Məzmuna keç

Həftə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Alkaqol ağılla istifadə olunsa bir dərman kimidir. Həftə ərzində bir-birlərini bezdirmiş kişilər romun qoxusunu duyan kimi bir-biriləri ilə əla dost olurlar və səyahətlərinə davam edirlər. Rual Amundsen
  • Bazar günü həftədə yalnız bir gün olur və bu barədə təəssüflənirəm. İnsan elə qurulub ki, o, iki bazar gününə də dözə bilər. Mən bunun necə asan olduğunu, bu imkanın əldən verilməsini tez-tez düşünürəm. Dünyanı altı gündə yox, üç gündə yaratmaq qüdrətli Yaradan üçün heç nə idi və buradan sizin üçün həftədə iki bazar günü alınardı. Amma mən kiməm ki, Yaradanın müdrikliyini tənqid edəm?.. Mark Tven
  • Bir dəfə təsadüfən ingilis səyyahı John Franclinin kitabı əlimə düşdü. Müəllif kitabda üç həftədən çox bir müddətdə qar və boranla necə mübarizə apardığını və aclıqdan dəri çəkmələrini yediyini təsvir edirdi. Dərhal məndə belə bir hiss yaşamaq üçün istək baş qaldırdı. Rual Amundsen
  • Bir gün tez əkən, bir həftə tez biçər. Udmurt atalar sözləri
  • Bir gün tez əkərsən - bir həftə tez biçərsən. Rus atalar sözləri
  • Bir həftə səhv etməkdənsə, bir gün fikirləşmək yaxşıdır. Fin atalar sözləri
  • Əgər ehtiyac içində yaşayırsınızsa, onda maliyyə problemlərini həll edin. İnternetdən istifadə edin, o sizə hərraclarda nəyisə daha ucuz almağa imkan verir. Əgər siz hazırda əmək haqqından əmək haqqına yaşayırsızsa, onda bu dövrü iki həftə yerinə üç həftəyə kimi genişləndirin. Sonra, işlər yoluna girməyə başlayanda, 1 aylıq, sonra 3, 6 və nəhayət bir il irəli üçün planlaşdıra bilərsiz. Məqsəd –5 il irəlini planlaşdıracağınız ana çatmaq. Culian Smit
  • Mən sevgililərimin sayını insanpərvərliyimdən artırıram. O, bircə dənə olsadı heç bir həftə dözməzdi. Aleksandr Düma
  • Siyasətçi sabah, bir həftə sonra, bir ay, bir il sonra nələrin baş verəcəyini öncədən deməlidir. Sonra isə, dediklərinin niyə baş vermədiyini izah edə bilməlidir. Uinston Çörçill
  • Yeni bir avtomobil sizi sadəcə bir neçə həftə xoşbəxt edər. Yeni bir ev bir neçə ay. Gerçək xoşbəxtliyin açarı “xidmət” dədir. Digər insanlara “kömək” etməkdədir. Aldıqlarımızın deyil, verdiklərimizin üzərinə inşa edilən bir həyat gerçək xoşbəxtliyi gətirər. Robin Şarma
  • Yoldan uzaqda geniş əkin sahəsi açılırdı. Məni ondan tikanlı iki məftildən ibarət çəpər ayırırdı, gördüm ki, bu çəpər məndən bir mil ətrafda külək üçün yeganə maneə olan üç-dörd ağac aralıdadır. Çəpərin uzunluğu boyu, xüsusilə, altdakı məftilə hər cür uçuşan zir-zibil ilişib qalmışdı. Onlar dalğaların dəniz kənarına atdığı qırıntılara oxşayırdı; görünür, külək bütün bunları yoluna bu ağaclar və iki məftil çıxana kimi uzun müddət qovmuşdu. Yuxarıda, ağacların budaqlarında da plastik lentlər və qovluq parçaları külək istiqamətində şappıldayırdı. Birinci və axırıncı dəfə onda, orda dayanıb bütün bu ətrafdakı zibilə baxıb, boş zəmilərin üstündən keçən küləyi hiss edib, bir az xəyala daldım. Çünki hər halda bura Norfolkdur və Tommini itirdiyim vaxtdan iki həftə keçirdi. Zibil, budaqlarda şappıldayan qovluqlar, tikanlı məftildə ilişib qalmış, ağla gələn “sahil xətti” haqda düşündüm və gözlərimi yumub buranın uşaqlıqdan bəri itirdiyim hər şeyin atıldığı yer kimi təsəvvürümə gətirdim və indi məhz lazım olan yerdə durmuşam, səbrlə gözləsəm, onda əkin sahəsinin üfüqündə balaca bir fiqur əmələ gələcək, Tommi olana kimi tədricən böyüməyə başlayacaq, onda o mənə əl eləyəcək, bəlkə nəsə qışqıracaq da. Təxəyyülüm bundan o yana getmədi. Çünki ona icazə vermədim, baxmayaraq ki, yanağımdan yaşlar axırdı, hönkürmürdüm, özümü idarə edə bilirdim. Sadəcə bir az daha dayandım, sonra maşına tərəf döndüm, sükan arxasına keçdim ki, olmalı olduğum yerə gedim. İşiquro Kazuo

İstinadlar

[redaktə]