Vikipediya:Türk marafonu 2020

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç


Türk marafonu 2020 — 2020-c1 il 1-30 iyun tarixlərində keçirilən məqalə müsabiqəsi (UTC vaxtı ilə). Müsabiqə Türkdilli xalqlarla bağlı məqalələrin yaradılması üçün nəzərdə tutulmuşdur. Müsabiqənin keçirilməsində məqsəd Vikipediyanın müxtəlif dil bölmələrində Türkdilli xalqların coğrafi obyektləri, mədəniyyəti, görməli yerləri barədə məqalələr yaratmaqdır. Azərbaycandilli Vikipediyada keçirilən müsabiqənin əsas məqsədi isə Azərbaycan istisna olmaqla, digər Türkdilli xalqları və dövlətləri barədə məqalələrin yaradılmasıdır. Eynilə digər layihələrin iştirakçıları da öz doğma dilləri istisna olmaqla, digər iştirakçı ölkələr və xalqlar barədə məqalələr yaradacaqlar. (kiçik icmalarda müəyyən istisnalar ola bilər)

Müsabiqə Azərbaycan, türk, başqırd, tıva, saxa, qaqauz, tatar, krım-tatar, özbək və qazax dillərindəki Vikipediya layihələrində paralel keçirilir.

Müsabiqə "Türkdilli vikimediyaçılar" istifadəçi qrupu tərəfindən təşkil olunmuşdur.

Marafonun əsas məqsədləri:

  • Dünyadakı türk xalqlarının, mədəniyyətinin və dilinin tam şəkildə işıqlandırılması;
  • Vikimedia layihələrinə türk dillərini bilən yeni iştirakçıların cəlb edilməsi;
  • Könüllülərin əməkdaşlığını gücləndirmək;
  • Türkdilli xalqlar, yaşadıqları ölkələr və bölgələr haqqında məqalələr yazmaq.


Qaydalar

  • Vikipediyada qeydiyyatdan keçmiş bütün istifadəçilər müsabiqədə iştirak edə bilərlər.
  • Məqalə Azərbaycan haqqında olmamalıdır. (müsabiqədə iştirak edən digər dillərdə bu şərt olmaya bilər)
  • Müsabiqədə aşağıdakı şərtlərə uyğun gələn məqalələr buraxılır:
    • Yeni yaradılan məqalə ən azı 250 sözdən və 3000 baytdan ibarət olmalıdır.
    • Əvvəllər yaradılmış məqaləni genişləndirmək istəyən istifadəçi məqaləyə ən azı 150 söz və 1500 bayt məlumat əlavə etməlidir.
    • Yaradılan məqalə ensiklopedik əhəmiyyətə malik olmalı və istinadlarla təmin olunmalıdır.
    • Məqalənin qəbul olunması üçün ən az 2 etibarlı mənbədən istifadə olunmalıdır.
    • Əvvəllər yaradılmış məqaləni genişləndirmək istəyən istifadəçi də həmçinin məqaləyə ən az 2 etibarlı mənbədən istifadə edərək əlavələr etməlidir.
    • Məqalədə etibarlı mənbələrə istinadlar olmalı və çatışmazlıqlar barədə şablonlar (məsələn, {{orijinal tədqiqat}}, {{mənbə azlığı}}, {{tərəfli}}) və s. olmamalıdır.
  • Siyahılar, şablon və kateqoriyalar müsabiqəyə qəbul edilmir. Siyahı daxilində mətn olarsa və yuxarıdakı şərtlərə cavab verərsə bu zaman qəbul olunacaqdır.
  • Botların istifadəsi qadağandır və iştirakçı buna görə müsabiqədən kənarlaşdırıla bilər.
  • Təşkilatçılar və Jüri üzvləri müsabiqənin iştirakçısı ola bilməzlər.
  • Yaradılan məqalələr iştirakçılar tərəfindən yuxarıda göstərilən Məqalə əlavə et düyməsindən istifadə etməklə siyahıya əlavə edilməlidir.
  • Xalların hesablanması aşağıdakı qaydalara uyğun olaraq aparılır:
    • Məqalə keyfiyyətinə görə 2 xallıq sistemlə qiymətləndirilir.
    • Yalnız yeni yaradılmış məqalənin həcminə görə əlavə olaraq +1 bonus xalı verilə bilər.

Məqalə siyahısı

Aşağıdakı bayraqlara daxil olaraq həmin ölkələrin vikipediyaçıları tərəfindən tərtib olunmuş tələb olunan məqalələr siyahısını görə bilərsiniz.
Qeyd: Aşağıdakı siyahılarda yer alan məqalələr sadəcə tövsiyyədir və bunlar xaricində məqalələr də yaradıla bilər.

İştirakçılar

Hədiyyələr

"Türkdilli vikimediyaçılar" istifadəçi qrupu qalibləri qiymətli hədiyyələrlə mükafatlandıracaq.

  • Birinci yer : Qızılbaş - 250 AZN dəyərində Albalı Gift kart hədiyyə
  • İkinci yer : Qolcomaq - 150 AZN dəyərində Albalı Gift kart hədiyyə
  • Üçüncü yer : Namikilisu - 100 AZN dəyərində Albalı Gift kart hədiyyə

Qeyd: Gift kartı istifadə edə biləcəyiniz mağazaların siyahısı ilə buradan tanış ola bilərsiniz.

Təşkilatçı

Jüri üzvləri

Faydalı keçidlər

Wikimedians of Turkic Languages User Group Azerbaijani Wikimedians User Group Wikimedians of Bashkortostan User Group Wikimedia Community User Group Turkey Wikimedia Community of Kazakh language User Group