53°36′50″ şm. e. 1°34′10″ q. u.HGYO

Yorkşir Heykəl Parkı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yorkşir Heykəl Parkı
ing. Yorkshire Sculpture Park
Xəritə
Əsası qoyulub 1977[1]
Mövzu açıq hava
Ölkə
Yerləşir

Ueykfild, Vest-Bretton, Vest-Yorkşir,
İngiltərə İngiltərə, {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =

}}
Ziyarətçi sayı 300.000
Direktor Peter Murray
53°36′50″ şm. e. 1°34′10″ q. u.HGYO
ysp.co.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yorkşir Heykəl Parkı (ing. Yorkshire Sculpture Park) və ya qısaca YHP (ing. YSP) — İngiltərənin Vest-Yorkşir qraflığında, Vest-Bretton prixodunda, Ueykfild şəhəri yaxınlığında yerləşən açıq hava qalereyası. Muzey kompleksində Henri MurBarbara Hepuort kimi britaniyalı və ya beynəlxalq sənətkarların əsərləri sərgilənir. Qalereyada sərgilənən Murun əsərlərindən ibarət kolleksiya sənətkarın Avropadakı ən böyük sərgisidir.[3] Heykəl parkı Bretton Holl park ərazisini əhatə edir və Vest-Yorkşir ilə İst-Yorkşir qraflıqları arasında yerləşir.

Park XX əsrin ortalarına kimi bir ailənin evi olmuş, daha sonra kollecə çevrilmiş Bretton Hollun yaxınlığında yerləşir.[4] Park ərazisində follilər, gözəl təbiət mənzərələri və XVIII əsrdən qalma memarlıq abidələrini görmək mümkündür. Bundan başqa burada maral parkı və maral qoruğu (ABŞ heykəltəraşı Ceyms Tarrell tərəfindən mənimsənilib), buz evi və kameliya evi yerləşir. Bəzi sənətkarlar öz əsərlərini bu parkda yaratmışdırlar. Məsələn, 2007-ci ildə Endi Qoldzuorti buranın memarlığından, tarixindən və təbiətindən ilham almışdır.[1]

1990-cı illərdən etibarən Yorkşir Heykəl Parkı qapalı qalereyalar üçün də istifadə olunmağa başlamışdır. Əvvəlcə Boti Qalereyası (əyilmiş Boti divarında), daha sonra müvəqqəti çadır tipli Pavilion Qalereyası açılmışdır. Ekstensiv bərpa etmə və ekspansiya işlərindən sonra parka Boti bağında yeraltı qalereya və başqa sərgi məkanları əlavə olunmuşdur. Yorkşir Heykəl Parkında müasir və modern əsərlər sərgilənir. Britaniya heykəltəraşlığı keçmiş sərgi proqramında və uzunmüddətli quraşdırmalarda yaxşı təmsil olunmuşdur. 1950-ci və 1960-cı illərdə məşhur olmuş, amma hazırda unudulmuş bir çox britaniyalı heykəltəraşın parkda solo sərgiləri olmuşdur: Linn Çedvik,[5] Austin Rayt, Filip Kinq, Eduardo Paolotsi, Hanz Cozefson, Kennet Armitic. Sərgilər tematik olmayıb, monoqrafikdir.

1747-ci ildə Uilyam Uentuort tərəfindən tikilmiş Müqəddəs Bartolomey kapellası park ərazisində yerləşir.[6] Bu abidə İngiltərənin Milli İrsi siyahısına daxil edilmişdir.[7]

  1. 1 2 "Sculpture park to mark 30 years". BBC. 18 March 2007. 23 March 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2009. (#apostrophe_markup)
  2. 1 2 https://vocaleyes.co.uk/research/heritage-access-2022/benchmark/.
  3. "Henry Moore: open-air display of bronzes". 2015-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-09.
  4. "A history of Bretton Hall". Wakefield Council website. 27 January 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2009. (#apostrophe_markup)
  5. "Lynn Chadwick. Wakefield, Yorkshire Sculpture Park". 134. The Burlington Magazine. January 1992: 45–46. JSTOR 884979. (#apostrophe_markup)
  6. Tarixi İngiltərə, "Church in Bretton Park (1135462)", İngiltərənin Milli İrsi, İstifadə tarixi: 24 August 2015
  7. [www.ysp.co.uk/chapel/facts Chapel facts] (#bad_url), 29 June 2013 tarixində arxivləşdirilib, İstifadə tarixi: 30 August 2013

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]