39°05′39″ şm. e. 46°44′02″ ş. u.HGYO

Zəngilan Beynəlxalq Hava Limanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zəngilan Beynəlxalq Hava Limanı
Xəritə

39°05′39″ şm. e. 46°44′02″ ş. u.HGYO


IATA: ZZEICAO: UBBZ
Məlumat
Hava limanı tipi Beynəlxalq
Ölkə
Yeri Zəngilan rayonu, Azərbaycan
Açılış tarixi 20 oktyabr 2022
Uçuş-enmə zolaqları
İstiqamət Uzunluq Səth
ft m
3 000 Asphalt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zəngilan Beynəlxalq Hava Limanı — Azərbaycanın Zəngilan rayonu ərazisində, 2021-ci ilin aprel ayında tikintisinə başlanılan beynəlxalq hava limanıdır. Qarabağda tikilən ikinci hava limanıdır.

Zəngilan Beynəlxalq Hava Limanı İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanıdır.[1] Hava limanı Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır.[2][3] Hava limanında sərnişinlərə xidmət göstərən müasir terminal mövcuddur. Terminal daxilində beynəlxalq standartlara uyğun check-in, bagaj xidməti və gözləmə zalları yer alır. Bundan əlavə, sərnişinlər üçün restoran, mağaza və digər rahatlıq xidmətləri də mövcuddur. Beynəlxalq standartlara uyğun tikilən terminal binası saatda 200 sərnişinə xidmət göstərmə qabiliyyətinə malikdir. Terminalın daxilində VIP zallar, kafelər, tibb xidməti məntəqəsi və ofis otaqları təşkil edilib. Bina üçün avadanlıqlar və materiallar İtaliya, Almaniya və Türkiyədən gətirilib.[4] Aeroportda tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitə sistemləri ilə təchiz edilmiş Hava Hərəkətini İdarəetmə Qülləsi inşa edilib. Zəngilan Hava Limanında ILS[5]/DME[6] instrumental eniş sistemləri, VOR/DME marşrut naviqasiya vasitələri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, eləcə də ilkin və ikinci dərəcəli radar sistemləri quraşdırılaraq istifadəyə verilmişdir. Bu sistemlərin hamısı ICAO və Eurocontrol-un beynəlxalq aviasiya kataloqlarında rəsmi olaraq qeydiyyata alınmışdır.[1]Təxminən 10 kilometr uzunluğunda 35 kilovoltluq ikidövrəli elektrik kabel xətti çəkilmiş, həmçinin 230 metr dərinlikdə artezian quyusu qazılaraq su mənbəyi təmin edilmişdir.

2020-ci ilin payızında Azərbaycan Silahlı Qüvvələri 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş Zəngilan rayonu üzərində nəzarəti geri qaytardılar. 2021-ci ilin fevralında Azərbaycan Prezidenti Zəngilan rayonunda beynəlxalq hava limanının tikilməsi planlarını açıqladı. Hava limanının inşası, Logistika Mərkəzinin yaradılması ilə bağlı layihələrin nəzərdə tutulduğu rayonu, Ermənistan və İranla sərhəd olan coğrafi mövqeyinə görə, nəqliyyat-logistika mərkəzinə çevirmək məqsədi daşıyır.[7]. Onun sözlərinə görə Ermənistan və İranla həmsərhəd olan Zəngilan rayonunun coğrafi mövqeyi rayonun nəqliyyat-logistika mərkəzinə çevrilməsinə imkan verəcək[8].

2021-ci ilin aprelində gələcək havalimanının təməlqoyma mərasimi keçirildi[8]. Havalimanındakı uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaqdır. Havalimanı ağır nəqliyyat təyyarələri də daxil olmaqla, bütün növ hava gəmilərini qəbul edə biləcək.

Zəngilan havalimanı 20 oktyabr 2022-ci il saat 13:03 tarixində açılmışdır[9]. Açılış mərasimində İlham Əliyev[10]Rəcəb Tayyib Ərdoğan iştirak ediblər[11][12][13].Uçuş zolağının uzunluğu və eniş avadanlıqları, həm sərnişin, həm də yük daşımalarını həyata keçirmək üçün kifayət qədər yüksək texniki səviyyədədir.[14] Zəngilan beynəlxalq hava limanının uçuş-enmə zolağı 3000 metr uzunluğunda və 60 metr enindədir. Hava limanı, ICAO və IATA standartlarına uyğun olaraq uçuşların həyata keçirilməsin təmin etmək məqsədilə enmə və naviqasiya cihazları, işıqlandırma-texniki sistemlər, birincili və ikincili müşahidə radiolokasiya stansiyaları ilə tam şəkildə təchiz edilib. Perronun sahəsi 60 min kvadrat metr təşkil edir. Hava limanı texniki cəhətdən tam təchiz olunmuş və aeronaviqasiya avadanlıqları ilə təmin edilmişdir. Eyni zamanda, hava hərəkətinin avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz olunan idarəetmə qülləsinin tikintisi də tam başa çatdırılmışdır.

Qarabağın yenidənqurulmasında rolu

[redaktə | mənbəni redaktə et]

Zəngilan Beynəlxalq Hava Limanı, regionun bərpasında və yenidənqurulmasında vacib bir amildir. Bu hava limanı, Qarabağ bölgəsində iqtisadi fəallığın artırılmasına və turizm sektorunun inkişafına təkan verir. Hava limanının tikintisi və fəaliyyəti nəticəsində Zəngilan rayonu və ətraf bölgələrdə yeni iş yerləri yaradılıb. Bu, həm yerli əhali, həm də bölgənin inkişafı üçün iqtisadi faydalar gətirir. Hava limanının genişləndirilməsi və əlavə beynəlxalq reyslərin təmin edilməsi üçün planlaşdırılan layihələr mövcuddur. Hava limanının regionda daha da böyük əhəmiyyətə malik olması üçün infrastrukturun genişləndirilməsi və yeni texnologiyaların tətbiqi planlaşdırılır. Hava limanı açıldıqdan sonra Bakı, İstanbul, Moskva və digər şəhərlərə birbaşa uçuşlar təklif edir. Bu, Qarabağın iqtisadi və turizm potensialını artırmağa yönəlmiş bir addımdır. Zəngilan Beynəlxalq Hava Limanı bir sıra yerli və beynəlxalq hava yolları şirkətləri ilə əməkdaşlıq edir. Hava limanında əsasən Azərbaycan Hava Yolları (AZAL) və digər xarici şirkətlərin reysləri həyata keçirilir. Hava limanı şərq-qərb,şimal-cənub nəqliyyat dəhlizlərinin də elementinə çevrillib.[15]

Strateji əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Hava limanı Qarabağ bölgəsində nəqliyyat infrastrukturunun genişləndirilməsi və bölgənin beynəlxalq arenaya inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Bu liman, Azərbaycan ilə Türkiyə, Rusiya və digər ölkələr arasında hava nəqliyyatının artırılması məqsədilə inşa edilmişdir.[16]

  1. "Zəngilanda beynəlxalq HAVA LİMANI". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-20.
  2. "Şərqə açılan yeni qapı". 2021-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-20.
  3. "Zəngilan aeroportu Azərbaycanın nəqliyyat, logistika mərkəzinə çevrilməsində böyük rol oynayacaq - Sahil Kərimli - VİDEO". 2022-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.
  4. "Zəngilan Beynəlxalq Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir". ikisahil.az (az.). İstifadə tarixi: 2024-09-30.
  5. ILS: Instrument Landing System (İnstrumental Eniş Sistemi) — hava gəmilərinin enişini dəqiq şəkildə yönləndirmək üçün istifadə olunan bir sistemdir. Bu sistem, enmə zamanı hava gəmisinə eniş zolağının dəqiq istiqamətini və mövqeyini göstərir.
  6. DME: Distance Measuring Equipment (Məsafə Ölçmə Avadanlığı) — hava gəmisinin yer stansiyasına olan məsafəsini ölçən bir naviqasiya vasitəsidir.
  7. "Azərbaycan Dağlıq Qarabağda beynəlxalq aeroportun tikintisinə başlayıb". ТАСС. 2021-06-26. 2021-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-19.
  8. 1 2 "Əliyev Dağlıq Qarabağın Zəngilan rayonunda yeni aeroportun təməlini qoydu". ТАСС. 2021-04-27. 2021-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-19.
  9. "Azərbaycan Qarabağda 2021-2023-cü illərdə 3 beynəlxalq hava limanı inşa edəcək - Əliyev". Interfax.az. 2021-07-18. 2021-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-19.
  10. "İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanın açılış mərasimində iştirak ediblər » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-30.
  11. "Открытие Зангиланского аэропорта демонстрирует важность Восточного Зангезура как регионального транспортного узла" (rus). news.day.az. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-02.
  12. "İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanın açılış mərasimində iştirak ediblər". 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-05.
  13. "Zəngilan hava limanı açıldı — Video + Fotolar". Qafqazinfo (az.). 2022-10-20. 2022-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-30.
  14. "Zəngilan Beynəlxalq Hava Limanı". report.az. İstifadə tarixi: 30 sen 2024.
  15. "Modernləşən Azərbaycan aviasiyası". sesqazeti.az. 2024-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sen 2024.
  16. "Zəngilan Hava Limanı". respublika-news.az. İstifadə tarixi: 30 sen 2024.