Məzmuna keç

söymək

Wiktionary saytından
  • azərbaycanca: söymək
  • Heca: söy-mək
  • Əski əlifba: سؤیمک

Mənalar :[1]https://web.archive.org/web/20150503013515/http://azerdict.com/izahli-luget/s%C3%B6ym%C9%99k

    1. Nalayiq, pis, ədəbsiz sözlərlə təhqir etmək. Kişi evə qayıdıb götürür dəyənəyi və arvadına bir-iki çəkib başlayır söyməyə. C.Məmmədquluzadə. [Əhməd:] Əlbəttə, adam kasıb olanda onu söyərlər də, döyərlər də. Ə.Haqverdiyev. // Pisləmək, danlamaq, kəskin sözlərlə məzəmmətləmək. Geridə qaldığımız üçün bizi söyürlər. – Səlim öz sadəliyinə zaman-zaman çox söymüşdü. B.Bayramov.
Şəxs
əvəzliyi
Fellərin şəxsə və zamana görə dəyişməsi Felin formaları Hallar Fellərin
hallanması
Keçmiş zaman İndiki
zaman
Gələcək zaman əmr arzu
(gərək...)
vacib lazım şərt
şühudi nəqli qəti qeyri-qəti
Mən söymüşdüm söydüm söyürəm söyəcəyəm söyərəm söyüm söyəm söyməliyəm söyəsiyəm söysəm Adlıq söymək
Sən söymüşdün söydün söyürsən söyəcəksən söyərsən söy söyəsən söyməlisən söyəsisən söysən Yiyəlik söyməyin
O söymüşdü söydü söyür söyəcək söyər söysün söyə söyməlidir söyəsidir söysə Yönlük söyməyə
Biz söymüşdük söydük söyürük söyəcəyik söyərik söyək söyək söyməliyik söyəsiyik söysək Təsirlik söyməyi
Siz söymüşdünüz söydünüz söyürsünüz söyəcəksiniz söyərsiniz söyəsiniz söyəsiniz söyməlisiniz söyəsisiniz söysəniz Yerlik söyməkdə
Onlar söymüşdülər söydülər söyürlər söyəcəklər söyərlər söysünlər söyələr söyməlidirlər söyəsidirlər söysələr Çıxışlıq söyməkdən


Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]