Vikipediya:Silinməyə namizəd səhifələr/Arxiv/2024 Mart

Vikipediya, azad ensiklopediya
Ən son rəy:7 ay öncə, Sura Shukurlu tərəfindən "Əclafların qanunu (roman)" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Zəkiyyə Cəfərova

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • X Silinsin: Şəxsi əhəmiyyətli edən bircə məqam göstərin, deyim hə. Sürətli silinməyə belə uyğundur bu məqalə. Bir daha qeyd edim - burada vətən, millət propaqandası üçün sayt deyil. Grenzsoldat 17:20, 9 fevral 2024 (UTC)
Ayrıca məqalə kimi ensiklopedik deyil. Ancaq hansısa Birinci Qarabağ müharibəsinə aid məqaləyə əlavə edilə bilər. Məsələn Alxanlı faciəsindəki kimi. Moses :) 18:40, 13 fevral 2024 (UTC)

X Silinsin: Hər-hansı uyğun məqaləyə alt başlıq kimi əlavə etmək olar sadəcə.✡ Redivy ✡ (müzakirə) 14:53, 20 fevral 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:37, 5 mart 2024 (UTC)

Dəmirporfirin tərkibli biomimetik katalizatorlar

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Atakhanli (müzakirə) 16:54, 29 fevral 2024 (UTC)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
X Silinsin: Mikropreparat məqaləsi olsaydı köçürülərdi, bir tərəfdən mənbəsi də yoxdu.— Bikar müzakirə 15:43, 15 fevral 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Atakhanli (müzakirə) 16:50, 29 fevral 2024 (UTC)

Oqtay Əfəndiyev (riyaziyyatçı)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • Google-da adını hər cür axtardım (Oqtay Əfəndiyev riyaziyyatçı, riyaziyyatçı Oqtay Əfəndiyev, Əfəndiyev Oqtay Hüseyn oğlu, adını "k" ilə də yazdım (Oktay). Dırnaqda da yazdım, dırnaqsız da yazdım. Nəinki şəxsin alimliyi, ümumiyyətlə belə bir insanın varlığı haqda heç bir məlumat yoxdur, tapa bilmədim. samral müzakirə 21:54, 14 fevral 2024 (UTC)
Məqalədə istinad verilməyib, şəxsin nəaliyyətləri yaxşı açıqlanmır. Fikrimcə ya X Silinsin:, və ya məqalənin üstündə işlənilməlidir. Zohrab javad (müzakirə) 14:53, 20 fevral 2024 (UTC)

X Silinsin: "Bir neçə üsulda axtarış etdim amma heçbir mənbə tapa bilmədim,əgər əlavə edilərsə müzakirə edilə bilər." --✡ Redivy ✡ (müzakirə) 23:25, 15 fevral 2024 (UTC)

X Silinsin: Alim kimi, elm adamı kimi şəxsin adını heç yerdə tapmaq olmur. VP:ŞEƏ şərtlərini ödəmir Turan Etibaroğlu 10:58, 20 fevral 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:35, 5 mart 2024 (UTC)

Eldar Südef oğlu Xəlilov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: ensiklopedik meyarlara uyğun gəlmir — Tarixi Nadir (müzakirə) 11:55, 19 fevral 2024 (UTC)

Fikrimcə şəxs ensiklopedikdir, amma mənbələr əlavə edilməlidir. Zohrab javad (müzakirə) 20:10, 20 fevral 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:35, 5 mart 2024 (UTC)

Beauty Azerbaijan

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:32, 5 mart 2024 (UTC)

Lütfi Zadə adına Texniki-humanitar lisey

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: "Ensklopedik dəyərə malik məqalə deyil." --✡ Redivy ✡ (müzakirə) 20:33, 16 fevral 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:31, 5 mart 2024 (UTC)

Babaxan Əmirov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • Bu sahə üzrə mütəxəssis deyiləm. Şəxsi tanımıram. Göstərilən "Balabanın bas, tenor və pikkolo növlərinin yeni variantını hazırlayıb." məlumatını təsdiqləyən mənbə tapmadım. Eminn (müzakirə) 09:10, 16 fevral 2024 (UTC)
Musiqiçi kimi şəxsi tanıyıram. Bilmirəm nə dərəcədə ensiklopedik hesab oluna bilər amma balaban alətinin 3 yeni növünü yaratmış şəxsdir. Patriot (müzakirə) 11:10, 16 fevral 2024 (UTC)

X Silinsin: "Məqalə qaralama halındadır,düzəlişlər olunarsa yenidən göz gəzdirmək olar." ✡ Redivy ✡ (müzakirə) 00:00, 17 fevral 2024 (UTC)

X Silinsin: heç bir şərti ödəmir — Tarixi Nadir (müzakirə) 11:43, 19 fevral 2024 (UTC)

X Silinsin: Məqalə heç bir şərti ödəmir Turan Etibaroğlu 13:20, 20 fevral 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:29, 5 mart 2024 (UTC)

AZ-CERT

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • AZ-CERT (cert.az) AMEA tərkibindədir? rəsmi saytında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qeyd olunub axı. bir də cert.gov.az nazirlik və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətinin tərkibində fəaliyyət göstərdiyi yazılıb saytında. o da onda scis.gov.az-dır yəqinki. Atakhanli (müzakirə) 15:38, 17 fevral 2024 (UTC)

X Silinsin: "XRTX tərkibində qurumdur və ayrılıqda ensklopedikdir lakin zatən ora barəsində Elektron Təhlükəsizlik Xidməti (Azərbaycan) məqaləsi mövcüddur. Həmçinin məqalədə yalnış nüanslar var. Misal üçün AMEA tərkibində və s olması. " --✡ Redivy ✡ (müzakirə) 15:52, 17 fevral 2024 (UTC)

X Silinsin: qeyd olunan arqumentlərə qatılıram Turan Etibaroğlu 13:19, 20 fevral 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:29, 5 mart 2024 (UTC)

Əli Dəmirzadə

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • X Silinsin: İkinci dərəcəli mənbələrdə şəxsin özü, həyatı və ya faəliyyəti haqqında heç bir məlumat tapmadım: haqqında məqalə yazılması üçün mənbələrdə məlumat mövcud deyil. Məqalənin özündəki ikinci dərəcəli mənbələr də kitabın nəşri haqqındadır. Məqalədə fəaliyyəti ilə bağlı xüsusi əhəmiyyətli bir iddia da yoxdur ki, mənbələrin mövcud ola biləcəyini düşünək. Sura Shukurlu (müzakirə) 16:05, 17 fevral 2024 (UTC)

X Silinsin: "Sadəcə tərif olunması üçün yaradılıb sanki və əsaslə cümlələrin doğru istinadları yoxdur." --✡ Redivy ✡ (müzakirə) 17:49, 17 fevral 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:28, 5 mart 2024 (UTC)

Bəxtiyar Balakişiyev

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • X Silinsin: üzvlük şəxsi ensiklopedik etmir. bədii yaradıcılığı ilə bağlı da fərqləndirici məlumat tapa bilmədim. məqalədə də yoxdur. tərəqqi medalı da ensiklopedik yükdə deyil. Atakhanli (müzakirə) 16:24, 17 fevral 2024 (UTC)

X Silinsin: "Məqalədə ensklopedik dəyərə malik nüans yoxdur sadəcə üzvlüklər və aktiv karyera fəaliyyəti əks olunub."✡ Redivy ✡ (müzakirə) 17:45, 17 fevral 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:28, 5 mart 2024 (UTC)

Vüqar Rahi

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:27, 5 mart 2024 (UTC)

Əhməd Əhmədov (qatil)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • Fikrimcə şəxs ensklopedik deyil çünki bundan daha sarsıdıcı qətillər törətilib. Həmçinin VP:ŞEƏ - VP:CİNAYƏTKAR hissələrində yalnız bir bəndini qarşılayır,yenədə fikirlər önəmlidir. ✡ Redivy ✡ (müzakirə) 23:28, 18 fevral 2024 (UTC)
  • Əslində şəxsin törətdiyi cinayət ölkədə ciddi rezonans doğurub. Hətda TV kanallarda belə uzun müzakirələrə səbəb olub. Bundan öncə belə hallar demək olar ki, olmamışdı. Hansısa cinayət sadəcə xəbər kimi efirə verilirdi və bitirdi. Bu mövzu isə bəzi verilişlərdə hətda müzakirəyə çıxarılıb. Amma konkret ensiklopedik olub olmadığı barədə qəti fikrim yoxdur. Ola da bilər olmaya da. Şəxs 2 fərqli ünvanda eyni üsulla cinayət törətdiyinə görə hardasa seriyalı qatil kimi də sayıla bilər bəlkə. Amma eyni gündə olması bir az seriyalı qatil statusundan uzaqlaşdırır. Cinayətkar kimi isə bir ailəni məhv etməsi faktı var ki, ensiklopedik edə bilər. — Patriot (müzakirə) 08:38, 19 fevral 2024 (UTC)
  • X Silinsin: Adamın həyatda qazandığı yeganə "uğur" ailəsinin məhv edib, TV-lərin gündəmi olmaq olub. Məqaləsi niyə olsun? Grenzsoldat 12:10, 19 fevral 2024 (UTC)
    Məqalə işlənməyib demək olarki. nə qədər fakt var ki, qeyd olunmayıb. cinayətkar kimi ensiklopedik əhəmiyyətə malik deyil Atakhanli (müzakirə) 12:56, 19 fevral 2024 (UTC)
    VP:BİRHADİSƏ kriteriyasına əsasən ensiklopedik hesab etmək olar. Ən azından hadisə ilə bağlı məqalə yazıb buradan da ora yönləndirmə vermək uyğundur, amma məqalənin adı nə olacaq, maraqlıdır. @Verman1, siz işləməyi düşünürsünüz? @Solavirum, üçün də maraqlı mövzu ola bilər. Hörmətlə, Gadirmüzakirə 14:32, 19 fevral 2024 (UTC)
    @Grenzsoldat adamın "uğur"u önəmli deyil. Əsas olan hadisənin az qala skandal səviyyəsində ölkədə müzakirə olunmasıdır. Ona qalsa gərək heç bir cinayətkar məqaləsi yaradılmasın və düşünək ki, adamların gördüyü yeganə iş cinayətdir, adam öldürməkdir niyə məqaləsi olsun ki? Müqayisə üçün demirəm sadəcə ona qalsa bu şəxsi ensiklopedik edəcək heç nə olmalı deyil. Yenə də deyirəm bu şəxslə müqayisə etmirəm bu açıq-aşkar seriyalı qatildir və psixoloji problemləri olub. Qurban sayı isə 3-dür. Sözü gedən qatilin isə qurban sayı 5-dir və bir ailənin üzvləridir, ikisi azyaşlı olması şərti ilə. Eyni üsulla qətl etməsini unutmayaq. Birini bıçaq birini balta ilə deyil hamısını eyni üsulla öldürüb. Qeyd etdiyim kimi, ensiklopedik hesab etmək də olar etməmək də. Mənə görə məqalənin qalması ilə AzViki heç nə qazanmır, silinməsi ilə isə heç nə itirmir. Patriot (müzakirə) 15:20, 19 fevral 2024 (UTC)
    Razıyam. Burada məqalələr şəxslərin mövqeylərinə və hərəkətlərinə görə yaradılmır. Burada şəxslərin imici müzakirə edilmir. Ensiklopedikliyə mənbələrə əsasən qərar verilir. Hörmətlə, Gadirmüzakirə 15:33, 19 fevral 2024 (UTC)
    X Silinsin: bir qatil haqqında Vikipediya da niyə məqalə olmalıdır ki? Turan Etibaroğlu 10:56, 20 fevral 2024 (UTC)
məqalə şəxs əvəzinə hadisə haqqında olsa ensiklopedikdir. --► Hörmətlə: SolaVirum 15:16, 19 fevral 2024 (UTC)
Nə olacaq məqalənin adı? Hörmətlə, Gadirmüzakirə 15:35, 19 fevral 2024 (UTC)
Bakıda kütləvi qətl (2024)? --► Hörmətlə: SolaVirum 15:36, 19 fevral 2024 (UTC)
5 ailə üzvünün öldürülməsi (2024)? Patriot (müzakirə) 15:38, 19 fevral 2024 (UTC)
Əhməd Əhmədov qətl hadisəsi? Hörmətlə, Gadirmüzakirə 15:41, 19 fevral 2024 (UTC)
@Gadir əgər sizin variant qəbul olunsa yəqin ki, "Əhməd Ədmədovun törətdiyi qətl hadisəsi" ola bilər. Patriot (müzakirə) 16:50, 19 fevral 2024 (UTC)
Əhmədovlar ailəsinin qətli kimi ensiklopedikdir. — NKO zi 06:15, 20 fevral 2024 (UTC)
@Solavirum, @Nemoralis, fikir verirəm ki, AzVikidə əksər istifadəçilər şəxslərin imici və ya mövzunu bəyənib-bəyənməməsinə (yəni ensiklopedikliyə görə yox, özünün ona münasibətinə görə fikir bildirir. Bu, doğru deyil) Məsələn, əks mövqedə olan bir istifadəçi hökumət ilə əlaqəli şəxslərin məqalələrinə lehinə səs verir (məqaləsinin olmasını istəmədiyi üçün), və də bunun əksi də baş verir. Doğru addım deyil. Axı bura forum da deyil. Bu barədə müvafiq esse və qaydaları tərcümə etmək lazımdır deyə düşünürəm. Hörmətlə, Gadirmüzakirə 13:07, 20 fevral 2024 (UTC)
@Gadir sizinlə tamamilə razıyam. Elə bu müzakirədə iki dəfə vurğulanır ki, bir qatilin məqaləsi niyə olsun ki? Yəni biz məqaləyə və ya hadisəyə hisslərimizlə qərar verməli deyilik, duyğusal davranmamalıyıq. Bəli, uşaq qatilidir amma bura ictimai qınaq yeri deyil. Məsələyə bu nöqteyi nəzərdə yanaşsaq gərək Xocalı hadisələrində iştirak edən bütün erməni hərbçilərinin məqalələrini silək. Patriot (müzakirə) 13:47, 20 fevral 2024 (UTC)
Burada da nümunələrlə qeyd etmək olar. Hörmətlə, Gadirmüzakirə 16:36, 20 fevral 2024 (UTC)

indiki halı ilə məqalə sadəcə sürətli silinməlidir. sonra işlənib hazır olsa, müzakirə etmək olar. mənə görə isə, cinayətkar və hadisə kriteryaların ödəmir. Atakhanli (müzakirə) 23:15, 23 fevral 2024 (UTC)

Hadisə haqqında məqalə yaratmaq mümkündür. Adını isə NKOzi-nin də qeyd etdiyi kimi — "Əhmədovlar ailəsinin qətli" qoymaq olar. Məsələn 2015-ci ildə Ermənistanda bir ailənin 7 üzvünü öldürmüş Valeri Permyakovun özü barəsində yox, amma hadisə haqqında xeyli dildə məqalə var. Rusca Vikipediyada həmin məqalə belə adlanır — "Avetisyan ailəsinin qətli". Hörmətlə.— Nicat49   müzakirə 04:01, 24 fevral 2024 (UTC)

@Nicat49 Bu fikir daha ağlabatandır,razıyam sizinlə. ✡ Redivy ✡ (müzakirə) 00:38, 26 fevral 2024 (UTC)

Yekunlaşdırma: Bu müddət ərzində məqalə üzərində işlənilmədi. Məqalə demək olar ki, boşdur. Bu səbəbdən silirəm. Nə vaxtsa işlənilib bərpaya namizəd göstərilib təkrar müzakirə oluna bilər. Atakhanli (müzakirə) 17:17, 29 fevral 2024 (UTC)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:26, 5 mart 2024 (UTC)

Cavid Paşayev (həkim)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: "Məqalədə qeyd olunan statusların bir çoxunun istinadı yoxdur, həmçinin PR məqsədli olduğunu düşünürəm" --✡ Redivy ✡ (müzakirə) 16:35, 23 fevral 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:26, 5 mart 2024 (UTC)

Qurban Tağıyev

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:25, 5 mart 2024 (UTC)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: "Xüsusi amil kəsb edən müəssisə deyil və ensklopedik dəyərləri yoxdur." --✡ Redivy ✡ (müzakirə) 16:37, 23 fevral 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:24, 5 mart 2024 (UTC)

Şahbaz Şahbazov (həkim)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: "Məlumat azlığı və qeyd olunan məlumatların digərləri ilə qarışıq olmasına görə" --✡ Redivy ✡ (müzakirə) 16:49, 23 fevral 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:24, 5 mart 2024 (UTC)

Hikmət İbrahimli

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • X Silinsin: Özü və fəaliyyəti ikincidərəcli mənbələrin diqqətində olmayıb və mənbələrdə müstəqil məqalə yazmaq üçün yetərli məlumat yoxdur. Elmlər doktoru olmaq şəxsləri bir-başa ensiklopedik etmir, çünki bu xüsusiyyət şəxsin haqqında mənbələrdə məlumat tapılacağına və vp:eə-ni ödəyəcəyinə zəmanət vermir. Sura Shukurlu (müzakirə) 16:58, 19 fevral 2024 (UTC)

X Silinsin: "Məqaləyə müəyyən düzəlişlər amma bu versiyasında silinməsinin tərəfdarıyam lakin "2 monoqrafiyanın, 4 metodik tövsiyənin, 4 dərsliyin və 1 dərs vəsait" cümləsinin istinadları olarsa müzakirə edilə bilər düşünürəm. --✡ Redivy ✡ (müzakirə) 12:52, 20 fevral 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:23, 5 mart 2024 (UTC)

Məmmədəli Meybəliyev

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
X Silinsin: şəxsin ensklopedik bir mahiyyəti yoxdur Turan Etibaroğlu 11:48, 20 fevral 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:23, 5 mart 2024 (UTC)

Allahyar Əmircanov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
X Silinsin: Ensiklopedik şəxs deyil Turan Etibaroğlu 11:49, 20 fevral 2024 (UTC)

 Sürətli silinsin: "Məqalə sadəcə qaralama halındadır." --✡ Redivy ✡ (müzakirə) 16:52, 23 fevral 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:22, 5 mart 2024 (UTC)

Aliq Nağıoğlu

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: "Hazırki vəziyyətində silinməsinin tərəfdarıyam,lakin düzəlişlər olunarsa müzakirə etmək olar." --✡ Redivy ✡ (müzakirə) 12:48, 20 fevral 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:22, 5 mart 2024 (UTC)

Ələsgər Məmmədov (həkim)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: "Məqalədə ensklopedik dəyər yoxdur." --Redivy (müzakirə) 22:16, 4 mart 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:20, 5 mart 2024 (UTC)

Yusif Əliyev (həkim)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: "Mənbəsiz və həmçinin bir çox düzəlişlərə ehtiyac duyulan məqalədir." --Redivy (müzakirə) 22:17, 4 mart 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:20, 5 mart 2024 (UTC)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:18, 5 mart 2024 (UTC)

Rəhilə Orucova

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
✔ Qalsın: silinməsi üçün ciddi arqumentiniz yoxdursa, bəli. Atakhanli (müzakirə) 11:02, 24 fevral 2024 (UTC)

✔ Qalsın: səhifəni bura çıxarmaqda məqsəd nədir? — Tarixi Nadir (müzakirə) 11:49, 24 fevral 2024 (UTC)

Bura nə üçün çıxarılır? ensiklopedikliyini müzakirə etmək üçün. Moses :) 12:30, 24 fevral 2024 (UTC)
  • VP:HƏRBÇİ qaydasının meyarlarına cavab vermir. Əgər Şəhidlər Xiyabanında dəfn olunmuş ilk qadın kimi götürsək, onda gərək Birinci Qarabağ müharibəsində ilk şəhid olan şəxsdə ensiklopedik sayılır. Moses :) 13:35, 24 fevral 2024 (UTC)

Şərh Şərh: Moses siz yazdıqlarınızı mən də bilirəm. Neçə dəfə təkrar deyilib. Şəhid məqalələrinə toxunmuruq. — Tarixi Nadir (müzakirə) 14:10, 24 fevral 2024 (UTC)

 Köçürülsün: En Merker toxunmamaq məsələsi sonlandırılmalıdır artıq. Bu haqda KM-da da müzakirə başlatmışam artıq. Köçürülsün ayrıca məqaləyə. Moses :) 14:26, 24 fevral 2024 (UTC)
  • ✔ Qalsın: VP:Eə-ni ödəyir: birbaşa şəxsin özü ikincidərəcli etibarlı mənbələrin mövzusu olub və mənbələrdə haqqında yetərli məlumat var. Məqalənin özündə də mənbələr var, Google-da axtarış zamanı da tapmaq olur. Burada şəxsin kim olduğunu və ya fəaliyyətini qiymətləndirmirik, fakt mənbələrin diqqətində olmuş mövzudur və meyarları ödəyir. — Sura Shukurlu (müzakirə) 16:32, 24 fevral 2024 (UTC)

✔ Qalsın: Olan mənbələr və şərtlərə əsasən. ✡ Redivy ✡ (müzakirə) 21:17, 24 fevral 2024 (UTC)

✔ Qalsın: Adının məktəbə verilməsi bəs edir məncə. Nemoralis (müzakirə) 14:25, 25 fevral 2024 (UTC)

Yekunlaşdırma: Saxlanılmasına qərar verildi. Atakhanli (müzakirə) 17:09, 29 fevral 2024 (UTC)

MKT İstehsalat Kommersiya

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: Yalnız bir ildə ilk yer tutması ensiklopedik etmir və kommersiya məqsədi ilə özəl şirkətdir.✡ Redivy ✡ (müzakirə) 16:50, 25 fevral 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:14, 5 mart 2024 (UTC)

Ceyran Axundova

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • X Silinsin: Əslində sürətli silinməyə də uyğundur. Yəni şəhid anasının niyə məqaləsi olsun? və ya Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsdə məsləhətçisinin niyə məqaləsi olsun? Ya da "Tərəqqi" medalı alan 5000-ə yaxın insandan birinin niyə məqaləsi olsun? Grenzsoldat 13:58, 26 fevral 2024 (UTC)

X Silinsin: "Məqalədə ensklopedik dəyərə malik nüans yoxdur eyni ilədə şəxs ensklopedik deyil." ✡ Redivy ✡ (müzakirə) 14:01, 26 fevral 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 19:12, 5 mart 2024 (UTC)

NATO ölkələri

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

@Firuza, müzakirəyə ehtiyac olmadığını düşünürəm. Məzmunsuzdur, sadəcə ölkələrin adları qeyd edilib. Tarixçədə əhəmiyyətli məlumat görünmür, amma başlıq səbəbilə silinməsi yerinə yönləndirmə verilərək birləşdirilməsi məqsədəuyğun və axtarış üçün əlçatan olar. Uyğun bilirsinizsə, edin. Hörmətlə, Gadirmüzakirə 17:45, 26 fevral 2024 (UTC)
məncə də, məzmun silinib yönləndirmə ilə saxlanılması daha uyğun olar. Atakhanli (müzakirə) 17:46, 26 fevral 2024 (UTC)
Bu arada, siyahı tipli olan məqalədə "siyahı" sözünün olmaması maraqlıdır. Hörmətlə, Gadirmüzakirə 17:52, 26 fevral 2024 (UTC)

Energetik sürtkü yağları

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Məqalədəki problemlər nəzərə alınmaqla silinməsinə qərar verildi. Atakhanli (müzakirə) 18:42, 5 mart 2024 (UTC)

Şeyx Əbülfət Şəbüstəri

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Məqalədəki problemlər nəzərə alınmaqla silinməsinə qərar verildi. Atakhanli (müzakirə) 18:39, 5 mart 2024 (UTC)

Neft kəşfiyyatçıları (film, 1950)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
sürətli silinə bilər. Atakhanli (müzakirə) 10:25, 29 fevral 2024 (UTC)
@Araz Yaquboglu, mən başa düşürəm bu filmlərin əksəriyyəti qeyri-ensiklopedikdir. Amma məncə onları silməkdənsə müəyyən siyahılara köçürmək daha gözəl olar. Məsələn 1950-ci il Azərbaycan filmləri adlı bir siyahıda təfərrüatlı bir cədvələ köçürə bilərik bu məlumatları. Mən əksər qeyri-ensiklopedik qəzetləri SNS etməmişdən əvvəl Azərbaycan qəzetlərinin siyahısına köçürdüyüm kimi. Nəinki bu filmi əksər qeyri-ensiklopedik sənədli və qısametrajlı bədii filmləri bu cür edə bilərik məncə. Hətta bu barədə KM-də konensus əldə edib kütləvi şəkildə də edə bilərik. samral müzakirə 19:42, 2 mart 2024 (UTC)
bunlar hamısı bir neçə siyahıda var. Atakhanli (müzakirə) 18:58, 5 mart 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Atakhanli (müzakirə) 18:59, 5 mart 2024 (UTC)

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

X Silinsin: "Qaralama halında olan və Azərbaycan dilinə uyğunlaşamayan məqalədir." Redivy (müzakirə) 22:09, 4 mart 2024 (UTC)


Azərbaycan dilində olmadığı üçün sürətli silirəm. --► Hörmətlə: SolaVirum 10:14, 5 mart 2024 (UTC)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • Sadəcə mövcud olduğu üçün yaradılan kitab. VP:KİTAB kriteriyasına cavab vermir. Nemoralis (müzakirə) 20:53, 9 fevral 2024 (UTC)
  • X Silinsin: VP:KİTAB qaydasını heç bir kriteriyasını ödəmir. Moses :) 20:57, 9 fevral 2024 (UTC)
  • ✔ Qalsın: İlk olaraq qeyd etmək istəyirəm ki, sadəcə mövcud olduğu üçün yaradılan onlarla kitab, jurnal, qəzet səhifəsi var. Odur ki, bunu əsas göstərərək səhifənin silinməsini doğru hesab etmirəm. Onu da əlavə edim ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında Cənab Prezidentin də qeyd etdiyi kimi "Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır." Bu kitabda da Naxçıvanın Azərbaycan dövlətinin tarixindəki rolu ətraflı şəkildə araşdırılmışdır. Naxçıvanın 100 illiyinin tamam olduğu bu ildə Azərbaycanın dövlətçilik tarixində Naxçıvanın rolunun və yerinin araşdırıldığı bu kitabın vikipediyada yerləşdirilməsini məqsədə uyğun hesab edirəm. — Sedef94 (müzakirə) 07:13, 12 fevral 2024 (UTC)
    Dedikləriniz heç bir qaydaya uyğun gəlmir. Sadəcə mövcud olduğu üçün yaradılan səhifələrin mövcud olması bu məqalənin də mövcud olması üçün bəhanə ola bilməz. "Naxçıvanın tarixdə zəngin yer tutması" da kitabı əhəmiyyətli etmir. Burda kitabdan danışılır, Naxçıvandan yox. Nemoralis (müzakirə) 12:59, 12 fevral 2024 (UTC)
  • ✔ Qalsın: Kitab yeninəşr olunsa da (2018)VP:KİTAB qaydalarının şərtlərinə uyğundur. Belə ki, ümumiləşdirilmiş əsərdir və ona artıq xeyli istinadalara rast gəlmək mümkündür. — Tarixi Nadir (müzakirə) 10:35, 12 fevral 2024 (UTC)
    Hansı bəndə uyğundur? Nemoralis (müzakirə) 12:59, 12 fevral 2024 (UTC)

X Silinsin:Bir çox müəllif vəsaiti ilə nəşr edilən kitab ISBN koduna malik, milli kitabxanalar tərəfindən kataloqlaşdırılmış və Google Kitablar axtarış sisteminə daxil olmuş ola bilər, amma bunların heç biri onu əhəmiyyətli hesab etməyə kifayət deyil.✡ Redivy ✡ (müzakirə) 13:39, 13 fevral 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi.— Şiroi Akuma 15:31, 7 mart 2024 (UTC)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərkibində struktura daxil olan Nazirliyin tabeliyində olan "publik hüquqlu" müəssisədir. Fikrimcə "ƏƏSMN məqaləsi daxilində müəyyən məlumat verilərək əlavə edilməsi və ayrıca məqalə olaraq silinməsi lazımdır.

-Üzvlərin fikirləri,fikirlərimdə mənim üçün vacibdir. ✡ Redivy ✡ (müzakirə) 14:20, 13 fevral 2024 (UTC)

Bəy yəqin ki, görmüsüz. Lütfən fikrinizi bildirə bilərsiniz? Ümumiyyətlə belə publik hüquqi şəxslər çoxdur. əksəriyyəti sadəcə məqsədimiz, missiyamız kimi cümlələr olur. @Dr.Wiki54. sizin də fikirləriniz maraqlıdır. @Samral. məqalə müəllifi kimi sizi də etiketləyirəm. @Shafa Movsumov Atakhanli (müzakirə) 23:24, 17 fevral 2024 (UTC)
@Atakhanli, təşəkkür edirəm. @Redivy, sizinlə tamamilə razıyam. Nazirliyin məqaləsinə köçürülüb, mümükün olsa tarixçələri də birləşdirilə bilər. Bu məqaləni də tamam silmərik, olar istiqamətlənmə səhifəsi. samral müzakirə 02:11, 18 fevral 2024 (UTC)
@Samral Eynən. ✡ Redivy ✡ (müzakirə) 17:52, 18 fevral 2024 (UTC)
Salamlar. Düşünürəm ki ya məqalənin adının əvvəlinə ƏƏSMN" qeydini edib saxlayaq, ya da ki müvafiq Nazirliyin səhifəsindin daxilində verək. Bu da saytıdır : https://obs.gov.az/ Shafa Movsumov (müzakirə) 08:41, 21 fevral 2024 (UTC)

Şərh Şərh: mübahisəli məsələdir — Tarixi Nadir (müzakirə) 11:57, 19 fevral 2024 (UTC)

  • X Silinsin: Nazirliyə tabe olan qurumdur. Ayrıca məqaləyə ehtiyac yoxdur. Ümumiyyətlə ƏƏSMN tabe olan qurumlar və onların rəhbərləri haqda xeyli sayda q/e məqalələr var. Grenzsoldat 14:38, 21 fevral 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Press-relizdən kopyalanıb. Nemoralis (müzakirə) 21:37, 9 mart 2024 (UTC)

Saleh Bağırov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • Tərəfli istifadəçi tərəfindən qoyulsa da məqalədə əhəmiyyət şablonu var idi. Mən şəxsin esiklopedik olduğunu düşünürəm.(hərdən elə məqalələr silinir ki,) Şablonu kənarlaşdırmamışdan qabaq fikirlərinizi öyrənmək istədim. (Qeyd: şəxsin ensiklopedikliyi qənaətinə gəlsəz, məqalənin tərzini normaya salacam.) — Bikar müzakirə 17:00, 14 fevral 2024 (UTC)
✔ Qalsın: Saleh Bağırov ölkənin tanınmış televiziya xadimlərindən biridi. Ölkənin ən yaxşı lahiyələrində aparıcı yaxudda lahiyə rəhbəri olub. Turan Etibaroğlu 11:45, 20 fevral 2024 (UTC)

Şərh Şərh: "Məqaləyə əsaslı düzəlişlər olunarsa ,məqalədə teleaparıcı olaraq apardığı verlişlər və o verlişlərin statusları ilə bağlı və s. detallar qeyd olunarsa yenidən müzakirə edilə bilər amma hal-hazırki vəziyyətdə. X Silinsin:✡ Redivy ✡ (müzakirə) 23:31, 15 fevral 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 21:36, 9 mart 2024 (UTC)

Kür çayının ekoloji vəziyyəti

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

 Köçürülsün: Məqaləyə müəyyən hissələrinə düzəliş edilərək köçürülsün - Kür məqaləsinə. ✡ Redivy ✡ (müzakirə) 20:26, 16 fevral 2024 (UTC)

Yekunlaşdırma: Köçürülməsinə qərar verildi.— Şiroi Akuma 15:35, 7 mart 2024 (UTC)

Kələk (qayıq)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 21:36, 9 mart 2024 (UTC)

İlisu məhəllələri

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

 Köçürülsün: Araz Yaquboglu Fikirləri ilə həmfikir olaraq üzərində adiyyatı düzəlişlər olunaraq İlisu məqaləsinə köçürülsün.✡ Redivy ✡ (müzakirə) 20:53, 16 fevral 2024 (UTC)

@Namikilisu bəlkə siz edəsiz. Araz Yaquboglu (müzakirə) 05:30, 17 fevral 2024 (UTC)
Hə, məqalədə var məhəllələr bölməsi. Əlavə edərəm. namikilisu 11:39, 17 fevral 2024 (UTC)

Şərh Şərh: məqalə üzərində işləmək lazımdır — Tarixi Nadir (müzakirə) 11:53, 19 fevral 2024 (UTC)

 Köçürülsün: Silmek əvəzinə məqalə üzərində işləmək lazımdı və İlisu məqaləsinə əvəz etmək olar Turan Etibaroğlu 13:21, 20 fevral 2024 (UTC)

Yekunlaşdırma: Yönləndirmə verildi. Məzmun birləşdirilib. Nemoralis (müzakirə) 21:33, 9 mart 2024 (UTC)

Xasiyyət Rüstəmova

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
Amma haqqında da az mənbə yoxdur. Kifayət qədər mənbə tapmaq olur. Patriot (müzakirə) 11:13, 16 fevral 2024 (UTC)

✔ Qalsın: Özbəkistanda tanınmış şairidir. Bir neçə dildə məqaləsinin olması onun şərtləri tam ödədiyini göstərir. Əgər müraciət etsək Özbəkistan vikipediyaçıları da şəxsin əhəmiyyətli biri olduğunu təsdiqlə bilər. Haqqında elektron resurslarda geniş məlumat bazası var. Elə bu ayın əvvəlində Bakıda səfərdə idi. Yazıçılar birliyində, Pedaqoji Universitetdə tələbələr və ictimaiyyət qarşısında çıxışları və görüşləri oldu. Azərbaycanın böyük dostu olan şəxslərdəndir. VEƏŞ tələbinin Əsas şərti olan şair və ictimai xadim kimi fəaliyyətinə Azərbaycan və Özbəkistan mətbuatında geniş yer verilib. — Tarixi Nadir (müzakirə) 11:47, 19 fevral 2024 (UTC)

✔ Qalsın: Azərbaycanda bəlkə də kifayət qədər tanınmır, amma mətnə əsasən, təqdim olunan bu qədər mənbə sayına əsasən, bu qədər dil bölməsində yarıdlmış məqalələrə əsasən kifayət qədər ensiklopedikdir. Məqalə də kifayət qədər keyfiyyətli yazılıbdır. Zohrab javad (müzakirə) 15:06, 20 fevral 2024 (UTC)
✔ Qalsın: Özbəkistanda tanınmış şairəsidir. Bir neçə kitabı bizim dildə tərcümə olunub. Haqqında geniş mənbələr var. Azərbaycanın dostudur. İstinadlari yetərincə var Turan Etibaroğlu 13:13, 20 fevral 2024 (UTC)

Yekunlaşdırma: Saxlanılmasına qərar verildi. Nemoralis (müzakirə) 21:25, 9 mart 2024 (UTC)

Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • X Silinsin: Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi DOST agentliyinin daxilindədir, hansı ki, DOST agentliyi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki qurumdur. Ensiklopedik fəaliyyətə malik deyil. Ekosistemə verdiyi töhfələr və startaplar və s. barədə etibarlı və ikinci dərəcəli mənbələrdə məlumat əks olunarsa bu, qurumun əhəmiyyətini artıra bilər. İndiki halda isə reklam cümlələrindən və maraqdan başqa bir şey görmədim. Sura Shukurlu (müzakirə) 14:27, 16 fevral 2024 (UTC)
suranın arqumenti ilə razıyam. indiki halda qalması üçün ciddi səbəb yoxdur. məqalə silinib DOST məqaləsində ayrıca başlıqda qısa məlumat verilməsi daha məqsədəuyğundur Atakhanli (müzakirə) 12:58, 19 fevral 2024 (UTC)
Salam. Məqalədə yeniliklər yerləşdiriləcək. Silinməməsi üçün məqalədə düzəlişlər yerləşdirilir. DOST Agentliyi ilə eyni qurum deyil. Ayrı fəaliyyət göstərən qurumdur. Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi (müzakirə) 10:52, 21 fevral 2024 (UTC)
@Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi Eyni fəaliyyət nəzərdə tutulmur agentliyin departamentidir yəni nəznində. ✡ Redivy ✡ (müzakirə) 11:17, 21 fevral 2024 (UTC)
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi departament deyil. Müstəqil fəaliyyət göstərən qurumdur. Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi (müzakirə) 11:18, 21 fevral 2024 (UTC)
@Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi Necə ayrıca qurumdur ki,öz saytı belə ayrıca deyil dost agentliyinin tərkibindədir. Bundan əlavə sayt açmaq çox asandır həmçinin məlumat löhvəsində belə alt qurum kimi qeyd olunub. ✡ Redivy ✡ (müzakirə) 11:49, 21 fevral 2024 (UTC)
Sayt hazırda prosesdədir. 1-2 həftəyə istifadəyə veriləcək. Alt qurum olan bölmə daha əvvəl edit olunaraq çıxarılmışdı. Yəqin ki, səhvlik olub. Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi (müzakirə) 11:51, 21 fevral 2024 (UTC)
@Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi [[1]] özünüzdə baxa bilərsiniz. ✡ Redivy ✡ (müzakirə) 11:53, 21 fevral 2024 (UTC)
Bundan məlumatlıyıq. Qeyd etdiyim kimi, qısa zamanda saytımız fəaliyyət göstərəcək. Siz məqalənin təkmilləşdirilməsi üçün dəstək göstərə bilərsinizmi? Təkliflərinizi qısa zamanda dəyərləndirək və müvafiq düzəlişlər edək. Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi (müzakirə) 11:56, 21 fevral 2024 (UTC)
@Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi Məqalədə qeyd olunan departament alt qurum olaraq gedir bu səbəbdən təklifim ümumi status barəsində mediada geniş çıxışlar,kütlə tərəfindən maraq dairəsi çərçivəsində tədbir və yığıncaqlar həmçinin alt qurum olaraq uğur və təltiflərin habelə əməkdaşlıqların irəli çəkilərək mediada işıqlandırılmasını tövsiyyə edə bilərəm.
Misal: Bakı Şəhər Baş Polis İdarəsi ✡ Redivy ✡ (müzakirə) 12:48, 21 fevral 2024 (UTC)
Təşəkkür edirik. Az əvvəl beynəlxalq mükafatlar əlavə olundu. Sayt istifadəyə verilən kimi sayt da yerləşdiriləcək. YouTube kanalından da müvafiq keçidlər yerləşdirərik. Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi (müzakirə) 12:50, 21 fevral 2024 (UTC)
@Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi Bu axarla gedərsə məqalə silinəcək,silindikdən sonra bərpa bölməsində inzibatçılardan xahiş edin qaralama fəzasına köçürsünlər siz bütün əlavələri etdikdən sonra səsverməyə çıxarın. ✡ Redivy ✡ (müzakirə) 13:24, 21 fevral 2024 (UTC)
Silinməsinə səbəb nədir? Düzəlişlər edilir. Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi (müzakirə) 13:26, 21 fevral 2024 (UTC)
@Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi Hal-hazırda səsvermə gedir mən silinəcək demədim bu axarla gedərsə yəni əlavə səsverən olmasa əks fikirlər barəsində silinəcək və silinmə sorğusu təsdiq olarsa olunan düzəlişlərin üzərində işləmək üçün dediyim qaydada müraciət etməlisiniz. ✡ Redivy ✡ (müzakirə) 13:29, 21 fevral 2024 (UTC)
Aydındır. Qeydləri nəzərə alarlar yəqin ki. Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi (müzakirə) 13:31, 21 fevral 2024 (UTC)
@Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi Eynən. ✡ Redivy ✡ (müzakirə) 13:32, 21 fevral 2024 (UTC)

 Köçürülsün: DOST Agentliyi məqaləsi daxilində altbaşlıq kimi əlavə edilərək.X Silinsin: Əgər irəlidə müəyyən töhfə və yeniliklər olarsa yenidən məqaləyə göz gəzdirmək olar.✡ Redivy ✡ (müzakirə) 20:36, 16 fevral 2024 (UTC)

X Silinsin: VP:EƏŞT qaydasına əsasən qeyri-ensiklopedikdir. samral müzakirə 22:37, 16 fevral 2024 (UTC)

 Köçürülsün:Tarixi Nadir (müzakirə) 11:42, 19 fevral 2024 (UTC)


Yekunlaşdırma: DOST Agentliyi səhifəsinə yönləndirildi. Nemoralis (müzakirə) 21:20, 9 mart 2024 (UTC)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
Fikrimcə qalmalıdır, çünki əsərlər üçün də məqalə ola bilər. Zohrab javad (müzakirə) 14:29, 18 fevral 2024 (UTC)

 Köçürülsün: müəyyən düzəlişlər edilərək Məhəmməd Əmin Rəsulzadə məqaləsinə köçürüldükdən sonraX Silinsin: ✡ Redivy ✡ (müzakirə) 21:54, 16 fevral 2024 (UTC)

  • X Silinsin: Köçürülməsinə heç ehtiyac yoxdur. Bu tipdə onlarla ədəbiyyatlar var. Grenzsoldat 16:02, 18 fevral 2024 (UTC)
    ✔ Qalsın: Vikipediyada onlarla kitab haqqında məqalələr var. Bu kitab Milli Öndər Məmməd Əmin Rəsulzadəyə həsr olunmuş kitabdır Turan Etibaroğlu 13:17, 20 fevral 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 21:17, 9 mart 2024 (UTC)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • X Silinsin: Məqalə tamamilə rəsmi press-relizdən copy edilib. Məqalə ya bütöv olaraq silinsin, ya da məzmunu Heydər Əliyev Fondununun gördüyü işlər hissəsinə əlavə edilsin. Fondun hər bir layihəsi haqqında ayrı-ayrı məqalələrə ehtiyac yoxdur. Grenzsoldat 10:24, 19 fevral 2024 (UTC)
  • ✔ Qalsın: Məqalə Vikipediya uyğun dərc olunub, 2 ədəd fərqli rəsmi mənbələrdən istinadlar mövcuddur, dövlət əhəmiyyətli obyektdir IbrahimovElchin 10:24, 19 fevral 2024 (UTC)

X Silinsin:Heydər Əliyev Fondu Məqalə fondun məqaləsində müvafiq hissəyə lazımi qədər əlavə edilərək silinməlidir.✡ Redivy ✡ (müzakirə) 12:16, 19 fevral 2024 (UTC)


Yekunlaşdırma: Copy+paste olduğu üçün silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 21:14, 9 mart 2024 (UTC)

Aleksis Şahtaxtinski

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • Qeyri-ensiklopedik şəxs. Eminn (müzakirə) 09:56, 20 fevral 2024 (UTC)
  • X Silinsin: Ensiklopedik şəxs deyil Turan Etibaroğlu 11:50, 20 fevral 2024 (UTC)
  • ✔ Qalsın: "Müəyyən istinadlar əlavə etdim və şəxs qlobal arenada birçox yadda qalan çıxışlar edib həmçinin yetəri qədər mənbə var."✡ Redivy ✡ (müzakirə) 15:28, 20 fevral 2024 (UTC)
  • X Silinsin: Dostlar deməli söhbətə indi uzaqdan girəcəm. Burada çoxu gəncdir və bir çoxu əminəm heç şəxsi tanımır. Əvvəlcə qısaca bir məqamı deyim şəxsin tutduğu vəzifə onu qətiyyən əhəmiyyətli eləmir və məqaləsinin olması üçün bəs deyil. O, ATƏT-in Azərbaycan ofisində layihə əlaqələndiricisi olub. Bu da o qurumda olan yüzlərlə vəzifədən biridir. Bu şəxs 2014-2015-ci illərdə qərb təsisatları və Azərbaycan arasında əlaqələrin pisləşməsi zamanı istifadə olunan alət olub. Həmin şəxs öz xidməti otağında prezidentin fotosunu asdığına görə işdən çıxarılmışdı. Əvvəlcədən də bir məqalə qeyd edim. Bu şəxs Fransa vətəndaşıdır və Fransa Xarici İşlər Nazirliyində çalışır və Fransa qarşısında öhdəliyi var. Onun Azərbaycanda bir dönəm çalışmasının Azərbaycan diplomatiyası ilə heç bir əlaqəsi yoxdur. Baxın bu hadisəni də Azərbaycan rejimi propaqanda aləti olaraq istifadə etdi və onu məhşurlaşdırdı bir növ. Prezident belə qəbul elədi. Bütün bu məqamlar onu əhəmiyyətli edə bilər ya yox özünüz qərar verin. Amma diplomat olaraq məqaləsinin qalması absurddur. XİN-də aşağı vəzifələrdə çalışıb, ATƏT ofislərində isə əlaqələndirici olub. Yəni belə. Məsələyə uzaqdan girdim. Bilməyənlər ola bilər. Grenzsoldat 19:00, 20 fevral 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 21:13, 9 mart 2024 (UTC)

Ziyad Əmrahov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • ✔ Qalsın: Şəxsin alimlik dərəcəsi,kitabları və sanballı elmi-tədqiqatları vardır. Axtarışlarda əsərləri də çıxır. İnanmaq istəyirəm ki, qalmasına səs verərsiniz )) Shafa Movsumov

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 21:12, 9 mart 2024 (UTC)

Güntəkin Nəcəfli

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Namizədlik müddətində qeyd olunan problemlər aradan qaldırılmadığı üçün silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 21:09, 9 mart 2024 (UTC)

Açıq dərs

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Copy-paste olduğu üçün silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 21:05, 9 mart 2024 (UTC)

Fəxrəddin Vəliyev

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: "Müəyyən düzəlişlər etdim lakin ginnes rekordlar kitabının rəsmi saytından tapa bilmədim,orda olsa yenidən müzakirə etmək olar.." --✡ Redivy ✡ (müzakirə) 12:45, 21 fevral 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 21:03, 9 mart 2024 (UTC)

Aysu Murtuzayeva

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • Şərh Şərh: Həmin saytda U17 oyunçular siyahısında, "Mehriban Şahməmmədova" Mingəçevir qız klubunun adında gedir, lakin uzun müddətdir ki, o futbolçu "Neftçi"də çıxış edir. Yəni oyunçularla bağlı məlumatlar uzun müddətdir yenilənmir. Buna nümunə, liqada səhv yadımda deyilsə 38 qol vuran Nahidə üçün də demək olar. Futbolçular siyahısında o "Marxal" klubunun oyunçusu kimi göstərilir. [1]Lakin diqqətlə baxsaq, liqada "Baku Juniyors" klubu adı ilə vurub 38 qolu. Yəni liqa göstəricisində tam fərqli klubda qeyd edilib. Klubun öz instagram adresində ehiyatda olan oyunçu olaraq Aysu da göstərilir.[2] Neftçi isə, Yüksək Qızlar Liqasında çıxış edir [3] Asif Məmmədov (Müzakirə) 15:03, 22 fevral 2024 (UTC)
    @Asif Məmmədov O problemi AFFA-da olanlar düşünsünlər mən onlara sadəcə bunu deyə bilərəm. Hər iki halda bizim millinin qızlardan ibarət komanda üzvləri və komanda bir o qədər uğur əldə etməyib ,həmçnin klublar daxilində oynayan xanımlar. ✡ Redivy ✡ (müzakirə) 11:17, 22 fevral 2024 (UTC)
    • @✡ Redivy ✡ Bəy, Azərbaycan futbolunun vəziyyətini onsuz biz bilirik. Buna görə Azərbaycandan Dünya Kuboku qazanmasını heç kim gözləmir. Lakin qrup mərhələsindən çıxmaq, hansısa ölkəni rəsmi turnirdə məğlub etməyin özü belə böyük nailiyyətdir. Düşünürəm, kubok sayına və ya başqa şeyə görə bir futbolçuya, kluba qeyri-peşəkar demək düz deyil. Əsas rəsmi oyunda çıxış edib-etməməsidir. Asif Məmmədov (Müzakirə) 16:43, 22 fevral 2024 (UTC)
      @Asif Məmmədov Komanda qazanıb lakin bütün üzvlərini ensklopedik edəcək komanda uğurlarına malik deyil. ✡ Redivy ✡ (müzakirə) 12:47, 22 fevral 2024 (UTC)

İstinadlar


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 21:02, 9 mart 2024 (UTC)

Çoxkeçidli çap (İnformatika)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
Həmçinin bax
Bu məqalələrin də ensiklopedik olmadığını və kopi-past olduğunu düşünürəm. — Araz Yaquboglu (müzakirə) 06:03, 22 fevral 2024 (UTC)
Çoxprosessorlu emal (informatika)-ın intervikisini biləşdirdim, adını dəyişmək lazım gələ bilər. — Bikar müzakirə 10:48, 24 fevral 2024 (UTC)

Yekunlaşdırma: Copy-paste məqalələr olduqları üçün silinmələrinə qərar verildi. Nemoralis (müzakirə) 21:01, 9 mart 2024 (UTC)

Xəlfəli (Qobustan)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə kimi rayonun İH-nin saytı göstərilir. Başqa mənbə verilmir. Kəndin mövcudluğu İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATInda göstərilmir. Fikrimcə kənd varsa da, məlumat ensiklopedik deyil. — Zohrab javad (müzakirə) 09:33, 22 fevral 2024 (UTC)


Yekunlaşdırma: Saxlanılmasına qərar verildi. Nemoralis (müzakirə) 11:34, 9 mart 2024 (UTC)

Təranə Seyid

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
Məqalənin mətnində redaktələr olunaraq bəzi "tərif" sözləri silmək mümkündür. Şəxs dünyanın bir çox ölkəsində ölkəmizi layiqincə təmsil edir, nüfuzlu sərgilərə qoşulur. Haqqında azərtac, report kimi saytlardan istan qeyd olunub. Niyə ensiklopedik hesab olunmasın? Kamran Bakhram (müzakirə) 21:12, 23 fevral 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 11:34, 9 mart 2024 (UTC)

Analitik kimyanın inkişaf tarixi

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 11:32, 9 mart 2024 (UTC)

Aqroekoloji rayonlaşma

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 11:31, 9 mart 2024 (UTC)

Artırılmış yaddaş spesifikasiyası

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 11:31, 9 mart 2024 (UTC)

Atomların biogen miqrasiyası qanunu

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
@Araz Yaquboglu dil keçidi əlavə etdim, amma mövzunun ensiklopedik olub-olmamasından əmin deyiləm. Firuza (müzakirə) 07:21, 25 fevral 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 11:31, 9 mart 2024 (UTC)

Xasaqa

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 11:30, 9 mart 2024 (UTC)

Azərbaycan klubları "Birlik kuboku"nda

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 11:25, 9 mart 2024 (UTC)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • Mətndəki bu tip (Alban tarixi, III kitab, 21-ci fəsil) qeydlərdən aydın olur ki, mətn kopi-pastdır. Amma məqalə üzərində işlənilsə, mətndən bəzi hissələr silinsə saxlamaq olar. Çünki əslində mövzu ensiklopedikdir. Araz Yaquboglu (müzakirə) 13:03, 27 fevral 2024 (UTC)
 Sürətli silinsin: --► Hörmətlə: SolaVirum 15:33, 27 fevral 2024 (UTC)
 Sürətli silinsin: VP:MİLLİ. Hörmətlə, Gadirmüzakirə 16:00, 29 fevral 2024 (UTC)
@Gadir bu adda məqalə nə üçün qeyri ensiklopedik olmalıdır? Məgər ərazi iddialarını təsdiq edən kifayət qədər mənbə yoxdur? Patriot (müzakirə) 16:24, 29 fevral 2024 (UTC)
Belə çıxır ölkələr bir-birilərinə qarşı iddialar irəli sürürsə hamısı ayrıca mövzu olmalıdır? Düzgün deyil. Ayrıca məqaləsi olacaq qədər ensiklopedik mövzu deyil. Müvafiq məqalələr daxilində qısa məlumat vermək kifayətdir. Məsələn, elə Azərbaycan–Ermənistan münasibətləri məqaləsində qeyd etmək olar. Hörmətlə, Gadirmüzakirə 16:29, 29 fevral 2024 (UTC)
Hörmətli Gadir, ayrıca məqaləsi olacaq qədər ensiklopedikdir. Bu kimi hallar hər zaman ensiklopedikdir olmalıdır. Məsələn Soviet territorial claims against Turkey kimi. Azərbaycan-Ermənistan münasibətləri tamamilə ayrıca məqalə olmalıdır, bu ayrı. Bu bir iddiadır və onu əks etdirən məqalə olmalıdır. Belə baxıram ki, bir azdan Azərbaycan-Ermənistan münasibətlərini də VP:MİLLİ kriteriyası ilə səsverməyə çıxaracağıq. Mən hələ də anlaya bilmirəm uzun illərə dayanan ərazi iddiası üçün yazılacaq məqalə necə qeyri ensiklopedik ola bilər. — Patriot (müzakirə) 16:43, 29 fevral 2024 (UTC)
✔ Qalsın: Doğru şəkildə mənbələrlə birlikdə işlənəcəksə. Hörmətlə, Gadirmüzakirə 16:46, 29 fevral 2024 (UTC)

Yekunlaşdırma: Saxlanılmasına qərar verildi. Məzmun işlənilib. Nemoralis (müzakirə) 11:24, 9 mart 2024 (UTC)

Ümumdünya Boks Seriyası 2016

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Şərh Şərh: Dil keçidi və bəzi əlavələr etdim.✡ Redivy ✡ (müzakirə) 22:58, 28 fevral 2024 (UTC)

@Araz Yaquboglu Saxlanılarsa üzərində işləyə bilərəm düşünürəm çünki həmən ili çox səs-küyə və marağa səbəb olan yarış idi həmçinin o ili bizim olimpiya komitəsində ilk rüşvət işi ilə bağlı bu komandada yoxlanış kimi fikirlər ediləcək vardı. ✡ Redivy ✡ (müzakirə) 22:59, 28 fevral 2024 (UTC)
İşləyin, saxlanılsın. Bir problem görmürəm bu barədə. Araz Yaquboglu (müzakirə) 05:01, 29 fevral 2024 (UTC)
@Araz Yaquboglu Təşəkkürlər. Redivy (müzakirə) 14:37, 1 mart 2024 (UTC)

Yekunlaşdırma: Saxlanılmasına qərar verildi. Məzmun işlənili(r)b Nemoralis (müzakirə) 11:22, 9 mart 2024 (UTC)

Şimali Afrika ölkələrində islam

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
İntervikisi olan bu məqalə ilə uyğunlaşdırıb saxlamaq olar. Atakhanli (müzakirə) 15:35, 28 fevral 2024 (UTC)
Bəli, bu məqalə ilə uyğun gələ bilər. Araz Yaquboglu (müzakirə) 17:14, 28 fevral 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 11:22, 9 mart 2024 (UTC)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 11:21, 9 mart 2024 (UTC)

Molekulyar dinamika

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • Adı molekulyar dinamika olsa da məqalə Femtokimya haqqındadı, hər iki mövzunun intervikisi mövcuddur lakin məqalədəki ¬ simvolları da copy-paste olduğunu bildirir. Neytrallığın pozulması müşahidə olunur. Hazırki vəziyyətdə silinməsini təklif edirəm və ya məzmunu normallaşdırıb qaralama formasına salmaq olar. — Bikar müzakirə 21:39, 28 fevral 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 11:21, 9 mart 2024 (UTC)

Futzal üzrə Avropa Çempionatı məqalələri

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  1. Futzal üzrə Avropa Çempionatı 1996
  2. Futzal üzrə Avropa Çempionatı 1999
  3. Futzal üzrə Avropa Çempionatı 2001
  4. Futzal üzrə Avropa Çempionatı 2003
  5. Futzal üzrə Avropa Çempionatı 2005
  6. Futzal üzrə Avropa Çempionatı 2007
  7. Futzal üzrə Avropa Çempionatı 2010
  • X Silinsin: Aşağıda qeyd etdiyim məqalələrin məzmunu tamamilə boşdur. Məqalələrin çoxu eyni gündə - 23 yanvar 2010-cu ildə bir neçə dəqiqə intervalla yaradılıb. Çox güman süni olaraq məqalə artırmaq məqsədilə olub. Məzmun tamamilə boşdur. Nə zamansa işlənsə normal məqalələr. Əslində boş vaxtım olsa işləyərdim. Amma hazırda məzmun boşdur və qalması üçün əsas yoxdur. Grenzsoldat 15:06, 29 fevral 2024 (UTC)
    @Grenzsoldat Fikirlər ilə razıyam işlənilsə saxlamaq olar lakin hal-hazırda X Silinsin: ✡ Redivy ✡ (müzakirə) 15:28, 29 fevral 2024 (UTC)
  • Şərh Şərh: SNS-də yenə çox maraqlı situasiya yaranıb. Heç kəs ensiklopedik məqalələrə əl gəzdirmək, onları təkmilləşdirmək, zənginləşdirmək istəmir. Əksinə ən sadə yola əl atırıq. Silinsin deyib üzərindən keçirik. Köhnə istifadəçilər dediyimi xatırlayar. Çox əvvəllər bəzən ensiklopedik məqalələr SNS-ə çıxırdı amma bir də görürdün ki, 2-3 istifadəçi başlayırdı məqaləni zənginləşdirməyə ki, qalsın. Çünki məqalə sayımız az idi. Dərinlik yaradırdıq. İndi baxırıq ki, boşdu, silək getsin veriyasına keçmişik. — Patriot (müzakirə) 17:09, 29 fevral 2024 (UTC)
    onu indi də edən olur. sadəcə boş məqaləni də sadəcə adı olsun deyə saxlamaq düzgün deyil. şəxs məqaləsi olsa qismən hə, çünki şablon vikidatadan idxal olunur deyə içində informativ şey olur. sizə maraqlıdırsa, siz işləyin saxlayaq :) Atakhanli (müzakirə) 17:24, 29 fevral 2024 (UTC)
    Hörmətli @Atakhanli fəaliyyətimə nəzər yetirsəz bəzi SNS-ə çıxan məqalələr üzərində davamlı işləyirəm. Amma hamısını edə bilmərəm.😉 Patriot (müzakirə) 19:42, 29 fevral 2024 (UTC)
    bilirəm bəy :) Atakhanli (müzakirə) 19:44, 29 fevral 2024 (UTC)
     Sürətli silinsin: əsas kəmiyyət yox, keyfiyyətdir. Boş, məzmunsuz məqalədənsə olmasa daha yaxşıdır. samral müzakirə 23:28, 1 mart 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 11:19, 9 mart 2024 (UTC)

Nahidə Məmmədova

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • ✔ Qalsın: Şəxs 13 yaşından artıq liqanın ən yaxşısı seçilmişdir. Qol sayına əsasən desək, bəlkə də təkrarlanması çətin göstəricilərdir. Görünür karyerasının pik həddində zədələnməsi ilə daha çox qol vura bilmədi, lakin hazırda yüksək liqada yenə də 36 - dan çox qolla gündəmdədir. Hər bir halda, əgər zədələnməsəydi Milliyə dəvət ediləcəkdi. Düşünürəm ensklopedik saymaq mümkündür. Asif Məmmədov (müzakirə) 18:32, 1 mart 2024 (UTC)
    @Asif Məmmədov o yaşlı futbolçular üçün 30-40 qol normal haldır,buna görə məqaləyə ehtiyac yoxdur düşünürəm. Redivy (müzakirə) 14:36, 1 mart 2024 (UTC)
    Redivy Bəy, futbolçular üçün ensklopedik cəhətlər nə zamana müəyyən ediləcək? Artıq 2-ci məqaləm silinməyə namizəd olaraq qeyd olunub. Bu hal məni çox üzür. Qərar qəbul edilməyib deyə ondan istifdə edilməyəcəksə bütün futbolçular üçün məqalələri ard-arda silməliyik? Bu hal heç də xoşuma gəlmədi. Yüksək Liqa rəsmi oyundu, orda çıxış edən futbolçular qeydə alınmır. UEFA beynəlxalq çempionatdır, rəsmidir. Lakin orda da çıxış qeydə alınmır. Azərbaycan Yüksək Qızlar Liqası da AFFA tərəfindən təşkil edilirsə, bu rəsmi liqadır. Asif Məmmədov (müzakirə) 18:45, 1 mart 2024 (UTC)
    @Asif Məmmədov Mən səhv etmirəmsə cəmi 2 futbolçu sns etmişəm sizə aid və biridə budur yəni sadəcə ensiklopedik dəyərlərinə görə sns edirəm hərhansı futbolçu vəya sizinlə bağlı bir əks fikrim yoxdur əsla, digər üzvlərdə fikirlərini yazacaqlar zamanla müzakirə davam edir üzülməlik nə var burada. Redivy (müzakirə) 14:54, 1 mart 2024 (UTC)
    Redivy Maraq dairəm Azərbaycan futboludur. Sadəcə vəziyyət qeyri-stabildir. Yəni son vaxtlar 10-a yaxın məqaləm silinib. Məsələ millidə iştirakdırsa, Millidə iştirak edən futbolçuların məqalələrin yaratmağa davam edəcəm. Ümid edirəm onlar da bu siyahıya düşməz. Nəticə etibarilə siz də işinizi görürsünüz anlayıram. Sadəcə bildiyim qədər Azərbaycan Yüksək Qızlar Liqası peşəkar liqadır və Peşəkar liqada iştirak edən futbolçunun məqaləsi yaradıla bilməlidir. Sizə uğurlar, işinizdə görünür ciddisiniz, bu yaxşıdır. Asif Məmmədov (müzakirə) 19:15, 1 mart 2024 (UTC)
    Qızlardan ibarət əsas heyyət bəli həmçinin məqalə ensiklopedik olmalıdır lakin bu qızlar U19-U17 və s iştirak ediblər həmçinin hərhansı ensiklopedik dəyəri yoxdur. Redivy (müzakirə) 17:39, 1 mart 2024 (UTC)
  • X Silinsin: qeyd edilən arqumentlə razıyam. Grenzsoldat 14:36, 1 mart 2024 (UTC)
    Şərh Şərh: @Asif Məmmədov, səsvermə ilə təsdiq edilməsə də VP:EƏİ, VP:EƏFB qaydalarına istinad edə bilərsiniz. Bir qayda təsdiq edilməyibsə, o demək deyil ona istinad etmək olmaz. samral müzakirə 23:26, 1 mart 2024 (UTC)
    @Samral Qayda təsdiq olmadan istinad etmək məncə biraz düzgün çıxmaz axı nəyə görə dedim, çünki qaydalar adətən səsvermə ilə edilir və heçbir səsvermə olmadan etmək... biraz düşündürdü məni. Redivy (müzakirə) 19:04, 2 mart 2024 (UTC)
    @Redivy, mən demədim axı səsvermə ilə təsdiqlənməmiş qayda ilə qərar verək, müzakirə yekunlaşdıraq. Mən deyirəm ki, istinad edə, fikrimizi qaydaya uyğun əsaslandıra bilərik. Nəzərə alın ki, bu 2 qayda digər əksər qaydalarımız kimi zatən EnVikidən tərcümə olunub və EnViki başda olmaqla bütün böyük vikilərdə də uzun müzakirə, səsvermə və konsensuslarla təsdiq ediliblər. Biz belə mühüm məqamı gözardı edə bilmərik axı. Və ən əsası bir var şəxsi mülahizələrlə müzakirə aparaq və nəyinsə, kiminsə ensiklopedik olub olmadığını əsaslandırmağa çalışaq. Bir də var, hələ ki, təsdiq edilməmiş olsa da, bir qaydaya, qanuna istinad edək, fikrimizi əsaslandıraq. samral müzakirə 19:30, 2 mart 2024 (UTC)
    @Samral Eynən o barədə düz deyirsiniz və əlavə olaraq fikrimcə bəzi qaydalar dövlətlərə görə dəyişə bilər misal olaraq tutduqları vəifə və öhdəliklərə görə və s. Redivy (müzakirə) 19:32, 2 mart 2024 (UTC)
    @Redivy, razıyam. Zatən biz çox hallarda qaydaları tərcümə edəndə, hansısa məqaləni müzakirə edəndə də Azərbaycan reallığını nəzərə almağa çalışırıq. samral müzakirə 19:38, 2 mart 2024 (UTC)
    @Samral Detallı məlumat üçün təşəkkürlər. Redivy (müzakirə) 19:38, 2 mart 2024 (UTC)
  • X Silinsin: ensiklopedik şəxs deyil. Moses :) 19:13, 2 mart 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 11:19, 9 mart 2024 (UTC)

Natiq Həsənov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • X Silinsin: idmançı məqalələrinin təlftişi zamanı bunu əlavə etməyi unutmuşam. gözümdən yayınıb. VP:ŞEƏVP:İDMANÇI şərtlərini ödəmir. Olimpiya Oyunlarında çıxış etməyib. Dünya və ya Avropa Çempionatlarında medal qazanmayıb. Dünya Çempionatlarında 10-cu və 26-cı olmaq idmançını əhəmiyyətli etmir. Grenzsoldat 15:24, 1 mart 2024 (UTC)

X Silinsin: "Tutduğu yerlər və digər haqqında olan məlumatlar ensklopedik deyil." Redivy (müzakirə) 23:52, 1 mart 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 11:13, 9 mart 2024 (UTC)

Səbuhi Hüseynov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: Bu məqalə əslində sürətli silinməyə uyğundur. VP:ŞEƏVP:İDMANÇI şərtlərini ödəmir. Əvvəl məqalənin Stil Kitabçasının şərtlərini ödəmədiyini vurğulayım. Mətn yoxdur. Ancaq cədvəl var. Cədvələ sonradan gələcəm. Deməli məqalənin şəxsin özü yaradıb. Buradan görə bilərsiniz. Həmçinin xeyli sayda müəllif hüquqları ilə qorunan fayllarda əlavə edib, sonradan da silinib. İndi isə uğurları hissəsi. Qızıl medal aldığı turnirlərə baxın. Şəhər Gənclər Birinciliyi var. Azərbaycan Gənclər Birinciliyi var, şagirdlər arasında turnirlər var. Qeyd edilən yeganə "beynəlxalq uğur"a baxaq. Uşaq Oyunlarında üçüncü olmaq və MDB-yə üzv dövlətlərin idman festivalında üçüncü olmaq. Bu turnirlərin adı heç beynəlxalq idman federasiyalarının təqvimlərində yoxdur. Yerli çempionatlarda ümumiyyətlə 10-15 şagird gəlir (həyatında birinci və sonuncu dəfə badminton oynayan uşaqlar :d) və turnir aparılır hansısa. Şagird uğurlarını bir tərəfə qoyaq. 23 yaşı var hələ də heç bir Beynəlxalq Badminton Federasiyası tərəfindən tanına bircə turnirdə uğur bir tərəfə, heç qatılım yoxdur. Azərbaycan Ali Təhsil Müəssisələrinin Komandaları Arasında Keçirilən Çempionatın qalibi var bircə. Bu turnirdə şəxsi heç əhəmiyyətli eləmir. Bu arada marağlı bir şey qeyd edəcəm. Deməli məqalə 2 dəfə silinməyə təqdim olunub - fevral 2021may 2021. Birinci təqdimatda silinmənin lehinə olan Elşad İman adlı istifadəçi sonradan noyabr 2022-də bərpa üçün müraciət edib. Bu məqalə çox güman PR məqsədi ilə yaradılıb. Hər nəysə. Məqsəd nə olursan bu şəxs heç əhəmiyyətli deyil. Heç Google axtarış sistemində məlumat belə yoxdur. +əgər bu insan əsas millinin üzvü olsaydı ən zəif turnirə - islamiadaya aparılardı. Heç o da yoxdur. Grenzsoldat 15:52, 1 mart 2024 (UTC)

X Silinsin: "Tutduğu yerlər çıxış etdiyi idman növü üzrə əhəmiyyət kəsb etmir və istinadlar yalnız iştirakına aiddir demək olar." --Redivy (müzakirə) 23:55, 1 mart 2024 (UTC)

Şərh Şərh: bu məqalənin dövrləri vardı. Bir neçə silinib və bərpa olunub. Məqalə müəllifi də şəxsin özüdür. SNS namizədi göstəriləndən şəxs e-mailə belə yazmaqdan çəkinmirdi. Yəqin ki, bu dəfə də mübarizə aparacaq — Tarixi Nadir (müzakirə) 08:10, 3 mart 2024 (UTC)

Nemoralis. Vaxtınız olsa bu istifadəçilərə qarşı araşdırma edərsiz. Çox güman eyni yerdən idarə olunurlar. Grenzsoldat 13:44, 3 mart 2024 (UTC)
Təşəkkürlər. Blok tətbiq edəcəm tez bir zamanda. Nemoralis (müzakirə) 21:29, 3 mart 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 11:12, 9 mart 2024 (UTC)

Elxan İbrahimov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
Bir az müzakirə olunmalıdır. Fikrimcə generallar ensiklopedik sayıla bilər. Dərhal qərar vermək çətindir. Patriot (müzakirə) 04:57, 5 mart 2024 (UTC)
Tibb qoşunlarının rəhbərliyi döyüş zamanı mobil hospitalları təşkil edir, Mülki müdafiə olmadığı hallarda, ölü və yaralıları daşımaq üçün firewall təmin edir, dərman və digər tibbi ləvazimatı təchiz edir, həkimləri səfərbər edir. Elxan İbrahimovun vəzifəsini Dağlar Abdullayevlə müqayisə etmək olar (Dağlar Abdullayev). Eyni yolu keçir. Əgər Abdullayev barədə viki səhifəsi varsa, İbrahimov barədə də olmalıdır. Lawyer.F (müzakirə) 07:18, 5 mart 2024 (UTC)
Kriteriya olaraq :
  • "Flaqman, general və ya aviasiya zabiti və ya onların tarixi ekvivalentləri rütbəsinə malikdir" - var, Prezident aktına istinad edilib.
  • Hansısa döyüş və ya yürüş kimi mühüm hərbi hadisədə əhəmiyyətli rol oynamışdır. - var, təltiflərdən görünür.
Lawyer.F (müzakirə) 07:22, 5 mart 2024 (UTC)
Eyni zamanda, bu şəxs "Əməkdar həkim" fəxri adına Prezident aktı ilə layiq görülüb (istinad verilib). Lawyer.F (müzakirə) 07:27, 5 mart 2024 (UTC)
2-ci dərəcəli ordeni belə yoxdur. İnanmıram ki, sırf general rütbəsinə görə ensiklopedik sayılsın, VP:HƏRBÇİ kriteriyasını ödəmir. Moses :) 07:31, 5 mart 2024 (UTC)
1 ci dərəcəli ordenləri də var. Səhifədə göstərilib 5.44.34.146 12:45, 5 mart 2024 (UTC)

Şərh Şərh: məqalənin hazırlanmasında ciddi stil qaydaları pozuntusu var. Vizual görünüşü yaxşı deyil. Şəxs general rütbəsinə malikdir. Bu səbəbdən ensiklopedik tələblərə cavab verir. Məqalə üzərində işlənilib, təkmilləşmə aparılsa saxlamaq olar. — Tarixi Nadir (müzakirə) 07:30, 5 mart 2024 (UTC)

Salam. Texniki biliklərim az olduğundan, ola bilsin, visual görüntü qüsurlarına yol vermişəm. Zəhmət olmasa, dəqiq tövsiyələr verə bilsəniz, səhifəni təkmilləşdirərdim. Lawyer.F (müzakirə) 11:14, 5 mart 2024 (UTC)
  • ✔ Qalsın: sözün düzü təqdimat ediləndə təəcüb elədim. Bəli. Məqalə Stil Kitabçasına uyğun deyil. Amma ümumi olaraq şəxs şərtləri ödəyir. Ali hərbi rütbənin daşıyıcısıdır. Əgər müəllif fəaliyyətini tam dəqiq əhatə edə bilsə, məndə biraz üstündə stili və s. düzəltsəm qala bilər. Grenzsoldat 14:32, 5 mart 2024 (UTC)
  • ✔ Qalsın: Rütbəsinə görə. Məqalənin vəziyyəti ilə bağlı artıq yazılıb.— Bikar müzakirə 12:12, 6 mart 2024 (UTC)
  • ✔ Qalsın: ensiklopedikdir, ali rütbəsi var. 2015-ci ildə "Əməkdar həkim" fəxri adı da verilib, bu, ensiklopedikliyin daha da artırır. Atakhanli (müzakirə) 15:17, 8 mart 2024 (UTC)
  • ✔ Qalsın: general rütbəsi kifayət edir. Digər punktlara baxmağa ehtiyac yoxdur. — Xeyal (müzakirə) 20:11, 8 mart 2024 (UTC)

 Sürətli qalsın:} "Birmənalı şəkildə" Redivy (müzakirə) 21:33, 8 mart 2024 (UTC)


Yekunlaşdırma: Saxlanılmasına qərar verildi. Atakhanli (müzakirə) 21:07, 9 mart 2024 (UTC)

İsmayıl Salmanov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Müzakirə dayandırılır. Atakhanli (müzakirə) 00:51, 9 mart 2024 (UTC)

Mübariz Vəliyev

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
Kulinar texnoloq Mübariz Vəliyevin yaradıcıllığı ilə bağlı məqalədir və qaralama və ya reklam xarakterli hazırlanmamışdır Mubariz Valiyev (müzakirə) 22:04, 7 mart 2024 (UTC)
@Mubariz Valiyev Məqsəd olaraq o fikirlə yaradılmaya bilər lakin məqalə onu göstərir.
Məqalədə birçox statuslar qeyd edilib lakin istinadı yox,stil kitabçasını hələ demirəm və həmçinin bir çox xırda detallar tərif rolunda çıxış edir deyə reklam xarakterli fikri yaradır.
Əgər adiyyatı üzrə düzəlişlər edə biləsniz yenidən müzakirə edilə bilər. Redivy (müzakirə) 22:09, 7 mart 2024 (UTC)

Yekunlaşdırma: Məqalədə ciddi stil kitabçası, mənbə, neytrallıq və digər məzmun ilə bağlı problemlər olduğu üçün sürətli silinməsinə qərar verildi. Atakhanli (müzakirə) 00:42, 9 mart 2024 (UTC)

Cənubi Xəzərin statistik parametirləri

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
sürətli silinə bilər, məlumatlar da köhnədir. köçürməyə ehtiyac yoxdur. Atakhanli (müzakirə) 21:02, 8 mart 2024 (UTC)

 Birləşdirilsin: Əslində köhnə məlumatdı, amma istinadı varsa köçürmək olar. — Bikar müzakirə 13:10, 8 mart 2024 (UTC)


Yekunlaşdırma: Məqalədəki problemlər nəzərə alınmaqla silindi. Məzmun köhnə olduğu üçün də köçürülmədi. Atakhanli (müzakirə) 00:38, 9 mart 2024 (UTC)

Azərbaycan Respublikası Hərbi Prokurorluğu

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Buradakı məzmun digər məqalədəki müvafiq başlıqdakı məzmun ilə demək olar ki, birə-bir eynidir. Bu məqalənin 2016-cı ildə yaradıldığını, yəni keçmişini nəzərə alaraq tarixini köçürdüm digər məqaləyə. Digər məqalə ətraflı işlənib. Bu məqalədki keçidləri də düzəltdim. Özünü isə silirəm.Atakhanli (müzakirə) 00:33, 9 mart 2024 (UTC)

Xanbağı (Xocalı)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
:Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Fikrimcə Xanbağı (Xocalı)Xan bağı (Qarabağ) məqalələrdə eyni yerdən deyilir. Məqalələrin birləşdirilməsini təklif edirəm. Birləşdirilmiş məqalənin adını Xanbağı (Qarabağ) və ya Xanbağı (Xankəndi) təklif edirəm. — Zohrab javad (müzakirə) 10:47, 29 yanvar 2024 (UTC)

Hörmətli @Moses, @Nemoralis,sizin məsələyə münasibətiniz necədir? Zohrab javad (müzakirə) 05:36, 13 fevral 2024 (UTC)
Kəndlərlə bağlı o qədər də məlumatım yoxdur. Bilən birisi münasibət bildirsə daha yaxşı olar. Nemoralis (müzakirə) 10:03, 13 fevral 2024 (UTC)
  • "AzNav" naviqator proqramında kənd Xocalı rayonu ərazisində göstərilir. Düzdü o proqramda elə kəndlər var ki, düzgün təyin edilməyib, məsələn Füzuli rayonunun Yuxarı Veysəlli kəndini Xocavənd rayonu tərkibində göstərir. Keçək əsas məsələyə. İnzibati ərazi bölgüsündə Xanbağı kəndi haqqında qeydiyyat yoxdur. Məqalədə mənbə filanda yer almayıb. Böyük ehtimal Xanbağı ərazisi sadəcə yaşayış məskəni olub, yəni kənd kimi yox. Xan bağı (Qarabağ) məqaləsində də qeyd olunub ki, Hazırda bu ərazi Xankəndi şəhərinin cənub ərazisi və tərkibi sayılır. Sözümün canı, Xanbağı (Xocalı) məqaləsi Xan bağı (Qarabağ) məqaləsinə köçürülsün. Zohrab javadında dediyi kimi, məqalə adı "Xanbağı (Xankəndi)" kimi qeyd olunsa düzgün olar. Moses :) 14:33, 13 fevral 2024 (UTC)
    @Moses Yuxarı Veysəlli ləğv olunub, ərazisi Xocavənd rayonuna verilibdir, yəgin ona görə belə göstərilir. Xanbağına gəlincə, ərazisi hansı müasir inzibati ərazi vahidinə daxil olduğu bəlli deyilsə, sadəcə Xanbağı (Qarabağ) da adlandırmaq olar. Zohrab javad (müzakirə) 15:02, 13 fevral 2024 (UTC)
    Xeyr, 2023-cü ildən əvvəldə Yuxarı Veysəlli kəndi proqramda elə göstərirdi elə. Moses :) 15:18, 13 fevral 2024 (UTC)
    Yəgin səbəb o olub ki o vaxt Yuxarı Veysəlli Füzulinin kəndi olsa da, anklav kimi Xocavənd rayonunun içindəydi. Zohrab javad (müzakirə) 17:23, 13 fevral 2024 (UTC)
    bəli, məncə də elə ona görə elə qeyd edilib. Moses :) 18:45, 13 fevral 2024 (UTC)
Salam @Gadir. Müəyyən qədər fikirlər toplanıb, fikrimcə konsensus üçün kifayətdir. Mənim təklifim: Xanbağı (Xocalı)Xan bağı (Qarabağ) məqalələrini Xanbağı (Qarabağ) adı altında bir məqalədə birləşdirək. Zohrab javad (müzakirə) 18:02, 26 fevral 2024 (UTC)
Salam. Bir qədər qarışıq gəldi mənə. Həm Şuşada, həm də Xocalıda eyniadlı kənd var/olub? Hər hansısa ləğv olunub ya da birləşdirilib? Ya da Xocalıdakı mövcud olmayıb? İndi kənd ərazisi hansı şəhərə/rayona aiddir? Hörmətlə, Gadirmüzakirə 18:15, 26 fevral 2024 (UTC)
Hal hazırda bu yaşayış məntəqəsi siyahıda yoxdur. Keçmişdə olub, amma o dövrdə ola bilər ki indiki rayonlaşma hələ tədbiq olunmamışdı. Köhnə xəritədən görsənir ki təqribən Xankəndidən şimalda olmuşdu, indi bəlkə də Xankəndinin tərkibindədir. O səbəbdən təklif edirəm ki birləşdirilən məqalənin adı Xanbağı (Qarabağ) olsun. Zohrab javad (müzakirə) 12:43, 27 fevral 2024 (UTC)
Anladım, təşəkkürlər. @Nemoralis, göz at da zəhmət olmasa. Hörmətlə, Gadirmüzakirə 17:32, 27 fevral 2024 (UTC)
@Nemoralis Baxa bilərdinizmi? Zohrab javad (müzakirə) 14:20, 11 mart 2024 (UTC)
@Zohrab javad, siz məzmunu birləşdirin, geri qalanı mən həll edərəm. Nemoralis (müzakirə) 14:22, 11 mart 2024 (UTC)
Xan bağı (Qarabağ) məqaləsinə Xanbağı (Xocalı) məqaləsindən 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. cümlələrini copy-paste etdim. Düşünürəm ki, bəs edər. Zohrab javad (müzakirə) 14:28, 11 mart 2024 (UTC)

Yekunlaşdırma: Birləşdirilməsinə qərar verildi. Nemoralis (müzakirə) 14:31, 11 mart 2024 (UTC)

Sevinc Əliyeva (aktrisa, 1985)

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Sual Sual: @Sura Shukurlu, məhz məqalədə fəaliyyətilə bağlı mənbə yoxdur, ya Google-da filan da axtardız ümumiyyətlə yoxdur? samral müzakirə 01:04, 1 fevral 2024 (UTC)
@Samral Google-da axtardım, aktrisa kimi fəaliyyətini işıqlandıran mənbə tapmadım. surə m 11:06, 1 fevral 2024 (UTC)
@Sura Shukurlu, məsələn bu xəbər fəaliyyətilə bağlı deyil? Hər halda bilirsiz də 1 aktyor/aktrisa hansı hallarda ensiklopedik hesab edilir? samral müzakirə 14:29, 1 fevral 2024 (UTC)
@Sura Shukurlu, və bu xəbərdən də aydın olur ki, məsələn "Fəryad-2" kimi tanınan "Həyat, deyəsən, gözəldir" kimi mühüm bir filmdə də baş rolu ifa edib. samral müzakirə 14:40, 1 fevral 2024 (UTC)
@Samral Baş rol deyil, rollardan birini ifa edib, baş rolda Hikmət Rəhimovdur, filmin posterində də qeyd olunub. Aktyroların ensiklopediliyi VP:SƏNƏTÇİ ilə təftiş olunur və o halda ensiklopedik olduqları hesab olunur ki, "Müxtəlif məşhur filmlərdə, teleşoularda, teatr tamaşalarında və ya digər sənət növlərində əsas rolları ifa etmişlər." Qeyd etdiyiniz film mühüm film deyil, filmə qarşı böyük gözləntilər olsa da, özünü doğrultmadı. Xüsusi əhəmiyyətli mükafatı olmamaqla birlikdə, filmin heç böyük izləyici kütləsi də olmadı, cinemalara çıxanda yerlər boş qaldı. Marağın az olduğunu imdb səhifəsindən də görmək olar: https://www.imdb.com/title/tt15838802/ Reytinq səsverməsində cəmi 18 nəfər iştirak edib :)) Göründüyü üzrə şəxs VP:SƏNƏTÇİ-nin meyarını da ödəmir. Göstərdiyiniz mənbə axtarılan mənbə nümunəsi deyil, şəxsin ensiklopedikliyini göstərən mənbə odur ki, 1. fəaliyyətini əhəmiyyətli həcmdə əhatə edərək orijinal tədqiqat olmadan ayrı məqalə yazmağa imkan versin. 2. ikincidərəcəli mənbələrin şəxsin fəaliyyətinə olan diqqətini əks etdirsin. Göstərdiyiniz xəbərin təkcə məzmunun ölçüsü açıq-aşkar tələb olunan mənbə olmadığını göstərir. Yəni şəxs ensiklopediklik üçün əsas meyarları, şübhəsiz, ödəmir, mənbələrdə əhəmiyyətli əhatə dairəsi yoxdur, VP:SƏNƏTÇİ-dəki meyarı da ödəmir ki, əhəmiyyətli fəaliyyəti olduğu üçün mənbələrin mövcud ola biləcəyini düşünək. surə m 09:49, 2 fevral 2024 (UTC)
@Sura Shukurlu, sizdən gözlədiyim cavabı verdiniz. Artıq sayını unutduğum dəfə qaydaları manipulyasiya edirsiz öz fikrinizin doğruluğunu isbat etmək üçün. Və həmçinin onu da artıq sayını itirdiyim qədər iddia edirsiz ki, güya 1 şeyin ensiklopedik olması üçün o şey barədə müstəqil kitablar, ensiklopediyalar, tədqiqat işləri, araşdırmalar yazılmalıdır. Halbuki nə hansısa vikidə, nə hansısa qaydada əsla belə bir ağır və sərt tələb yoxdur. Yoxdur belə bir şey. Mövzumuza qayıtsaq özünüz istinad etdiyiniz qaydada açıq-aşkar yazılıb ki, əsas rol. Yazılmayıb ancaq və ya məhz baş rol. Əsas rol. Əsas rol nə deməkdir? Belə baxıram ki, sanki ibtiadi məktəbmiş kimi "əsas rol" kimi sadə bir anlayışı izah etməliyik deyəsən. İstənilən baş rol əsas roldur, lakin hər əsas rol baş rol deyil. Dünya məşhurlarından misal çəksək məsələn "La Casa de Papel"dəki Berlin obrazı baş rol deyildi, lakin o qədər sevildi ki, əsas rol hesab edilir və hətta ayrıca serialı filan da çəkildi. Sözsüz ki, mən demirəm bu xanım aktirsa Berlin rolu qədər mühüm rol oynayıb və ya çəkildiyi hansısa kino LCDP qədər mühüm və məşhurdur. Xeyr. Reallığın fərqindəyəm. Sadəcə misal çəkdim əsas rol anlayışına. Nümunə. O ki qaldı kino barədə fikirlərinizə. Hər halda fərqindəsiz ki, bir kinonun bəyənilməməsi, tənqid edilməsi, nə bilim kinoteatrlarda yerlərin boş qalması və iMBD reytinqi filan heç biri o filmo qeyri-ensiklopedik etmir, etməz, edə də bilməz. Əksinə ensiklopedikliyini artırar. Siz, mən və ya milyonlarla insan hansısa kinonu, aktrisanı bəyənməyə, sevməyə, nə bilim 1 ulduz verə bilər. Amma bu məqam o şeyi qeyri-ensiklopedik etməz. Yoxdur belə bir qayda. Mənim göstərdiyim linkdə də qeyd edilib ki, aktrisa o filmdə əsas rolu ifa edib. Və adı da 2-ci çəkilir rollar siyahısında. Və bu məqam da etibarlı mənbələrdə öz əksini tapıb. Baxın qayda nə deyir? Etibarlı mənbə. Obyektiv mənbə. 2-ci dərəcəli, yəni ilkin olmayan mənbə. Qayda demir ki, 1 insanın 1 filmə çəkilməsini sübut etmək üçün o mənbə, tutaq ki, tədqiqat olmalıdır o barədə və ya dissertasiya filan. Xeyr. Yoxdur elə bir şərt. Siz neçənci dəfədir belə bir tələb qoyursuz. Etiraf edim ki, sizin bu qaydalara zidd mövqeyini, barədə Əzizə Cəfərzadənin romanlarının müzakirəsindən bu yana mən də az qala travma yaradıb. O qədər dəhşətə gəlmişdim həmin müzakirələr zamanı. EnVikidə qaydaları özləri yazmış adminlər (hansı ki hamı kimi biz də qaydaları məhz onlardan götürüb tərcümə edirik) əsla görməmişəm ki, hansısa SNS və ya BNS müzakirəsində bu cür absurd şərtlər qoya, tələb edə. Son olaraq bu xanım aktrisanı hər nə qədər özüm də bəyənməsəm də (mediada əsas gündəmə gəldiyi nalayiq temalara görə) 1-2 filmə seriala yox. Bəlkə 10-una 15-nə çəkilib. Və əksəriyyəti də ya baş roldu, ya əsas. Əksəriyyəti barədə də Google-da mənbə var. Baxın mənbə deyirəm. Demirəm, siz istəyən kimi qeyri-adi bir sübut. samral müzakirə 14:29, 2 fevral 2024 (UTC)
@Samral Siz demisiniz ki, baş rol oynayıb, mən də dedim xeyr oynamayıb. Filmin ensiklopedikliyi haqqında fikir bildirməmişəm, demisiniz "mühüm bir filmdə" ona görə mən də qeyd etmişəm ki, heç də mühüm layihə olmayıb. Qayda manipulyasiyasına isə gəldikdə, mənbələr ilə bağlı qeyd etdiyim tələblər eyni ilə burada var: en:WP:SIGCOV, en:WP:NRV. Qaydanı eyni ilə tərcümə etmişəm və səsverməyə də təqdim edəcəm, amma hərhalda manipulyasiya etdiyimi düşünürsünüzsə daxil olub envikidən oxumağınız daha doğru seçim olar. surə m 15:45, 2 fevral 2024 (UTC)

X Silinsin: "Artıq neçənci məqalədir sonradan məqalənin müzakirəsinə istinadlar və mənbələr əlavə edilir. Elə götürsək gərək onda google uyğun müzakirə edək. Məqaləyə lazımlı düzəlişlər olunub bitdikdən sonra yenidən müzakirə edilə bilər lakin hal-hazırda ensklopedik dəyərə malik olmadığını düşünrəm."✡ Redivy ✡ (müzakirə) 22:56, 16 fevral 2024 (UTC)


Yekunlaşdırma: Şəxsin fəaliyyəti barədə istinadlar məqalədə yoxdur. Silinməsinə qərar verildi. Eminn (müzakirə) 06:09, 12 mart 2024 (UTC)

Aytən Məhərrəmova

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • X Silinsin: Fəaliyyəti ikincidərəcəli mənbələrin əsas mövzusu olmayıb və əhəmiyyətli işıqlandırılmaya malik deyil, ensiklopedikliyi üçün əsas meyarlar ödənmir. Məqalənin üslubunda da problemlər var. Həmçinin onu da qeyd edim ki, 2011 və 2015-ci illərdə muğam müsabiqəsinin qalibi olduğu bildirilsə də, Muğam Televiziya Müsabiqəsi məqaləsindən görünür ki, həmin illərdəki qaliblər başqadır. Yəni, söhbət başqa müsabiqədən gedir. Zatən qalib olsaydı da, bu müsabiqə o səviyyədə xüsusi nüfuzlu müsabiqə deyil ki, şəxsi birbaşa ensiklopedik etsin. surə m 11:27, 2 fevral 2024 (UTC)
X Silinsin: Sura əslində bəhs edilən müsabiqə elə həmin muğam müsabiqəsidir. Müsabiqə 2005-ci ildə başlayıb və şəxsin məqaləsində də bu qeyd edilib. Lakin böyük ehtimal yalan məlumat kimi yazılıb məqaləyə. Moses :) 20:31, 2 fevral 2024 (UTC)

X Silinsin: "İstinadlarda olan qaliblər tamamən başqa şəxslərdir və çox güman məqalədə adı çəkilən müsabiqə başqa bir müsabiqə olub. Həmçinin internet resuslarında şəxsin başqa bir fəaliyyətlərini təftiş edən zaman əlaqəli olmayan məlumatlar ilə raslaşdım." --✡ Redivy ✡ (müzakirə) 01:14, 3 fevral 2024 (UTC)

✔ Qalsın: @Sura Shukurlu, @Moses və @Redivy, bir neçə xanəndə (muğam ifaçısı), müğənni və musiqiçi məqalələri müəllifi və təkmilləşdirəni kimi deyim ki, səhv edirsiz. 2005 I (1-ci) Muğam Televiziya Müsabiqəsinin laureatı, 2011 II (2-ci) Respublika Muğam Müsabiqəsinin və 2015 IV (4-cü) Beynəlxalq Muğam Festivalının qalibidir. Siz müsabiqələri qarışdırmısız. Burada məqalədə istinadların olmamasının da rolu olub, başa düşürəm. Amma şəxsin ad soyadını Google-da yazsaydız, çox rahat şəkildə etibarlı və obyektiv mənbələr tapa bilərdiniz. Hansı ki, mən məhz o cür etdim və çox asan bir şəkildə istinadları tapıb məqaləyə əlavə etdim. Qeyd edim ki, Muğam Televiziya Müsabiqəsi Azərbaycanın ən nüfuzlu 2, Dünyanın isə 3-4 muğam müsabiqələrindən biridir və bu xanəndə də o müsabiqədə 1 dəfə laureat olub. Bu nailiyyət təklikdə kimisə ensiklopedik etməz, razıyam. Lakin musiqiçinin sonradan Respublika Muğam Müsabiqəsinin, ardınca da Beynəlxalq Muğam Festivalının qalibi olması onu birmənalı şəkildə ensiklopedik edir. Çünki 1-ci qeyd etdiyim Azərbaycanın (Dünyanın da deyərdim 2 və ya 3-cü), 2-ci qeyd etdiyim isə Dünyanın ən nüfuzlu muğam müsabiqə və festivallarıdır. Ü.Hacibəylinin “Aşıq Qərib” operasında “Şahsənəm”, M.Maqomayevin ”Şah İsmayıl” Operasında “Ərəbzəngi”, Ü.Hacibəylinin “Leyli və Məcnun” operasında “Leylinin anası” və s. obrazlarını ifa etməsi də onun ensiklopedikliyini artırır. Sumqayıt Muğam Mərkəzinin direktoru olması isə onun ensiklopedikliyinin türklər demiş "tuzu-biberi" . samral müzakirə 04:52, 4 fevral 2024 (UTC)
@Samral 2005-də qalib olmayıb, ya başqa müsabiqədir ya da ümumiyyətlə səhvdir. Məgər ki, bu qədər əhəmiyyətli fəaliyyəti var, dünyanın ən nüfuzlu muğam müsabiqə və festivallarında laureat olub, niyə haqqında heç bir mənbə, rutin xəbər belə yoxdur? Medianın "Aytən Məhərrəmova X müsabiqəsində qalib oldu" adlı ikicə cümləlik rutin xəbər belə yazıb adını çəkmədiyi biri haqqında Vikipediyada ayrıca məqalə yazmamalı olduğumuz açıqdır yəqin ki. @Toghrul R sizin də fikriniz maraqlıdır. surə m 18:32, 4 fevral 2024 (UTC)
@Sura Shukurlu, deyəsən siz qalib sözü ilə laureat sözünü qarışdırmısız. Laureat mütləq mənada qalib demək deyil. 2005-də 10-cu yer olub və diplom ilə pul mükafatı alıb. Buna laureat deyirlər. 2011 və 2015-də isə qalib olub. Bütün bu qeyd edilənlərlə bağlı məqaləyə etibarlı və obyektiv mənbələr əlavə etmişəm. Siz isə bu məqamdan sonra "haqlı imişsiz, mən səhv etmişəm, şəxs ensiklopedik imiş, müsabiqələri belə qarışdırmışam" demək əvəzinə heç bir qaydada (nə AzViki, nə EnViki), nə bilim essedə filan olmayan bir şərt özünüzdən meydana gətirirsiz və tələb edirsiz. Hətta əslində səhv etdiyinizi başa düşüb başqa bir istifadəçini də köməyə çağırırsız. Özünüz təzəlikcə qayda təqdim etmisiz KM-də müzakirəyə. Gəlin haqla, ədalətlə danışaq o qaydaya və ya hansısa qaydaya uyğundur sizin son şərhinizdə irəli sürdüyünüz tələblər? Azərtac-dan, Mədəniyyət qəzetindən filan mənbələr təqdim etmişəm. Deyirsiz ki, niyə xəbərdə başlıqda adı yazılmayıb? Sözdü bu? Belə də tələb olar? Vallah-billah söz tapa bilmirəm mən daha. samral müzakirə 21:12, 4 fevral 2024 (UTC)
@Samral Əlavə olunan istinad və düzəlişlərdən sonra ✔ Qalsın: ✡ Redivy ✡ (müzakirə) 21:28, 4 fevral 2024 (UTC)
@Redivy, obyektiv münsibətinizə görə, sizə təşəkkür edirəm. Ən düzgünü də budur. samral müzakirə 22:36, 4 fevral 2024 (UTC)
Əlbəttə ensiklopedikdir. ✔ Qalsın: həmkarlar. — Araz Yaquboglu (müzakirə) 07:51, 4 fevral 2024 (UTC)
  • Samral, ikinci dəfədir qaydalarda olmayan bir şeyi özümdən uydurduğumu iddia etdiyiniz üçün hər dəfə vurğuladığım və sizin də "mənbələri bəyənməmək" olaraq gördüyünüz iki meyarı təqdim edirəm:
  1. "Əhəmiyyətli əhatə" deyildikdə mənbələrdə mövzuya birbaşa və ətraflı müraciət edilməsi başa düşülür: belə olduqda məzmunun ortaya çıxması üçün heç bir orijinal tədqiqata ehtiyac qalmır. Əhəmiyyətli əhatə dedikdə mövzunun mənbədə sadəcə adının çəkilməsindən daha çoxu nəzərdə tutulsa da, mövzunun mənbə materialının əsas mövzusu olması da vacib deyil. (VP:EƏ) — Düşünün ki, bu məqaləni siz yaradırsız, google-u açıb axtarış etdiniz və göstərdiyiniz mənbələri tapdız. Məqalədə sadəcə X mükafatını qazandı yazacaqsınız? Təkcə bu məlumata görə ayrı məqalə yaradacaqsınız vikidə? Özü və fəaliyyəti haqqında ucda-bucaqda, tamam başqa bir şəxsin haqqındakı xəbərdə belə 3 cümləlik məlumat yoxdur. Sizə görə göstərdiyiniz, adı keçən xəbər bu meyarı ödəyir? Əvvəlki müzakirədəki aktrisa olsun, göstərdiyiniz keçidləri götürün, təkcə onlarla məqalə yazmağa çalışın. İki-üç cümlədən ötrü ayrı məqalə yaradacaqsınızmı vikipediyada? Bu ensiklopediklik üçün ikincidərəcli mənbə tələb olunur, yəni press-reliz, şəxsi sayt, şəxsin özünün ictimaiyyətlə paylaşdığı bioqrafiya əsasında məqalə yazmaqdan getmir söhbət.
  2. Ensiklopedik əhəmiyyətlilik təlimatlarında ümumi mövzu ondan ibarətdir ki, subyektin ensiklopedik olduğu iddiasını dəstəkləmək üçün onun müstəqil mənbələrdən əhəmiyyətli dərəcədə diqqət almasına dair yoxlanıla bilən, obyektiv sübutlar olmalıdır. (VP:EƏ) — tez-tez bunu da vurğulayıram. Sizin göstərdiyiniz mənbə bu meyarı ödəyir? Lap olsun hədsiz önəmli bir müsabiqə, mən orada yer tutdum, müsabiqə ilə bağlı xəbərdə "qaliblər" başlığı altında mənim adımın olması o deməkdir ki, media məni əhəmiyyətli bilib işıqlandırıb? Onsuz qalibləri yazacaq da, 20 dənə ad yazıb oraya, lap olsun 3 dənə ad və biri də mənimdir. Mən əhəmiyyətli şəxs olmasam yazmayacaq? Yenə yazacaq. Bu meyarın ödəndiyini düşünürsünüz? Əvvəlki aktrisa haqqında ən azından gündəm tipli xəbər var idi, göstərmişdiniz, ən azından media özünə əziyyət verib, şəxsi "sayıb" haqqında xəbər yazmışdı. Amma o da iki cümləlik gündəm xəbəri idi, müasir medianın vəziyyətini və işləmə prinsipini nəzərə alsaq ən azından fəaliyyəti bir az daha tənqiə məruz qalsa idi, media bayaq dediyim kimi "özünə əziyyət verib" nə isə yazsa idi, deyərdik ki, media diqqət ayırıb bu şəxsin fəaliyyətinə. Mən əlbəttə müasir şəxsiyyətlər haqqında kitab, araşdırmaz, tezis gözləyəcək qədər məntiqsiz deyiləm. Daha əvvəl bir müzakirədə qeyd etmişdim, ölkənin ən əhəmiyyətli sənətkarlarının həyat və fəaliyyəti belə mediada ancaq öləndən sonra işıqlandırılır təəssüflər olsun ki. Amma bu şəxs haqqında heç bircə cümlə belə media nə isə yazmayıbsa, əhəmiyyətli olduğunu nəyə əsasən deyə bilərik? Vikipediya şəxsi fikirlərə, zövqlərə yox, özündən "əvvəlki" mənbələrə baxır, onların fikrini əsas götürür. İndiki halda şəxsin əhəmiyyətli olduğunu hansı mənbəyə əsasən deyirsiniz?
Siz bu meyarları necə başa düşürsünüz heç cür anlamıram, bu müzakirədə ümumiyyətlə. Əgər hələ də göstərdiyiniz mənbələrin şəxs haqqında müstəqil mənbə yazacaq qədər məlumat təqdim etdiyini və var olan mənbələrin şəxsin fəaliyyətinin əhəmiyyətinin nəticəsi olduğunu düşünürsünüzsə, bu sizin şəxsi fikrinizdir, amma mən məqalə silməyə maraqlı deyiləm ki, özümdən meyar uydurub silməyə çalışım. Ki uydurmadığımı da vikicəmiyyətə sübut etdiyimi düşünürəm, bundan qısa-kankret izahı bacarmayacam yəqin ki. :) Azvikidə "ensiklopedik əhəmiyyət" anlayışı səhv anlaşılır bəlkə də, bilmirəm. Bəlkə də vikicəmiyyətdən xaricdəkilər də "ensiklopedik" sözünü eyni cür başa düşüb deyə hər dəfə kiminsə burada müxtəlif yollarla öz məqaləsini yaratmağa çalışdığını, silinəndə də mövzunun böyüyüb "ictimai problem" halını aldığının şahidi oluruq. Bu arada laureat və qalib arasındakı fərqi tam bilməməklə birlikdə, indi fikirləşirəm ki, nədənsə şəxsi mənbələrdə sırf birinci yer olaraq axtarırdım. Dediyim kimi, belə kompleksim bir qram da yoxdur, amma vp:eə-nin tətbiqi ilə bağlı tənqidi heç bir formada qəbul etmirəm. surə m 22:53, 4 fevral 2024 (UTC)
@Sura Shukurlu, dəhşətə gəlirəm ki, 1 kitablıq cavab yazırsız, amma qaydaları, kriteriyaları manipulyasiya etməyə davam edirsiz . Olsun. Hal-hazırdakı kimi ədəbli müzakirədən Vikipediya çox şey qazanar ki, nəinki nəsə itirə. Baxın qaydadan sitat gətirəndə belə özünüzə sərf edən formada tünd edirsiz. Məsələn bu cümlədə ("Əhəmiyyətli əhatə" deyildikdə mənbələrdə mövzuya birbaşa və ətraflı müraciət edilməsi başa düşülür: belə olduqda məzmunun ortaya çıxması üçün heç bir orijinal tədqiqata ehtiyac qalmır. Əhəmiyyətli əhatə dedikdə mövzunun mənbədə sadəcə adının çəkilməsindən daha çoxu nəzərdə tutulsa da, mövzunun mənbə materialının əsas mövzusu olması da vacib deyil.) Diqqət edin, mənim tünd etdiyim məqamlarda mən haqlıyam, sizin tünd etdiyiniz məqamlarda isə qismən siz. Niyə qismən siz? Ona görə ki, qaydanın cümlələri sizin tünd etdiyiniz məqamlardan ibarət olsaydı, o zaman siz 100/100 haqlı ola bilərdiz. Amma indiki məqamda qaydada mənim tünd etdiyim məqamlar da var deyə deməli biz maksimumu götürməyə məcbur deyilik. Əksinə olmayan mətbuatımızda və sürünən mediamızdakı sizin qeyd etdiyiniz vəziyyəti nəzərə alıb minimumu götürməliyik. Yazmısız ki, xəbərdə qalib gəlməsilə bağlı adı çəkilib. Düzdür. Amma bu kifayətdir. Gəlin belə bir müqayisə aparaq. Elə zənn edin ki, bu xanım idmançıdır və Dünyaca nüfuzlu bir beynəlxalq turnirdə, nə bilim Dünya və ya Avropa Çempionatında qızıl medal 🏅 qazanıb. Adı yazılacaq da təkcə. Bir də ən yaxşı halda çəkisi. Başqa nə yazılsın? Daha ətraflı məlumat istəyirsizsə, bununla bağlı müsahibələri var mediada. Mən şəxsən 2-3-ünü gördüm və heç biri də elə-belə saytlarda deyildi. Azərbaycanın ən nüfuzıi 10 xəbər saytlarından deyə biləcəyimiz saytlar idi. Başa düşürəm, müsahibələrə obyektiv mənbə kimi üstünlük verilmir. Sadəcə siz ki, deyirsiz mühüm adam olsaydı mediamız onunla ətraflı maraqlanardı, onun üstündən deyirəm. Evlənməsi, boşanması, konsert verəcəyi, direktor təyin olunması, fəaliyyəti və s. kifayət qədər maraqlanıb da media. Müsahibələrində də hamısında qalibi və laureatı olduğu müsabiqələr məxsusi qeyd edilib. Sumqayıt Muğam Mərkəzinin direktoru təyin olunması da işıqlandırılıb mediada, o xəbərdə də nailiyyətləri qeyd edilib. Daha nə olmalıdır axı? Heydər Əliyev demiş, Axı siz nə istəyirsiz? Özünüz də deyirsiz ki, cavandı, ölməyib deyə barəsində araşdırma, tədqiqat gözləməməliyik Azərbaycan reallığında. "Tembole" əlimizdə olan mənbələrlə, bəyənməsək də, kifayətlənməliyik. Ürək istərdi ki, daha çox və daha ətraflı, təfərrüatlı mənbələr, istinadlar olsun. Amma nə edək? Məşhur yerlim demiş Buna da şükür, buna da şükür, buna da şükür samral müzakirə 23:19, 4 fevral 2024 (UTC)
@Samral Dediyim kimi, əgər sizin göstərdiyiniz mənbə mövzuya birbaşa müraciət edirsə, orijinal tədqiqata ehtiyac qalmırsa (sizin tünd verdiklərinizi deyirəm), tamam. Maraqlı olan odur ki, SNS-də bütün təcrübəli istifadəçilər illərdir silinməsi yönündə "sadəcə adı keçib", "evlənib-boşanması haqqında gündəm xəbərləridir" arqumentini dönə-dönə istifadə edib "mənbə bəyənməyiblər". İndi isə mən neçə gündür bu arqumenti özümdən çıxarmamağımla birlikdə, qaydalarda belə bir şey olduğunu da sübut etməyə çalışıram, üstəlik səhv oluram, qayda manipulyasiya etmiş oluram. Bir neçə gün sonra eyni tipli arqumenti hansısa şəxsin sns müzakirəsində başqa istifadəçilər tərəfindən göstərilmiş görəndə bu, heç də təəcüblü olmayacaq. Amma bu dəfə də mövzu haqqında fikir bildirən/etiraz edən tək mən olduğumu üçün "pis adam" rolu yenə mənim üstümə qaldı. Sizinlə müzakirə etmək xoş idi, SNS-dəki müzakirələrə belə vaxt və diqqət ayırmağınız da vikinin indiki halına görə həqiqətən təqdirəlayiqdir, mən bu müzakirədə işimin bitdiyini düşünürəm. surə m 10:42, 5 fevral 2024 (UTC)
✔ Qalsın: ensiklopedik şəxsdir və məqalənin hazırki forması da qaydalara uyğundur. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 20:21, 12 fevral 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Suranın qeyd etdiyi arqumentlər kifayət edir deyə düşünürəm. Samral tərəfindən sonradan qeyd olunan "mediada fəaliyyətinin işıqlandırılması" ilə bağlı məqaləyə əlavələr olunmayıb. Nemoralis (müzakirə) 06:57, 14 mart 2024 (UTC)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
@Dr.Wiki54, hansı məqaləyə köçürülməsini təklif edirsiniz? Hörmətlə, Gadirmüzakirə 16:08, 12 fevral 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Məqalədəki məlumatların əksəriyyəti müxtəlif məqalələrdə mövcuddur onsuz da. Nemoralis (müzakirə) 06:59, 14 mart 2024 (UTC)

Ədəbiyyat ensiklopediyaları və lüğətlər

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
Fikrimcə uyğun məqaləyə  Köçürülsün:. Zohrab javad (müzakirə) 19:51, 20 fevral 2024 (UTC)

Yekunlaşdırma: Köçürülməsinə qərar verildi. Nemoralis (müzakirə) 07:02, 14 mart 2024 (UTC)

Tatyana Deniskina

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • X Silinsin: q/e idmançı məqalələrinin təftişi davam edir. VP:İDMANÇI şərtlərini ödəməyən növbəti məqalə. Deməli islamiadadan əvvəl ABF götürdü legioner idmançıları cəlb elədi yığmaya. Məqsəd islamiada da medal almaq idi. İslamida da turnir o dərəcədə zəif rəqabətli idi, Azərbaycan belə medal aldı. İdmanla marağlananlar bilir Azərbaycanda bu idman növü hansı səviyyədədir. Heç Dünya və Avropa Çempionatlarında da çıxışımız olmayıb. Bu da o idmançılardan onlardan biridir. Karyerasının yeganə medalı islamiada da olub. Dünya və Avropa Çempionatlarında heç olmayıb. Yəni sırf islamiadadan əvvəl medal almaq üçün gətirilən legionerlərdən biridir. Heç bir əhəmiyyətli uğuru yoxdur. İstinad və mənbələr belə yoxdur. Başqa dillərdə məqaləsi belə yoxdur. Grenzsoldat 17:38, 4 fevral 2024 (UTC)
Azərbaycan basketbolu tarixində ilk dəfə qızı ilə eyni komandada oynayan basketbolçu kimi saxlamaq olmaz?
"Şəxsin böyük bir həvəskar və ya peşəkar müsabiqədə fəal iştirak etdiyi " məncə bu bəndi onun milli komandada iştirakı təsdiqləyir. Eminn (müzakirə) 15:14, 29 fevral 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 07:06, 14 mart 2024 (UTC)

Nitq hissəsi

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Konsensus yoxdur. Atakhanli (müzakirə) 19:32, 11 mart 2024 (UTC)

Hümmət fraksiyası

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • Bir dəfə SNS olunmuş mövzudur. Fikrim: Hümmət Partiyasının parlament təmsilçiləri Hümmət fraksiyasında təmsil olunub mu, yoxsa fraksiya birbaşa Sosialistlərə mi aid olub. Bu məsələ qarışıqdır. Çünkü mənbələrdə Hümmət fraksiyası adı keçsə də, rəsmi mənbələrdə (qafqaz kalendarı və s.) sosialistlər fraksiyası vae hümmət isə yoxdur. Tutalım ki, var. Hümmət, Əhrar, İttihad kimi partiyaların fraksiyaları tək partiyalı olub. Fəaliyyət dairəsi isə partiya ilə sərhədlənib. Erməni, Sosialist fraksiyaları kimi olmayıb. Nə də ki, Milli azlıqlar və bitərəf. Son 2-si də müzakirə oluna bilər. Amma ilk ikisi sadəcə bir ad altında birləşən bir neçə deputat, müxtəlif qruplardan gələn amma, fəaliyyət dairəsi təsirliliyi ensikıopedikliyi kifayət qədər yüksək olan fraksiyalar olub. Məs: TBMM-də CHP fraksiyasına məqalə yaratmaq, RFDM-da Vahid Rusiya fraksiyasına da məqalə yaratmaq mənasızdır və anoloji məqalələr qeyri ensiklopedikdir. Dr.Wiki54 (müzakirə) 18:27, 12 fevral 2024 (UTC)
  • X Silinsin: qeyd edilən arqumentlə razıyam. Grenzsoldat 14:42, 21 fevral 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 07:10, 14 mart 2024 (UTC)

Fizuli Hüseynov (həkim-fitoterapevt)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

✔ Qalsın: Məqaləyə müəyyən düzəlişlər etdim və şəxs yetəri qədər tanınmış həmçinin televizyalarda yetəri qədər görünən ölkə üzrə ən tanınmış 2-3 terapevtdən biridir. — Bu imzasız yazı Redivy (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 22:54, 4 mart 2024 (UTC)

@Sura Shukurlu, @Grenzsoldat zəhmət olmasa yenidən baxardınız. Nemoralis (müzakirə) 21:08, 9 mart 2024 (UTC)
Tanınmışlıq ensiklopediklik üçün birbaşa əhəmiyyət kəsb etmir. Məşhur olmaq ensiklopedik olmaq demək deyil. Əlavə edilən mənbələr şəxsin müsahibəsi, hər hansı fikri filandır. Namizədlik arqumentimdə də göstərdiyim kimi, şəxsin özü haqqında ikincidərəcəli mənbələrdə məlumat yoxdur, ensiklopedik olmamaqla birlikdə, yoxlanılabilən fakt mövcud deyil heç şəxs haqqında. Sura Shukurlu (müzakirə) 21:15, 9 mart 2024 (UTC)
@Sura Shukurlu Məhşurluğu nəyə görə demişəm bilirsiniz misal üçün bəzi alimlərimiz var demək olar mənbə yoxluğu var həmçinin demək olar hərkəs onun bilik və savadına bələddir və ondan faydalanır,bu həkimdə fitoterapevt olaraq o misalın fitoterapetv mövzusuna uyğun şəxslərdən biridir. Redivy (müzakirə) 22:32, 9 mart 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 07:14, 14 mart 2024 (UTC)

Qurbanmurad Nəfəsov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
 Sürətli qalsın: "Yerablur"dakı yeganə müsəlmandır və bu səbəblə çox qeyd olunan şəxsdir. --► Hörmətlə: SolaVirum 08:08, 22 fevral 2024 (UTC)
Moses niyə qeyri-ensiklopedikdir ki? Araz Yaquboglu (müzakirə) 08:10, 22 fevral 2024 (UTC)

 Sürətli qalsın: Sadəcə məqaləni oxumaq kifayət edir məqalədə olan məlumatın nəqədər lazımlı olmağı.✡ Redivy ✡ (müzakirə) 08:22, 22 fevral 2024 (UTC)

 Sürətli qalsın: Yəqin ki, bu da həmin söhbətdir. Qətliamda iştirak edənin məqaləsi niyə olsun ki? Bəs bu qətliamda iştirak edəni tanımaq lazımdır ya yox? Fərdi və duyğusal yanaşmalar, SNS-i gündən günə zənginləşdirir. — Patriot (müzakirə) 08:34, 22 fevral 2024 (UTC)
Solavirum, Redivy, Patriot Kor məqalə ruvikidə silinməyə namizəd verilib, envikidə isə məqaləyə köçürülüb. Moses :) 09:31, 22 fevral 2024 (UTC)
Yerablur məqaləsinə köçürmək olar. Moses :) 09:32, 22 fevral 2024 (UTC)
@Moses Ağdaban vəya siz demiş Yerablur məqaləsinə alt başlıq kimi köçürülə bilər amma fikrimcə etdiyi əməllər və bu əməllər nəticəsində Ermənistan ordusunun hansı əməllərini törətmələrinə görə ayrılıqda qalsın, yenədə daha təcrübəli sizin kimi insanların fikirləri ilə müzakirə edilə bilər. ✡ Redivy ✡ (müzakirə) 09:39, 22 fevral 2024 (UTC)
Anlayıram sizi. Amma hazırda məqalənin azvikidə qalıb qalmamasından gedir. Şəxsin haqqında diqqətlə oxuyun. Azərbaycana qarşı fəaliyyətini diqqətlə incələyin. Bu şəxsin Ağdaban faciəsinə yol açan fəaliyyəti var. Necə ensiklopedik olmaya bilər? Patriot (müzakirə) 09:39, 22 fevral 2024 (UTC)
Patriot Kor Tural Həsənqarayev Tvitterdə yazmışdı ki, iştirak edib qətliamda. --► Hörmətlə: SolaVirum 11:03, 22 fevral 2024 (UTC)
@Solavirum hətda iştirakçı belə olub... Patriot (müzakirə) 11:48, 22 fevral 2024 (UTC)
Azərbaycan xalqına qarşı cinayət edən biri haqqında, həqiqətlər heç vaxt gizlədilməməli və bütün dünyada bu hadisələrə hüquqi qiymət verilməsi vacibdir.1milyon qaçqın düşənlər bəs nə şəkib 1989. -2022 ci ilə kimi bilirsiniz? — Bu imzasız yazı XEYYAM-Lerik (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 07:00, 7 mart 2024 (UTC)

Yekunlaşdırma: Saxlanılmasına qərar verildi. Nemoralis (müzakirə) 07:15, 14 mart 2024 (UTC)

Tacəddin Vahidov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

✔ Qalsın: Müəyyən düzəlişlər və istinadlar əlavə etdim.Redivy (müzakirə) 00:04, 5 mart 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Sonradan əlavə olunan mənbələr ensiklopediklik üçün kifayət deyil. Nemoralis (müzakirə) 07:17, 14 mart 2024 (UTC)

Hafiz Heydərov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: "Hal-hazırda silinmə üçün uyğundur çünki şəxs kateqoriyası üzrə ensklopedik dəyəri olmayan məqalədə qeyd olunub." --Redivy (müzakirə) 00:15, 2 mart 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 07:19, 14 mart 2024 (UTC)

Dadlı.az

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
X Silinsin: əlbəttə. Atakhanli (müzakirə) 01:08, 3 mart 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 07:20, 14 mart 2024 (UTC)

Kemal Tepret

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: "Adiyyatı kateqoriya üzrə ensklopedik dəyəri olmayan məqalədir." Redivy (müzakirə) 23:22, 3 mart 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 07:21, 14 mart 2024 (UTC)

Tural Məmmədli

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • X Silinsin: İkinci dərəcəli etibarlı mənbələr tərəfindən fəaliyyəti dəyərləndirilməyib və haqqında məqalə yazmaq üçün mənbələr ilə yoxlanıla bilən faktlar mövcud deyil. Məqalədə də xüsusi əhəmiyyətli bir fəaliyyət və ya xüsusiyyəti iddia olunmayıb. Sura Shukurlu (müzakirə) 14:12, 3 mart 2024 (UTC)
  • X Silinsin: Adı qeyd olunan şəxsdən qat-qat məhşur futbol şərhçiləri var. Bu şəxs əsasən AzTV-də xəbər aparıcısı olaraq tanınır son dönəmlər. Məqaləsi olması üçün tələb olunan şərtləri ödəmir. Grenzsoldat 14:15, 3 mart 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 07:24, 14 mart 2024 (UTC)

Pərvin Lətifov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 07:25, 14 mart 2024 (UTC)

Fərşid Rüstəmi

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • X Silinsin: Məqalə mənbəsizdir və heç bir fakt mənbələrlə yoxlanıla bilmir. Ensiklopedik əhəmiyyətli mövzu deyil, özü və fəaliyyəti ikinci dərəcəli mənbələrkn mövzusu olmayıb və yoxlanıla bilən faktlarla məqalə yazmaq üçün mənbələrdə yetərli həcmdə informasiya yoxdur. Həmçinin məqalənin PR məqsədli yaradıldığını düşünürəm. Sura Shukurlu (müzakirə) 15:53, 3 mart 2024 (UTC)
  • X Silinsin: qeyd edilən arqumentlə tamamilə razıyam. VP:ŞEƏVP:İDMANÇI şərtlərini ödəmir. Grenzsoldat 14:15, 3 mart 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 07:26, 14 mart 2024 (UTC)

Emil Məmmədov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: "Məqalə yenidən işlənilib təftiş edilməlidir və PR məqsədi üstünlük təşkil edir." --Redivy (müzakirə) 00:15, 5 mart 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 07:30, 14 mart 2024 (UTC)

Yaşar Yusub

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 07:31, 14 mart 2024 (UTC)

Elnur Abasov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 07:31, 14 mart 2024 (UTC)

Marina Tankaskaya

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • X Silinsin: QEYD: digər 12 həndbolçu məqaləsi yanvarda silinmişdi. Onda bu 2 məqalə gözümdən qaçıb. İndi rastıma çıxdı. Ona görə də bu 2 məqaləni əlavə edirəm. Arqumenti də qeyd edirəm:

Həndbol üzrə Azərbaycan yığmasının tarix ərzində heç bir uğuru olmayıb. Bu məqalə 2017-ci ildə copy-paste üsulu ilə hazırladığım yüzlərlə məqalədən biridir. Çoxu silinib artıq SNS-də. Azsaylılar qalıb. Deməli idmançının həyatda qazandığl yeganə medal islamiadaya aiddir. İslamiada da cəmi üç yığma var idi. Yəni onsuzda medal alacaqdır. Bu uğur heç bir halda VP:İDMANÇI şərtlərini ödəmir. Buna görə də bu məqalələr silinməlidir. Google'da axtarış versəniz özünüz nəticəni görürsiniz. Heç bir əhəmiyyəti yoxdur bu idmançı məqalələrinin. Grenzsoldat 21:42, 3 mart 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 07:32, 14 mart 2024 (UTC)

Mariya Raçitelyova

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • X Silinsin: QEYD: digər 12 həndbolçu məqaləsi yanvarda silinmişdi. Onda bu 2 məqalə gözümdən qaçıb. İndi rastıma çıxdı. Ona görə də bu 2 məqaləni əlavə edirəm. Arqumenti də qeyd edirəm:

Həndbol üzrə Azərbaycan yığmasının tarix ərzində heç bir uğuru olmayıb. Bu məqalə 2017-ci ildə copy-paste üsulu ilə hazırladığım yüzlərlə məqalədən biridir. Çoxu silinib artıq SNS-də. Azsaylılar qalıb. Deməli idmançının həyatda qazandığl yeganə medal islamiadaya aiddir. İslamiada da cəmi üç yığma var idi. Yəni onsuzda medal alacaqdır. Bu uğur heç bir halda VP:İDMANÇI şərtlərini ödəmir. Buna görə də bu məqalələr silinməlidir. Google'da axtarış versəniz özünüz nəticəni görürsiniz. Heç bir əhəmiyyəti yoxdur bu idmançı məqalələrinin. Grenzsoldat 21:42, 3 mart 2024 (UTC)

X Silinsin: məzmunsuz məqalə kimi də silinə bilər. Atakhanli (müzakirə) 23:08, 3 mart 2024 (UTC)

X Silinsin: "Ensklopedik dəyəri olmayan qaralama halında olan məqalədir." Redivy (müzakirə) 23:19, 3 mart 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 07:33, 14 mart 2024 (UTC)

Aysu Devrişova

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • X Silinsin: VP:EƏİ ödənilmir. Əsas meyarlara görə də təftiş etdikdə ensiklopedik deyil, fəaliyyəti ikinci dərəcəli mənbələrin diqqətində olmayıb. Məqalənin özündəki faktlar da meyarları ödəmir və xüsusi əhəmiyyətli bir nüans təqdim etmir. Sura Shukurlu (müzakirə) 12:29, 4 mart 2024 (UTC)
  • X Silinsin: qeyd edilən arqumentlə razıyam. Şəxs VP:İDMANÇIVP:ŞEƏ şərtlərini ödəmir. Həmçinin şablonda göstərilən uğurların heç biri şablonluq deyil. Onlar oradan çıxarılmalıdır ümumiyyətlə. Azərbaycan və şəhər çempionluqları şablonluq deyil. Məqaləyə baxan insanda "nüfuzlu və məhşur idmançı" təsviri yaradır. Grenzsoldat 12:38, 4 mart 2024 (UTC)
    X Silinsin: @Grenzsoldatın fikrinə əsasən -- ☞QRAF☜   (✉ → ♕) 06:51, 7 mart 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 07:35, 14 mart 2024 (UTC)

İlkin Namazov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • X Silinsin: Əvvəla qeyd edim bu şəxsin arası barədə olan məqalədə bir müddət əvvəl SNS-də q/e olduğuna görə silinmişdir. Məqalə yaradanlarda eyni istifadəçidir. Çox güman məqsədli yaradılıb. Məqalə VP:ŞEƏVP:İDMANÇI şərtlərini ödəmir. Stil Kitabçasının da tələblərini yerinə yetməyib. İstinadlar və mənbələr etibarlı deyil. Uğurları tərəfdə göstərilən məlumatların istinadı yoxdur. Uğurlarında Azərbaycan çempionluğu göstərilib. Bu da şəxsi ens etmir. Dünya və Avropa çempionluğu göstərilib. WRPF versiyası rəsmi deyildir. Rəsmi pauerliftinq üzrə Avropa və Dünya Çempionatı var. Bu isə başqadır. və turnirin Rusiyada olduğu yazılıb. Bilənlər bilir. Rusiya 2022-ci ildən bütün beynəlxalq turnirlərdən məhrum edilib. Bu turnir isə MDB dövlətlərinin (Azərbaycan, Rusiya və Belarus ancaq :d) olduğu turnirdir. Həmçinin Google axtarış sistemində belə şəxsin adı ilə bağlı etibarlı xəbərlər yoxdur. Uzun sözün qısası bu məqalədə digərindən fərqli olmayaq q/e-dir və çox güman PR məqsədilə yaradılıb. Grenzsoldat 12:45, 4 mart 2024 (UTC)
    X Silinsin: "Həmçinin rəsmi saytdan istinad yoxdur yalnız yerli mənbələrin istinadları yerləşdirilib." Redivy (müzakirə) 21:30, 8 mart 2024 (UTC)
  • X Silinsin: VP:EƏ meyarlarını ödəmir, məqalədə mövcud olan faktların əhəmiyyəti haqqında yetərli arqument göstərilib. — Sura Shukurlu (müzakirə) 10:29, 9 mart 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 07:35, 14 mart 2024 (UTC)

Saleh Qafarov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
  • X Silinsin: Bu şəxs Tərtər işi zamanı öldürülən hərbçilərdən biridir. Məqaləsinin olması üçün düşünürəm əsas yoxdur. Məqalədə olan əsas məlumatlar isə Tərtər işi məqaləsində verilməlidir. Grenzsoldat 14:38, 4 mart 2024 (UTC)

X Silinsin: "Tərtər işi Ümumi məqaləyə əlavə edilər bilər lakin ayrılıqda ensklopedik deyil. " Redivy (müzakirə) 13:37, 5 mart 2024 (UTC)

X Silinsin: əsas məqalədə qeyd oluna bilər.— Bikar müzakirə 12:13, 6 mart 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 07:36, 14 mart 2024 (UTC)

2019 Avropa Oyunları mövzulu məqalələr

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  1. Çexiya 2019 Avropa Oyunlarında
  2. Estoniya 2019 Avropa Oyunlarında
  3. Finlandiya 2019 Avropa Oyunlarında
  4. Fransa 2019 Avropa Oyunlarında
  5. İsveç 2019 Avropa Oyunlarında
  6. İsveçrə 2019 Avropa Oyunlarında
  7. Monteneqro 2019 Avropa Oyunlarında
  8. Rusiya 2019 Avropa Oyunlarında
  9. Türkiyə 2019 Avropa Oyunlarında
  10. Ukrayna 2019 Avropa Oyunlarında
  11. Xorvatiya 2019 Avropa Oyunlarında
  • X Silinsin: Aşağıda qeyd etdiyim məqalələrin məzmunu tamamilə boşdur. Məqalələr eyni gündə - 5 iyun 2019-cu ildə bir neçə dəqiqə intervalla yaradılıb. Çox güman süni olaraq məqalə artırmaq məqsədilə olub. Məzmun tamamilə boşdur. Nə zamansa işlənsə normal məqalələr. Əslində boş vaxtım olsa işləyərdim. Amma hazırda məzmun boşdur və qalması üçün əsas yoxdur.

Grenzsoldat 14:50, 4 mart 2024 (UTC)

  • X Silinsin: bu tip məqalələrin hamısı silinməlidir. əsas keyfiyyətdir. təəssüf ki, bəzi avtopatrul istifadəçilər gün bu gün belə bu cür məqalələr yaratmağa davam edir. oxuyucuya heç bir məlumat ötürməyən məqalələr nəyə lazım? Atakhanli (müzakirə) 23:44, 5 mart 2024 (UTC)
@Grenzsoldat Fikirlər ilə razıyam işlənilsə saxlanlması müzakirə edilə bilər lakin hal-hazırda X Silinsin: Redivy (müzakirə) 13:34, 5 mart 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 07:36, 14 mart 2024 (UTC)

Marş torpaqlar

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Məqalə üzərində digər istifadəçi ətraflı işləyib problemləri həll etdiyi üçün və intervikisi əlaqələndirildiyi üçün məqalə saxlanıldı. Atakhanli (müzakirə) 21:27, 11 mart 2024 (UTC)

Çartar

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
* Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Azərbaycan izibati-ərazi bölgüsü təsnifatında bu adlı kənd mövcud deyil. İşğal vaxtı separatçılar çox guman Güneyçartar kəndini əvvəl Çartar adlandırmışlar, sonra bu kəndi Quzeyçartar kəndi ilə birləşdirib Çartar şəhəri adlandırmışlar. Bu faktı düşünürəm zərurət varsa Güneyçartar məqaləsində də əlavə etmək olar. Amma"Çartar" məqaləsinə fikrimcə zərurət yoxdur. Silinməyə təklif edirəm. — Bu imzasız yazı Zohrab javad (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 17:23, 9 fevral 2024 (UTC)

X Silinsin: qeyd edilən məqamlara əsasən. samral müzakirə 15:35, 10 fevral 2024 (UTC)
Hörmətli @Araz Yaquboglu, @Moses, sizin bu məsələyə münasibətiniz necədir? Zohrab javad (müzakirə) 14:12, 13 fevral 2024 (UTC)
X Silinsin: Zohrab javadın qeyd etdiyi kimi, separatçıların birləşdirdiyi kənddi. silinsin. Moses :) 14:16, 13 fevral 2024 (UTC)
Məlumatsızam. Fikrimcə gözləmək lazımdır ki o rayon haqqında çox güman nələrsə olacaq. O zaman baxmaq olar. Araz Yaquboglu (müzakirə) 14:16, 13 fevral 2024 (UTC)
Hörmətli @Grenzsoldat, sizin münasibətiniz necədir? Zohrab javad (müzakirə) 14:27, 13 fevral 2024 (UTC)
Cənablar, ru-Vikidə Чартар səhifəsini Гюнейчартар səhəfisinə istiqamətləndirici etdilər (çünki zatən Гюнейчартар-da Чартар barəsində məlumat verilir, və faktiki seporatçılar tərəfindən Güneyçartar və Quzeyçartar kəndəlirini birləşdirib şəhər statusunu verməkdən qabaq seporatçılar Güneyçartarı Çartar adlandırırdılar). Az-Vikidə də belə etmək olar, Çartarı Güneyçartara istiqamətləndirici etmək olar. — Zohrab javad (müzakirə) 10:48, 15 fevral 2024 (UTC)
✔ Qalsın: Azərbaycanın inzibati bölgüsündə yoxdur deyə silinməlidir demək deyil. Sovet dövründə bir yer olub. --► Hörmətlə: SolaVirum 10:15, 5 mart 2024 (UTC)
Hörmətli @Solavirum, məsələ budur ki, Sovet dövründə də Güneyçartar və Quzeyçartar kəndləri olubdur. Separatçılar Güneyçartarı Çartar adlandırırdılar, sonra isə Quzeyçartarı da ona birləşdirmişdilər. Yəni demək olar ki Çartar = Güneyçartar. Faktiki demək olar ki bir yaşayış məntəqə barəsində az-Vikidə iki məqalə var. Ru-Vikidə bu məsələ bu cür qəbul olundu. Ru-Vikidə Гюнейчартар məqaləsində bu məsələ açıqlanır. Bu səbəbdən məqalələrin birləşdirilməsini təklif edirəm. Zohrab javad (müzakirə) 19:27, 5 mart 2024 (UTC)
@Zohrab javad, birləşdirməni edərsiniz zəhmət olmasa. Nemoralis (müzakirə) 07:09, 14 mart 2024 (UTC)
@Nemoralis Cümlələri copy-paste elədim. Amma xahiş edərdim ki siz də baxasınız. İnfobaxa şəkillərin adını əlavə etsəm də, nəsə şəkillər açılmadı. Siz də baxsaydınız yaxşı olardı. Zohrab javad (müzakirə) 21:14, 14 mart 2024 (UTC)

Yekunlaşdırma: Birləşdirilməsinə qərar verildi. Nemoralis (müzakirə) 11:37, 15 mart 2024 (UTC)

Fərid Məmmədov (dövlət rəsmisi)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: DOST Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki qurumdur və həmin qurumun sədri olmaq şəxsi birbaşa ensiklopedik etmir. Məqalə də neytral deyil, "layihələr və proseslər üzrə ekspert" kimi sözlər adətən maraq daxilində işlənən sözlərdir və digər cümlələrə də nəzər yetirə bilərsiniz. Məqalə adının sonradan (dövlət rəsmisi) olaraq dəyişdirilməsini də doğru hesab etmirəm. Sura Shukurlu (müzakirə) 14:29, 16 fevral 2024 (UTC)
Salam. Vikipediyada bir çox nazirliyin tabeliyindəki qurumun sədri haqqında məqalələr mövcuddur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 milyon nəfərə yaxın vətəndaşa göstərdiyi 159 xidməti DOST Agentliyi həyata keçirir. Düşünürəm ki, 3 milyona yaxın vətəndaş üçün birbaşa ünsiyyətdə olduqları qurumun sədri haqqında məlumatlar əlçatan olmalıdır.
O ki, qaldı "layihələr və proseslər üzrə ekspert" ifadəsinə, bu, boş-boşuna yazılmış şey deyil. Fərid Məmmədov 2012–2014-cü illərdə Avstriyanın Vyana İqtisadiyyat və Biznes Universitetinin İdarəçilik Akademiyasında Layihələrin və proseslərin idarə edilməsi ixtisası üzrə peşəkar magistratura təhsili alıb. Yəni ki, bu onun sırf peşəkar formada təhsilini aldığı ixtisasdır və bu, məqalədə istinad olunmaqla qeyd edilib.
Məqalənin adı barəsində bildirmək istəyirəm ki, Fərid Məmmədov adlı məqalələr çox olduğu üçün, Araz bəylə məsləhətləşib, belə bir dəyişiklik etmişik. Sırf bu ad məsələsi qaydalara ziddirsə, buyurub dəyişə bilərsiniz. Ümid edirəm fikirlərimi düzgün formada çatdıra bildim. Təşəkkürlər. Hörmətlə Ilgarahmed (müzakirə) 21:35, 17 fevral 2024 (UTC)
Bəlkə də ensiklopedik şəxsdir. Amma fikrimcə nəaliyyətləri, fəaliyyətləri barəsində məlumat daha ətraflı verilməlidir. Zohrab javad (müzakirə) 20:23, 20 fevral 2024 (UTC)
@Zohrab javad hesab edirəm ki, belə şəxsləri ensiklopedik edən əsas amil, bu kimi qurumlara sədr təyinatı almalarıdır. Patriot (müzakirə) 20:27, 20 fevral 2024 (UTC)

X Silinsin: "Məqalə neytrallıqdan və mənbələrdən kənardır lakin düşünürəm şəxs haqqında detallı və etibarlı mənbələrdən istinadlar olarsa yenidən müzakirə edilər bilər. --✡ Redivy ✡ (müzakirə) 20:43, 16 fevral 2024 (UTC)

Şəxs haqqında istənilən məlumatı sizə təqdim etməyə hazıram. Ilgarahmed (müzakirə) 21:37, 17 fevral 2024 (UTC)
@Ilgarahmed Siz zəhmət olmazsa şəxs haqqında səsvermə bitdikdən sonra verilən səslərə nəzərən məqalədə düzəlişlər aparın həmçinin bütün məlumatları ən lazımlı hissələrinə qədər əlavə edib hər-hansı təcrübəli üzvdən dəstək istəyin əminəm bu daha faydalı olacaqdır. ✡ Redivy ✡ (müzakirə) 23:15, 17 fevral 2024 (UTC)
@Redivy təşəkkür edirəm məsləhətiniz üçün. Bu barədə mənə dəstək olsanız çox şad olaram Ilgarahmed (müzakirə) 08:02, 18 fevral 2024 (UTC)
@Ilgarahmed Detalları bütöv şəkildə öyrənin daha sonra mənim burada hesabın müzakirə bölməsinə yazarsınız zəhmət olmazsa. ✡ Redivy ✡ (müzakirə) 15:16, 18 fevral 2024 (UTC)
@Redivy Təşəkkür edirəm. Ilgarahmed (müzakirə) 18:33, 18 fevral 2024 (UTC)

Şərh Şərh: ensiklopedik tələbləri tam ödəmir, amma yənə də müəyyən şübhələrim var. — Tarixi Nadir (müzakirə) 11:41, 19 fevral 2024 (UTC)

  • Şərh Şərh: Mən şəxs haqqında kifayət qədər mənbələr tapa bilirəm internetdə. Düzdür əksəriyyəti müsahibə tiplidir. Lakin televiziyalarda çıxışları var. Belə vəzifəli şəxsləri dərhal q/e hesab etmək olmaz düşünürəm. Sədrlik etdiyi qurum heç də sıradan bir qurum deyil. Bu səbəbdən adı tez-tez hallanır. — Patriot (müzakirə) 14:16, 19 fevral 2024 (UTC)
  • ✔ Qalsın: Bu kimi şəxsləri ensiklopedik hesab etmək olar. Qeyd etdiyim kimi, sədrlik etdikləri qurumlar sıradan qurumlar deyil. Bu yanaşma ilə gərək ASAN xidmətin sədri də q/e şəxs sayılsın. Səhifənin özündəki linklərə əlavə olaraq bəzi linkləri təqdim edirəm: [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] Bu tipdən olan şəxslərin fəaliyyətinə dair yalnız belə materiallar tapmaq olar ki, bu da normal qarşılanmalıdır. Şəxsi ensiklopedik hesab edirəm.— Patriot (müzakirə) 14:59, 19 fevral 2024 (UTC)

Yekunlaşdırma: Müzakirə nəticəsində məqalənin silinməsinə qərar verildi. — Sura Shukurlu (müzakirə) 19:12, 14 mart 2024 (UTC)

Ləman Süleymanova

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • Ensiklopedik fəaliyyətini görə bilmədim. "Azərbaycanda dietologiya sahəsinin təməlini qoyan həkimdir" kimi iddialı cümlələrin mənbəsi yoxdur, hansısa wordpressdə yığılmış xəbər saytıdırsa etibarsızdır. Hansısa təsadüfi xəbər saytı buna necə qərar verə bilir? Nemoralis (müzakirə) 17:44, 17 fevral 2024 (UTC)

X Silinsin: "Məqalədə neytrallıqdan kənarcümlələr mövcüddur həmçinin əsaslı iddiaların düzgün mənbələri qeyd olunmayıb."✡ Redivy ✡ (müzakirə) 17:53, 17 fevral 2024 (UTC)

✔ Qalsın: illər öncə yaratdığım məqalədir. Yenidən göz gəzdirib kənar cümlələri çıxaracam vaxt edib. Şəxs çox tanınmış biridir və demək olar ki, bütün günü efirlərdədir. Kifayət qədər də etibarlı mənbələr mövcuddur. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 19:52, 17 fevral 2024 (UTC)
X Silinsin: Bütün günü efirdə olması şəxsin ensiklopedik olmağı demək deyil. Hamımız çox gözəl bilirik ki, efirlərə çıxmaq əksər hallarda pul müqabilindədir. Axtarışda çıxan mənbələrinin çoxusu İlkin Həsəni ilə olan qalmaqal haqqındadır. — Xeyal (müzakirə) 13:24, 18 fevral 2024 (UTC)

Yekunlaşdırma: Müzakirə nəticəsində məqalənin silinməsinə qərar verildi. — Sura Shukurlu (müzakirə) 19:14, 14 mart 2024 (UTC)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • Fəaliyyəti geniş olmayan sıradan bir QHT-dı məqalə reklam xarakterlidir mənbə azlığı var həmçinin uzun zamandır iş gedir şablonu qalmışdı deyə cıxardım şablonu məqalədən - Aylanabi (müzakirə) 08:34, 5 mart 2024 (UTC)
siz tərəfdə də deyirəm vəziyyət pisdiye. heç kim orda da yola getmir. Atakhanli (müzakirə) 08:55, 5 mart 2024 (UTC)
✔ Qalsın: hələ də fəaliyyəti olan təşkilatdır, nəsə layihə olanda görürəm həmişə. "Fəaliyyəti geniş olmayan sıradan bir QHT" deyəndə ki, NAYORA-da hamısı elədir də. Azərbaycanda düz-əməlli QHT yoxdur. --► Hörmətlə: SolaVirum 10:13, 5 mart 2024 (UTC)
  • Salam həmkar, məqaləni mən yaratmışam və əmin olaraq yaratmışam. Sıradan deyə qeyd etdiyiniz təşkilat fəaaliyəti ilə bir çox təşkilatdan seçilir, və daimi olaraq hər gün yeni layihələr təşkil olunur. Həmçinin yeganə təşkilatdır ki Azərbaycanın bütün bölgələrini gəzərək təmannasız şəkildə gənclərə təlimlər keçir. Reklam xarakterlidir fikri ilə razı deyiləm gənclərin bir çoxu aktiv şəkildə vikipediyadan məlumat toplayır hətta bəzi məktəblilər və ya gənclər ümumən sosial şəbəkə istifadə etmir ona görədə üzv olmaq istədikləri təşkilatın fəaliyyəti haqqında məlumatlı olmalıdırlar. Bundan əlavə GMD-İB Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşdirilən 9 təşkilatdan biridir. Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Unicef, Qeyri Hökümət Təşkilatarına Dəstək Agentliyi və bir çox qurumlarla əməkaşlıq edir. Həmçinin böyük layihələri digər təşkilatlrdan frqli olaraq GMD-İB təşkil edir, bunun bir çox saytlarda sübutu var. Əlavə olaraq son dəfə Qarabağ Mədəniyyəti adlı tədbir baş tutmuşdur, Dövlət Təhlükəsizlik Xidməti ilə bir yerdə keçirilmişdir və çox böyük miqyaslı bir tədbir olmuşdur. Yəni qısacası silinməməsi üçün bu qədər səbəb var digər QHT-ər kimi qranddan-qranda layihə keçirmir. Aaiitacc (müzakirə) 11:59, 6 mart 2024 (UTC)

X Silinsin: "'Ensklopedik göstəricilərə malik QHT deyil." --Redivy (müzakirə) 22:46, 5 mart 2024 (UTC)

✔ Qalsın: Solavirumla razılaşıram, davamlı xəbərlərdə qabağıma çıxır.— Bikar müzakirə 12:10, 6 mart 2024 (UTC)

X Silinsin: QHT məqalələrin hamısına yenidən fikir vermək lazımdır. Demək olar hamısı q/e-dir. Sanki belə təsəvvür yaranır ki, hamısı öz fəaliyyətini tənzimləmək üçün Vikipediya məqaləsinə ehtiyac duyurlar. — Tarixi Nadir (müzakirə) 12:13, 6 mart 2024 (UTC)


Yekunlaşdırma: Müzakirə nəticəsində məqalənin silinməsinə qərar verildi. — Sura Shukurlu (müzakirə) 19:09, 14 mart 2024 (UTC)

Laləzar Cəfərova

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Laləzar Cəfərova Azerbaycan Respublikasının dəyərli vətəndaşlarından və ziyalılarından biridir və bir çox uğurlara malik kitab yazıçısı və redaktorudur AliTalibli (müzakirə) 16:02, 5 mart 2024 (UTC)
düzdür. Grenzsoldat 16:08, 5 mart 2024 (UTC)

Yekunlaşdırma: Müzakirə nəticəsində məqalənin silinməsinə qərar verildi. — Sura Shukurlu (müzakirə) 19:07, 14 mart 2024 (UTC)

Aquatherm Baku

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: "Sərgi adı əsasında gözəl tanıtım gedib sadəcə." --Redivy (müzakirə) 23:53, 5 mart 2024 (UTC)

X Silinsin: mənbələrdə yalnız adı keçir.— Bikar müzakirə 11:39, 6 mart 2024 (UTC)
X Silinsin: məlumat azlığı var - Aylanabi (müzakirə) 07:28, 14 mart 2024 (UTC)

Yekunlaşdırma: Müzakirə nəticəsində məqalənin silinməsinə qərar verildi. — Sura Shukurlu (müzakirə) 19:04, 14 mart 2024 (UTC)

Medinex Azerbaijan

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: "Yenə sərgi adı altında şəxsi məhsulların tanıtımı. Bu tip sərgilərin içində ayrı-ayrı şəxslərə aid müxtəlif potentli məhsullar yoxdursa sadəcə reklamdır." Redivy (müzakirə) 23:55, 5 mart 2024 (UTC)

 Bitərəf: məqalədə isitnadlar olmasa da internetdə tapmaq olur. Ensiklopedikliyi ilə bağlı qərar verə bilmədim. Maraqlı gələn odu ki, məqalədə 1994-cü ildə yaradıldığı qeyd olunub. 27-ci dəfə keçiriləcək. Məqalələr isə yalnız son dövrlərə aiddi.

Yekunlaşdırma: Müzakirə nəticəsində məqalənin silinməsinə qərar verildi. — Sura Shukurlu (müzakirə) 19:02, 14 mart 2024 (UTC)

Şamama (film, 1973)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

 Birləşdirilsin: ayrıca məqaləsi olacaq qədər geniş mövzu deyil. — Bikar müzakirə 11:28, 6 mart 2024 (UTC)


Yekunlaşdırma: Məqalə silindi, Şamama Həsənova məqaləsində Xatirəsi başlığı altında film haqda qısa məlumat verildi. Atakhanli (müzakirə) 18:40, 14 mart 2024 (UTC)

Səbuhi Cəfərov

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Salam. Vikipediyada əks olunan bütün məlumatlar doğrudur. Səbuhi Cəfərov AR Əməkdar artistidir.
https://axar.az/news/gundem/419630.html Buradan da baxa bilərsiniz.
Səhifəni mən (Heydər Mustafayev) yaratmışam.
https://www.facebook.com/heyder.mustafayev.1 əlavə sual üçün mənimlə əlaqə saxlamığınız xahiş olunur. Səbuhi Cəfərov (müzakirə) 16:39, 3 fevral 2024 (UTC)
@Səbuhi Cəfərov zəhmət olmazsa digər əsas statuslar ilə bağlıda istinadlar əlavə edin səsvermə bitmədən. ✡ Redivy ✡ (müzakirə) 20:55, 5 fevral 2024 (UTC)
@Səbuhi Cəfərov Jurnal və elmi işlər barəsində istinadlarıda təqdim edin köməklik göstərməyə çalışacam. ✡ Redivy ✡ (müzakirə) 18:49, 6 fevral 2024 (UTC)
Təşəkkür edirəm bəy.
Hamısı rəsmidi. Ən qısa zamanda Jurnal və elmi işlərinin nümünəsini sizə göndərəcəm.
Xahiş edirəm mənə email ünvanınızı təqdim edin. Səbuhi Cəfərov (müzakirə) 19:44, 7 fevral 2024 (UTC)
Siz zəhmət olmazsa mənim müzakirə səhifəmə online yükləmə platformalarına qeyd etdiyiniz detalların yüklənmiş formasını atın çalışacam əlavələr edim. ✡ Redivy ✡ (müzakirə) 00:44, 8 fevral 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Eminn (müzakirə) 11:24, 16 mart 2024 (UTC)

Ruhi Əliyeva

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  • Ödənişli redaktə keçmişi olan istifadəçi tərəfindən yaradılıb, digəri tərəfindən redaktələr edilib. Məqalədə tərəfli cümlələr ("bu gün də sevərək dinlədiyimiz", "maraqlı ifaları", "saysız-hesabsız mükafatların sahibidir") Ensiklopedikliliyini müzakirə etmək lazımdır. Nemoralis (müzakirə) 16:27, 7 fevral 2024 (UTC)
İstinadlar da ancaq şəxsin adına verilib. Şəhərin də kəndi olmur, rayonun kəndi olur. Araz Yaquboglu (müzakirə) 17:13, 7 fevral 2024 (UTC)

Şərh Şərh: Şəxs özü ensiklopedikdir və viki qaydaları çərçivəsində əlavə edilsə qala bilər,lakin məqalədə olan yalnışlıqlar və əlavə edən istifadəçinin qayda pozuntusu əsasında X Silinsin: ✡ Redivy ✡ (müzakirə) 17:43, 7 fevral 2024 (UTC)

  • X Silinsin: Məqalə qaralaman halındadır. Bu heç. Bunu bir tərəfə qoydum. Əsas məsələ bu şəxs VP:ŞEƏ şərtlərini ödəmir. Həmdə bu adam özünün PR-nı sosial medidadan tut bütün sahələrə qədər aparır. Məqalədə qatqısı olan Onyeddi adlı istifadəç özü bir müddət əvvəl məhşurların məqalələrini və PR-nı pul qarşılığında apardığına görə fəaliyyəti məhdudlaşdırılıb. Yəni bir sözlə bütün bunlar bir tərəfə qalsın, şəxs özü heç VP:ŞEƏ şərtlərini ödəmir. Grenzsoldat 11:05, 9 fevral 2024 (UTC)
  • ✔ Qalsın: şəxs ensiklopedik şəxsdir, sadəcə saxlanılarsa düzəliş olunub tərəfli cümlələr çıxarılmalıdır. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 20:19, 12 fevral 2024 (UTC)

✔ Qalsın: tanınmış və məşhur şəxsdir. Şəxsin fəaliyyəti mətbuatda çox geniş əhatə olunub. — Tarixi Nadir (müzakirə) 12:05, 19 fevral 2024 (UTC)

  • ✔ Qalsın: Məncə , tanınmış şəxs kriteriyalarına cavab verir.— Sortilegus (müzakirə) 19:04, 23 fevral 2024 (UTC)
  • ✔ Qalsın:Patriot (müzakirə) 20:34, 1 mart 2024 (UTC)
  • X Silinsin: Tanınmış olmaq ensiklopedik olmaq anlamına gəlmir. Şəxs müğənni kimi fəaliyyətə başlayıb amma müğənni kimi heç bir potensiala malik olmadığını görüb özünü bacardığı qədər tanıtmağa çalışıb. Lakin fakt budur ki, şəxs hazırda nə müğənnidir, nə aktrisadır, nə də aparıcıdır. İndi onun fəalliyətini hansı sahə üzrə adlandırıb vikipediyada saxlamaq olar?! Məncə, ensiklopedik deyil.Futuroloq (müzakirə) 00:52, 15 mart 2024 (UTC)
    X Silinsin: Əvvəllər müğənni kimi fəaliyyət göstərdi 3-4 dənə mahnısı oldu. İndi hansı sahə üzrə çalışır məlum deyil. Vusalsuvarov1996 (müzakirə) 02:11, 15 mart 2024 (UTC)
  • Şərh Şərh: Müzakirədə şəxsi ensiklopedik hesab edənlərin olduğunu görüb düşündüm ki, yazdıqlarım xanıma qarşı haqqsızlıq olmasın deyə bir axtarış edim, lakin çox təəssüf ki, bu axtarış məni fikrimdən döndərmədi. Nə bir baş rol aldığı film var, nə bir məşhur xiti var, ümumiyyətlə sənətdən, səhnədən daha çox iş adamı, biznes ledi, mmc rəhbəri, oliqarx arvadı adları altında məqalələrlə məşhurdur və bu kriteriyalar Vikipediyanın şəxs əhəmiyyətlik prinsiplərini ödəmir.Futuroloq (müzakirə) 02:36, 15 mart 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Eminn (müzakirə) 11:27, 16 mart 2024 (UTC)

Kəşmirli Ağa Şövkət Əli Qızılbaş

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
İstinadlar əlavə edildi Lawyer.F (müzakirə) 12:29, 13 fevral 2024 (UTC)

✔ Qalsın: "Şəxs xarici mənbələrdə sirli diplomat və xüsusi işlərdə adı keçir ,fikrimcə qeyd olunan illər üçün əhəmiyyətli işlər görməsinidə nəzər alaraq məqalə saxlanıla bilər.✡ Redivy ✡ (müzakirə) 00:20, 16 fevral 2024 (UTC)

Fikrimcə ✔ Qalsın:, amma məqalənin üstündə işlənilməlidir. Zohrab javad (müzakirə) 14:49, 20 fevral 2024 (UTC)

Yekunlaşdırma: Saxlanılmasına qərar verildi. Eminn (müzakirə) 11:29, 16 mart 2024 (UTC)

Ağarak

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
B.Ə.Budaqov və Q.Ə.Qeybullayev önəmli tədqiqatçılardır, inanmıram uyduralar, amma məqalə bir mövzu olaraq qəribədir. Sanki VikiLüğətə uyğundur. --► Hörmətlə: SolaVirum 09:30, 21 fevral 2024 (UTC)
https://ce.wikipedia.org/wiki/%D0%90%D0%B3%D0%B0%D1%80%D0%B0%D0%BA%D0%B8 bu ola bilərmi? Araz Yaquboglu (müzakirə) 09:55, 21 fevral 2024 (UTC)
Əkərək ola bilər görəsən? @Zohrab javad, siz bilərsiniz. Nemoralis (müzakirə) 20:30, 26 fevral 2024 (UTC)
Biri deyəsən tapıldı Qudautdakı :), buyurun. Amma məqalə elə bil qəribə yazılıb, “Qudaut, Maxaradze və Qardabani rayonlarında kənd adları” - fikrimcə düz yanaşma deyil, bu lüğət deyil, ensiklopediyadır. Məlumat tapıldıqca hər məntəqə üçün fikrimcə ayrı məqalə olmalıdır, və bir dənə də istiqamətləndirici dizambiq səhifə - orada da yazmaq olar ki kənd adları. Zohrab javad (müzakirə) 20:57, 26 fevral 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Eminn (müzakirə) 11:33, 16 mart 2024 (UTC)

Katolikos Fyodor

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Ruvikidə silinib. — Bikar müzakirə 21:27, 25 fevral 2024 (UTC)
 Sürətli qalsın: katolikoslar ensiklopedikdir. Ermənicə Vikidə hansısa siyahıdan tapmaq olar. --► Hörmətlə: SolaVirum 15:34, 27 fevral 2024 (UTC)
Katolikoslar hamısı ya Kalankatuyklunun Albaniyanın tarixi ya da Mxitar Qoşun salnaməsindəndir. Cavid Ağa (müzakirə) 06:59, 5 mart 2024 (UTC)
 Sürətli qalsın: . İntervikidə yoxdursa, o demək deyil ki Azvikidədə olmamalıdır. Azərbaycanın tarixidir, əlbətdə ki birinci Az-Vikidə olmalıdır, sonra da başqa dillərə tərcümə oluna bilər. Fikrimcə qalmalıdır. İstifadəçilər arasında professiaonal tarixçilər varsa, təkmilləşdirilə bilər. Zohrab javad (müzakirə) 06:53, 12 mart 2024 (UTC)

Yekunlaşdırma: Saxlanılmasına qərar verildi. Eminn (müzakirə) 11:35, 16 mart 2024 (UTC)

Namur

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Yekunlaşdırma: Birləşdirildi.— Şiroi Akuma 10:08, 15 mart 2024 (UTC)

Səbinə Yusubova

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Atakhanli (müzakirə) 02:01, 16 mart 2024 (UTC)

Caspian Marine Services Limited

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: "Məqalə qaralama halındadır və şirkət ensklopedik deyil." Redivy (müzakirə) 02:20, 7 mart 2024 (UTC)

X Silinsin: məqalə ensklopetik tələblərə cavab vermir -- ☞QRAF☜   (✉ → ♕) 06:48, 7 mart 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Atakhanli (müzakirə) 14:04, 17 mart 2024 (UTC)

Standard Insurance

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
X Silinsin: məqalə qeyri ensklopetikdir -- ☞QRAF☜   (✉ → ♕) 06:47, 7 mart 2024 (UTC)
X Silinsin: tələblərə uyğun hər hansı faktor göstərilməyib.— Bikar müzakirə 12:15, 7 mart 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Atakhanli (müzakirə) 14:05, 17 mart 2024 (UTC)

İrfan Quli Güzalan

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: "Qeyri ensklopedik məqalədir." Redivy (müzakirə) 20:40, 12 mart 2024 (UTC)

X Silinsin: həmfikirəm. Moses :) 20:07, 13 mart 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Atakhanli (müzakirə) 20:21, 16 mart 2024 (UTC)

Şəmkir PFK

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
https://sport24.az/bizim-futbol/shemkirin-prezidenti-yerli-ish-adamlarinin-komeyine-bel-baglayir Reshat57 (müzakirə) 20:38, 12 mart 2024 (UTC)
@Reshat57 Bu məqalədə 2-ci divizona aid danışıq keçir həmçinin AFFA-da istinad yoxdur. Redivy (müzakirə) 20:43, 12 mart 2024 (UTC)
Qardaş salam.Şəmkir PFK 2013 cü ildə "Qala" adı ilə yaranmış futbol klubudur. Əvvəlki "Şəmkir" FK ilə əlaqəsi olmadəğə üçün yerləşdirdim ki, futbol ictimayyətində çaşqınlıq yaranmasın. Reshat57 (müzakirə) 20:49, 12 mart 2024 (UTC)
@Reshat57 Məqalədə o mövzuda bir mənbə keçmir həmçinin istinadda əlavə edilməyib. Redivy (müzakirə) 20:55, 12 mart 2024 (UTC)
Qardaş AFFA nın saytında olmur elə məlumatlat.Amma PFL saytında var.Rəsmi saytdırhttps://www.pfl.az/cat2/112 Reshat57 (müzakirə) 20:58, 12 mart 2024 (UTC)
@Reshat57 pfl.az olması əhəmiyyətlik kəsb etmir. Redivy (müzakirə) 21:01, 12 mart 2024 (UTC)
Peşəkar Futbol Klubunun rəsmi saytdırı.Əlavə etmək istəməməniz başqa məsələ.Mən əlavə etdiyim məlumatlar uydurulma deyil realdır. Reshat57 (müzakirə) 21:04, 12 mart 2024 (UTC)
@Reshat57 PFL daxilində hətta 2-ci divizonda çıxış edir bu isə əhəmiyyətlik kəsb etmir. Redivy (müzakirə) 21:10, 12 mart 2024 (UTC)
Deyirəm ki peşəkar futbol klubudur. PFL nin rəsmi saytında adı var. Youtubeda 2 liqa səhifəsində oyunları var. Gələn il yüksək liqaya hazırlaşır.Özüm Şəmkirliyəm və məlumatlarım dəqiqdir. "Şəmkir" FK Vikipediya səhifəsində də əməyim olub. Mənim yerləşdirdiyim məqalə, real, fəaliyyətdə olan futbol klubu barəsindədir.
Siz siləcəksiz, ingilis və rus dillərində əlavə edəcəm Şəmkir PFK-nı. Sizin münasibətinizdən sonra mənim üçün əhəmiyyəti yoxdur daha, silib silməyəcəyinizi. Создаду на русском и на английском.Всего хорошего! Reshat57 (müzakirə) 21:15, 12 mart 2024 (UTC)
@Reshat57 PFL saytında olması və sizin əməyiniz məqaləni ensklopedik etmir,həmçinin sizə işlərinizdə uğurlar mən qaydalara uyğun davranıram. Redivy (müzakirə) 21:21, 12 mart 2024 (UTC)
Siz qaydalarına uyğun yox düşman mövqeyində davranırsınız.Uğurlar! Reshat57 (müzakirə) 21:24, 12 mart 2024 (UTC)
@Reshat57 Etdiyiniz kobud danışıq üçün ban ola bilərsiniz yəqin bilirsiniz bunu.? Redivy (müzakirə) 21:28, 12 mart 2024 (UTC)
Mən heç kimə qarşı kobudluq etmirəm, hiss etdiklərimi yazıram. Banlada qorxutmaq lazım deyil. Reshat57 (müzakirə) 21:34, 12 mart 2024 (UTC)
@Reshat57 Hər hissi, hər yerdə deyilmir yəqin bilirsiniz bunu və deməyə ehtiyac yoxdur. Ban məsələsi isə etdiyiniz ifadəyə nəzərən sizə bildirdim. Redivy (müzakirə) 21:35, 12 mart 2024 (UTC)
Qardaş siz AFFA da lisenziyadan keçmiş Peşəkar Futbol Klubu barədə məqalənin yerləşdirilməsinə imkan vermirsiniz. Səbəbi isə 2 liqada oynamağını göstərirsiniz. 2 ci liqa həvəskar liqa deyil, Peşəkar Futbol Liqasına aiddir. Əvvəllər 2 il fəaliyyəti olmuş klubların məqaləsi var. Bizim kluba imkan vermirsiniz amma.
Ya futboldan anlayışınız yoxdur, yada kı Şəmkirlilərə qarşı kininiz var. Reshat57 (müzakirə) 21:41, 12 mart 2024 (UTC)
Həvəskar klublar olan "Uğur" FK Mingəçevir, "Xan Lənkəran" klublarının məqləsi nə gəzir vikipediyada əgər 2013-cü ildə yaranmış "Şəmkir" PFK nın məqaləsi qaydalara ziddiirsə? Reshat57 (müzakirə) 21:48, 12 mart 2024 (UTC)
@Reshat57 Məqalədə dediklərinizin istinadı var ? mən görmədim. Redivy (müzakirə) 21:42, 12 mart 2024 (UTC)
@Reshat57 Vikipedia daxilində filan məqalə var filan məqalə niyə sns olunur kimi müzakirələr ən şablon və əhəmiyyətsiz müzakirlərdən biridir. Həmçinin mən gördüyüm və təftiş etdiyim məqalələri sns edirəm hər-hansı mənim fəaliyyətim ilə bağlı narazıçılığınız olarsa. VP:İM müraciət edərək bildirə bilərsiniz.
Təşəkkürlər. Redivy (müzakirə) 21:53, 12 mart 2024 (UTC)
Bu məqaləni əsassız şəkildə siləcəyiniz təqdirdə, ingilis və rus dillərində yaradacam. Əminəm ki özümüzünkülərdən fərqli olaraq yaddlar problem yaratmayacaq.İşinizdə uyğurlar! Reshat57 (müzakirə) 21:57, 12 mart 2024 (UTC)
@Reshat57 Uğurular. Redivy (müzakirə) 21:57, 12 mart 2024 (UTC)

✔ Qalsın: Azərbaycan İkinci Liqasında çıxış edən peşəkar klubdur. Silinməsi üçün əsas görmürəm. Hörmətlə.— Nicat49   müzakirə 16:44, 14 mart 2024 (UTC)

@Nicat49 Bu rəyimi görüb ümidvaram@Reshat57 hərhansı əks fikir yürütməz sadəcə istinadlara diqqət etsəniz görərsəniz ki ikinci divizionda hələ birinci mövsümdə çıxış edəcək və hərhansı qalibiyyəti vəya məğlubiyyəti yoxdur və bir neçə oyunlardan sonra yaradılması daha məqsədəuyğun olardı. Redivy (müzakirə) 16:55, 14 mart 2024 (UTC)
@Redivy, İkinci Liqada artıq 16 tur geridə qalıb, "Şəmkir" hazırda 9 xalla 14 komanda arasında 12-cidir. Hörmətlə.— Nicat49   müzakirə 17:00, 14 mart 2024 (UTC)
@Nicat49 Buna baxmamışdım məlumat üçün təşəkkürlər və bu məlumatdan sonra sns bağlaya bilərsiniz yekun cavablarımı topladım sayənizdə. Redivy (müzakirə) 18:31, 14 mart 2024 (UTC)
Çox sağolun Nicat bəy.Təşəkkür edirəm sizə.Mənim vikipediyadan elə yaxşı başım çıxmır əslində. Mən mətnlərdə istinadları əlavə etməkdə çətinlik çəkirəm.İkinci istinad var ha Tarix hissəsində (Şəmkir PFK məqaləsi) oraya sport24.az saytından olan mənbəni yerləşdirə bilmirəm mətndə.Kömək etsəniz sevinərdim.Təşəkkürlər. Reshat57 (müzakirə) 19:14, 14 mart 2024 (UTC)
Bəy, siz elə təcrübəsiz formada əlavə edin nə lazımdırsa, sonra mən düzəliş edib qaydaya salaram. problem deyil Atakhanli (müzakirə) 19:18, 14 mart 2024 (UTC)
https://sport24.az/bizim-futbol/shemkirin-prezidenti-yerli-ish-adamlarinin-komeyine-bel-baglayir
xahiş edirəm bu linki Şəmkir PFK məqaləsinin Tarix bölməsində cümlənin sonunda mənbə (istinad) kimi əlavə etməyə köməllik göstərərsiniz.Nə qədər çalışdım tıklayanda eror verir.Bacara bilmədim.Çox təşəkkür edirəm əvvəlcədən. Reshat57 (müzakirə) 19:38, 14 mart 2024 (UTC)
Qardaş Allah eləməsin.Sizinlə hər hansı prinsipim yoxdur.Sadəcə mən istinadları əlavə etməkdə əziyyət çəkirəm. Vikipediyada elə güclü biliklərim yoxdur. Şəmkir PFK məqaləsini isə o biri köhnə komandanın (Şəmkir FK məqləsimdən) copy past edib zülümlə düzəlişlər etmişəm. Şəmkir PFK gələn il yuxarı liqaya çıxmağa namizəddir.Qurban Qurbanovun dostları gəlib klub rəhbərliyinə və güclü sponsorları var. Reshat57 (müzakirə) 19:46, 14 mart 2024 (UTC)
@Reshat57 Uğurlar heçbir problem yoxdur sadəcə sns edərkən hərkəsin fikirləri önəmlidir və yekunlaşdı. Sizə hal-hazırda sadəcə qalır məqaləni edit etmək. Redivy (müzakirə) 19:52, 14 mart 2024 (UTC)
Çox sağolun.Allah canınızı sağ eləsin.Mən istinadları əlavə edə bilmirəm mətnə) Reshat57 (müzakirə) 19:57, 14 mart 2024 (UTC)
@Reshat57 Düzəliş edərəm indi. Redivy (müzakirə) 20:03, 14 mart 2024 (UTC)
Çox sağolun varolasınız)Əlləriniz ağrımasın. Reshat57 (müzakirə) 20:04, 14 mart 2024 (UTC)
@Reshat57 Adiyyatı əlavələr edildi və digər yolladığınız qızlardan ibarət istinad gərəksizdir deyə əlavə etmədim. Redivy (müzakirə) 20:21, 14 mart 2024 (UTC)
Bu klub PFK daxilindəki qızların aşağı yaş komandasıdır.Olsun, yenədə təşəklür edirəm sizə.Əlləriniz ağrımasın. Reshat57 (müzakirə) 22:11, 14 mart 2024 (UTC)
@Reshat57 Xoşdur sadəcə Qarabağ uduzdu yuxumuz qaçdı səhərə qədər nə tapsam əlavə edəcəm məqaləyə uğurlar) Redivy (müzakirə) 22:12, 14 mart 2024 (UTC)
Qardaş mən onsuzda bizə qarşı hakimlərdən ədalətsizlik gözləyirdim.Onlar öz qrandlarını ayağa vermirlər.İnşallah gələn il daha böyük uğura çatar Qarabağımız. Bütün dünya gördü ki Bayeri qələbəyə layiq deyildi. Reshat57 (müzakirə) 22:14, 14 mart 2024 (UTC)
Fikirlər üçün təşəkkürlər məqalə üzərində uğurlar sizlərə yenədə. Redivy (müzakirə) 22:15, 14 mart 2024 (UTC)
İnşAllah ki məqaləm gələcəkdə silinmə olmalı məqalə namizədliyindən çıxar, müəllim?) Reshat57 (müzakirə) 22:15, 14 mart 2024 (UTC)
@Atakhanli SNS yekunlaşma edərsiniz zəhmət olmazsa. Redivy (müzakirə) 22:34, 14 mart 2024 (UTC)
Onu necə edirlər bilmirəm ki, əziz qardaş.Yəni "yekunlaşma" deyəndə nə nəzərdə tutulur) Reshat57 (müzakirə) 00:20, 15 mart 2024 (UTC)
Bağışlayın elə bildim mənimləsiniz) Reshat57 (müzakirə) 00:21, 15 mart 2024 (UTC)

Yekunlaşdırma: Saxlanıldı. Atakhanli (müzakirə) 14:02, 17 mart 2024 (UTC)

Ayna TV

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: "Özəl yayım kanalları üçün lazım olan ensklopedik dəyərə malik deyil." --Redivy (müzakirə) 22:54, 12 mart 2024 (UTC)


Yekunlaşdırma: Silinməsinə qərar verildi. Atakhanli (müzakirə) 14:00, 17 mart 2024 (UTC)

Aidə Şirinova

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

"Milli ordumuzda" (VP:MİLLİdən söhbət gedmir) ən yüksək vəzifəyə yüksəlmiş xanım kimi saxlamaq olar.

X Silinsin: "Hərbi fəaliyyəti həmçinin hərbi xadim kimi ensklopedik deyil və kitabları ilə bağlı əlavə edilmiş istinadlardan əlavə detallı mənbələr tapa bilmədim." --✡ Redivy ✡ (müzakirə) 14:26, 13 fevral 2024 (UTC)

@Bikar Əlavə etdiyi fikirlərdən sonra apardığım araşdırma və məlumatlar ilə tapdığım istinadlar nəticəsində ✔ Qalsın: ✡ Redivy ✡ (müzakirə) 23:13, 15 fevral 2024 (UTC)
✔ Qalsın: Qeyd olunan fikirlərlə razıyam, çox azdır belə xanımlar. Ensiklopedik sayıla bilər fikrimcə. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 20:43, 17 fevral 2024 (UTC)
Fikrimcə ✔ Qalsın:. Ensiklopedikdir. Zohrab javad (müzakirə) 20:06, 20 fevral 2024 (UTC)
✔ Qalsın: Aidə Şirinova Qarabağ müharibəsinin qəhrəman qadın simvollarından biridi. Turan Etibaroğlu 11:43, 20 fevral 2024 (UTC)

Yekunlaşdırma: Saxlanılmasına qərar verildi. — Sura Shukurlu (müzakirə) 16:22, 24 mart 2024 (UTC)

Murad Rəhimov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

✔ Qalsın: şəxsin fəalliyətini ensiklopedik olaraq qiymətləndirə bilmərəm, amma haqqında 2ci dərəcəli mənbələr olduğuna görə ensiklopedik hesab edirəm.
Bəzi medallarla təltif olunub lakin ABŞ təltif sistemindən məlumatlı deyiləm və bu medalların ensiklopedikliyə necə təsir göstərdiyi barədə fikrim yoxdu. Ref=https://www.popasmoke.com/kia/conflicts/usmc-reserve/incidents/20050126

✔ Qalsın: Müəyyən düzəlişlər əlavə etdim və həmçinin ensklopedik dəyərə malik olduğunu düşünürəm.✡ Redivy ✡ (müzakirə) 22:11, 24 fevral 2024 (UTC)


Yekunlaşdırma: Konsensus yoxdur. — Sura Shukurlu (müzakirə) 16:38, 24 mart 2024 (UTC)

Yeni Avropa otelinin binası

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR


Yekunlaşdırma: Məzmun uyğun məqaləyə köçürüldü və bu başlıq sonradan yaradıldığı və ayrılıqda ensiklopedik olmadığı üçün silindi. — Sura Shukurlu (müzakirə) 17:10, 24 mart 2024 (UTC)

İnforex

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR


ATEF Group

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Şərh Şərh: Şirkət kateqoriyası üzrə ensklopedikdir lakin çox əksik nüanslar var, PR,istinadlar və s. Hal-hazırda silinməyə daha çox uyğundur.Redivy (müzakirə) 21:19, 8 mart 2024 (UTC)


IKAU Transport Services

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

X Silinsin: "Birmənalı şəkildə" --Redivy (müzakirə) 21:22, 8 mart 2024 (UTC)


Şah Əhməd

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
Elə odur. Eyni adda iki adamın olması mümkün deyil. — NKO zi 12:53, 7 mart 2024 (UTC)

 Köçürülsün: Eyni adda iki məqalədir.Redivy (müzakirə) 21:27, 8 mart 2024 (UTC)

X Silinsin::Ana tərəfdən Səfəvi sülaləsinə, ata tərəfdən də Maraşilərə (Məhdi Ülyanın da aid olduğu ailə) aid bir şəxsdir. Əsas verdiyasını Şah Əhməd Maraşi məqaləsində yaratmışam. Şah Əhməd versiyasından Şah Əhməd Maraşiyə köçürüləcək heç nə yoxdur. Silinsin.— Qızılbaş (müzakirə) 02:14, 9 mart 2024 (UTC)


Yekunlaşdırma: Dublikat olduğu üçün silinməsinə qərar verildi. Atakhanli (müzakirə) 14:44, 17 mart 2024 (UTC)

Mükülqazma

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR


Yekunlaşdırma: Adda orfoqrafik səhv vardı. Məzmun köçürüldü, yanlış adlandlrma silindi, intervikilər birləşdirildi. Əsas məqalə MüşkülqazmaSortilegus (müzakirə) 17:57, 24 mart 2024 (UTC)

İmanlar (Şuşa)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Kənd inzibati ərazi təsnifatında Şuşa rayonunun yaşayış məntəqələri siyahısında mövcuddur. Amma bu kəndin yeri quql-xəritədə tapılmır, bir İmanlar kəndi tapılır, amma görünən budur ki Laçın rayonunun İmanlı kəndidir. Köhnə xəritədə də Şuşa rayonunun Şırlan kəndinin ətrafında bu kəndi tapmadım. Viki-xəritə də görünən budur ki Laçın rayonunun İmanlar kəndini göstərir. 1977-ci il üzrə inzibati-ərazi bölgüsündə də Şuşa rayonunda İmanlar kəndini tapmadım. Fikrimcə bu kənd varsa da ensiklopedikliyi şübhəlidir. Təklif edirəm ki, X Silinsin:. — Zohrab javad (müzakirə) 10:19, 22 fevral 2024 (UTC)


Yekunlaşdırma: Konsensus yoxdur.Eminn (müzakirə) 11:36, 28 mart 2024 (UTC)

Kəmərtük

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Belə başa düşürəm ki rəsmi adı "Qırmızıqaya" olan kənddən söhbət gedir. Qırmızıqaya kəndinin adı 1992-ci ilə qədər Komraquç olmuşdu. Fikrimcə bu məqalə (Kəmərtük) Qırmızıqaya məqaləsinə birləşdirilməlidir. — Zohrab javad (müzakirə) 08:35, 20 fevral 2024 (UTC)


Yekunlaşdırma: Konsensus yoxdur. Eminn (müzakirə) 11:37, 28 mart 2024 (UTC)

Namyur

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

✔ Qəbul edildi - səhifələr birləşdirildi. Redivy, səhifənin adının hansı ad olması ilə bağlı tərəddüddə qaldım. Mən interviki olan səhifəyə yönləndirmə verdim. İstəsəz maraqlanarsız.— Turkmen müzakirə 18:20, 26 mart 2024 (UTC)

Şahdağ Qış-Yay Turizm Kompleksi

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR


✔ Qəbul edildi - səhifələr birləşdirildi.— Turkmen müzakirə 18:25, 26 mart 2024 (UTC)

Suliddin Həsənov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • Bütün şəhidlərimizə Allah rəhmət etsin,lakin Vikipedia qaydalara əsasən meyyarlaşır və vətənpərvərlik nüansları rol oynamır. Şəxsin ensklopedik dəyəri yoxdur, məqaləni ümumi məqalə yaradılıb oraya daşımaq vəya silmək lazımdır düşünürəm. Redivy (müzakirə) 13:31, 5 mart 2024 (UTC)
  • X Silinsin: qeyd edilən arqumentlə razıyam. hətta sürətli silinməlidir. Grenzsoldat 14:33, 5 mart 2024 (UTC)

✔ Qalsın: şəhid məqalələrinin silinməsi haqda konsensus yoxdur. — Tarixi Nadir (müzakirə) 12:17, 6 mart 2024 (UTC)

✔ Qalsın: məqalə tam olaraq ensklopetikdir -- ☞QRAF☜   (✉ → ♕) 06:50, 7 mart 2024 (UTC)
 Köçürülsün: — Birinci Qarabağ müharibəsi şəhidləri siyahısına. Vusalsuvarov1996 (müzakirə) 14:58, 26 mart 2024 (UTC)

Yox Qəbul edilmədi - silinmə üçün konsensus yoxdur.— Turkmen müzakirə 18:48, 26 mart 2024 (UTC)

Ədəd Ələsov

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • Bütün şəhidlərimizə Allah rəhmət etsin,lakin Vikipedia qaydalara əsasən vətənpərvərlik nüansları rol oynamır. Şəxsin ensklopedik dəyəri yoxdur, məqaləni ümumi məqalə yaradılıb oraya daşımaq vəya silmək lazımdır düşünürəm. Redivy (müzakirə) 13:32, 5 mart 2024 (UTC)
  • X Silinsin: qeyd edilən arqumentlə razıyam. hətta sürətli silinməlidir. Grenzsoldat 14:33, 5 mart 2024 (UTC)

✔ Qalsın: silinməsi üçün heç bir səbəb görmürəm. — Tarixi Nadir (müzakirə) 12:15, 6 mart 2024 (UTC)

✔ Qalsın: məqalə ensklopetikdir zəhmət olmasa məqalə təqdim edərkən əsaslı səbəb göstərin -- ☞QRAF☜   (✉ → ♕) 06:49, 7 mart 2024 (UTC)
@Qraf VP:M5 və VP:HƏRBÇİ Redivy (müzakirə) 19:04, 7 mart 2024 (UTC)
@Redivy zəhmət olmasa bu məqalədə M5-in tələblərinə cavab verməyən hissəni təqdim edin. -- ☞QRAF☜   (✉ → ♕) 21:02, 9 mart 2024 (UTC)
@Qraf İddianın etibarlılığı aydın deyilsə, məqaləni özünüz təkmilləşdirə, silinməyə namizəd edə və ya sürətli silinmək üçün məqalələrdə siyahıya daxil edə bilərsiniz.. Yəqin HƏRBÇİ meyarları barəsində soruşmağa belə ehtiyac yoxdur. Redivy (müzakirə) 22:23, 9 mart 2024 (UTC)
 Köçürülsün: — Birinci Qarabağ müharibəsi şəhidlərinin siyahısına. Vusalsuvarov1996 (müzakirə) 15:01, 26 mart 2024 (UTC)

Yox Qəbul edilmədi - silinmə üçün konsensus yoxdur.— Turkmen müzakirə 18:48, 26 mart 2024 (UTC)

Sevil Xıdırlı

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Yekunlaşdırma: Səhifənin silinməsinə qərar verildi. Toghrul R (m) 06:48, 28 mart 2024 (UTC)

Tünzalə Arazlı

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

X Silinsin: "Qeydlərdə ensklopedik meyarlar yox dərəcəsindədir və əlavə olunan istinadlarda isə saytın dizaynı ,konfrans və s kimi adiyyatı olmayan istinadlar ilə əhatələnib." --Redivy (müzakirə) 23:41, 13 mart 2024 (UTC)


Yekunlaşdırma: Səhifənin silinməsinə qərar verildi. Toghrul R (m) 06:54, 28 mart 2024 (UTC)

Şəmsəddin Balapour

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

X Silinsin: "Qeyd olunan faktların mənbəsi belə yoxdur və digər yazılı detallar isə qeyri-ensklopedikdir." --Redivy (müzakirə) 23:39, 13 mart 2024 (UTC)


Yekunlaşdırma: Səhifənin silinməsinə qərar verildi. Toghrul R (m) 06:56, 28 mart 2024 (UTC)

Uğur FK

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
X Silinsin: aşağı liqa uşaq klubları məncə ensiklopedik deyil. Moses :) 20:08, 13 mart 2024 (UTC)

Yekunlaşdırma: Səhifənin silinməsinə qərar verildi. Toghrul R (m) 07:00, 28 mart 2024 (UTC)

Lullubi dövlət qurumu

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR
ahh, duyğulandım bu adı görəndə :) qocalırıq.. Atakhanli (müzakirə) 01:06, 3 mart 2024 (UTC)
@Atakhanli Nəsə xatirəsi olub çox güman məqalənin bizlərdən əvvəl? Redivy (müzakirə) 09:08, 3 mart 2024 (UTC)

Yekunlaşdırma: Köçürüldü, istiqamətləndirildi, vikidata birləşdirildi. Atakhanli (müzakirə) 21:33, 29 mart 2024 (UTC)

Mir Cəfər Əli

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Yekunlaşdırma: Məqalələr birləşdirildi.Eminn (müzakirə) 11:48, 28 mart 2024 (UTC)

Elvin İsayev

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  • X Silinsin: İdmançı məqalələrinin təftişinin əsas mərhələsi başa çatsa da, gözümdən qaçan 1-2 məqalə var. Bu məqalə VP:ŞEƏVP:İDMANÇI şərtlərini ödəmir. Əslində bu məqaləni standart formada (əsas məqalələrdə olan abzaslardan yığa-yığa) eyni stildə yığmışam. Yəni təcrübəsiz idim onda. Heç də :d Karyerası ərzində idmançının bir uğuru olub - 14 yaşlılar arasında baş tutan olimpiada da (bu sizi çaşdırmasın. Olimpiya Oyunları deyil. 14 yaşlı yeniyetmələrin həvəsləndirilməsi üçün turnirdir) gümüş medal almaqdır. Bu uğurda VP:ŞEƏVP:İDMANÇI şərtlərinə əsasən idmançını ens etmir. Bundan sonra adamın heç bir uğuru belə olmadı. 31 yaşına çatıb, yəqin də idmandan gedib. O heç day. Bu arada burada şəxsin 2013-cü il Belarusda AÇ-də bürünc medal alması məlumatı sizi çaşdırmasın. MOK saytı səhv yazıb. 2013-cü ildə Belarursda AÇ-da bürünc medal alan Elvin İsayev yox, Elvin Məmişzadə idi. Yəni ümumi olaraq arzumentləri izah etdim. Şəxs Olimpiya Oyunlarında heç olmayıb. Dünya Çempionatlarında və Avropa Çempionatlarında heç bir medalı yoxdur. Yeganə uğuru 14 yaşlı uşaqlar arasında qazanıb. Yəni belə. İdman data məlumatlar bazası deyil bura. VP:ŞEƏVP:İDMANÇI şərtləri əsasdır. P. S. Bu arada məqalədə olan məlumatlara görə narahat olmayın dostlar. Hamısı əsas məqalədə var zatən. Grenzsoldat 20:45, 3 mart 2024 (UTC)

X Silinsin: "Qeyd olunan titul ensklopedik etmir şəxsi." --Redivy (müzakirə) 22:40, 12 mart 2024 (UTC)

Bu olimpiya medalçısı hesab olunmur müəllim. YOG turniri yeniyetmələr arasında olan turnirdir. Hətta baxın digər dil bölmələrində ümumiyyətlə idmançın məqalələri olmur. Burada baxa bilərsiz. Grenzsoldat 15:00, 15 mart 2024 (UTC)
@Grenzsoldat Bəli diqqət etməmişdim gördüm təşəkkürlər çünki bu titul ilə davamlı ya eyni titul iki dəfə yaxud digər çempionluğu olmalıdır. Redivy (müzakirə) 18:50, 17 mart 2024 (UTC)

Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. Eminn (müzakirə) 11:49, 28 mart 2024 (UTC)

Darina Qromova

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  • Şərh Şərh: Bu məqalə 7 il əvvəl - 2017-ci ildə hazırlanıb. Erməni, portuqal və rus dillərində versiyası var. Nə dərəcədə əhəmiyyətli məqalədir deyə bilmərəm. Hə, foto faciənin rəmzinə çevrildi. O heç. Amma bu MDB tərəfdən Avropa və dünya miqyasına çıxmadı. Ona görə də bilmirəm ens məqalədir ya yox. İcmanın qərarı marağlıdır. Mənə görə məncə qala da bilər, silinə də bilər. Nə bilim. Grenzsoldat 10:14, 4 mart 2024 (UTC)
  • Məqalədəki məlumatların mənbəyi var? Uşaq ya da foto haqqında mənbələrdə əhatəli məlumat verilibsə, ensiklopedik hesab edilə bilər. Həmçinin məncə məqalənin adı "əsas sərnişin" olmalıdır. — Sura Shukurlu (müzakirə) 12:03, 24 mart 2024 (UTC)
  • Baş vermiş faciəvi qəzaya aid daha yaxın başlıq kimi @Sura Shukurlu qeyd etdiyi kimi adını dəyişərək və rus vikisində olan istinadlar ilə zənginləşdirərək saxlamaq olar. Redivy (müzakirə) 22:01, 24 mart 2024 (UTC)
    ✔ Qalsın: — Qeyd olunan yazılarla razıyam. Vusalsuvarov1996 (müzakirə) 14:55, 26 mart 2024 (UTC)

Yekunlaşdırma: Məqalənin silinməsi üçün konsensus yoxdur. Eminn (müzakirə) 11:54, 28 mart 2024 (UTC)

Xarıbülbül əfsanəsi (sənədli filmi)

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  • X Silinsin: q/e məqalə. Səfirliyin təşəbbüsü ilə hazırlanan hansısa qısametrajlı filmdir. Diaspora tərəfindən "dispor fəaliyyəti" adı altında yüzlərlə belə 20-30 dəqiqə olan "film"lər buraxılır hər il. Hətta hər tədbir üçün belə şeylər. Heç bir əhəmiyyəti yoxdur + əsas da şərtləri ödəmir. Sürətli silinməyə belə uyğundur bu məqalə. (indidən deyirəm, "milli-vətən" hissləri istismar olunaraq səs ovçuluğu ola bilər) Grenzsoldat 17:44, 5 mart 2024 (UTC)
X Silinsin: — Qeyd olunan yazı ilə razıyam. Vusalsuvarov1996 (müzakirə) 16:13, 27 mart 2024 (UTC)

Yekunlaşdırma: Silinməsinə qərar verildi. Eminn (müzakirə) 11:57, 28 mart 2024 (UTC)

Qumuq–Azərbaycan əlaqələri tarixi

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  • Mövzunun ensiklopedik olduğuna əmin deyiləm. Bəlkə Azərbaycan-Dağıstan əlaqələri adlandırılsın? Yəni belə bir məqalə yaradıb onun Tarix bölməsində verək? samral müzakirə 01:00, 6 mart 2024 (UTC)
Məncə ensiklopedik mövzudur, sadəcə məqalə pis yazılıb. Şiroi Akuma 15:41, 7 mart 2024 (UTC)
 Sürətli qalsın: olduqca önəmli mövzudur. --► Hörmətlə: SolaVirum 13:38, 18 mart 2024 (UTC)
Məqalədə əksik nüanslar var onlara düzəliş olunarsa qalmasının tərəfdarıyam. Redivy (müzakirə) 22:04, 24 mart 2024 (UTC)
✔ Qalsın: — Bəzi yazılara düzəliş olunsa onda qalsın. Vusalsuvarov1996 (müzakirə) 16:16, 27 mart 2024 (UTC)

Yekunlaşdırma: Silinməsi təklifi qəbul edilmədi.Eminn (müzakirə) 11:58, 28 mart 2024 (UTC)

Vəfalı Suvarov

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  • X Silinsin: iki dəfə SNS-yə çıxarılıb, iki müzakirədə də həmişəki kimi vətənpərvər hissləri rol oynayıb. Moses :) 12:06, 8 mart 2024 (UTC)
✔ Qalsın: son vaxtlar Birinci Qarabağ müharibəsi şəhidlərinin məqalələri sürətlə silinməyə davam edir. Məqalənin istinadları vardır. Vusalsuvarov1996 (müzakirə) 12:26, 8 mart 2024 (UTC)
@Vusalsuvarov1996 Ensiklopedik qaydalar var və qaydalardan biridə odur ki, Vikipediada neytral olmaq lazımdır. Redivy (müzakirə) 14:28, 8 mart 2024 (UTC)

Səhifə Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Atam Vəfalı Suvarov haqqındadır. Səhifədə olan məlumatlar həqiqidir. Yoxlaya bilinəndir. Atam Şəhid Suvarov Vəfalı kimi Birinci Qarabağ müharibəsində minlərlə tanınmayan Şəhidlərimiz vardır. Onları təbliğ etmək onlar haqda məlumat paylamaq əvəzinə burada səhifə bilməklə bağlı axmaq müzakirələrin yeri yoxdur. Hər bir Şəhidimiz xatirəsi əzizdir. Siz də hörmətlə yanaşın. Kömək etmək lazımdırsa kömək edin.

Emiko85 (müzakirə) 06:33, 9 mart 2024 (UTC)

Silinsə belə Birinci Qarabağ Müharibəsi şəhidləri üçün ümumi səhifə yaradılıbdır, ora köçürüləcək, yəni heç bir məlumat itməyəcək. Moses :) 06:57, 9 mart 2024 (UTC)
"Silinsə belə" nə deməkdir? Bu necə yanaşmadır. Niyə belə Şəhidlərə fərq qoyulur? Nə bilim birinci ikinci? İndi ikinci Qarabağ münaqişəsindən olan şəhid olsa idi bu cür təlxək müzakirələr aparılmazdır. Yenə də deyirəm, Şəhid Vəfalı Suvarov atamdır. Səhifədə sual doğura bilən istənilən məlumatla bağlı cavab verməyə hazıram. Burada divan müzakirəçi şəxslər atam Vətənimiz uğrunda vuruşub canından keçəndə özləri görəsən harada olublar? Emiko85 (müzakirə) 07:42, 9 mart 2024 (UTC)
Şəhidlə bağlı burada bu cür müzakirələr aparan şəxslərin, Şəhid haqqında səhifə silmək təklif edənlər Azərbaycanlı olmalarına şübhəm var. Emiko85 (müzakirə) 07:45, 9 mart 2024 (UTC)
Emiko85 zəhmət olmasa müzakirəni burada aparın. Moses :) 09:34, 9 mart 2024 (UTC)
Emiko85, zəhmət olmasa VP:N qaydalarına əməl edin, yoxsa bloklanacaqsınız. Burada heç kimi azərbaycanlı deyil deyə ittiham edə bilmərsiniz. Ona qalsa mən özüm Aprel döyüşlərinin, ikinci Qarabağ müharibəsinin yaxından şahidi olmuşam. 10 il təmas xəttinə yaxın kənddə yaşamışam. Yəni bunları açıb ağartmağa gərək yoxdur. Moses :) 09:38, 9 mart 2024 (UTC)
Amma nədənsə bu cür səhifə yaradıb Şəhidə aid olan məqaləni silməyi təklif edən də sizsiniz. Özünüz özünüzü blok etsəniz ədalətli davranış nümayiş etdirmiş olardınız. Emiko85 (müzakirə) 09:47, 9 mart 2024 (UTC)
Belə danışmağa ehtiyac yoxdur. Zəhmət olmasa bu məqalədə Həyatı ilə bağlı sətirdəki yazılanların mənbəsini göstərin. Məqaləyə 3 istinad əlavə edilib. birinci istinadda doğum tarixi, vuruşduğu yer və ölüm tarixi yazılıb, ikincidə sadəcə "Socar" şirkətinin saytı qeyd olunub, üçüncü isə sadəcə kompleks haqda məlumat verilib. Həmçinin VP:HƏRBÇİ qaydasından şəxsin ensiklopedikliyini təsdiq edəcək bir kriteriya göstərin. Moses :) 10:11, 9 mart 2024 (UTC)
Atam Şəhid Vəfalı Suvarovun səhifəsinin silinməsinin qarşısı alınmalıdır. Bu cür təklif və təşəbbüsləri irəli sürən şəxslər azərbaycanlı deyil və onlar barəsində xüsusi dövlət orqanlarına məlumat veriləcəkdir. Təxəllüsündən asılı olmayaraq... Emiko85 (müzakirə) 11:54, 9 mart 2024 (UTC)
Emiko85 qanunla təhdid etdiyi üçün müddətsiz bloklandı. Nemoralis (müzakirə) 12:16, 9 mart 2024 (UTC)
Məqalə silinsə yenidən bərpa olunacaq. Vusalsuvarov1996 (müzakirə) 13:33, 9 mart 2024 (UTC)
Xeyr, ümumi məqaləyə köçürüləcək. Moses :) 13:46, 9 mart 2024 (UTC)
Dəqiq köçürülər? Birinci Qarabağ müharibəsi şəhidləridə unutmaq olmaz çünki, müharibəni o vaxtı uduzsaqda yenə şəhidlərimizin əziyyəti olub. Vusalsuvarov1996 (müzakirə) 13:52, 9 mart 2024 (UTC)
Buraya əlavə edilir birinci Qarabağ müharibəsi şəhidləri. Moses :) 14:09, 9 mart 2024 (UTC)
Siz Əlavə edərsiz? Mən əslində başqası deyiləm Vəfalı Suvarov mənim dayımdır. Vusalsuvarov1996 (müzakirə) 14:16, 9 mart 2024 (UTC)
Araz Yaquboglu əlavə edir. Moses :) 14:33, 9 mart 2024 (UTC)
Əlavə edilsə mənim öz səhifəmdə müzakirə səhifəsində mənə bildirərsiz olar? Vusalsuvarov1996 (müzakirə) 14:39, 9 mart 2024 (UTC)
  • ✔ Qalsın: konkret qərar qəbul edilməyib. — Xeyal (müzakirə) 11:55, 24 mart 2024 (UTC)
  • ✔ Qalsın: Məqalə saxlanılmalıdır. Yuxarıda da qeyd olunub ki, 2 dəfə SNS-ə təqdim edilib. Belə çıxır ki, bir məqalə silinmədən SNS-ə təqdim edilməkdən əl çəkilməyəcək ? Durmadan bir məqaləni SNS etmək, həmin məqalə ilə bağlı öncədən aparılmış SNS-lərdə iştirak etmiş istifadəçilərə qarşı böyük hörmətsizlikdir məncə. — Baskervill 12:58, 26 mart 2024 (UTC)

Yekunlaşdırma: Silinməsi üçün konsensus yoxdur.Eminn (müzakirə) 12:01, 28 mart 2024 (UTC)

Vilyam Edvard Vest

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
  • Maşın tərcüməsidir. Oxunaqlı deyil. İstifadəçinin yaratdığı digər məqalələrdə də eyni situasiyanı müşahidə etmək olar; xüsusi isimlər transliterasiya olunmur. Firuza (müzakirə) 17:19, 9 mart 2024 (UTC)
@Nilufar.J lütfən nəzər yetirərdiniz Atakhanli (müzakirə) 18:23, 9 mart 2024 (UTC)
Məqalələri düzəldirəm. Nilufar.J (müzakirə) 19:16, 9 mart 2024 (UTC)
Düzəldə bilməsəm də silərsiz ) qane etməsə Nilufar.J (müzakirə) 19:22, 9 mart 2024 (UTC)
Hörmətli @Nilufar.J, redaktorlar məqalə yaradarkən Azərbaycan dilinin leksik və qrammatik qaydalarına mütləq şəkildə riayət etməli və maşın tərcüməsi olan məzmunu Vikipediyaya olduğu kimi əlavə etməməlidirlər. Əgər başqa dillərdən Azərbaycanca Vikipediyaya tərcümə ilə məqalə töhfəsi vermək istəyirsinizsə, əvvəlcə məqaləni öz qaralama səhifənizdə işləməklə, tərcümə edilən məzmunun tələbləri ödəməsini təmin edə bilərsiniz. Bu kriteriya Vikipediya oxuyucularının keyfiyyətli və anlaşıqlı məqalələrlə tanış olmasına imkan yaradır.
Belə məqalələrə adətən {{sil}} şablonu əvəzinə {{azərbaycanca deyil}} şablonu əlavə edilir. Lakin müzakirə səhifənizə yuxarıda qeyd edilən məsələ ilə bağlı keçən ay @Atakhanli və bu yaxınlarda @Araz Yaquboglu tərəfindən tövsiyə xarakterli müraciət yerləşdirilməsinə baxmayaraq, maşın tərcüməli məqalələr yaratmaqda davam etdiyinizə və cari, həmçinin keçmiş məqalələrinizə heç bir düzəliş etmədiyinizə görə hazırkı məqaləni müzakirəyə çıxarmaq qərarına gəldim. Hər hansı məqalənizi bitirdikdən sonra bir dəfə oxusanız, bizə haqq qazandırarsınız. Hesab edirəm ki, sizin kimi kitab oxumağı sevən bir filoloq bu tövsiyələri gələcək fəaliyyətində tətbiq edərək Vikipediyada Azərbaycan dilində zəngin məzmunlu məqalələr yaradacaq. Xatırladım ki, önəmli olan kəmiyyət deyil, keyfiyyətdir.
Odur ki, sizin və inzibatçıların müvafiq düzəlişlərindən sonra hesab edirəm ki, məqalə hazırkı vəziyyətdə ✔ Qalsın:. Növbəti məqalələrinizdə uğurlar! Firuza (müzakirə) 18:39, 14 mart 2024 (UTC)

Yekunlaşdırma: Məqalənin silinməsi təklifi qəbul edilmədi. Eminn (müzakirə) 12:05, 28 mart 2024 (UTC)

Əclafların qanunu (roman)

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR


Yekunlaşdırma: Silinməsinə qərar verildi. — Sura Shukurlu (müzakirə) 17:26, 30 mart 2024 (UTC)