzmunun yoxlanılması mümkün olmayan kitablar haqqında Vikipediyada ayrıca məqalə yaradılmamalıdır.

Fərdi nəşr

Fərdi nəşr və ya kitabı müəllifin vəsaiti ilə nəşr edən nəşriyyatın nəşrləri əhəmiyyətli qəbul edilmir. Bəzi istisnalar da var, məsələn Robert Qunterin Early Science in Oxford (Oksfordda ilkin elm) və Edqar Allan Ponun Tamerlane (Tamerlan) əsərləri, lakin bunların hər ikisi birinci kriteriyaya görə əhəmiyyətli sayılır.

Bir çox müəllif vəsaiti ilə nəşr edilən kitab ISBN koduna malik, milli kitabxanalar tərəfindən kataloqlaşdırılmış və Google Kitablar axtarış sisteminə daxil olmuş ola bilər, amma bunların heç biri onu əhəmiyyətli hesab etməyə kifayət deyil.

Vikipediyaçıların kitabları

Kitab haqqında məqalə müəllifi və ya redaktoru və redaksiya heyyətinin üzvü kimi şəxsi marağa sahib digərləri tərəfindən yaradılması kitabın əhəmiyyətliliyinə heç bir təsir etmir. Ətraflı məlumat üçün Vikipediya:Maraqların toqquşmasıVikipediya:Avtobioqrafiya baxın.

Onlayn kitab mağazaları

Qısa keçid yönləndirmə

Barnes & Noble və Amazon.com onlayn kitab mağazalarının birində və ya hər ikisində kitabın olması təklikdə əhəmiyyətlilik göstəricisi deyil, çünki hər iki veb saytda çoxlu sayda müəllif vəsaiti ilə nəşr edilən kitab vardır. Bir çox müəllif vəsaiti ilə nəşr edilən kitabın daxil edildiyi digər onlayn kitab mağazaları də eyni şəkildə qəbul edilməlidir.

Nəşr edilməmiş kitablar

Qısa keçid yönləndirmə

Nəşr edilməmiş kitablar haqqında məqalələr yalnız Vikipediya sehrli güzgü deyildir prinsipinə zidd olmadıqda qəbul edilir və yalnız bu təlimatdakı kriteriyalara cavab verdikdə ensiklopedik sayılır. Kitabın nəşri, adı və təxmini nəşr tarixi haqqında güclü sübut ola biləcək etibarlı mənbələr mövcud olduqda nəşr edilməmiş kitablara məqalə yaradıla bilər.

Qeyri-müasir kitablar

Qısa keçid yönləndirmə

Silinməyə namizədliyi irəli sürülən və etibarlılığı şübhə altında olan kitablar haqqında məqalələrin çox böyük qismi müasir kitablardır. Bununla yanaşı, daha əvvəl yazılmış və nəşr edilmiş kitabların da ensiklopedik əhəmiyyətliliyi bəzən müzakirə mövzusu olur və əsasən müasir kitablar üçün nəzərdə tutulmuş yuxarıdakı kriteriyalara cavab vermirlər, buna görə də kriteriyalar çox məhdudlaşdırıcı ola bilər və əhəmiyyətli sayıla biləcək kitabları əhatə etməz.

Ümumi fikir üstünlük təşkil etməlidir. Belə olan halda kitaba geniş ölçüdə istinad edilməsi və haqqında yazılması, kitabın nəşrlərinin sayı, kitabın indi və ya keçmişdə şöhrətə malik olması, ədəbiyyat tarixində yeri, tarixi mənbə kimi dəyəri və yaşı nəzərə alınmalıdır.

Elmi və texniki kitablar

Qısa keçid yönləndirmə

Elmi və texniki kitablar fərqli vəzifəyə xidmət edirlər və ümumi oxucu kütləsi üçün nəşr edilən kitablardan daha fərqli bir prosesdən keçirlər. Onlar əsasən yüksək ixtisaslaşdırılıblar, məhdud sayda nəşr edilirlər və yalnız ixtisaslaşmış kitab mağazaları və kitabxanalarda mövcud olurlar. Bu səbəblərə görə yuxarıda göstərilən və ümumi oxucu kütləsi üçün nəşr edilən kitablar üçün müəyyənləşdirilmiş standartlar elmi kitablar üçün uyğun deyil, çünki kriteriyalar çox məhdudlaşdırıcı ola bilər və əhəmiyyətli sayıla biləcək kitabları əhatə etməz. Yenə də ümumi fikir üstünlük təşkil etməlidir. Belə halda kitabın elmi nəşriyyat[8] tərəfindən nəşr edilməsi, digər elmi nəşrlərdə və kütləvi informasiya vasitələrində[9] istinad edilməsi, kitabın nəşrlərinin sayı, kitabın digər dillərə tərcümə sayı, aid olduğu və köməkçi elm sahələrinə nə qədər töhfə verməsi, bir və artıq nüfuzlu təhsil müəssisəsində tədris və ya tələb edilib.

Törəmə məqalələr

Qısa keçid yönləndirmə
Qısa keçid yönləndirmə

Kitablar haqqında məqalələrdəki xırda təfərrüatlar ensiklopedik əhəmiyyətliliyi azaldığı üçün ayrı-ayı məqalələr halında verilməməlidir. Bir kitab əhəmiyyətli ola bilər, amma bu kitabdakı personaj və hadisələr haqqında ayrı məqalə yaradılması üçün kifayət deyil. Kitabın özü əhəmiyyətli olduğu halda ondan törəyən məqalələrin ensiklopedik əhəmiyyətə malik olmadığı hallara tez-tez rast gəlinir. Bəzi istisnalar ola bilər, xüsusilə kitabın çox məşhur halında. Məsələn, Çarlz Dikkensin Yeni il mahnısı əsəri baş qəhrəmanı Ebenezer Skruc üçün törəmə məqalə yaratmağa imkan verir. Kitabın ayrı altbaşlıqlar halında verilərək ensiklopedik əhəmiyyətini yaxşılaşdırdığı hallarda törəmə məqalənin əsas məqaləyə birləşdirilməsi məsləhət görülür.

Bəzi hallarda, məsələn kitabın özü ensiklopedik olmadığı, lakin müəllifi ensiklopedik olduğu hallarda kitab haqqında ayrıca məqalə yaratmaq əvəzinə bu məlumatları müəllif haqqında olan məqaləyə əlavə edilməsi məsləhət görülür. Bəzən isə bu məqaləni biblioqrafiya və ya kitablar siyahısı olan məqaləyə də birləşdirilməsinə icazə verilir. Bu o halda mümkündür ki, əsərin müəllifi bilinmir, əsər anonimdir. Əgər əsərin müəllifi məlumdursa və müəllif, biblioqrafiya və ya kitablar siyahısı haqqında məqalə yoxdursa onda məqaləni özünüz yarada və ya məqalənin yaradılmasını istəyə bilərsiniz.

Qaynaqlar

  • ISBN koduna malik keçidlər sizi Kitab mənbələri səhifəsinə yönləndirəcək. Burada konkret kitab üçün bir çox kitabxana kataloqlarına, kitab mağazaları verilənlər bazalarına və digər kitab mənbələrinə keçid verir.
Müxtəlif kitab formatları (məs. e-kitab, səsli kitab, nəşr edilmiş kitab) üçün müxtəlif ISBN kodları mövcud ola bilər və bunlar bir çox halda, xüsusilə e-kitab və səsli kitab kitabın özündən sonra nəşr edildikdə ardıcıl olmaya bilərlər.

Həmçinin bax

Qeydlər

  1. Azad demək nəşr sənayesinin azad olması demək deyil, yalnız xüsusi kitab haqqında deməkdir. Yəni nəşr sırf bu kitabla əlaqəli olmalıdır.
  2. "Əhəmiyyətli" anlayışı şəxsi saytları, bloqları, bülleten lövhələri, Usenet mesajları, vikiləri və özləri etibarlı olmayan digər informasiya vasitələrini istisna edir. Şərh üsulunun təhlili də mühüm əhəmiyyət kəsb edir; Məsələn Slashdot.org etibarlıdır, lakin üzvlər tərəfindən mövzu haqqında saytda ictimai şəkildə yazılanlar saytın mövqeyini əks etdirmir. Üçüncü tərəf mənbədə kitabın müəllifinin, naşirinin, agentinin, satıcısının şəxsi maraqlarının olmadığı diqqətlə yoxlanılmalıdır.
  3. Nəşrin "mövzusu" əhəmiyyətli şərh deməkdir və sadəcə kitabın, müəllifinin, nəşrinin, satış qiymətinin və digər qeyri-müstəqil təfsilatın şərhini istisna edir.
  4. Kitabın etibarlı çoxsatanlar siyahısına daxil edilməsi o halda əhəmiyyətli şərh hesab edilir ki, siyahı, siyahını nəşr edən media orqanı etibarlı olsun və ya digər etibarlı mənbələr tərəfindən yenidən nəşr edilsin. Amazon kimi e-kommersiya mənbələrindəki və ya şəxsi saytlar, bloqlar, vikilər kimi yerlərdəki çoxsatanlar siyahısı etibarlı deyil. Goodreads və LibraryThing kimi saytlarda verilən reytinqlər də kriteriya deyil.
  5. Özünüreklam və məhsulun yerləşdirilməsi ensiklopedik məqalə üçün bir vasitə deyil. Kitab haqqında yazılanlar digər bir şəxsin işi olmalıdır. (Məqalənin özünün mənbə materialı kimi istifadəsinə təsir edən yoxlanılabilərlik və neytral mövqe problemləri üçün Vikipediya:Avtobioqrafiyaya bax) Əhəmiyyətlilik ölçüsü kitabın özündən (və ya müəllifindən, nəşriyyatından, kitab mağazasından) müstəqil olan şəxs tərəfindən mövzu ətrafında cəmlənmiş əhəmiyyətli işin yazılması və nəşri hesab edilir.
  6. Bura ibtidai və orta məktəblər daxildir.
  7. Bu kriteriya konkret təhsil proqramı üçün yazılmış xüsusi tədris və məlumat kitablarına şamil edilmir, bura müstəqil olaraq fəlsəfə, ədəbiyyat və ya elmdə əsas nəşr kimi qəbul olunan əsərlər aid edilir.
  8. Görkəmli akademik nəşriyyat evləri tərəfindən buraxılan kitablara tanınmış böyük nəşriyyat evləri tərəfindən buraxılan kitablardan daha çox əhəmiyyət verilə bilər, çünki bu halda maddi qazanc əsas məqsəd deyil.
  9. Kitabın mövzusu çox ixtisaslaşmış ola bilər, məsələn, ezoterik riyaziyyat və fizika sahələri kimi. Bunları dünyada yalnız bir neçə yüz (və ya daha az) insan anlaya və rəy verə bilər.