Aleksandr Düma (ata)
Görünüş
(Aleksandr Düma səhifəsindən yönləndirilmişdir)
Aleksandr Düma (ata) | |||
Doğum tarixi | 24 iyul 1802 | ||
Doğum yeri | Ville-Kotre | ||
Vəfat tarixi | 5 dekabr 1870 | ||
Vəfat yeri | Pyuys | ||
Dəfn yeri | Panteon, Villers-Kotterets qəbirstanlığı | ||
|
Aleksandr Düma (ata) (Alexandre Dumas; 1802 –1870) — fransız yazıçısı, dramaturqu və jurnalisti. Ən çox oxunan fransız müəlliflərindən biri. Bir çox janrlarda işləmişdir: pyeslər, romanlar, məqalələr və səyahət haqqında kitablar yazmışdır. Onun yaradıcılığının ümumi həcmi təxminən 100 000 səhifədən ibarətdir. Daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmışdır. "Qraf Monte Kristo", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri dəfələrlə ekranlaşdırılmışdır.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağrı, sən pis deyilsən.
- Ayrıldığın adamla görüşdüyün adam arasında hansısa qəribə bir əlaqə var.
- Ağlamaq üçün ən yaxşı yer ana qucağıdır.
B
[redaktə]- Bəzən kiçik qayıqlar böyük gəmiləri xilas edir.
- Bəzən pislik yaxşılığa qarşı qazana bilər,amma özün yaxşı olduğunu bilirsənsə o,sənə bəsdir.
- Böyük şeylər yaratmağı bacaran kiçik şeyləri də yarada bilər.
- Bu bir qayda olub: gənclik əylənir, qocalıq söyüş söyür.
- Bu, vaxt itirməmək adlanır: dünən səhər gəldin, bu gün saat üçdə isə evlisən!
- Bütün insan müdrikliyi iki sözdən ibarətdir: gözləmək və ümid etmək!
D
[redaktə]- Dünya bir qonaq otağıdır. Bu otaqdan hamı ilə vidalaşıb, borclarını ödəyib, layiqincə, nəzakətlə ayrılmağı bacarmaq lazımdır.
E
[redaktə]- Ehtiras ən təmkinli ağılları belə kor edir.
Ə
[redaktə]- Əsl comərd insan düşmən bədbəxtliyi onun nifrətini üstələyəndə mərhəmət göstərməyə hazır olur.
- Əzəmətli qartal nə qədər yüksəkdən uçarsa, bir o qədər yerdə dincəlməyə məcburdur.
G
[redaktə]- Gənclik - artıq cavan olmayanlar üçün böyük çatışmazlıqdır.
- Gözləmək yalnız heç nə etməyəndə dözülməz olur.
H
[redaktə]- Hakimlər canı bərk məxluqdurlar.
- Heç bir şey haqqında soruşmayan insanlar ən yaxşı təsəlli verənlərdir.
- Heç vaxt istisna olmaq lazım deyil. Əgər dəlilərin arasında yaşayırsansa, dəli olmağı öyrənməlisən.
- Həddindən artıq dostlar ola bilməz.
- Hər böyük kədər hörmətə layiqdir.
- Hər cür bədbəxtliyin iki dərmanı var: vaxt və sükut.
- Həyat, kiçik çətinliklərdən ibarət bir təsbehdir və filosof onlar gülərək oynadır.
- Həyatda ölümdən maraqlı tamaşa yoxdur.
- Həyatın nə qədər yaxşı olduğunu başa düşmək üçün ölümə susamaq lazımdır.
- Hörmətsiz sevgi uzağa gedə, yüksəkliyə qalxa bilməz: bu tək qanadlı mələkdir.
X
[redaktə]- Xəsislik ruhu qurudur.
- Xoşbəxtlik, qapıları əjdahalar tərəfindən qorunan nağıl sarayları kimidir. Onlara sahib olmaq üçün mübarizə aparmaq lazımdır.
İ
[redaktə]- İnsan nə qədər yaxşı danışa da, sonda axmaq sözlər danışacaq.
- İnsanı, atanı əzabdan, qadını göz yaşlarından xilas etmək xeyirxah əməl yox, insanlıq borcudur.
- İnsanlar həmişə belədir: başqasının qürurunu baltalamağa hazır olur, amma özlərinin mənliyinə cüzi toxunulan kimi çığır-bağır salırlar.
- İnsanlar kimi evlərin də onların daxili mahiyyətini əks etdirən ruhları və sifətləri var.
- İnamını itirmə,çünki bir gün Allah sənə də hər şeyin yaxşısını bəxş edəcək.
K
[redaktə]- Kabus yalnız onu görmək istəyənlərin gözünə görünür.
Q
[redaktə]- Qadın müqəddəsdir. Sevdiyin qadın isə ikiqat müqəddəsdir.
- Qəzəb zəiflik əlamətidir.
- Qisas alan adam bəzən etdiyi hərəkətə görə peşman olar, bağışlayan adam isə heç vaxt.
- Qısqanclıq, kökündən qoparıb atmayanda artan alaq otu kimi pis hisdir.
- Qısqanclıq sevgi əlamətidir.
- Qocaldıqca gənclik barəsində daha çox düşünürsən.
M
[redaktə]- Melanxoliya, adi insanın xəyali orijinallıq aldığı bir qidadır, amma güclü təbiətə malik insan üçün öldürücüdür.
- Mən hər kəsi yaxınlarını sev kimi Tanrının buyurduğu sevgi ilə -xristian sevgisi ilə sevirəm, amma bəzi insanlara ürəkdən nifrət edirəm.
- Məsləhət xidmətdən çoxdur.
- Məşğul insanların qadınlara baxmağa vaxtları yoxdur.
- Məşuqədən ayrılmaq olar, həyat yoldaşından isə yox. Çünki, siz ona yaxından, yaxud da uzaqdan əbədi olaraq bağlısınız.
- Möcüzə nədir? Anlamadığımız şey. Ən arzu olunan nədir? Əlçatmayan şey.
- Müstəqillik azadlığı əvəz edir.
N
[redaktə]- Nifrət edən başqasının hisslərində səhv etmir.
- Nə qədər yaşının olmasından asılı olmayaraq, arzularının puç olduğu zamandan qoca olursan.
Ö
[redaktə]- Ölü rəqiblərinizdən yox, canlı düşmənlərinizdən qorxun!
- Özündə mübarizə əzmi hiss edən vaxtını əbəs yerə sərf etmir və taleyin zərbəsinə zərbə ilə cavab verir.
- Özünə hörmət etdiyini göstərsən, sənə də hörmət edəcəklər.
R
[redaktə]- Ruhu zəif olanlar hər şeyi matəm libasında görür. Ruh üfüqlərini özü yaradır.
S
[redaktə]- Sevinc də bəzən kədər kimi insanı sıxır.
- Sivilizasiya bizdə xeyirxah başlanğıcı boğan və şərə yol açan arzular, qüsurlar, süni tələbatlar yaratdı.
- Siz nə vaxtsa eqoizmimizin bizə məxsus olan hər şeyi parlaq rənglərə boyadığının şahidi olmusunuzmü?
- Sənin ən gözəl var-dövlətin yaxşı işlərin,əməllərindir. Bilirsən niyə? Çünki öləndə səni pulun, qohumların, ailən qoyub gedir, amma heç zaman yaxşı əməllərin səni qoyub getmir.
Ş
[redaktə]- Şübhə etmədiyin arzuları həyata keçirmək daha asandır.
T
[redaktə]- Təəssüf ki, bu dünyada hər kəsin başqasının nöqteyi - nəzərini görməyə mane olan öz nöqteyi-nəzəri var.
- Tənha adamın xoşbəxtliyi tam xoşbəxtlik deyil.
- Təbiətin ən gözəl neməti Anadır.
U
[redaktə]- Uzun müddət əziyyət çəkən öz xoşbəxtliyinə çətinliklə inanır.
Ü
[redaktə]- Ümid, mənə məlum olan həkimlərin ən yaxşıdır.
Z
[redaktə]- Zəif ruhu olan adamlar həmişə hər şeyi matəm libasında görür.