Vladimir Bartol

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vladimir Bartol
Doğum tarixi 24 fevral 1903(1903-02-24)[1][2]
Vəfat tarixi 12 sentyabr 1967(1967-09-12)[1][2] (64 yaşında)
Vəfat yeri
Dəfn yeri
Anası Marisa Nadlişek Bartol[d]
Təhsili
Fəaliyyəti yazıçı, romançı, dramaturq, esseist
Fəaliyyət illəri 1927-ci ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vladimir Bartol (24 fevral 1903[1][2]12 sentyabr 1967[1][2], Lyüblyana, Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR[3]) — sloveniyalı yazıçı. Ən məşhur əsəri 1938-ci ildə yazdığı "Ələmut" romanıdır. "Ələmut" əsəri sonradan bir çox dillərə çevrilmi və dünya səviyyəsində Sloveniya ədəbiyyatını təmsil edən əsərlər sırasına qatılmışdır.

Bartol 24 fevral 1903-cü ildə indiki Triestin yaxınlığında Sveti İvan kəndində doğulmuşdur. O vaxtlar Triest Avstriya-Macarıstan imperiyasının tərkibində olub, indi İtaliya sərhədlərinə daxildir. Qreqor Bartol və Marica Bartol Nadlisekin üçüncü uşağı idi. Ata-anası ona son dərəcə geniş təhsil vermişdi. Anasından rəsm və biologiya öyrəndi. Avtobioqrafiya şəklində yazdığı hekayələrində Bartol özünü həddindən həssas, zəngin bədii təxəyyül gücü olan və bir az da qəribə uşaq kimi göstərir.

Kiçik avtobioqrafik hekayələrində Bartolun bir çox fərqli mövzu ilə maraqlandığını görmək olar: biologiya, psixologiya incəsənət, teatr və ədəbiyyat. Bir elm olaraq kəpənəklər topladı və onları araşdırdı.

Vladimir Bartol orta təhsildən sonra biologiya və fəlsəfə təhsilini də Lyublyana Universitetində tamamladı. Ziqmund Freydin araşdırmalarını diqqətlə oxumuşdur. 1925-ci ildə məzun oldu və araşdırmalarına Parisin Sarbonna Universitetində davam etdi. Sonra Sloveniya Elmlər və Sənətlər Akademiyasına üzv seçildi, Lyublyanaya qayıtdı və 12 sentyabr 1967-ci il tarixinə qədər burada çalışmışdır. Qəbri Lyubliyanadakı Cjale məzarlığındadır.

  • Lopez (1932, oyun)
  • Əl-Əraf (1935, qısa hekayələr toplusu)
  • Ələmut (1938, roman)
  • Triest yalanları (1957, qısa hekayələr toplusu)
  • Don Lorenso (1985, hekayə)
  • Müqəddəs İvandakı gənclik (2001, avtobioqrafiya)
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Vladimir Bartol // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #119081008 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  • Vladimir Bartol: Alamut, Slovene 1st reprint, Published by: Sanje, Ljubljana, 2002, İSBN 961-6387-10-3